Read More9
Read More9

Geri alınmış kapital (səhmlər)

posted in: Xəbər | 0

Kapitalın əsas tərkib hissələri

Mühasibat uçotu subyektləri “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına  əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na əsasən maliyyə vəziyyəti haqqında hesabatı (balans hesabatını) tərtib edərkən kapitalın tərkibini aşağıdakı maddələr üzrə əks etdirməlidirlər (Qaydalar/Əlavə1):

Mühasibat uçotunun hesablar planında bu maddələrin uçot məlumatları 3 saylı “Kapital” bölməsi açılmış hesablarda aparılır.

Geri alınmış kapital (səhmlər)

Şirkətin bazar dəyəri onun bazara çıxarılan səhmlərinin ümumi bazar dəyəridir. Şirkətin səhmlərinin satışından gəlir əldə etmək niyyətində olan sehmdar üçün bu qiymətləndirmədə ən mühüm amildir.

Şirkətin səhmdar dəyərini artırmaq üçün sehmdar cəmiyyətlər öz sehmlərini geri ala bilərlər. Nizamnamə kapitalını formalaşmasında səhmlər mühüm rol oynayır. Onların geri alınması “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 18.4 maddəsində təsbit olunub: “Cəmiyyət öz səhmlərini yenidən satmaq, işçiləri arasında satmaq, yaxud dövriyyədən çıxarmaq məqsədi ilə onları geri satın ala bilər. Geri alınmış səhmlər bir il ərzində satılmalıdır. “

Geri alınmış kapital (səhmlər) üzrə uçot məlumatları hesablar planının  321 nömrəli hesabı üzrə qeydə alınır.

Səhmlərin geri alınmasından sonra sərbəst dövriyyədə olan səhmlərin sayı azaldığından, dövriyyədə olan sehm üzrə mənfəət artır və bu da səhm qiymətinin artmasına səbəb olur.

Mühasibat yazılışına nümunə

Qeyd etdiyimiz kimi, geri alınmış səhm kapitalı bir il ərzində satılmalıdır. Nəzərə almaq lazımdır ki, bu müddət ərzində mənfəətin bölüşdürülməsində həmin səhmlər nəzərə alınmır.

Səhmdar cəmiyyət geri alınmış səhmlərlə nə edir, onları yenidən satır yoxsa tamamilə ləğv edir? Nizamnamə fondunun azaldılması məqsədi ilə geri alınmış səhmlər  qanunvericiliyin tələbləri nəzərə  alınmaqla ləğv edilə bilər.

Əgər səhmlər ləğv edilməyəcəksə, deməli nizamnamə kapitalına dəymək lazım deyil, nizamnamə kapitalı olduğu kimi qalacaqdır. Geri alınmış kapital (səhmlər) üçün  onların faktiki sahibinə ödəniş etmək lazımdır. Aşağıdakı nümunəyə baxaq:

“İnkişaf” ASC fəaliyyətinin 4 illiyində səhmdarlarının iclasında qərara gəlir ki, səhmlərin bir hissəsini geri alsın. Hesab edək, satış qiyməti 310, nominal dəyəri 200 manat olan 7 səhm geri alınıb. Ödəniş bank hesabı vasitəsi ilə edilib:.
DT 311 KT 223 770 manat
DT 321 KT 223 1400 manat .

Göründüyü kimi, əvvəllər əldə edilmiş emissiya gəlirlərinə geri yazılış verilir.

Səhmlərin geri alınması səbəbləri

Şirkət öz səhmlərini bir sıra səbəblərdən geri ala bilər:

  • şirkətin sehmdarlarla bölüşə biləcəyi pul vəsaiti ver, lakin dividend ödəmək əvəzinə səhmləri geri almaqla bölüşdürməyi seçir. Yəni, sehmdarlar dividendlər deyil, səhm qiymətlərinin artması şəklində kapital gəliri alırlar. Belə əvəzetmə dividend ödənişinə və kapital artımına fərqli vergi dərəcələri tətbiq edildikdə baş verir;
  • şirkət kapital strukturunun mülkiyyət hissəsinin çox olduğu qənaətinə gəlir. O, əlavə borc vəsaitləri cəlb edir və səhmləri geri alır. Borc kapitalının dəyəri kapitalın dəyərindən aşağı olduğundan, kapital strukturunda borcun payının optimal səviyyəyə yüksəldilməsi kapitalın orta çəki dəyərinin (WACC) azalmasına səbəb olur. Şirkətin kapitalın orta çəkili dəyəri nə qədər aşağı olarsa, şirkətin dəyəri də bir o qədər yüksək olar;
  • buraxılmış opsionları öz işçiləri üçün realizə etmək məqsədi ilə.

Səhmlərin geri alınmasının üstünlükləri

Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar şirkətlərə aşağıdakı üstünlükləri verir:

  • səhmlərin geri alınmasının elanı sehmdarlar tərəfindən müsbət siqnal kimi qəbul edilir, çünki bu səhmlərin qiymətinin artmasına səbəb olur.
  • səhmlərinin geri alınması şirkətin kapital strukturunu dəyişir, onun optimal səviyyəsini təmin edir.
  • şirkətlər işçilərinin opsionlarını həyata keçirmək üçün öz səhmlərini geri almaqla yeni səhmlər buraxmaq zərurətindən qaçır və beləliklə, mənfəətin azalmasının qarşısını alır.

Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatların 321 saylı eyni adlı hesabda mühasibat uçotu haqqında burdan oxuya bilərsiniz.

Rezident müəssisələrin ödədiyi dividendlərdən yaranan vergi öhdəliyi

Uşaq bağçalarına hansı vergi güzəşti verilib?

posted in: Xəbər | 0

Müəssisəmiz lisenziya əsasında məktəbəqədər təhsilin uşaq bağçası növü üzrə fəaliyyət göstərir. Bildiyimiz kimi, məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirlər 2014-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət vergisindən azaddır. Bu güzəştin müddəti uzadılıbmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 106.1.15-ci maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət vergisindən azaddır. Eyni zamanda, Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinə 2024-cü ilin yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən, təhsil müəssisələrinin və sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələri ilə yanaşı, məktəbəqədər təhsil müəssisələrinin mənfəəti – mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla mənfəət vergisindən azaddır.

Odur ki, 2024-cü ilin yanvarın 1-dən məktəbəqədər təhsil müəssisələrinin mənfəəti – mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 106.1.7-ci və 106.1.15-ci maddələri

Mənbə: vergiler.az

Qiymətləndirilmiş və şərti öhdəliklər

Qiymətli kağızların emissiyası və emissiya gəliri

posted in: Xəbər | 0

Bu məqalədə emissiya haqqında ümumi anlayış verilir, qiymətli kağızların emissiyası, səhmlərdən emissiya gəliri və onun mühasibat uçotu qaydaları şərh edilir.

Emissiya və onun növləri

“Emissiya” sözü latın mənşəlidir (emissio “buraxmaq” kimi tərcümə olunur). İqtisadi terminologiyada emissiya – bir qayda olaraq müxtəlif pul vəsaitlərinin dövriyyəyə buraxılması kimi başa düşülür, məsələn:

  • qiymətli kağızlar emissiyası;
  • pul emissiyası;
  • kredit emissiyası;
  • bank kartı emissiyası.

Bunu dövlət, kommersiya bankları, hüquqi şəxslər, dövlət orqanları və yerli özünüidarəetmə orqanları həyata keçirə bilər. Onlar emitent adlanır.

Qiymətli kağızların emissiyası. Hüquqi şəxslər tərəfindən səhmlərin, istiqrazların və digər qiymətli kağızların buraxılması investorlardan vəsait cəlb etmək məqsədi ilə həyata keçirilir və müvafiq qanunvericilik aktı ilə tənzimlənir. Səhmlərin buraxılışı zamanı emissiya gəliri səhmlərin emitent tərəfindən müəyyən edilmiş qiymətli kağızın nominal dəyəri ilə investorların qiymətli kağızı alacağı faktiki qiymət arasındakı fərqdir.

Pul emissiyasını ancaq dövlət, daha dəqiq desək, ölkənin Mərkəzi Bankı həyata keçirir. Nağd və nağdsız pulların emissiyası və dövriyyəsinin təşkili Mərkəzi Bankın əsas funksiyalarından biridir.

Kredit emissiyası ölkənin pul kütləsini bankın ondan kredit götürmüş müştərilər üçün yeni hesabları yaratmaqla artırmasıdır.

Bank kartı emissiyası banklar tərəfindən həyata keçirilir. Kartlar həm ölkə daxilində, həm də beynəlxalq ödəniş sistemlərində istifadə üçün buraxıla bilər. Bank kartlarının emissiyası pul kütləsini artırmır, çünki onlar ödəniş vasitəsi kimi xidmət edir və sahibləri üçün bank hesablarında yerləşdirilmiş vəsaitlərə çıxış imkanı verir.

Qiymətli kağızların emissiyası

Pul vəsaitlərinin ekvivalenti olan qiymətli kağızlar üzrə emissiya səhmlərin yaxud istiqrazların buraxılışıdır. Bunu dövlət və kommersiya müəssisələri edə bilər. Şirkətlərdə emissiya qərarı adətən direktorlar şurası tərəfindən verilir.

Sadə dillə desək, səhm, sahibinə şirkətin qazancından bir pay tələb etməyə imkan verən qiymətli kağızdır. İnsanın nə qədər çox payı varsa, bir o qədər çox pul ala bilər.

Biznes sahibləri nizamnamə kapitalını formalaşdırmaq məqsədilə səhm, borc vəsaiti əldə etmək üçün istiqrazlar buraxır. Səhmlərin emissiyası üçün şirkət səhmdar cəmiyyəti (SC) kimi qeydiyyatdan keçməlidir. MMC və SC-lər qanunvericiliyin tələblərinə əməl etməklə istiqraz buraxılışını həyata keçirə bilər.

İstiqrazlar borc qiymətli kağızlarıdır. Onlar investorlardan borc götürmək istəyənlər tərəfindən buraxılır. İstiqraz sahibi kreditor olur və qoyulmuş məbləğdən əlavə müəyyən faiz – kupon gəliri alır. İstiqrazların buraxılışı emissiya adlanır.

Şirkətlər dövlət icazəsi olmadan qiymətli kağızların buraxılması barədə qərar qəbul etmək hüququ yoxdur. Qanun qiymətli kağızlar prospektinin dövlət qeydiyyatını ehtiva edən standart emissiya prosedurunu müəyyən edir.

Emissiya gəliri

Biz emissiya gəliri dedikdə müəssisəyə məxsus səhmlərin nominal dəyərindən artıq satılan hissəsini nəzərdə tuturuq. Səhmlərin dəyərinə nominal, bazar, satış dəyərləri aid edilir. Nominal dəyər dedikdə onun müəssisə tərəfindən müəyyən edilmiş, qanuni təsdiqlənmiş, dövlət tərəfindən tanınan dəyəri nəzərdə tutulur. Bununla belə səhm öz nominal dəyərindən aşağı, yaxud yuxarı qiymətə satıla bilər. Buna başlıca səbəb, şirkətin nüfuzu, perspektivliyidir.

Emissiya gəlirini səhm sahibinin öz səhmini baha qiymətə satmasıyla səhv salmaq olmaz. Səhmdar nominal dəyəri 6000 manat olan səhmini 8500 manata satıbsa bu onun qazancıdır, vergi qanunvericiliyinə əsasən vergiyə də cəlb edilir, lakin belə müsbət fərq müəssisənin aktivlərinə heç cür təsir etmir, o səbəbdən maliyyə hesabatlarında əks etdirilmir.

Səhmlər həm fond birjasında, həm də birjadan kənar alınıb satıla bilər. Fond birjasına düşməyin qanunla müəyyən edilən xüsusi şərtləri vardır.

Emissiya gəliri, kapitalda artımdır. Səhmdar cəmiyyətləri yeni səhmlər emissiya etməklə öz kapitallarını artırmaq hüququna malikdirlər. Emissiya gəlirini hesablamaq üçün səhmlərin satış dəyərindən nominal dəyərini çıxmaq kifayətdir.

Nümunə 1: “İnkişaf” ASC-nin səhmdarı Elçin Allahverdiyev dəyəri 100 manat olan 5 ədəd səhmlərini həmin cəmiyyətin başqa səhmdarına biri 130 manatdan olmaqla satır. 650 – 500 = 150 manat məbləğ Elçin Allahverdiyevin qazancıdır.

Yuxarıdakı nümunədə qiymətli kağızların satışından əldə edilmiş məbləğ emissiya gəliri deyil, sahibkarın qazancıdır. Digər nümunəyə baxaq.

Nümunə 2: “İnkişaf” ASC-nin nizamnamə kapitalı 30 səhmdən ibarət olmaqla 6000 manat təşkil edir. Cəmiyyət kapitalını artırmaq üçün 20 ədəd yeni səhmlər buraxır, hər birinin nominal dəyərini daha əvvəl olduğu kimi 200 manat müəyyən edir.
Cəmiyyət artıq 3 ildir fəaliyyət göstərir, bazarda kifayət qədər tanınır, brend təşkilat kimi qəbul edilir. Cəmiyyət səhmlərini elə öz səhmdarlarına, lakin 310 manata sata bilir. Nəticədə :
DT 302 KT 301 4000 man.
DT 223 KT 302 4000 man.
DT 223 KT 311 2200 man.

Emissiya gəlirləri dividend kimi verilə bilərmi?

Sual yarana bilər : səhmdarlar yeni səhmlərə sahib olduqdan sonra emissiya gəlirini də dividend kimi götürəcəklər, burada mahiyyət nə oldu ?

Məsələ ondadır ki, emissiya gəlirləri istisna olaraq dividend kimi verilə bilinməz. Emissiya gəlirləri ehtiyatından yalnız müəyyən hallarda istifadə edə bilər (bonus emissiyası və müəyyən emissiya (endirim/komisyon) məsrəflərini qarşılamaq üçün).

Bununla belə bəzi qanunvericiliklər imtiyazlı səhmlərin geri alınması zamanı emissiya gəliri hesabından istifadə etməyə icazə verir.

Ümumən səhmlər emissiya ediləndə ilk növbədə mövcud səhmdarlara təklif edilir, yalnız onların istəmədikləri hissə kənar investorlara təklif olunur.

Bonus emissiyası

Yuxarıda bonus emissiyası ifadəsini işlətdik. Bonus emissiyası yeni səhmlər buraxıb onu mövcud səhmdarlara heç bir pul qarşılığı gözləmədən verməkdir. Yeni səhmlər buraxılır, lakin nominal dəyər digər kapital hesabından müxabirləşmə verilərək əldə olunur. Nizamnamə kapitalı artır, bununla belə pul mədaxili baş vermir.

Bonus emissiyasının üstünlükləri :

  • Bonus emissiyası səhmdarları mükafatlandırmaq üçün yaxşı üsuldur, çünki bu zaman onların satmaq üçün əllərində daha çox səhmləri olur.
  • Dövrü olaraq elan edilən bonus emissiyası müəssisənin səhmdarlarını mükafarlandırmaq məqsədilə qazanılmış mənfəətdən kapital ehtiyatları ayırmış olmasında işarə edir.
  • Bu səhmdarların və eyni zamanda bazarın likvidlik qabiliyyətini artırır. Səhmlərin sayı artdığından səhmdarlar onların bir hissəsini sata yaxud saxlaya bilərlər.

Qiymətli kağızlar üzrə bonus emissiyasının çatışmazlıqları:

  • Mənfəətdə heç bir artım olmadan səhmlərin sayının artması səhm üzrə mənfəət göstəricisini azaldır.

Sonda qeyd edək ki, emissiya gəliri üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Buraya keçid etməklə bu haqda daha çox məlumat almaq olar.

Stomatoloji klinikalara hansı vergi güzəşti tətbiq olunur?

Mühasibat uçotu, onun təyinatı və məcburiliyi

posted in: Xəbər | 0

Mühasibat uçotunun hüquqi əsasları

Mühasibat uçotu spesifik məlumatların davamlı və sistemli şəkildə toplanması, qeydə alınması və şərh edilməsi prosesidir. Mühasibatı hərtərəfli təhlil etsək, görərik ki, söhbət müəssisələrdə (o cümlədən, fərdi sahibkarlıq subyektlərində) təsərrüfat əməliyyatları, habelə maliyyə şərtləri ilə ifadə olunan öhdəliklərlə bağlı məlumatlarla işləməyə imkan verən sistemdən gedir. Sistem daxilində məlumatların sənədli qeydiyyatı fəaliyyətin fasiləsizliyi prinsipi əsasında yeni müəssisənin qeydiyyata alındığı andan onun tam ləğv edilməsinə qədər davam edir.

Respublikamızda mühasibat uçotunun aparılması qaydaları 29 iyun 2004-cü il tarixli 716-IIQ saylı “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Mühasibatın təyinatı

Müəssisələrdə uçot nə üçün aparılmalıdır? Bu sualın cavabını yuxarıda qeyd edilən Qanunun “Əsas anlayışlar” bölməsində tapmaq olar: “Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır.” (maddə 2.1.6).

Bir az xırdalasaq, mühasibat uçotu vergi ödəyicilərinin fəaliyyətinin dinamikası və əmlak vəziyyəti haqqında məlumatların tam təsəvvürünü yaratmağa imkan verir. Bu məlumatlar sadəcə təsərrüfat fəaliyyəti faktlarının qeydiyyatı və vergi hesabatları üçün deyil, həm də rəhbər və menecerlər üçün önəmlidir: onların köməyi ilə gələcək üçün proqnozlar vermək mümkündür.

Mühasibat uçotunun obyektləri

Aşağıdakılar mühasibat uçotunun obyektləridir:

  • pul və natural ifadədə icarəyə götürülmüş, bağışlanılan, əvəzsiz verilən və s. sərvətlər də daxil olmaqla istifadədə olan və olmayan əmlak;
  • istehsalat ehtiyatları və məsrəfləri, hazır məhsullar;
  • qeyri-maddi aktivlər;
  • pul vəsaitləri, qiymətli kağızlar, hüquqi və fiziki şəxslərlə hesablaşmalar, investisiya qoyuluşları;
  • gəlir və xərclər, mənfəət və zərərlər, mənfəətin istifadəsi, zərərlərin ödənilməsi;
  • əsas vəsaitlərin, azqiymətli əşyaların, qeyri-maddi aktivlərin köhnəlməsi (amortizasiyası);
  • kreditlər və digər borclara görə öhdəliklər, maliyyə təxsisatları və onların istifadəsi;
  • nizamnamə fondu da daxil edilməklə müəssisələrin ehtiyatlarının və digər fondlarının yaradılması, istifadəsi və mühasibat uçotunun hesab planına uyğun digər obyektlər. 

Mühasibat uçotunun məcburiliyi

Uçotun ümumi qəbul edilmiş standartlar və qaydalar çərçivəsində aparılması zəruridir. Bunun ən vacib və əhəmiyyətli səbəbi – bu tələbin qanunla təsbit edilməsidir. Odur ki, sahibkar işləmək istəyirsə, öz fəaliyyətini qanunun tələblərinə uyğun aparmalıdır. Qanunvericilikdə mühasibat uçotu aparmamasına icazə verən heç bir müddəa yoxdur. Hüquqi və fiziki şəxslər tərəfindən təsərrüfat fəaliyyəti həyata  keçirərkən uçotun aparılması məcburidir: bu müddəa “Mühasibat uçotu haqqında” Qanunun 3-cü bölməsində təsbit olunub. Bu zaman tətbiq edilən uçot standartları və qaydaları qanunvericilik aktları ilə müəyyən edilir. Əgər:

  • mühasibat uçotu heç vaxt aparılmayıbsa;
  • təsərrüfat əməliyyatları düzgün qeydə alınmayıbsa, və;
  • hesabatlar tənzimləyici orqanlara təqdim edilməyibsə sahibkar məsuliyyətə cəlb olunacaq.

Elektron uçotun məcburiliyi

Mühasibat uçotunun inkişaf mərhələləri çox şaxəlidir. Müxtəlif dövrlərdə uçotun aparılması üçün müxtəlif vasitələrdən istifadə olunub: daş kitabələr, gil lövhələr, papiruslar, kağız daşıyıcılar və sair və ilaxır. Biz daha çox uçotun aparılması üçün kağız daşıyıcılardan istifadə edirik. Amma dövrün tələbi ilə ayaqlaşmaq lazımdır. “Mühasibat uçotu haqqında” Qanunun 3.1-1 maddəsi məcburi qaydada elektron formada aparan vergi ödəyicilərinin əhatəsini müəyyən edir.  Aşağıdakı qurumlarda mühasibat uçotu elektron formada aparılmalıdır:

  • iri sahibkarlıq subyektlərində;
  • orta sahibkarlıq subyektlərində – qanunvericiliklə müəyyən olunmuş keçid mərhələləri nəzərə alınmaqla;
  • hasilatın pay bölgüsü, əsas ixrac kəməri haqqında və sair bu kimi qanunlar çərçivəsində işləyən vergi ödəyicilərində;
  • AR Mərkəzi Bankı istisna olmaqla Qanunun 3.1-3.3 bəndlərinə uyğun gələn publik hüquqi şəxslərdə.

Mühasibat uçotu necə təşkil edilir?

Uçotun təşkilinə vergi ödəyicisinin rəhbəri məsuliyyət daşıyır.  Uçotun qurulması zamanı o, aşağıdakı variantdan istifadə edə bilər:

  • uyğun struktur bölməsi yaradır;
  • kənar şirkətin xidmətinə müraciət edir;
  • paralel olaraq hər ikisini tətbiq edir.

Yuxarıda qeyd edilən Qanunun 3.2 bəndinə əsasən mikro sahibkarlıq subyektlərində uçot müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş qaydalara uyğun aparıla bilər.

“Mühasibat uçotu haqqında” Qanunun 3.4 bəndi vergi ödəyicilərində mühasibatın təşkili zamanı başqa bir məcburiyyəti şərh edir. Belə ki, müəyyən kateqoriya müəssisələrdə baş mühasibin peşəkar mühasib sertifikatına malik olması zəruridir.

Gəlir vergisi üzrə maliyyə sanksiyaları və faizlər

1 359 360 361 362 363 364 365 2. 700
error: Content is protected !!