Məzuniyyət qrafiki və onun tərtib edilməsi

posted in: Xəbər | 0

Əmək məzuniyyətinin verilməsində növbəlilik

Rəsmi əmək müqaviləsi bağlayaraq çalışan bütün işçilərin illik ödənişli məzuniyyət hüququ var. Bunun üçün işəgötürən əmək məzuniyyətlərinin verilməsi məqsədi ilə növbəlilik cədvəli – məzuniyyət qrafiki tərtib edilə bilər. Bu sənəd mezuniyyet hüququna əməl olunmasın təmin edir, məzuniyətlərin il ərzində bərabər paylanmasına kömək edir, bir neçə mütəxəssisin eyni vaxtda mezuniyyetə getməsinin kadr çatışmamazlığına səbəb olmasının qarşısını alır.

Qrafikin hazırlanması:

  • istehsalın və işin normal gedişinə kömək edir;
  • məzuniyyətlərin düzgün uçotuna dəstək olur;
  • işçilərin məzuniyət hüququndan daha səmərəli istifadəsini təmin edir.

Bu yazıda əmək məzuniyyətinin verilməsində növbəlilik, normativ sənədlərə uyğun mezuniyyet qrafikinin tərtib edilməsinin əsasları nəzərdən keçiriləcək.

Əsas və əlavə mezuniyyetlerdən ibarət olan əmək məzuniyyəti təcrübədə daha çox istifadə edilir.

Əmək mezuniyyetlerinde növbəlilik anlayışı Əmək Məcəlləsinin 133-cü maddəsi ilə tənzimlənir. Bu maddənin icrası növbəlilik cədvəlləri şəklində rəsmiləşdirilir. Növbəlilik deyəndə işçilərin məzuniyətlərinin düzgün sıralama şəklində verilməsi nəzərdə tutulur.

Məzuniyyət qrafiki kim tərəfindən hazırlanır?

Məcəllənin 133.1 maddəsinə görə məzuniyyət qrafiki hər təqvim ili üçün yanvar ayının sonuna qədər (məsələn, 2024-cü il üçün 2024-cü ilin yanvar ayının sonuna) tərtib olunur və həmkarlar ittifaqları təşkilatının (o olmadıqda işçinin rəyi) öyrənilməklə təsdiq edilir.

Qrafik kadrlar şöbəsi yaxud kadrların uçotunun aparılması üzrə məsul şəxs tərəfindən tərtib edilir. İşçi sayı çox olan şirkətlərdə, cədvəl hər bir struktur bölmə üçün tərtib olunur, sonra məlumatları lazım olduqda tənzimləməklə ümumi bir sistemdə birləşdirmək daha rahatdır.

Qrafik hansı işçilər üçün tərtib edilir?

Növbəlilik cədvəli qanunvericiliyə, müəssisədaxili qaydalara uyğun hazırlanan sənəddir və həm işçi, həm də işəgötürən tərəfindən onun icrası məcburidir. Bu sənəddə illik əsas və əlavə məzuniyyət hüququ olan bütün işçilər öz əksini tapmalıdır. Bu, əvəzçilik, habelə məsafədən işləyən işçilərə də aiddir. Yəni, məzuniyyət qrafikinin tərtibi və təsdiqi zamanı əmək münasibətləri olan bütün işçilər nəzərə alınmalıdır.

Məzuniyətin növbəliliyi cədvəli tərtib edilərkən müəyyən kateqoriya işçilərin arzusu nəzərə alınaraq onlara istədiyi müddətdə məzuniyyətlər təyin edilir. Belə işçilərin tərkibi Məcəllənin 133.3 maddəsində verilib, məsələn:

  • 14 yaşdan kiçik iki, yaxud daha çox uşağı olan, ya da 18 yaşdan kiçik əlil uşağı olan qadınlar;
  • 16 yaşdan kiçik uşaqları tək böyüdən valideyn, ya da qəyyum;
  • hərbi qulluqçuların həyat yoldaşı;
  • əlillər;
  • müharibə veteranları;
  • 18 yaşı tamam olmayan işçilər;
  • həm işləyən, həm də təhsil alan şəxslər və s.

Müəssisədə bir təqvim ili ərzində yeni işçi işə götürülərsə, o zaman belə bir işçi də cari və ya növbəti təqvim ili üçün məzuniyyət qrafikinə daxil edilməlidir. Həmçinin, işçinin əvvəlki illərdən istifadə olunmamış məzuniyət günləri varsa, onların da cədvələ daxil edilməsi tələb olunur.

Növbəlilik cədvəlinin hazırlanma mərhələləri hansılardır?

Məzuniyyət qrafikinin hazırlanması prosesində bir-neçə mərhələni fərqləndirə bilərik:

  1. İşçilərin istəklərinin sorğulanması: qanunvericilikdə işçinin rəyi həmkarlar təşkilatı olmadıqda nəzərə alınır (ƏM, maddə 133.1). Amma korporativ məmnuniyyətin təmin edilməsi məqsədi ilə istənilən halda işçinin istəklərinin sorğulanması tövsiyə olunur, amma bu, növbəliliyin mütləq onların arzusu nəzərə alınmaqla tərtib edilməsi anlamına gəlmir.
  2. ƏM-nin 133.3 maddəsinə uyğun əlverişli vaxtda məzuniyyət verilə bilən işçilərin əhatəsi müəyyən edilir. İşçiyə öz arzusu ilə arvadının hamiləliyə və doğuşa görə mezuniyyetde olduğu dövrdə müəssisədə işlədiyi müddətdən asılı olmayaraq əmək məzuniyyəti verilir.
  3. Sonra qaralama tərtib edilir, eyni vəzifələrə malik olan işçilərin məzuniyətlərinin eyni vaxta düşüb-düşməməsi, iş yükünün çox olduğu dövrlərdə kifayət qədər işçilərin olub-olmaması yoxlanılır. Lazım gələrsə, qrafikdə düzəlişlər edilir.
  4. İmzalama və təsdiq edilmə: məzuniyyət qrafiki kadrlar şöbəsinin rəhbəri (yaxud onun hazırlanmasına məsul olan şəxs) tərəfindən imzalanır, sonra isə müəssisə rəhbərinin imzası ilə təsdiqlənir. Əgər müəssisədə həmkarlar ittifaqı  təşkilatı fəaliyyət göstərirsə,  onun da rəyi nəzərə alınmalıdır. Cədvəl hazır olduqdan sonra müəssisənin bütün işçilərinin nəzərinə çatdırılmalıdır.

Əgər məzuniyyətin vaxtı işçini qane etmirsə, o, bu vaxtın dəyişdirilməsi üçün işəgötürənə müraciət edə bilər. Bu halda tərəflərin qarşılıqlı razılığına əsasən məzuniyətin vaxtının  dəyişdirilməsi mümkündür. Bu halda məzuniyyət qrafikində müvafiq dəyişikliklər edilməlidir.

Məzuniyyətin verilməsi barədə əmr işçinin ərizəsi əsasında mezuniyet vaxtından 5 gün əvvəl verilməli, mezuniyyetin başlanmasına azı 3 gün qalmış isə işçiyə məzuniyyət üçün əməkhaqqı ödənməlidir.

Məzuniyyət qrafikinin tərtib edilməsi

Məzuniyyət qrafikinin tərtibi zamanı nəzərə almaq lazımdır ki, Məcəllənin 137-ci maddəsi əmək mezuniyetinin hissələrə bölünərək  verilməsinə icazə verir, bir şərtlə ki, həmin bölünmüş hissələrdən birinin müddəti 2 təqvim həftəsindən, yəni 14 gündən az olmasın. Hissələrə bölünmüş mezuniyyetin müddətləri məzuniyyət cədvəllərində nəzərdə tutulmalı və müvafiq xanalarda işçilərin razılığını təsdiq edən imzalar olmalıdır.

Qrafikin tərtib edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş standart forma yoxdur. İnternetdə axtarış etməklə fərqli forma nümunələri yükləmək olar. Bunlardan bəzisi məzuniyyət uçotunun daha rahat aparılmasın, digəri məzuniyyət müddətlərinin daha əyani görünüşün təmin edir. Bizim fikrimizcə hər iki formadan paralel istifadə etmək mümkündür və əlverişlidir.

 Məzuniyyət qrafiki özündə aşağıdakı məlumatları əks etdirməlidi:

  • struktur bölmənin adı;
  • işçinin adı, soyadı;
  • ştat cədvəlinə uyğun olaraq işçinin vəzifəsi (ixtisas, peşəsi);
  • işçinin məzuniyət günlərinin sayı;
  • mezuniyyetin başlama və bitmə tarixi və s.

Müəssisədə həmkarlar təşkilatı olduqda, qrafikin onunla razılaşdırılması barədə qeyd olmalıdır. Bunun üçün tərtib edilmiş məzuniyyət qrafiki əvvəlcədən tanışlıq üçün həmkarlar təşkilatına təqdim edilir. Həmkarlar ittifaqı təşkilatı olmadıqda bu barədə qeyd edilməlidir.

Məzuniyyət qarafiki faylını yükləyin: Məzuniyyət qarafiki faylı (46 downloads )

122 saylı “İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı üzrə uçot

Aktivlər nədir, necə təsnif olunur?

posted in: Məqalə, Xəbər | 0

“Aktiv” nə deməkdir?

Əgər mühasibat uçotuna mühasibin gözü ilə baxsaq, deyə bilərik ki, aktivlər şirkətin mülkiyyətidir, onun sahib olduğu və sahib olduqlarının köməyi ilə qazandıqlarıdır, məsələn:

Müəssisənin aktivləri aşağıdakı kimi qruplaşdırıla bilər:

  • fiziki obyektlər – binalar, avadanlıqlar, nəqliyyat vasitələri, sairlər;
  • maliyyə alətləri – bank hesablarındakı pullar, digər şirkətlərdəki səhmlər, debitor borcları, sairlər;
  • digər resurslar.

Müəssisənin aktivləri, passivləri, onlar arasındakı münasibətlər haqqında “Aktiv və passivlər, onların tarazlığı” adlı məqalədə bacardığımız qədər sadə dildə danışmışdıq. Amma, mühasibat elmdir, anlayışları elmi dildə şərh etmək, tərif vermək də lazımdır. Bunu nəzərə alıb, yuxarıdakı qeydlərimiz əsasında deyə bilərik ki:

Aktivlər (assets) – Müəssisənin keçmiş hadisələrinin nəticəsi olaraq ortaya çıxmış, hal-hazırda müəssisənin nəzarətində olan və gələcəkdə ona iqtisadi səmərə axını gətirən resurslardır.

Aktivlərin əsas xüsusiyyəti

Şirkətin aktivləri və mülkiyyəti çox vaxt üst-üstə düşür. Lakin heç də həmişə belə olmur. Əmlakın əsas xüsusiyyəti – mülkiyyət hüququdur. Aktivlər üçün isə başlıca xüsusiyyət şirkətə iqtisadi fayda gətirmək bacarığıdır.

Məsələn, şirkətdə köhnə yük avtomobili var, onun içərisi tamamilə çürüyüb, hətta ehtiyat hissələr üçün belə yararsızdır. Buna baxmayaraq, ona olan mülkiyyət hüququ qeydə alınıb və uçota salınıb. Bu, müəssisənin aktivləri deyil, əmlakdır.

Əgər şirkət avadanlıq üçün istehsal otağı tikibsə, orada şirkətin məhsulları hazırlanır. Şirkət bu sahəyə mülkiyyət hüququna malikdir. İstehsal otağı – bu isə şirkətin aktividir, şirkət oradan iqtisadi fayda götürür.

Mahiyyətinə görə aktivlərin təsnifatı

Müəssisənin aktivlərini mahiyyətinə görə real və alacaqlarımız (debitor) xarakterli 2 qrupa bölə bilərik.

Real aktivlər

Real aktivləri görürük, sayırıq, onlara toxunuruq, yerini dəyişirik, yəni onlar fiziki olaraq mövcuddur. Məsələn:

  • binalar, torpaqlar, avadanlıqlar, nəqliyyat vəsaitləri;
  • satış məqsədi ilə aldığımız mallar, xammallar;
  • hazır məhsullar, yarıbfabrikatlar;
  • qeyri-maddi aktivlər;
  • pul vəsaitləri;
  • sairlər.

Debitor xarakterli aktivlər

Debitor xarakterli aktivlərə fiziki toxuna bilmirik, yəni varlıq olaraq real aktivlərdən fərqlənirlər, amma bizə məxsusdurlar, əsas etibarı ilə hüquqlarımız kimi çıxış edirlər. Nümunə kimi:

  • debitor borcları;
  • verdiyimiz avansları;
  • təhtəlhesab məbləğləri;
  • təxirə salınmış vergi aktivlərini;
  • verilmiş borcları (alınmış veksel) və digərlərini göstərmək olar.

Aktivlərin beynəlxalq mühasibatlıqda təsnifatı

Beynəlxalq mühasibat uçotu standartlarına görə aktivlərin aşağıdakı təsnifatı mövcuddur:

(a) cari aktivlər – nağd pullar, qiymətli kağızlar, bank depozitləri və nağd pula mümkün qədər tez çevrilə bilən digər predmetlər;

(b) ticarət investisiyaları – birgə kompaniyalara investisiyalar;

(c) “fixed” aktivlər – torpaq, binalar, fabriklər, maşın və avadanlıqlar, mebellər;

(d) qeyri-maddi aktivlər – qudvill (xoşməramlı, müsbət reputasiya), patentlər və s.

Müəssisənin aktivlərinin müddətə görə təsnifatı

Müddətinə görə aktivləri aşağıdakı kimi təsnifləşdirə bilərik:

  • cari aktivlər;
  • uzunmüddətli aktivlər.

Cari aktivlər

Cari aktivlər qısa müddətlidirlər, adətən 1 ildən az müddətə istifadə edilib tükənmək, gözlənilən səmərə axınını gətirmək, pula çevrilmək üçün nəzərdə tutulur.

Uzunmüddətli aktivlər

Uzunmüddətli aktivlər adı üzərindədir, yəni uzunmüddətli istifadə üçün nəzərdə tutulub, uzun müddət bizə iqtisadi səmərə axını gətirəcəklər.

Aktivlərin müddətinə görə təsnifatı öhdəliklərimizə də aiddir. İcrası üçün 1 ildən artıq müddət müəyyən edilmiş öhdəlik uzunmüddətli, əks halda qısa müddətli kimi təsnifləşdirilir. Ümumiyyətlə, öhdəliklər mütləq keçmiş hadisələrin nəticəsi kimi yaranmalı, gələcəyə yönəlik formalaşmalıdırlar. Məsələn, müəssisə rəhbərinin gələcəkdə hər hansı bir aktivi satın almaq qərarı özlüyündə öhdəlik yaratmır.

Cari və uzunmüddətli aktivlərə hazır nümunələr vermək istəmirik. Öyrəndiklərinizi tətbiq edib hansının cari, hansıların uzunmüddətli olduğuna özünüz qərar verin. Qərar verməyi öyrənin, çünki gələcəyin baş mühasibləri üçün bu vacibdir. Bu sizə işdə aşağıda sual-cavab formasında hazırlanmış metodologiya kömək edə bilər.

Təsnifat zamanı nələrə diqqət etməli?

Sual: Satış məqsədi ilə aldığımız mallar müəssisənin cari aktivləridir yoxsa uzunmüddətli?

Cavab: Əlbəttə ki, cari. Biz satışı dərhal gerçəkləşdirib pul eldə etmək, sonra davamlı şəkildə yeni satışlar edib daha çox qazanmaq istəyirik. Çünki kommersiya müəssisəsiyik, əsas məqsədimiz gəlir əldə etməkdir.

Sual: İstehsal üçün aldığımız xammalı necə təsnifləşdirək?

Cavab: Onlar da cari aktivimizdir. İstehsal müəssisəsi olaraq xammalı alıb yeni məhsul istehsal etmək əsas gəlir mənbəyimizdir.

Qeyd etdiyimiz kimi, müəssisənin aktivləri, adətən, 1 ildən artıq müddətə alındıqda uzunmüddətli, əks halda qısamüddətli kimi dəyərləndirilir. Amma bu, o demək deyil ki, dekabr ayının 25-də alınan mal, xammal və s. yanvara qədər satılmasa, uzunmüddətlidir. Burada təqvim deyil, maliyyə ilindən, daha dəqiqi, 12 aylıq müddətdən, yəni cari ilin 25 dekabrla növbəti ilin 24 dekabrı arasındakı dövrdən bəhs edirik.

Təqvim ilinin dəyişməsi, yeni ilin qeyd edilməsi bizi maraqlandırmır, biz müəssisəmizə fokuslanmışıq, bizim üçün əsas odur ki, dekabrın 31-dən yanvarın 1-ə keçid aktivlərin təsnifatına təsir etmir.

Sual:  Pullarımızı hansı qrupa aid edək, cari aktivlərə yoxsa uzunmüddətliyə?

Cavab: Pullarımızı cari aktivlər kimi uçota alacağıq, çünki pul özlüyündə dəyər sahibi olan aktivdir, müəssisənin digər aktivlərinin dəyərini onunla ölçdüyümüzdən uzunmüddətli ola bilməz. Həmçinin pulları dövriyyəyə buraxırıq, onunla nəsə alırıq, xərc çəkirik və s., yəni istifadəsi dərhal gerçəkləşir.

“Mən onu hansı tezlikdə istifadə etməyi planlaşdırıram?”, “Mən onu hansı tezliklə qaytarmağı planlaşdırıram?” suallarını verməklə müəssisənin aktivlərini və öhdəlikləri uyğun kateqoriyaya aid edə bilərsiniz.

Mühasibatlıqda uçot hesabları: maliyyə əməliyyatlarının qeydiyyatı

Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın

posted in: Xəbər | 0

Birbank taksit kartıBirbank yeni kampaniyası ilə müştərilərinə daha çox qazanma imkanı yaradır. Belə ki, ölkənin ilk rəqəmsal bankı “İlk alış-verişə 10% keşbek” adlı yeni kampaniyaya start verir. Kampaniya çərçivəsində Birbank Cashback taksit kartını onlayn əldə edən hər kəs rəsmiləşmə tarixindən etibarən 30 təqvim günü ərzində ilk birdəfəlik 20 AZN və üzəri əməliyyatlara 10% (maksimum 20 AZN) keşbek qazana biləcək.

Kart sahibləri Birbank-ın partnyor olduğu 7500-ə yaxın mağazada, market, kafe, restoran, yanacaq doldurma məntəqəsi, aptek və.s kimi ödəniş nöqtələrində kampaniyadan yararlanmaq fürsəti qazanırlar. Həmçinin, müştərilər  2 qat ƏDV, 63 günədək güzəşt müddəti, seçilmiş partnyorlarda 24 ayadək taksit imkanı, 100% nağdlaşdırma və pulsuz çatdırılma kimi üstünlüklərdən yararlana bilərlər.

Kampaniya 31 may 2024-cü il tarixinədək keçərlidir. Kampaniyadan yararlanmaq üçün Birbank Cashback taksit kartını birbank.az, kapitalbank.az və Birbank mobil tətbiqindən sifariş edə bilərsiniz.

Ətraflı məlumat üçün: https://kbl.az/nknk

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan mübahisələrin həlli

Mərkəzi Bank uçot dərəcəsini endirib

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7,5 faizdən 7,75 faizə endirilib.

Faiz dəhlizinin yuxarı həddinin 8,5 faizdən 8,25 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6,25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Bu qərar 2 may 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyun ayının 21-də açıqlanacaq.

Mənbə: vergiler.az

Yerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır?

1 390 391 392 393 394 395 396 2. 691