Qiymətləndirilmiş və şərti öhdəliklər

posted in: Xəbər | 0

Öhdəliklərin xarakteristikası

Öhdəlik müəssisənin keçmiş/öhdəlik doğuran hadisələrdən yaranan cari borcudur, onun ödənməsi iqtisadi fayda da daxil olmaqla, resursların müəssisədən çıxarılmasın zəruri edir. Sadə dillə desək,  öhdəliklər müəssisənin digər tərəflərə mal, pul və xidmət şəklində olan borclarıdır. Məsələn, təsərrüfat fəaliyyəti zamanı gəlir əldə olunur. Gəlirin əldə edilməsində işçilərin əməyi var. Ayın sonunda işçinin qarşısında gəlirdən əmək haqqı öhdəliyi yaranır. Yaxud, iqtisadi fəaliyyət zamanı elektrik enerjisindən, sudan istifadə edirik, ayın sonunda kommunal  öhdəliyimiz yaranır, bunlar qısamüddətli öhdəliklərdir.

Başqa bir nümunəyə baxaq. Şirkət iki illik zəmanətlə satış həyata keçirir. Bu müddət ərzində yaşanan problemlər şirkətin resursları hesabına qarşılanır. Bu uzunmüddətli zəmanət öhdəliyidir. Yaxud,  peşə xəstəliyi səbəbindən həlak olmuş işçilərin ailələrinə ödənilən müavinətlər işdən azad olma ilə bağlı uzunmüddətli öhdəliklər kimi xarakterizə edilir.

Elə öhdəliklər var ki, məsələn, əmək haqqı, vergi və sosial sığorta öhdəlikləri, yalnız qısamüddətli ola bilər. Təxirəsalınmış vergi öhdəlikləri isə yalnız uzunmüddətli ola blər.

Qiymətləndirilmiş öhdəliklər

Qeyd edək ki, öhdəliklər üzrə MHBS standartlarına uyğun hesabatlar hazırlayarkən MUBS (IAS) 37-nin tələbləri nəzərə alınmalıdır. Bu standartın ingilis versiyasında maliyyə dilinə “ehtiyat” kimi daxil edilmiş “provision” sözündən istifadə edilir. Azərbaycan dilinə tərcümədə standartın adı “Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər” kimidir. Standartda verilmiş anlayışların şərhinə nəzər salsaq “Yaradılmış ehtiyat fondları” və “Qiymətləndirilmiş öhdəliklər”-in demək olar ki, eyni məna yükü daşıdığını görə bilərik. Hesablar Planında sonuncudan istifadə edildiyi üçün (41 və 51-ci maddələr) bu məqalədə də şərhlər onun üzərində qurulub.

Qiymətləndirilmiş öhdəliklər elə öhdəliklərdir ki, onların baş verməsi, yaranması dəqiq deyil, lakin hər hansısa bir ehtimala söykənir. Müəssisələr ehtiyatlıq prinsipindən irəli gələrək baş verməsi dəqiq olmayan, amma hətta müəyyən ehtimalı olan hadisələrlə də bağlı yaranacaq öhdəliyi uçota alırlar.

Qiymətləndirilmiş öhdəliklərin tanınması üçün aşağıda sadalanan şərtlərin ödənilməsi kifayətdir :

  • müəssisə keçmiş hadisələrin nəticəsi olaraq cari öhdəliyə sahibdirsə;
  • öhdəliyin ödənilməsi üçün iqtisadi səmərə axınının baş verməsi ehtimal edilirsə;
  • öhdəliyin məbləği etibarlı dəyərlə qiymətləndirilə bilirsə.

Mühasibat uçotunun hesablar planında qiymətləndirilmiş öhdəliklər

“Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na uyğun olaraq qiymətləndirilmiş öhdəliklər hesablar planında iki maddə üzrə açılmış hesablar üzrə uçota alınır:

  • 41-ci maddə “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”;
  • 51-ci maddə “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər”.

Bu maddələr üzrə açılmış hesablar aşağıdakı cədvəldə verilib.

41 –ci maddə üzrə açılan hesablar Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər
411 İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər
412 Uzunmüddətli zəmanət öhdəlikləri
413 Uzunmüddətli hüquqi öhdəliklər
414 Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər
414-1 Sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
51 –ci maddə üzrə açılan hesablar Qısamüddətli qiymətləndirilmiş öhdəliklər
511 İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər
512 Qısamüddətli zəmanət öhdəlikləri
513 Qısamüddətli hüquqi öhdəliklər
514 Mənfəətdə iştirak planı və müavinət planları
515 Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər
515-1 Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər

İşdən azad olma ilə bağlı öhdəliklərə nümunə

Praktikada adətən 1 hesabat dövrünün əhatə edən qısamüddətli qiymətləndirilmiş öhdəliklərə daha çox rast gəlinir. İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər üzrə aşağıdakı  nümunəyə baxaq.

Nümunə: Hesab edin “A” MMC öz işçisinin işdən azad edir, lakin bununla bağlı ona işdən azad olunma müavinatı vermir, bununla yanaşı son haqq hesabını azad etdiyi gün ödəməyib gec ödəyir. İşçi tərəfindən məhkəməyə iddia sənədi verilir. Müəssisə qanunvericiliyin tələbini pozduğunu dəqiq bildiyi üçün iddianın təmin ediləcəyini yəqinliklə bilir. Nəticə etibarıyla qiymətləndirilmiş, lakin hələ təsdiq edilməmiş öhdəliyini artıq tanıyır :

DT  731                         KT  511            2.500

DT  731                         KT  511            2.000

Birinci müxabirləşmə şərti olaraq işçiyə ödənilməli məbləğ, ikinci müxabirləşmə isə qanunvericiliyin pozulmasına görə müəssisəyə tətbiq ediləcək inzibati cərimənin müxabirləşməsi olaraq düşünək (rəqəmlər şərtidir).

Qısamüddətli zəmanət öhdəlikləri ilə bağlı nümunə

Belə öhdəliklər mal, iş (xidmət) təqdim edilməsi zamanı yaranır. Praktik olaraq bu malların satışında daha çox istifadə edilən anlayışdır. Çünki mallara görə hansısa zəmanət verilir. Malı satmış müəssisə hansısa malların müəyyən səbəblərdən geri qaytarılmaq ehtimalının olduğunu bildiyi üçün əvvəlcədən müəyyən zəmanət öhdəliyi tanıyır.

Nümunə: Məişət avadanlıqlarının satışını həyata keçirən Elektronika dükanı hər aylıq ümumi satışının 4%-i qədər zəmanət öhdəliyi yaradır. Aprel ayında dükan ümumi dəyəri 12000 manat olmaqla birinin qiyməti 60 manatdan 200 ədəd məişət avadanlığının satışını həyata keçirmişdir. Ayın sonunda 12000 * 4% = 480 manatlıq zəmanət öhdəliyi yaradılır:

DT  602                         KT  512            2.500

Hesab edək ki, məhsullara 6 ay zəmanət verildiyinə görə oktyabr ayında artıq zəmanət müddəti bitir və malların geri qəbulu dayandırılır. Həmin vaxt ərzində cəmi 3 ədəd məişət avadanlığı defekt səbəbiylə geri qaytarılır. Deməli mühasib aşağıdakı müxabirləşməni verməlidir :

DT  512                         KR  602            300

Mallar qaytarıldıqca isə mühasib hər birinin vaxtında aşağıdakı müxabirləşməni verməli idi:

DT  512                         KR  221            60

Şərti öhdəliklər

MUBS (IAS) 37 “şərti öhdəlik” anlayışını belə xarakterizə edir:

(a) keçmiş hadisələrdən irəli gələn və mövcudluğu yalnız tam olaraq müəssisənin nəzarəti altında olmayan bir və ya daha çox qeyri-müəyyən gələcək hadisələrin baş verməsi və ya verilməməsi ilə təsdiqlənəcəyi mümkün olan öhdəlikdir; və ya

(b) keçmiş hadisələrdən irəli gələn, lakin aşağıda göstərilən səbəblər üzündən tanınmayan cari öhdəlikdir:

(i) öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərələri təcəssüm etdirən resursların müəssisədən xaricolmasının tələb olunacağı ehtimal olunmadıqda; və ya

(ii) öhdəliyin məbləği kifayət qədər etibarlı qiymətləndirilə bilinmədikdə.”

Məsələn, hüquqi mübahisə nəticəsində iddiaçıya ödənilməli olan öhdəliklər, mübahisənin müəssisənin təşkilata qarşı həll olunma ehtimalı böyükdürsə, qiymələndirilmiş öhdəlik kimi tanınır. Bu məhkəmə işi ilə bağlı qeyri-müəyyənlik varsa və öhdəliklərin və itkilərin tanınması zərurəti bundan asılıdırsa, şərti öhdəlik yaranır.

İş şəraitindəki bəzi dəyişikliklər (məsələn, valyuta məzənnələri) nəticəsində açıq-aydın ziyanlı müqavilələrin icrasına ehtiyac yaranarsa və müəssisə onları yerinə yetirməkdən yayına bilmirsə (məsələn, əhəmiyyətli sanksiyaların olması səbəbindən), qiymələndirilmiş öhdəlik yaranır. Əgər, məsələn, valyuta məzənnələrinin dalğalanmasından asılı olaraq (qeyri-müəyyənlik xasdır), təşkilatın ləğv edilə bilməyən müqavilələri yerinə yetirmək üçün əlavə borc vəsaitləri cəlb etməyə ehtiyacı ola da bilər, olmaya da – bu zaman  şərti öhdəlik yaranır.

Məzuniyyət haqqının yaxud ilin nəticələrinə görə mükafatın ödənilməsi öhdəlik qiymətləndirilmiş kimi xarakterizə olunur. İxtisara görə mümkün işdən çıxarılma müavinətinin ödənilməsi, əgər ixtisarın zəruriliyi qeyri-müəyyən şərtlərin mövcud olduğu hallardan asılıdırsa – şərti öhdəlikdir.

205 saylı “Mallar” hesabı üzrə uçot zamanı müxabirləşmələr

Lizinqlə əldə edilmiş nəqliyyat vasitəsinin digər müəssisəyə təqdim edilməsi

posted in: Xəbər | 0

Təsisçisi olduğum müəssisə tərəfindən lizinq şirkətindən nəqliyyat vasitəsi lizinqə götürülüb, lakin maliyyə vəziyyəti ilə əlaqədar həmin nəqliyyat vasitəsi digər partnyor müəssisəyə təqdim edilib. 2024-cü ildə lizinq şirkəti və tərəflər yenidən müqavilə bağlamaqla lizinq müqaviləsini davam etdiriblər. Bu zaman vergitutma məqsədləri üçün lizinq əməliyyatları pozulurmu? Yeni müqavilə üzrə maliyyə lizinqi davam edirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 140-cı maddəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan bu müqavilə üzrə hüquq və öhdəliklərini digər şəxsə təqdim etdiyi halda, lizinq verənlə yeni alıcı arasında yaranmış münasibətlər maliyyə lizinqi sayılır və əvvəlki maliyyə lizinqi müqaviləsinin davamı hesab edilir.

Buna əsasən, lizinq şirkəti və tərəflər yenidən müqavilə bağlamaqla, lizinq alan maliyyə lizinqi müqaviləsi üzrə hüquq və öhdəliklərini digər şəxsə təqdim etdiyi halda, lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlər maliyyə lizinqi sayılır və əvvəlki maliyyə lizinqi müqaviləsinin davamı hesab edilir.

Əsas: Vergi Məcəlləsinin 140.7-ci maddəsi

Mənbə: vergiler.az

Uçot subyektlərində mühasibat uçotu xidməti qarşısında duran əsas vəzifələr

Müəssisənin nizamnamə kapitalı

posted in: Xəbər | 0

Nizamnamə kapitalı

Nizamnamə kapitalı barədə danışarkən onu müəssisənin ilkin fəaliyyətə başlaması üçün zəruri olan vəsait kimi izah edirlər. Əslində isə bu yanlış izahdır. Belə ki, müəssisə fəaliyyətinə borc götürməklə də başlaya bilər.

Nizamnamə kapitalı müəssisənin kapitalının bir növü, kreditorlara verilən bir təminatdır. O, xalis aktivlərin dəyərindən yüksək olmamalıdır. Kreditorların təminatı xalis aktivlərlə qarşılana bilindiyinə görə, xalis aktivlərin dəyişməsi də nizamnamə kapitalının dəyişməsinə əsas verə bilər. Qanunvericilik bunu xalis aktivlərin artdığı deyil, aşağı düşdüyü hala məcbur edir.

Bunu Mülki Məcəllənin müddəaları tələb edir. Xalis aktivlərin dəyəri nizamnamə kapitalından aşağıdırsa, bu dəyişiklik mütləq dövlət qeydiyyatına alınmalı, habelə kreditorlara bu barədə məlumat  verilməlidir.

Nizamnamə kapitalının azaldılması kimi, artırılması da mümkündür. Bu payçılar, səhmdarlar tərəfindən əlavə payların qoyulması yolu ilə, yaxud müəssisənin xalis mənfəəti hesabına həyata keçirilə bilər.

Nizamnamə kapitalının ödənilməsi

Nizamnamə kapitalının ödənilməsi vaxtı (MMC üçün) onun nizamnaməsində göstərilmiş vaxtdır. Amma, bu, o demək deyil ki, nizamnamədə hər hansı uzun müddət nəzərdə tutula bilər. Qanunvericilikdə bu maksimum 3 ayla məhdudlaşır. Yəni cəmiyyətin nizamnaməsində onun nizamnamə kapitalının ödənilməsi vaxtı kimi , məsələn, 5 ayın göstərilməsi əhəmiyyətsizdir və həmin müddət 3 ay kimi qəbul edilməlidir.

Əgər nizamnamədə ödənilmə ilə bağlı hər hansı müddət nəzərdə tutulmayıbsa, deməli ödəniş şirkət yaranana qədər tamamlanmalıdır. Bunun üçün bank təşkilatlarında müvəqqəti cari hesab açılır. Təsisçilər tərəfindən təsis müqaviləsində nəzərdə tutulmuş qaydada nizamnamə kapitalı ödənildikdən sonra şirkəti təsis etmək olar.

Bəs nizamnamə kapitalı hara ödənilir ?

Adətən gənc mühasiblər elə bilirlər ki, ödəniş mütləq bankda hansısa rekvizitə edilməlidir. Əslində isə belə bir tələb yoxdur. Ödəniş (əgər şirkət təsis edildikdən sonra ödənilirsə) şirkətin kassasına da edilə bilər. Bu məqsədlə kassa mədaxil orderi tərtib edilməli, mədaxil orderində ödənişin nizamnamə kapitalı olması göstərilməlidir. Şirkət təsis edildikdən sonra ödənilən nizamnamə kapitalı şirkətin öz bank hesabına da edilə bilər.

Ümumiyyətlə həmin nizamnamə kapitalı sizin puldur, yoxa çıxmır. Ondan istifadə edə bilərsiniz, istifadə etməlisiniz də (MMC olaraq). Lakin unutmayın ki, o vəsait nə zamansa təsisçilərə qaytarılacaq  (amma təsisçilər onun qayıtmaması riskini daşıyır).

Nizamnamə kapitalı təsisçinin ilkin kapitalı olduğu üçün onun sonradan götürülməsi də vergi öhdəliyi yaratmır.

Nizamnamə kapitalına qoyuluşlar və müxabirləşmə nümunələri haqqında buradan əlavə məlumat almaq olar.

Nizamnamə kapitalı ilə bağlı müxabirləşmələr

Bu mənada əslində nizamnamə kapitalı ilə bağlı əməliyyatlar müəssisənin fəaliyyəti zamanı yaranan ilk müxabirləşmələrdir.

Nizamnamə təsdiqlənibsə və orada məsələn 1000 manat nizamnamə kapitalının ödənilməsi nəzərdə tutulubsa ilk müxabirləşmə olaraq aşağıdakı yazılış verilməlidir :

DT 302                  KT 301            1000 manat

Nizamnamə kapitalı yalnız pul şəklində deyil, digər daşınar yaxud daşınmaz əmlak, o cümlədən mal formasında da qoyula bilər.

Təcrübədə belə hallara kifayət qədər rast gəlinir. Olur ki, təsis müqaviləsinə uyğun olaraq təsisçilərdən biri nizamnaməni pul şəklində qoyur, digəri isə gələcəkdə satacaqları mal formasında, yaxud əsas vəsait formasında yerləşdirir. Nizamnamə kapitalının mal formasında qoyulması planlaşdırıldığı halda da yuxarıdakı müxabirləşmə verilməlidir.

Bundan sonra məsələn 1 ay sonra nizamnamə kapitalı pul şəklində bank hesabına ödənilirsə :

DT 223                  KT 302            1000 manat

Mal şəklində şirkətə mədaxil edilirsə, müxabirləşmə belə olacaq:

DT 205                  KT 302            1000 manat

Nizamnamə kapitalının ödənilməmiş hissəsinin 302-ci hesabda uçotu barədə buradan daha çox nümunə ilə tanış olmaq olar.

Uçot subyektlərində mühasibat uçotu xidməti qarşısında duran əsas vəzifələr

Quş ətinin satışı ƏDV-yə cəlb olunurmu?

posted in: Xəbər | 0

Marketdən toyuq əti alarkən mənə verilən nəzarət-kassa aparatının çekində ƏDV məbləğinin qarşısında sıfır (0) qeyd olunub. Bildiyimə görə, toyuq ətinin satışı 2024-cü il yanvarın 1-nə qədər ƏDV-dən azad idi. Vergi Məcəlləsində bununla bağlı dəyişiklik olubmu? Marketin mənə verdiyi çekdə verginin dərəcəsi düzgün göstərilibmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsində edilmiş və 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilib. Belə ki, quş ətinin satışı üzrə ƏDV-dən azadedilmə müddəti 2024-cü il yanvarın 1-dən daha 3 il müddətinə artırılıb.

Əsas: Vergi Məcəlləsinin 164.1.37-ci maddəsi

Mənbə: vergiler.az

205 saylı “Mallar” hesabı üzrə uçot zamanı müxabirləşmələr

1 361 362 363 364 365 366 367 2. 700