Bələdiyyə müəssisələrinin mənfəət vergisi necə hesablanır?

posted in: Xəbər | 0

Bələdiyyə müəssisələri

Bələdiyyə müəssisələri və təşkilatlar, yerli özünüidarəetmə forması olan bələdiyyələrin mülkiyyətində olan hüquqi şəxslərdir. Biz onları bu məqalədə sadəcə bələdiyyə müəssisələri adlandıracağıq. Bələdiyyələrin belə müəssisələr yaratmaq hüququ “Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsi ilə təsbit olunub. Bu müəssisələr bələdiyyələrin fəaliyyətlərinin effektivliyini təmin etmək üçün önəmli rol oynayır, bölgə iqtisadiyyatının dinamik inkişafına kömək edir. Belə hüquqi şəxslər öz fəaliyyətini bələdiyyənin təsdiq etdiyi nizamnaməyə uyğun qurur. Bələdiyyə müəssisəsi bələdiyyə tərəfindən təsdiq edilən nizamnamə əsasında dövlət qeydiyyatına alınır. Bəzi hallarda nizamnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi nümunəvi nizamnamələr əsasında hazırlanır. Bələdiyyə tərəfindən yaradılan aşağıdakı müəssisələr buna misal ola bilər:

  • ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi;
  • orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi;
  • sosial xidmət müəssisəsinin Nümunəvi Nizamnaməsi və sair.

Bələdiyyə müəssisənin vergi öhdəlikləri, onların hesablanması digər müəssislərdən fərqlənmir, sadəcə mənfəət bələdiyyə müəssisənin mənfəət vergisi dövlət büdcənə deyil, yerli büdcəyə köçürülür.

Bələdiyyə müəssisələrinin mənfəət vergisi

Bələdiyyə müəssisələri mənfəət vergisi ödəyiciləridir. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinin hesablanması və ödənilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təsdiq etdiyi “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait” əsasında aparılır.

Bu müəssisələr üçün vergitutma obyekti onun mənfəətidir. Mənfəət bütün gəlirlər ilə Vergi Məcəlləsinin X fəslində qeyd olunan, gəlirdən çıxılan xərcin fərqi kimi müəyyən edilir.

Bütün gəlirlərə aşağıdakılar da aiddir:

  • AR hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə edilən gəlirlər;
  • AR hüdudlarından kənarda əldə edilən dividend, faiz, royalti.

Təbii ki, Vergi Məcəlləsinə uyğun vergidən azad edilən gəlirlər istisnadır. Həmçinin, vergidən azad edilmiş gəlirlər üzrə müəssisənin xərcləri də xərclərin tərkibinə daxil edilmir.

Bələdiyyə müəssisələrinin mənfəət vergisi dərəcəsi, digər hüquqi şəxslərdə olduğu kimi, Məcəllənin 105.1-ci maddəsinə uyğun olmaqla 20 faizdir. Mənfəət vergisi məbləği də eyni qaydada, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq, ödənir. Sadəcə ödəniş dövlət büdcəsinə deyil müvafiq bələdiyyə büdcəsinə köçürülür.

Ödənişlər cari vergi ödəmələri formasında həyata keçirilir.

Bələdiyyə müəssisələri tərəfindən hər hesabat ili üçün hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq son hesablama aparılır və həmin müddətədək mənfəət vergisinin bəyannaməsi müvafiq bələdiyyəyə təqdim edilməklə hesablanmış mənfəət vergisi bələdiyyə büdcəsinə ödənilir. Dövlət Vergi Xidmətinin elektron resursundan bəyannamə tərtibi zamanı istifadə etmək olar.

Mənfəət vergisinin hesablanmasına nümunələr

Hesablamaya nümunə aşağıda verilib.

Nümunə 1:“Abc” bələdiyyəsi istirahət parkında əyləncə xidmətləri göstərən “Bcd” müəssisəsinitəsis edib. Göstərilən xidmətlərdən hesabat ili ərzində 80000 manat gəlir əldə edilib, həmin xidmətlərə görə çəkilən xərc 75000 manatdır.

Bələdiyyə müəssisəsinin vergi tutulan mənfəəti 5100 manat (80300- 75200), hesablanmış vergi isə 1020 manat (5100 x 20%) olacaq.

Növbəti nümunədə cari vergi ödəmələrinin müəyyənləşdirilməsi verilib.

Nümunə 2: Bələdiyyə müəssisəsinin mənfəət vergisi əvvəlki hesabat ilində 10000 manat hesablanıb. Müəssisə cari vergi ödəmələrinin müəyyənləşdirilməsi üçün əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsi qaydasını seçib. Belə olduqda cari ilin rübləri üzrə ödənilməli olan cari vergi ödəməsi məbləği 2500 manat (10000 manat x 1/4) təşkil edəcək.

Cari vergi ödəmələrinin müəyyən olunmasınln başqa variantına baxaq.

Nümunə 3: Bələdiyyə müəssisəsi cari ilin 1-ci rübünü 6000 manat gəlirlə başa vurub. Cari vergi ödəmələri əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin həmin ilin gəlirlərindəki xüsusi çəkisi (şərti olaraq XÇ kimi işarə edək) əsasında müəyyən edilir. Əvvəlki hesabat ilinin gəliri 25000, hesablanmış mənfəət vergisi 5000 manat təşkil edib.

Cari ilin 1-ci rübü üzrə cari vergi ödəməsi XÇ-in həmin rübün gəlirinə hasili kimi hesablanır:

XÇ = 5000/25000=0,2, cari vergi ödəməsi=6000*0,2=1200 manat. 

Bələdiyyə müəssisənin mənfəət vergisi üzrə güzəştlər

Vergi Məcəlləsinin 106-cı maddəsindəki azadolma və güzəştlər bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərə də şamil edilir. Bu maddənin əhatəsi kifayət qədər genişdir, onlara nümunələrlə buradan tanış olmaq olar.

Yerli (bələdiyyə) vergilərə nəzarətin həyata keçirilməsi

Hesablanmış vergilərin yerli büdcəyə tam və vaxtında ödənilməsinə nəzarət yerli büdcəyə ödənilməsinə nəzarət tədbirləri Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə” ilə tənzimlənir. Vergi Məcəlləsinin müddəaları və qeyd edilən Əsasnamə əsasında bələdiyyələrin vergi xidməti orqanı:

  • bələdiyyə müəssislərinin mənfəət vergisi üzrə hesablamaların və ödənişlərin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edir;
  • xidmət göstərdiyi bələdiyyə ərazisində bələdiyyə müəssisələrində kameral və səyyar vergi yoxlamaları aparır.

Bələdiyyə yoxlamanın nəticəsi kimi tərtib edilmiş akt əsasında qanunvericiliyə uyğun tədbirlər görür.

Aksiz vergisi tutulan əməliyyatın məbləği necə hesablanır?

Birbank-la hər gediş 20% keşbek qazandırır

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank ictimai nəqliyyatdan istifadə edən müştərilər üçün yeni kampaniyaya start verib. Belə ki, “BakıKart”ın QR ödənişlərini Birbank mobil tətbiqində Birbank kartları ilə edən müştərilər hər gediş üçün 20% keşbek qazanırlar. 25 sentyabr tarixinədək davam edən kampaniya həm debet, həm də taksit kartları ilə edilən ödənişlərə şamil edilir. Birbank Miles və Birbank Umico bonus kartları isə sahiblərinə kartın verdiyi mil və bonuslardan əlavə 20% keşbek qazandırır.

Ətraflı məlumat üçün: https://kbl.az/bkpr

Xatırladaq ki, Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün Birbank mobil tətbiqində “Ödənişlər və köçürmələr” bölməsinə daxil olaraq BakıKart-ı seçmək lazımdır. Daha sonra ödəniş ediləcək kart və məbləği seçib QR bileti yaratmaq olar.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

ƏDV-nin əvəzləşdirilməsini gecikdirmək olarmı?

Baş nazir əmək müqavilələri ilə bağlı qərar imzaladı

posted in: Xəbər | 0

Nazirlər Kabineti işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərini müəyyən edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər bu ilin sonuna qədər, iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər gələn il iyulun 1-nə qədər, ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri isə gələn ilin sonuna qədər əmək müqavilələrini elektron sənəd formasına keçirməlidir.

Mənbə: banker.az

Məcmu gəlir haqqında hesabat (MGHH): mənfəət və zərərlərin maliyyə hesabatlarında təsviri

Noyabr ayında ardıcıl olaraq 6 gün iş olmayacaq

posted in: Xəbər | 0

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilsin.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 18 sentyabr 2024-cü il
№ 426

Mənbə: nk.gov.az

ƏDV-nin əvəzləşdirilməsini gecikdirmək olarmı?

1 309 310 311 312 313 314 315 2. 692