Read More9
Read More9

Kapital Bank-ın 150 illiyinə özəl keçirilən lotereyanın ikinci tirajı yekunlaşdı

posted in: Xəbər | 0

Kapital Bank-ın 150 illik yubileyi münasibətilə Birbank taksit kartı sahibləri üçün  keçirilən lotereyanın 2-ci tirajı 10 sentyabr 2024-cü il tarixində yekunlaşıb. 1-31 avqust 2024-cü il tarixlərində edilən əməliyyatları əhatə edən tirajda 3333 nəfər qalib seçilib. Onlardan 2300 nəfər 5 AZN, 1000 nəfər 10 AZN dəyərində keşbek, 20 nəfər 100 AZN, 10 nəfər 500 AZN, 2 nəfər 1000 AZN, 1 nəfər isə 10 000 AZN pul mükafatı qazanıb.

Lotereya qaliblərinin siyahısı: https://kbl.az/150tiraj2

Xatırladaq ki, lotereyanın əsas uduş məbləği 150 000 manatdır. 30 sentyabr 2024-cü il tarixinədək keçiriləcək lotereyada Birbank taksit kartı sahibləri minlərlə pul mükafatı və keşbeklər qazanırlar. Lotereyanın final tirajı 15 oktyabr 2024-cü il tarixində keçiriləcək.

Lotereyanın şərtlərinə əsasən Birbank taksit kartları ilə edilən hər 50 AZN və üzəri nağdlaşdırma, birdəfəlik ödəniş (POS-terminal, onlayn ödənişlər) və köçürmə əməliyyatları müştəriyə 1 bilet (lotereyada iştirak şansı) qazandırır. Taksit (ödəniş məbləğinin aylara faizsiz bölünməsi) və Ninja (əməliyyat məbləğinin aylara komissiya ilə bölünməsi) əməliyyatları zamanı kart sahibi hər 50 AZN üçün 10 bilet əldə edir.

Lotereya iştirakçılarına öz aktivliklərini rahat izləmək şansı da yaradılıb. Belə ki, müştərilər Birbank mobil tətbiqində “Bizdən sizə” bölməsində yerləşən “Lotereya” səhifəsinə keçid edərək əldə etdikləri biletlərin sayını görə bilərlər. Bundan başqa səhifədə hər ay yenilənən “Tapşırıqlar”ı tamamlamaqla əlavə bilet qazanmaq şansı da yaradılıb.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc

Bələdiyyə vergiləri: əmlak vergisi

Qeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə əsasən, qeyri-rezidentə avans ödənişi edilən zaman müvafiq qaydada ƏDV məbləği hesablanıb aidiyyəti üzrə köçürülməlidir. Əgər biz qeyri-rezidentə avans olaraq müəyyən məbləğ ödəyiriksə, həmin məbləğə görə ƏDV hesablanıb büdcəyə ödənilir. Bəs qeyri-rezidentə ödənilən avans hər hansı səbəbdən geri qayıtdıqda hesablanmış və büdcəyə ödənilmiş ƏDV-nin geri qayıtması necə icra edilməlidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

ƏDV qeydiyyatında olan vergi ödəyicisi qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ona ödənilməli olan məbləğə hesablanmış ƏDV-ni dövlət büdcəsinə ödədiyi halda Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq əvəzləşdirmək hüququna malik olur.

Belə ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

Xidmətdən o da bildirilib ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır.

Buna əsasən, qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV həmin xidmətlərin dəyərinin qeyri-rezidentə ödənildiyi günün məzənnəsinə uyğun hesablanır və ödənişin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilir.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən, mal göndərən, iş görən, xidmət göstərən vergi ödəyicisinin vergiyə cəlb edilən əməliyyatları üçün dövriyyənin dəqiqləşdirilməsi aşağıdakı hallarda tətbiq edilir:

  • əməliyyat ləğv olunduqda (tam, yaxud qismən);
  • mal geri qaytarılarsa (tam, yaxud qismən);
  • aparılan əməliyyatların xarakterində dəyişikliklər olduqda;
  • müəyyən hallar üçün (məsələn, qiymətin enməsi) razılaşdırılan kompensasiya dəyişərsə;
  • elektron qaimə-fakturanı təqdim etmiş vergi ödəyicisində sonradan dövriyyənin dəqiqləşdirilməsinə əsas yaradan hallar olduqda və həmin dəqiqləşdirmə qanun əsasında aparıldıqda.

Vergi Məcəlləsinin 163.2.2-ci maddəsinə əsasən, ƏDV bəyannaməsində verginin məbləği düzgün göstərilməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.

Ətraflı məlumat əldə etmək üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 163, 169 və 175-ci maddələri.

Mənbə: vergiler.az

241 saylı “Əvəzləşdirilən vergilər” hesabı üzrə uçot

Bələdiyyə vergiləri: əmlak vergisi

posted in: Vergi, Xəbər | 0

Hansı halda əmlak vergisi bələdiyyə vergiləri qrupuna aid edilir? Bələdiyyə büdcəsinin formalasmasında yerli vergilərin hansı rolu var? Sizə təqdim etdiyimiz məqalədə bu suallar cavab tapmaq olar.

Əmlak vergisi nədir?

Bu vergi növü sərvətdən tutulan vergilərə aiddir, yəni sahib olduğumuz daşınar və daşınmaz  əmlaka, sərvətə tətbiq olunur. Əmlak vergisi, onun yaranma tarixi qədimdir, Roma İmperiyasına gedib çıxır. İnkişaf mərhələsinin ilk dövrlərində fiziki şəxslərin əmlak vergisi yerli vergilər kimi torpaq və pul üzərində mülkiyyətdən tutulurdu. Bu vergi növü Avropada orta əsrlərin sonlarına qədər əsas vergitutmanın forması idi. Sonradan müəssisələrin yaranması ilə  əmlak vergisi daşınar və daşınmaz əmlaka tətbiq edilməyə başladı.

Hazırda Azərbaycanda həm müəssisələrin, həm də rezident və qeyri-rezident fiziki şəxslərin əmlak vergisi bu və ya digər formada tətbiq edilir. Verginin hesablanması, tutulması və ödənilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin XIII fəslinin müddəaları əsasında tənzimlənir. Hesablanmış əmlak vergisi qanunvericiliyin tələblərinə uyğun həm dövlət büdcəsinə, həm də yerli (bələdiyyə) büdcəyə ödənilir. Bələdiyyə büdcəsinə ödənişlər yerli (bələdiyyə) vergilər qrupunun tərkib hissəsi kimi təsnif edilir.

Fiziki şəxslərin əmlak vergisi

Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan hallarda fiziki şəxslərin əmlak vergisi bələdiyyə büdcəsinə ödənilir və bələdiyyə vergilərinin bir hissəsini təşkil edir. Fiziki şəxslərin əmlak vergisi binalara, su və hava nəqliyyatı vasitələrinə görə hesablanır və ödənilir. Əmlaka görə bələdiyyə vergiləri ödəyən fiziki şəxslər aşağıdakı kimi qruplaşdırılır:

  • rezident və qeyri-rezidentlərin mülkiyyətində olan respublika ərazisində yerləşən binalara görə (tikililər və onların hissələri);
  • rezident fiziki şəxslərin su və hava nəqliyyatı vasitələri üçün (yerindən, istifadəsindən asılı olmayaraq).

Bələdiyyə büdcəsinə köçürülən fiziki şəxslərin əmlak vergisi üzrə dərəcələr Vergi Məcəlləsinin 198.1.1. maddəsi əsasında tətbiq edilir. Hesablamalar zamanı:

  • həm faizlə ifadə olunmuş (mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün);
  • həm də sabit məbləğlər şəklində (digər əmlaklar üzrə) vergi dərəcələri tətbiq olunur.

Əmlak vergisi üzrə vergi dərəcələri

Fiziki şəxslərin əmlak vergisi aşağıdakı dərəcələrlə hesablanır:

  • Fiziki şəxsin mülkiyyətində olan binaların sahəsinin hər kvadratmetrinə görə (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin):

Fiziki şəxsin əmlak vergisi hesablanarkən binaların hər kvadrat metrinə tətbiq olunan vergi dərəcələri

Hesablama zamanı  Bakı şəhərində yerləşən binalara zonalardan asılı olaraq bu dərəcələrə Nazirlər Kabinetinin müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq olunur.

  • Su və hava nəqliyyatı vasitələrinə görə:
  • su və hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;
  • mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün – onların bazar qiymətinin 1 faizi.

Bələdiyyə vergiləri üzrə hesablamalar və ödəmələr

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalarına görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanılır. Bir neçə sahibi olan bina üzrə bələdiyyə vergilərinin hesablanması həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq aparılır.

Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək bələdiyyəyə təqdim edir. Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur. Bələdiyyələr fiziki şəxslərin əmlak vergisi ödənilməsi barədə tədiyyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-i və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Yerli vergilər üzrə güzəştlər

Azərbaycan Respublikasının vergi qanunvericiliyində bələdiyyə vergiləri ödəyiciləri üçün bir sıra azadolma və güzəştlər nəzərdə tutulub.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla yuxarıda qeyd olunan, torpaq vergisindən güzəşt verilən fiziki şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.

Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallarından məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.

Bələdiyyə vergiləri üzrə qeyd edilən azadolmalardan başqa fiziki şəxslərin əmlak vergisi üzrə bir sıra müvəqqəti güzəştlər də nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan fiziki şəxslər həmin parklarda qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 10 il müddətinə bu parklardakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) fiziki şəxslər 2014-cü il yanvarın 1-dən 13 il müddətinə fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.

İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.

Əmlak vergisi üzrə digər məqamlar

Qeyd etdiyimiz kimi Vergi Məcəlləsinin 198.1-ci maddəsinə uyğun hallarda fiziki şəxslərin əmlak vergisi bələdiyyə vergisi kimi təsnifat olunur. Qalan hallarda əmlak vergisi dövlət büdcəsinə köçürülür (məsələn, fərdi sahibkarın əsas vəsaitləri üzrə vergi).

Yerli büdcəyə ödənilməli olan fiziki şəxslərin əmlak vergisi bələdiyyə qurumları tərəfindən hesablanır, ödəyiciyə təqdim olunur, hissələrlə ödənilir. Bələdiyyə vergiləri üzrə hesablama və ödəmələr Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təsdiq etdiyi “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait” əsasında aparılır. Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” AR qanununa əsasən fiziki şəxslərin əmlak vergisi banklar, poçt qurumları nağdsız ödəmə terminalları vasitəsi ilə aparılır, nağd ödəniş qadağandır.

Vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi – DƏYİŞİKLİKLƏR VƏ TƏLƏBLƏR

İşçinin maddi məsuliyyəti zamanı intizam tədbirləri

posted in: Xəbər | 0

İşçinin maddi məsuliyyəti

İşçi mülkiyyət formasından asılı olmayaraq hər hansı bir müəssisədə işəgötürənlə əmək münasibətinə daxil olarkən müəyyən əmək funksiyalarının icrasını öhdəliyinə götürməklə yanaşı, işəgötürənə və onun əmlak və avadanlıqlarına vurulan ziyana görə maddi məsuliyyət daşıyır. Mövzu ilə bağlı vergiler.az  əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilovun şərhini təqdim edib. Onu sizə təqdim edirik..

“Maddi məsuliyyət – işçinin təqsiri və hüquqazidd hərəkətləri nəticəsində işəgötürənə vurulmuş ziyana görə əvəzin qanunvericiliyə uyğun şəkildə ödənilmə vəzifəsidir. Maddi məsuliyyət zamanı vurulmuş zərərə görə işçinin hərəkət və hərəkətsizliyindən qaynaqlanan təqsiri sübut edilməlidir.”

İşçilərin əmək müqaviləsi üzrə əsas vəzifələri Əmək Məcəlləsinin 10-cu maddəsində şərh olunub. Belə vəzifələrdən biri də işəgötürənə işçi tərəfindən vurulan maddi ziyana görə onun məsuliyyətidir. İşəgötürənin əsas hüquqları Məcəllənin 11-ci maddəsində şərh olunub. Həmin maddəyə görə işçinin ona yaxud mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsinin qanunvericiliyə müvafiq qaydada təmin edilməsi hüququdur.

İşçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması sayılır (ƏM, maddə 72). Maddi məsuliyyəti müəyyən edərkən işçinin hərəkət və hərəkətsizliyin işçinin təqsiri və hüquqazidd əməli üzündən baş verməsi halının olmasına diqqət etmək lazımdır.

Əgər normal iş prosesində müəssisənin əmlakına zərər işçinin təqsiri və hüquqazidd əməli olmadan dəyibsə, bu halda işçinin maddi məsuliyyətindən söhbət gedə bilməz. Deməli, maddi məsuliyyət halının baş verməsi üçün:

  • ziyan işçinin təqsirli və hüquqazidd əməli nəticəsində baş verməli;
  • işəgötürənə maddi ziyan dəyməlidir.

Ziyanın əməkhaqqından tutulması

Əmək Məcəlləsinə görə işçinin əmakhaqqından tutulmalar

  • işçinin yazılı razılığı olduqda, yaxud;
  • yaxud məhkəmənin qərarı əsasında, qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə həyata keçirilə bilər.

Eyni zamanda məcəllədə işəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından tutulmaya yol verilən hallar da müəyyən olunub. Onlardan biri 175-ci maddənin “ç” bəndində əks olunan “işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əməkhaqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği”- dir.

İntizam tədbirləri

İşəgötürənın maddi ziyan işçinin əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi nəticəsində də yarana bilər.  Bu zaman,  həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydaları işçi tərəfindən pozulduqda işəgötürən ona Məcəllənin 186-cı maddəsində nəzərdə tutulan aşağıdakı intizam tənbehlərindən birini tətbiq edə bilər:

  • töhmət vermək;
  • sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
  • kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əməkhaqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
  • əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

İşçinin işəgötürənə vurduğu ziyana görə məsuliyyəti onun əsas vəzifələrindən biridir (ƏM, maddə 10 ”ç”). Odur ki, vurulan ziyana görə işəgötürən yuxarıda qeyd edilmiş intizam tənbehlərindən birini tətbiq edə bilər. Beləliklə, işçinin təqsirli hərəkətləri nəticəsində vurulmuş maddi ziyana görə işəgötürən bir neçə qərar qəbul edə bilər:

  • işəgötürənə vurulmuş ziyanın əvəzinin tam və ya qismən ödənilməsi;
  • işəgötürənin əmlakına ehtiyatlı və qayğı ilə yanaşılması üçün işçiyə tərbiyəvi-intizamlandırıcı təsir göstərilməsi üçün onunla fərdi söhbət edilməsi;
  • Əmək Məcəlləsinin 186-cı maddəsində göstərilmiş intizam tənbehlərindən birinin tətbiq edilməsi;
  • əmək müaqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi;
  • hüquq-mühafizə orqanlarına müraciət edərək işçinin inzibati, cinayət və digər məsuliyyətə cəlb edilməsi.

Bunlardan hansının tətbiqi işin hallarına görə qanunvericiliyin tələbləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir. Qeyd edək ki, vurmuş ziyana görə əmək müqaviləsinə xitam verilməsi yaxud inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmə, işçini məsuliyyətdən azad etmir. İşçi vurulmuş ziyanın əvəzini qanunda müəyyən edilmiş qaydada ödəməyə borcludur.

Gəlirdən çıxılan ümidsiz borclar hansılardır?

1 314 315 316 317 318 319 320 2. 692
error: Content is protected !!