Read More9
Read More9

Kapital Bank 2024-cü ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan edib

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 iyul 2024-cü il tarixinə 9.98 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4.78 milyard manat olub.

1 iyul 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 7.6  milyard  manat təşkil edib. Bankın 1 iyul 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 913 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 123.9 milyon manat olub.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

PMS I mərhələ üzrə imtahana hazırlıq kursu (İctimai sektor)

PMS I mərhələ üzrə imtahana hazırlıq kursu (İctimai sektor)

posted in: Xəbər | 0

PMS I mərhələ üzrə imtahana hazırlıq kursu (İctimai sektor)

Peşəkar Mühasib Sertifikatı (PMS) ölkəmizdə peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulmuş sertifikasiyadır.

Azərbaycan Mühasiblər Məktəbi olaraq, PMS imtahanına hazırlaşan mühasiblərə dəstək olmaq məqsədilə, Büdcə təşkilatlarının baş mühasibləri üçün İctimai Sektor üzrə 3 aylıq PMS 1-ci mərhələ imtahanına hazırlıq kursuna başladıq.

Təlimçi: Gülşən Orucova

2011-ci ildən maliyyə sahəsində fəaliyyət göstərən Gülşən Orucova 2015-ci ildən etibarən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin “İmtahanların təşkili və keyfiyyət təminatı” şöbəsinin müdiri vəzifəsində çalışır.

Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin MBA magistr pilləsində və Azərbaycan Turizm və Menecment Universiteti ilə tərəfdaş ali təhsil müəssisəsi – Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin (TEU) proqramı üzrə beynəlxalq standartlara uyğun Mühasibat uçotu və Maliyyə hesabatlarının hazırlanması fənlərini ingilis dilində tədris edir.

3 ilə yaxındır “PMS imtahanlarının birinci mərhələsinə hazırlıq” kurslarının təlimçisidir.

ACCA proqramı üzrə sertifikatlara və eyni zamanda IPSAS üzrə müvəffəqiyyət sertifikatına malikdir.

Dövlət İmtahan Mərkəzinin ekspertidir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Kursun formatı: Ənənəvi və onlayn

Təlim sayı və vaxtı: 25 dərs / Həftədə 2 dəfə

Kursa daxildir:

  • 25 dərs (50 saat) + 2 sınaq imtahanı;
  • Sertifikatların təmini;
  • Video qeydlər, dərs materialları və testlərlə təminat;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Təlimlərin video qeydiyyatı aparılır. Həm təkrar olaraq, həm qoşula bilmədiyiniz təlimləri izləyə bilirsiniz. Hər təlimdən sonra (1 gün ərzində) təlim materialları (köməkçi fayllar, cədvəllər) və video qeydlər iştirakçılarla bölüşülür.

Mövzuların adı Bioloji saat
1 İSMUBS-nin tarixi inkişaf yolu, konseptual əsaslar, keyfiyyət göstəriciləri, ictimai sektor müəssisəsinin xüsusiyyətləri və ümumi təyinatlı maliyyə hesabatlarının istifadəçiləri 2
2 1 nömrəli İSMUBS (Maliyyə hesabatlarının təqdimatı): Maliyyə hesabatları, onların elementləri, hesabatların strukturu və başlıca elementləri 2
3 2 nömrəli İSMUBS (Pul vəsaitlərinin hərəkəti haqqında hesabat) strukturu və göstəricilərin tanınma meyarları 2
4 Maliyyə təsərrüfat əməliyyatlarının ilkin uçotdan maliyyə hesabatlarına qədər mərhələləri, hesablar planının strukturu, mühasibat yazılışlarının verilməsi qaydaları – praktiki məsələ (müxabirləşmələr) 2
5  Pul vəsaitləri və onların ekvivalentləri (müxabirləşmələr)
– Qısamüddətli debitor borcları
– Sair qısamüddətli aktivlər
2
6 12 nömrəli İSMUBS (Ehtiyatlar): Təlimat üzrə müxabirləşmələr 2
7  – 17 nömrəli İSMUBS (TTA): Təlimat üzrə müxabirləşmələr
– “İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat” AR Maliyyə Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il Q-12 № li Qərarı. Praktiki məsələlərin həlli
4
8 – 9 nömrəli İSMUBS (Birja əməliyyatları üzrə gəlirlər)
– 23 nömrəli İSMUBS (Qeyri-kommersiya əməliyyatları üzrə gəlirlər)
– 11 nömrəli İSMUBS (Tikinti müqavilələri)
– Praktiki məsələ testlər
2
9 – Gəlir və xərclərin hesabat dövrünün sonunda tanınması
– Müvəqqəti hesabların bağlanması
– Ümumi mənfəətin, xalis mənfəətin hesablanması
– Kapital ehtiyatlarının hesablanması
– İlin sonu müxabirləşmələr
– Dövriyyə balansı.
4
10 Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın tərtibi və təhlili 2
11 Maliyyə vəziyyəti haqqında hesabatın tərtibi və təhlili 2
12 Pul vəsaitinin hərəkəti haqqında hesabatın tərtibi və təhlili 2
13 Kapitalda dəyişiklik haqqında hesabatın tərtibi və təhlili 2
14 Yekun maliyyə hesabatlarının tərtib olunması ilə bağlı məsələlər 2
15 – 31 nömrəli İSMUBS (Qeyri-maddi aktivlər)
-16 nömrəli İSMUBS (İnvestisiya mülkiyyəti)
2
16 26 nömrəli İSMUBS (Pul vəsaitləri yaradan aktivlərin dəyərdən düşməsi)
21 nömrəli İSMUBS (Pul vəsaitləri yaratmayan aktivlərin qiymətdən düşməsi)
2
17 Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri (standart №4) 2
18 5 nömrəli İSMUBS (Borclar üzrə məsrəflər)
İcarə (standart №13)
2
19 39 nömrəli İSMUBS (İşçilərin müküfatlandırılması)
Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər (standart №19)
Hesabat tarixindən sonrakı hadisələr (standart №14)
2
20 10 nömrəli İSMUBS (Hiperinflasiya şəraitində maliyyə hesabatları)
Kənd təsərrüfatı (standart №27)
Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər (standart №3)
2
21 Fərdi maliyyə hesabatları (standart № 34),
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları (standart №35)
2
22 Asılı təsərrüfat cəmiyyətlərinə və birgə müəssisələrə investisiyalar (standart №36), Birgə razılaşmalar (standart №37) ictimai sektor müəssisələrinin birləşməsi (standart №40) 2
23 Maliyyə hesabatları haqqında praktik çalışmalar (dövriyyə cədvəlindən, sınaq balansından, büdcə vəsaitinin istifadəsi haqqında hesabatdan, xəzinənin üzləşmə aktınlarında maliyyə hesabatlarının hazırlanması) 2
24 “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu
25 Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi Qaydaları
26 Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası
27 Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar
28 Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda kassa əməliyyatlarının aparılması Qaydaları
29 Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları
CƏMİ 50

 

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/


Əlaqə:


Ünvan: Caspian Plaza

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

posted in: Xəbər | 0

Vergi ödəyicisi olaraq, bankdan xarici valyuta alan zaman kommersiya bankı ilə Mərkəzi Bankın məzənnə fərqindən yaranan fərq vergi baxımından gəlirdən çıxılan xərc kimi nəzərə alınırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranmış məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir.

Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Mərkəzi Bankın elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.

Mənbə: vergiler.az

Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir: sahibkarlıq

“Moody’s” və “S&P” Kapital Bank-ın reytinqlərini təsdiqləyib və bankın perspektivini müsbət qiymətləndirib

posted in: Xəbər | 0

5 iyul 2024-cü il tarixində “Moody’s” beynəlxalq reytinq agentliyinin yayımladığı son hesabatda ölkənin uzunmüddətli kredit reytinqi proqnozu “sabit”dən “müsbət”ə yüksələrək “Ba1” səviyyəsində qiymətləndirilib və ölkənin makro iqtisadi göstəricisinin yüksəldiyi qeyd olunub.

Agentlik, həmçinin ölkənin birinci bankı Kapital Bank-ın yerli və xarici valyutada uzunmüddətli depozit reytinq proqnozunu “sabit”dən “müsbət”ə dəyişməklə “Ba2” səviyyəsində təsdiq edib. Onu da qeyd etmək lazımdır ki, bankın Əsas Kredit (BCA) qiymətləndirməsi üzrə reytinqi “Ba3” səviyyəsində və Uzunmüddətli Kontragent Riski (LT-CRR) qiymətləndirilməsi üzrə reytinqi “Ba1” səviyyəsində təsdiqlənib. Agentlik öz hesabatında bankın keyfiyyətli kredit portfelinin olmasını, məcmu kapital adekvatlığının bankın güclü və dayanıqlı kapital resursları ilə dəstəklənməsini, o cümlədən aktivlərin effektiv idarə olunması ilə güclü gəlirlilik göstərcilərini müsbət məqamlar kimi qeyd edib.

“Standard & Poor’s (S&P)” agentliyinin 2 iyul 2024-cü il tarixində yayımladığı göstəricilərə gəldikdə isə Kapital Bank-ın uzun və qısamüddətli kredit reytinqləri “BB-/B” səviyyəsində təsdiqlənib. Bu, bankın güclü və sabit maliyyə imkanlarını, kredit portfelinin böyüməsini vurğulamaqla yanaşı, bankın gələcək perspektivlərinin də müsbət olduğunu göstərir. Agentlik xüsusilə növbəti 12-18 ay ərzində bankın ölkənin maliyyə sektorundakı mövqeyinin daha da güclənəcəyinə dair gözləntilərini vurğulayıb.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Qismən ödənişli sosial məzuniyyətin verilməsi qaydası

1 339 340 341 342 343 344 345 2. 683
error: Content is protected !!