Birbank Star kartı ilə faizsiz və komissiyasız yeni dövr başlayır

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank maliyyə bazarına hərəkət gətirəcək yeni Birbank Star kartını təqdim edir. “Birbank Star ilə sənə olar” sloqanı ilə istifadəyə verilən kart, kredit kartlarının sahib olduğu ənənəvi şərtlərdən tamamilə uzaqdır. Belə ki, Birbank Star sahibinə maliyyə azadlığı ilə yanaşı, çətin və qarışıq qrafiklər, mürəkkəb kredit hesablamalarından uzaq olmağı vəd edir.

Bu kartı xüsusi edən isə faizsiz və komissiyasız ödəniş imkanlarına sahib olmasıdır. Belə ki, bütün banklara məxsus bankomatlardan nağdlaşdırma, onlayn ödənişlər, pul köçürmələri, tranferlər də daxil olmaqla heç bir əməliyyata komissiya və faiz tətbiq edilmir. Birbank Star-ı minimum 500 manat, maksimum 30 000 manatadək məbləğlə əldə edə bilərsiniz. Eyni zamanda kart istifadəçiləri 7500-dən çox partnyor brenddən alış-veriş zamanı 30%-dək keşbek, üstəlik 2 qat ƏDV qazanacaqlar.

Ödəniş şərti isə olduqca sadədir. İstifadə edilən məbləğ ayın sonuncu gününədək karta qaytarılmalıdır. Ödəniş vaxtında edilmədiyi halda hər 500 manat məbləğə görə 10 manat xidmət haqqı ödənilir.

Kartı ən yaxın Kapital Bank filialından, Birbank mobil tətbiqindən və onlayn formada kapitalbank.az, birbank.az vebsaytlarından müraciət edərək əldə etmək mümkündür. Onu da qeyd edək ki, bu kartı həm fiziki, həm də rəqəmsal formada istifadə etmək mümkündür. Fiziki olaraq sifariş edilən kart haqqında məlumatlar dərhal müştərinin  Birbank mobil tətbiqində əks olunur. Müştəri kartı əldə etdikdən sonra isə aktivləşir. Kart yalnız rəqəmsal versiyada sifariş edilərsə dərhal mobil tətbiqdə görünür və istifadəsi həmin andan etibarən mümkün olur. Onlayn kanallardan sifarişlərdə Bakı şəhəri üzrə ünvana çatdırılma xidməti də mövcuddur.

Birbank Star kartı haqqında ətraflı məlumat üçün link: https://b-b.az/bs

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

243 saylı “Verilmiş qısamüddətli avanslar” hesabı üzrə uçot

VÖEN-in ləğv edilməsi üçün nə tələb olunur?

posted in: Xəbər | 0

Mən özümə məxsus VÖEN-i ləğv etmək istəyirəm. Bunun üçün nə etməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən, vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində müvafiq bölmədən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16 və 34-cü maddələri

Mənbə: vergiler.az

Müəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?

Maliyyə hesabatları: müəssisənin maliyyə vəziyyəti haqqında hesabat (Balance Sheet)

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə hesabatı nədir?

Luka Paçoli haqqında yəqin eşitmişiniz. “O kimdir?” sualını verənlər cavabı buradan  tapa bilər. Qısaca desək, o, mühasibat elminin atası  sayılır. Düzdür, uçot haqqında ilk kitabın şərqdə yazıldığı da deyilir. Amma nə etmək olar, dünya Fransiskan rahibini mühasibat elminin banisi hesab edir. Bəs maliyyə hesabatları ilə bu rahib arasında hansı əlaqə vardır?

Paçoli uçot qeydlərinin aparılmasın sahibkarın (tacir, istehsalçı, xidmət göstərən və s.) işlərinin mövcud vəziyyəti barədə məlumat əldə etmək istəyi ilə əlaqələndirirdi. Amma qeydlərin aparılması özlüyündə hələ müəssisənin maliyyə vəziyyəti və onun fəaliyyətinin maliyyə nəticələrinin qiymətləndirilməsinə əsas vermir. Bunun üçün qeydləri təhlil edərək rahat anlaşılan şəkildə formalaşdırmaq – maliyyə -mühasibat hesabatları şəklinə salmaq lazımdır.

Maliyyə -mühasibat hesabatları maliyyə məlumatlarıdır və müəssisənin maliyyə fəaliyyətinin nəticələri və onun maliyyə vəziyyətini qiymətləndirmək üçün müəssisə tərəfindən yerinə yetirilən əməliyyatlara verilən addır.

Maliyyə hesabatları konsepsiyası

Hesabatı formaları və  hesabat verən qurumlar maliyyə hesabatları üzrə konsepsiyasa sənədinin 3-cü bölməsində şərh edilir. Konsepsiyada hesabatlar 3 qrupa ayırır:

  1. Maliyyə vəziyyəti haqqında hesabat – MVHH (statement of financial position);
  2. Maliyyə nəticələri haqqında hesabat (statement of financial performance);
  3. Digər hesabatlar.

Digər hesabatlara aşağıdakılar aiddir:

  1. maliyyə hesabatında tanınan və tanınmayan aktivlər haqqında məlumatlar;
  2. pul vəsaitlərinin hərəkəti;
  3. kapitalda dəyişikliklər;
  4. izahlı qeydlər, hansısa fərziyyələr, təxminlər və sair.

 “Konseptual Əsasların hazırlanmasının əsas məqsədi nədir?” sualının cavabı sadədir – şəffaflığa və cavabdehliyə təminat verilməsi.

Şəffaf hesabat mühasibat uçotu məlumatları istifadəçilərini müəssisınin cari durumu, qərar və fəaliyyəti barədə düzgün və anlaşıla bilən məlumatlarla təmin etməlidir.

Cavabdehlik hesabat hazırlayanın, onlara təhkim edilmiş resurslarin idarə idarəçiliyində, qərarların qəbulunda məsuliyyətini zəruri sayır.

Hesabatların hazırlanmasına məsul şəxslər

Direktorlar şurası maliyyə hesabatlarının tərtib edilməsinə birbaşa məsuliyyət daşıyır. Şura onları tam, vaxtında və dəqiq formada hazırlanmasına cavabdehdir, maliyyə nəticələrini düzgün və aydın şəkildə təqdim etməlidir.

Ümumiyyətlə, müəssisənin 5 fərqli hesabatları (4 əsas olmaqla) müəssisə barədə müxtəlif, lakin bir-birini tamamlayan məlumatlar verir. Bunlardan isə MVHH və MGHH hesabatları ən önəmlidirlər. (MGHH – məcmu gəlir haqqında hesabat (mənfəət-zərər hesabatı).

Maliyyə hesabatı səhvsiz tərtib edilməlidir, çünki “Mühasibat uçotu” haqqında Qanununa görə dəqiqləşdirilmiş maliyyə hesabatının təqdim olunması imkanı yoxdur (vergi hesabatları istisnadır).

Mühasibatlıqda cari dövr üçün əməliyyatlarının düzgün əks etdirilməməsi aşkarlandığı hallarda hesabat dövrünün sonunadək müvafiq uçot hesablarında əlavə yazılışlar verməklə düzəlişlər aparıla bilər.

Hesabat ili başa çatdıqdan sonra, əgər illik maliyyə hesabatı hələ təsdiq olunmayıbsa, dekabr ayının mühasibat müxabirləşmələrində uyğun qaydada düzəlişlər edilib, müvafiq qurumlara təqdim edilir.
Əgər cari ildə ötən ilin əməliyyatlarında baş verən səhvlər müəyyən edilərsə, hər hansı bir düzəlişin aparılmasına yol verilmir.

Beləliklə, yol verilən səhvlər bütün hallarda həmin dövrdə düzəldilməli, düzəlişləri əvvəlki tarixlə etmək olmaz.

Mühasibat uçotunda müstəqil aşkar edilmiş və düzəliş aparılmış səhvlərə görə baş mühasib cərimələnmir.

Maliyyə Vəziyyəti Haqqında Hesabat (Balance Sheet)

Maliyyə vəziyyəti haqqında hesabatı (MVHH) müəssisənin balans hesabatı da adlandırırlar. Çünki mühasibat uçotu hesablarımızın balanslaşmış vəziyyətini əks etdirir, müəssisənin aktiv, öhdəlik, kapital üzrə maliyyə vəziyyəti barədə dəqiq təsəvvür yaradır. Hesabat adətən 2 formada hazırlanır:

  • aktivlər solda, öhdəlik və kapitallar sağda olmaqla iki sütunda (account format) əks etdirilərək;
  • hər üçü – aktivlər, öhdəliklər və kapital bir sütunda (report format) yerləşdirilməklə.

MVHH – konkret tarixə hazırlanır, yəni hansısa intervalı əhatə etmir, müəssisənin konkret günə, ana yaxud dünənə və s. tarixə olan maliyyə vəziyyətini təsvir edir. Düzgün tərtib edilmiş maliyyə hesabatları müəssisənin inkişafı (yaxud gerilədiyi) barədə məlumatları əks etdirir.

Təsərrüfat əməliyyatlarının mühasibat uçotunda qeydiyyatı maliyyə bərabərliyinin tələblərini ödəyir, bu bərabərliyə tabe olur. Odur ki, MVHH –nin əsasını bu bərabərliyin təşkil etdiyini deyə bilərik.

MVHH müəssisənin effektiv fəaliyyəti və rəhbərliyinin peşəkarlığından xəbər verən hesabatdır. Müəssisənin yalnız gəlir gətirməsi hələ onun rəhbərliyinin effektiv çalışması anlamına gəlmir. Həmin gəlirlərin qazanılması üçün hansı aktivlərdən və necə istifadə edilmısi önəmlidir.

Hesabatın əsas elementləri

Maliyyə bərabərliyinə analoji olaraq maliyyə hesabatının 3 əsas elementi var – aktivlər, öhdəliklər, kapital.

Maliyyə bərabərliyinə analoji olaraq maliyyə hesabatının 3 əsas elementi var – aktivlər, öhdəliklər, kapital.

Aktivlər dedikdə keçmiş hadisələrin nəticəsində hal-hazırda müəssisə tərəfindən nəzarət edilən və ona gələcəkdə iqtisadi səmərə gətirən resurslar başa düşülür. İqtisadi səmərənin gətirilməsi təkcə pul gətirilməsi anlamında başa düşülməməlidir. Əgər resurs gələcəkdəki pul sərfiyyatını azaldırsa, bu da iqtisadi səmərədir. Məsələn, hər dəfə fotosurət çıxarmaq üçün çox pul xərcləməmək üçün ofisinizə aldığınız surətçıxaran aparatı, hər dəfə taksi pulu verməmək üçün aldığınız nəqliyyat vasitəsi sizə iqtisadi səmərə gətirir.

Balansın forması

Beynəlxalq Standartlarda balans hesabatının tərkibinin düzülüşünə likvidlik baxımından yanaşma 2 cürdür :

  1. Aktiv və Öhdəliklər üzrə likvidliyi yüksək olandan az olana doğru düzülmə;
  2. Aktiv və Öhdəliklər üzrə likvidliyi az olandan yüksək olana doğru düzülmə.

Birinci yanaşma əsasən ABŞ standartlarında (GAAP) , ikinci yanaşma Beynəlxalq Standartlarda (MHBS) istifadə edilir.

Respublika Maliyyə Nazirliyi maliyyə hesabatlarının beynəlxalq standartlara (IFRS) uyğun hazırlamasın tövsiyə edir. Bu normaldır, çünki Azərbaycan daha çox qonşu və Avropa ölkələri ilə iqtisadi əlaqələrdə olur nəinki Amerika Birləşmiş Ştatları ilə.
Balans hesabatının nümunəvi forması Maliyyə Nazirliyinin 30.01.2017-ci il Q-01 tarixli qərarında verilib. Hesabata formasını müəssisənin baş mühasibi və direktoru imzalayır.

Adından göründüyü kimi o, nümunəvi xarakter daşıyır və müəssisə tərəfindən bir qədər fərqli şəkildə tərtib edilməsi yolveriləndir.

Maliyyə Vəziyyəti Haqqında Hesabatda hər bir müştəri, kreditor və ya digərləri üzrə ayrıca məlumat verilmir. Bütün öhdəliklər, aktivlər ümumi şəkildə, uzunmüddətli və qısamüddətli kimi  hesabatda əks olunur.

Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər – MİSALLARLA

Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər – MİSALLARLA

posted in: Xəbər | 0

Bəzi iş yerlərində əmək şəraiti zərərli və ağır hesab edilir. Bu tipli iş yerlərində çalışan işçilərə əlavə məzuniyyət verilməlidir. Bəs qanunvericilikdə bu hallarla bağlı nələr nəzərdə tutulur? Əlavə məzuniyyətin müddəti nə qədər ola bilər? Bu mövzu ilə bağlı suallarına əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.

Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na əsasən tənzimlənir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Qeyd edilən qərarda, əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı müəyyən edilib. Eyni zamanda bu peşə və vəzifələrə görə əlavə məzuniyyət günləri müyyən edilib.

Adıçəkilən qərara əsasən, bir neçə peşə və onlara verilməli əlavə məzuniyyət günlərinə nəzər salaq:

İstehsalat, peşə və vəzifə Əlavə məzuniyyətin

müddəti (təqvim günləri)

  1. Dağ-mədən işləri
Metallurgiya istehsalı üçün qara və əlvan metalların və digər faydalı qazıntı yataqlarının tədqiq edilməsi, çıxarılması, sadalanan qazıntıların istifadəsi üçün şaxtaların, mədənlərin, karxanaların tikintisi, eləcə də geoloji kəşfiyyatda dağ-mədən işləri
Yeraltı dağ-mədən işləri
1 Aşağıdakı yeraltı işlərdə məşğul olan bütün peşələrin fəhlələri:
a) istismar olunan və tikilməkdə olan şaxtaların (mədənlərin) və lağım yollarının, eləcə də geoloji kəşfiyyatda 6
b) nəm şəraitdə şaxtaların səthindən dibə qədər olan şaquli hissələrinin qazılması və dərinləşdirilməsi 18
c) +26 0C və daha yüksək temperatur şəraitində 12
2 + 26 0C və daha yüksək temperatur şəraitində yeraltı işlərdə daima məşğul olan dağ-mədən ustası və usta 12
3 İstismar olunan və tikilməkdə olan şaxtalarda (mədənlərdə) və lağım yollarında daima yeraltı işlərdə, eləcə də geoloji kəşfiyyatda məşğul olan mütəxəssislər və qulluqçular 6

Nazirlər Kabinetinin 30 may 2005-ci il tarixli 95 nömrəli Qərarına əsasən, əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, sexlərdə, sahələrdə, peşə və ya vəzifədə iş ili ərzində faktiki işlədiyi vaxta mütənasib olaraq verilir. İşçinin əlavə məzuniyyət almaq hüququ həmin iş yerlərində üst-üstə azı 6 ay işlədikdə yaranır.

Misal 1

İşçi 01.03.2023-cü il tarixdən elektrovoz maşinisti vəzifəsinə işə qəbul edilib. 01.11.2023-cü il tarixdə işçi məzuniyyətə çıxmağa dair ərizə təqdim edib. Bu halda işçiyə əlavə məzuniyyət hüququ əsas məzuniyyətə birləşdirilərək verilə bilərmi?

Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, elektrovoz maşinisti vəzifəsi üzrə 12 təqvim günü əlavə məzuniyyət nəzərdə tutulub.

İşçi 8 ay işlədiyi üçün əsas məzuniyyətindən istifadə etmək hüququ yaranır. Eyni zamanda əmək şəraiti zərərli və ağır olan iş yerində üst-üstə azı 6 ay işlədikdə əmələ gəlmiş əlavə məzuniyyət hüququ da yaranıb. Lakin işçinin 12 günlük əlavə məzuniyyətindən istifadə etməsi doğru deyil. Çünki əlavə məzuniyyət müvafiq istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində faktiki işlədiyi vaxta mütənasib olaraq verildiyi üçün ona işlədiyi vaxta mütənasib 9 gün (12 : 12) x 9 ) əlavə məzuniyyət verilə bilər.

İşçinin eyni vaxtda qərarda nəzərdə tutulmuş əmək şəraitinə görə iki və daha çox əlavə məzuniyyət hüququ olduqda, ona daha çox müddətli bir əlavə məzuniyyət verilir. Əlavə məzuniyyətin pul ilə əvəz edilməsi (kompensasiya edilməsi) qadağandır.

Misal 2

İşçi əlavə məzuniyyət hüququ verən işə 2020-ci ilin 3 fevral tarixində qəbul olunub. 2020-ci ilin sentyabrında o, işdən azad olunub. Bu halda ona pul kompensasiyası yalnız əsas məzuniyyətlərə görə verilir. Faktiki işlənmiş vaxta mütənasib olaraq istifadə edilməmiş əlavə məzuniyyətin günləri işçinin arzusu ilə əmək müqaviləsinə xitam verilərkən verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

Faktiki işlənmiş vaxta mütənasib olaraq əlavə məzuniyyət hüququ verən iş stajının hesablanması üçün zərərli və ağır iş şəraitli istehsalatlarda, sexlərdə, sahələrdə, peşələrdə və vəzifələrdə tam iş aylarının sayı il ərzində iş günlərinin cəmlənmiş sayının 30,4 günə bölünməsi ilə müəyyən olunur.

Bununla yanaşı, təqvim günlərinin orta aylıq sayının 30,4 gününün yarısından az təşkil edən günlərin qalığı hesabdan çıxarılır, təqvim günlərinin orta aylıq sayının yarısını və ondan çoxunu təşkil edən günlərin qalığı tam ay kimi sayılır.

Misal 3

Fəhlə iki ay müddətində poliizobutilen istehsalında spirtin dehidratlaşdırması sexində (əlavə məzuniyyətin müddəti – 12 təqvim günü), dörd ay isə rektifikasiya və polimerləşmə sexində (əlavə məzuniyyət müddəti – 6 təqvim günü) işləyib. Bu fəhləyə zərərli iş şəraitinə faktiki işlənmiş vaxta mütənasib olaraq 4 təqvim günü müddətində əlavə məzuniyyət verilməlidir (ildə 12 təqvim günü hesabından hər aya görə bir təqvim günü, spirtin dehidratlaşdırma sexində işlədiyinə görə, rektifikasıya və polimerləşmə sexində işlədiyi üçün ildə 6 təqvim günü hesabından hər aya görə 0,5 təqvim günü).

İşçinin eyni vaxtda nəzərdə tutulmuş əmək şəraitinə görə iki və daha çox əlavə məzuniyyət hüququ olduqda, ona daha çox muddətli bir əlavə məzuniyyət verilir.

Əmək şəraitinə və xarakterinə görə əlavə məzuniyyət və əmək stajına görə əlavə məzuniyyətlər, bir qayda olaraq, əsas əmək məzuniyyəti ilə birlikdə cəmlənərək verilməlidir.

Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək məzuniyyəti işçinin arzusu ilə hissələrə bölündüyü kimi, əlavə məzuniyyət də bölünə bilər.

Əlavə məzuniyyət hüququ olan işçilərə bir iş ilindən artıq dövrün bu əlavə məzuniyyətinin verilməməsi və ya onun başqa iş ilinə keçirilməsi qadağandır.

Misal 4

İşçi 2022-2023-cü iş ili üçün məzuniyyətdən istifadə etməyib. 2023-2024-cü iş ili üçün işçiyə məzuniyyət verildikdə yalnız bu iş ili üçün nəzərdə tutulmuş məzuniyyət istifadə edilməlidir. 2022-2023-cü iş ili üçün istifadə edilməmiş məzuniyyət yalnız Əmək Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq işçinin əmək müqaviləsinə xitam verildiyi vaxt istifadə oluna bilər.

Misal 5

İşçinin 21 gün əsas məzuniyyəti və 6 gün zərərli əmək şəraitinə görə əlavə məzuniyyəti var. Onun ümumilikdə 27 gün məzuniyyət hüququ olacaq.
Əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, sexlərdə, sahələrdə, peşə və ya vəzifədə iş ili ərzində faktiki işlədiyi vaxta mütənasib olaraq verilir.

Növbəti əsas əmək məzuniyyəti Siyahıda nəzərdə tutulmuş əlavə məzuniyyətin müddəti ilə eyni vaxta düşməyəndə işçiyə həmin məzuniyyətlər, bir qayda olaraq, tam və birlikdə verilir. Eyni zamanda gələn iş ilinin hesabına növbəti məzuniyyət hüququ verən iş stajı asas və əlavə məzuniyyətlər üzrə ayrı-ayrılıqda hesablanır.

Misal 6

Fəhlə 12 təqvim günü müddətində əlavə məzuniyyət hüququ verən zərərli əmək şəraiti olan istehsalatda işə 2022-ci ilin noyabrında qəbul olunub. 2023-cü ilin oktyabrında ona ümumilikdə 21+12 təqvim günü müddətində əmək məzuniyyəti verilib. 2024-cü il üçün əmək məzuniyyəti cədvəlinin hazırlanması zamanı həmin fəhləyə (ikinci iş ili üçün) əmək məzuniyyəti 2024-cü ilin iyununda nəzərdə tutulub. Bu halda, növbəti əmək məzuniyyəti avansla verildiyinə görə, əlavə məzuniyyət də avansla və tam verilməlidir.

Misal 7

Fəhlə təchizat şöbəsinə 2022-ci ilin avqustunda qəbul olunub. 2023-cü ilin fevralın 1-dən 12 təqvim günü müddətində əlavə məzuniyyət hüququ verən zərərli iş şəraitli işə keçirilib. 2023-cü ilin sentyabrından (ikinci iş ili üçün) məzuniyyətə getdiyi zaman bu fəhləyə növbəti əmək məzuniyyəti verilməsi zamanı əlavə məzuniyyət tam müddətə verilir. Bu halda növbəti əmək məzuniyyəti üçün iş stajı ayrı-ayrılıqda hesablanacaq. Əsas məzuniyyət iş ili üzrə 2023-cü ilin avqustundan 2024-cü ilin avqustunadək, əlavə məzuniyyət isə 2023-cü ilin fevralından 2024-cü ilin fevralınadək verilir.

Əmək şəraiti zərərli və ağır olan işçilərə əlavə məzuniyyət hüququ verən əmək stajına aşağıdakı dövrlər daxil edilir:

  • zərərli və ağır əmək şəraitində faktiki işlədiyi dövr;
  • əmək qanunvericiliyində nəzərdə tutulmuş hallarda iş yerinin və əməkhaqqının saxlanılması şərtilə işçinin işdən ayrıldığı dövr;
  • qanunsuz və əsassız işdən çıxarılma, yaxud başqa işə keçirilmə ilə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü;
  • əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
  • təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.

Mənbə: vergiler.az

Müəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?

1 311 312 313 314 315 316 317 2. 692