ƏDV qeydiyyatı ləğv edilən vergi ödəyicisinin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ

posted in: Xəbər | 0

Təcrübədə rast gəlinən suallardan biri də ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox olan pərakəndə ticarət və ya xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin ƏDV ödəyicisi olduqdan sonra yenidən sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun tənzimlənməsidir.

Sahibkarları maraqlandıran bu mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir:

Vergi Məcəlləsinin 218.2-ci maddəsində edilmiş dəyişikliklərdə qeyd olunan hallara aydınlıq gətirilib. Məcəllənin 218.2-ci maddəsinə edilmiş əlavəyə əsasən, bu Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini həmin Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər.

Maddədə diqqət yetiriləsi əsas məqamlardan biri Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğv edilməsi məsələsidir. Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.

Misal 1

ƏDV qeydiyyatında olan vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 200.000 manatdan aşağı – 150.000 manat olub. Vergi ödəyicisi müraciət edərək sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək istəsə, ona imtina veriləcək. Çünki Vergi Məcəlləsinin 158.2-ci maddəsində vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləğinin əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox olmaması tələbi qoyulur.

Misal 2

Xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox olduğu üçün 2024-cü ilin fevral ayında ƏDV qeydiyyatına alınıb. Vergi ödəyicisinin 2024-cü il noyabr ayında vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan aşağı – 80.000 manat olub. Vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək istəsə, vergi orqanı tərəfindən imtina cavabı veriləcək. Çünki Vergi Məcəlləsinin 158.2-ci maddəsində ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçməsi tələbi qoyulub. Misalımızdakı vergi ödəyicisi 2024-cü ilin fevral ayında ƏDV qeydiyyatına alındığı üçün 2024-cü ilin noyabr ayındakı müraciəti Vergi Məcəlləsinin 158.2-ci maddəsinin tələblərinə uyğun deyil.

Misal 3

Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi 2023-cü ilin sentyabr ayında ƏDV qeydiyyatına alınıb. Vergi ödəyicisi 2024-cü ilin oktyabr ayında sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməklə bağlı vergi orqanına müraciət edib. O, fikrini onunla əsaslandırıb ki, əvvəlki tam 12 təqvim ayı ərzində vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği 70.000 manat olub. Bu zaman vergi orqanı 2024-cü ilin bitməsini gözləməyərək vergi ödəyicisinin 1 oktyabr 2024-cü il tarixdən sadələşdirilmiş vergi mükəlləfiyyətini aktiv edəcək.

Mənbə: vergiler.az

Azərbaycanda gəlir vergisi və onun inkişaf tarixi

Görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru, əməkdar müəllim Qəzənfər Abbasov vəfat edib

posted in: Xəbər | 0

Azərbaycanın iqtisad elminə ağır itki üz verib – görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru, əməkdar müəllim, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və audit” kafedrasının məsləhətçi-professoru Qəzənfər Abbasov 2024-cü ilin may ayının 6-da 86 yaşında vəfat edib.

İqtisadçı alim Qəzənfər Abbasov iqtisadçıların, maliyyəçilərin, mühasiblərin, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışan mütəxəssislərin şəxsiyyətinə və elminə hörmət etdiyi, vətənpərvər ziyalılarımızdan olub.

Öz sahəsinin yüksək peşəkarı olan Q. Abbasov həm təhsilə, həm də elmə böyük töhfə vermiş mentor, pedaqoq, müəllimlər müəllimi idi.
1954-cü ildən müxtəlif dövlət müəssisəsi və təşkilatlarında mühasib və baş mühasib vəzifələrində çalışıb.

1984-cü ildə Voznesenski adına Maliyyə İqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb, 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində doktorluq işi müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi alıb. Həyatının son illərində 12 dərslik, 4 monoqrafiya, 8 elmi-metodiki vəsait, 395 elmi məqaləni ərsəyə gətirib.

1993-cü ildən “Maliyyə və uçot” jurnalının redaktoru seçilib, 2023-cü ilədək isə 2005-ci ildə yaradılan “Maliyyə və Uçot Jurnalı Redaksiyası” MMC-nin direktoru olub. Peşəkar redaksiya və elmi-təşkilati iş sayəsində bu jurnal uçot mütəxəssisləri arasında ən çox oxunan və tələb olunan dövri nəşrlərdən birinə çevrildi.

Biz, çoxsaylı mühasiblər ordusu, iqtisadçılar, uçot-maliyyə sahəsində çalışan mütəxəssislər Qəzənfər müəllimi həmişə xatırlayacaq və onun tələblərini yerinə yetirməyə və ölkəmizin ictimai şüurunun maarifləndirilməsi işini davam etdirməyə çalışacağıq. O, səmimi, mehriban, yorulmaz bir insan idi, ölkəmizin əsl vətənpərvəridir, azərbaycan rus iqtisadi fikrinin formalaşmasında çox işlər görmüşdür. Onun xatirəsi unudulmayacaqdır! Allah rəhmət eləsin!

Azərbaycanda gəlir vergisi və onun inkişaf tarixi

Azərbaycanda gəlir vergisi və onun inkişaf tarixi

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda gəlir vergisi hansı tarixi inkişaf mərhələlərdən keçib? Xarici ölkələrdə vergitutma necə formalaşıb? Bu suallara cavabını, habelə fiziki şəxslərin gəlir vergisi və onun inkişaf mərhələsi haqqında məlumatları bu məqalədə tapa bilərsiniz.

Vergilərin formalaşma mərhələsi

Vergilər hər bir dövlət üçün var olmağın önəmli bir vasitəsidir. O, ictimai münasibətlərin müəyyən inkişaf mərhələlərini xarakterizə edir. Əhalidən alınan gelir vergisi Azerbaycan  və digər ölkələrin vergi sisteminin əsas tərkib hissəsidir. Azərbaycanda gəlir vergisi, digər ölkələrdə olduğu kimi, iqtisadi mahiyyətcə büdcə və digər fondların formalaşması prosesində dövlət ilə fiziki şəxslər arasında yaranan pul münasibətləri ilə xarakterizə edilir, bu münasibətlərin fiskal və tənzimləyici funksiyalarında əks olunur.

İllər boyu dünya dövlətlərində müxtəlif təbəqələr tərəfindən əldə olunan gəlirlər bir çox adlarla vergiyə cəlb olunub. Gəlir vergisi hazırda ən geniş yayılmış vergi formasıdır.

Azərbaycanda gəlir vergisinin müasir vəziyyətini vergitutmanın tarixi inkişafını, tətbiqini araşdırmaqla anlaya bilərik. Fiziki şəxslərin ödənişlərinin vergi sistemində, iqtisadiyyatın tənzimlənməsində önəmli yeri var, odur ki, onun tarixi bilmək üçün vergitutmanın tarixinə baxmaq lazımdır.

Vergitutma mexanizminin tarixi inkişafında 3 mərhələ fərqləndirilir:

  • İlkin mərhələ vergilərin müəyyən edilməsi və yığımı üçün lazımi strukturun, maliyyə qurumunun yetərli olmaması xarakterikdir. Orta əsrlərədək davam edən bu dövrdə:

– müəyyən vergitutma sistemi formalaşmamışdı;

– ödənişlər sistemsiz icra olunurdu;

– yığımlar natural şəkildə idi.

  • İkinci mərhələdə (XVI-XIX əsrlər) birbaşa və dolayı vergilərdən ibarət sistem yaranmağa başladı.  Dövlət, maliyyə qurumları yarandı, bu da:

– vergilərin, o cümlədən gəlir vergisinin daha sistemli bir şəkildə toplanılmasına;

– dövlətə vergilərin həcminin müəyyənləşdirməyə;

– yığımlara nəzarət etməyə imkan yaratdı.

Bu dövrdə Azərbaycanda gəlir vergisi müxtəlif formalarda təzahür edir.

  • Üçüncü mərhələdə vergi nəzəriyyəsi, bu sahəyə elmi baxışların formalaşması baş verdi. Vergitutmada islahatların elmi əsasda aparılması Birinci Dünya Müharibəsindən sonra tətbiq olunmağa başlanıldı, beləliklə müasir vergi sisteminin bünövrəsi qoyuldu. Bu dövrdə gelir vergisi Azerbaycanda gəlir əhalidən, subaylardan, kiçik ailələrdən alınırdı.

Dövlətçilik inkişaf etdikcə əsaslandırılmış vergi sistemi yaradıldı, eynilə təsadüfi alınan vergilər öz qüvvəsini itirdi.

XIX əsrdən etibarən vergilərin inkişafında yeniliklər edilməyə başlandı, vergilərin sayı azaldıldı, vergitutmanın hüquqi bazası formalaşdı.

Gəlir vergisinin müxtəlif ölkələrdə tətbiq tarixi

Fiziki şəxslərin gəlir vergisi büdcə xərclərinin yaranmasının ilkin mərhələsində Avropa ölkələrində fövqəladə hal kimi müvəqqəti bir tədbir idi. Ancaq zaman keçdikcə qalıcılıq və ümumi xarakter əldə etdi.

Misal olaraq, XVIII əsr Fransa İnqilabından sonra yaradılan vergi rejimi XIX əsrdə də var olmuş, amma fiziki şəxslərdən alınan verginin tətbiqi və möhkəmlənməsi olduqca gecikmişdir.

İndiki zamanda istifadə edilən gəlir vergisi anlayışı 1805-ci ildən etibarən Almaniyada, İngiltərədə, Rusiyada, zamanla respublikamızda da tətbiq olunub. O, dövrlərdə mövcud tarixi şəraitə uyğun olaraq Azərbaycanda gəlir vergisi, onun toplanması qaydaları Rusiya vergitutma sisteminin təsiri altında inkişaf edirdi.

O zamanlar vergi illik gəlirlərdən hesablanırdı. Bu zaman:

  • ayrı-ayrı ölkələr üçün spesifik xüsusiyyətlər;
  • iqtisadi vəziyyət hesablamalara təsir edirdi.

Gelir vergisi Azerbaycanın daxil olduğu Rusiya İmperiyasında ilk dəfə 1916-cı ilin əvvəllərində müəyyən edilib, lakin fevral və oktyabr inqilabları onu arxa plana atmışdı. Sovet hakimiyyəti dövründə, praktik olaraq vergi sistemi olmasa da, gəlir vergisi var idi.

Azərbaycanda gəlir vergisinin tarixi. Gelir vergisi Azerbaycanda necə formalaşıb? Xarici ölkələrdə vergitutmanın inkişafı

1917-ci il sonra da fiziki şəxslərdən tutulan gəlir vergiləri dövlətin büdcəsi üçün o qədər də əhəmiyyətli deyildi. Çünki əsas təbəqənin gəlirləri çox az idi. Sonralar əhalinin gəlir səviyyəsi yüksəldi. Lakin yenə də elə bir fiskal əhəmiyyət kəsb etmədi. Hətta XX əsrin 60-cı illərinin əvvəlləri onun ləğv edilməsinə cəhd edildi, amma reallaşmadı.


Gəlir vergisinin hesablanması ilə bağlı problemləriniz var? Buraya keçid alın!


Sovet dövründə büdcə daxilolmalarının əsas kütləsini müəssisə və təşkilatların mənfəətindən ciddi surətdə reqlamentləşdirilən ayırmalar təşkil edirdi. Gəlir vergisi dövlətin aldığı vergilər içərisində büdcənin cəmi 6-8 %-i idi. O dövrdə Azərbaycanda gəlir vergisinin təyinatı ancaq fəhlə və qulluqçu kateqoriyasında olmayan şəxslərin gəlirlərinin bölüşdürülməsi idi. Zəhmətkeş kütlədən verginin tutulması, demək olar ki, önəmli deyildi. Dərəcə olaraq da, tutulmalar 8,2-13 %  aralığında idi. Fəhlə və qulluqçuların hər bir kateqoriyası, kolxozçular və hərbi qulluqçular gəlir vergisi ödəməkdən tamamilə azad edilmişdi. Gelir vergisi Azerbaycanda bəzi fiziki şəxslərin gəlirlərinə yüksək dərəcə ilə tətbiq edilirdi. Bu şəxslər dövlətin nəzərində yüksək gəlir sahibləri, həmçinin fərdi əmək fəaliyyəti ilə məşğul şəxslərdi.

Məsələn, sənətkarların gəlirləri-81 faiz, elm və incəsənət əsərlərinin müəllifləri 69 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunurdu. Buna əsaslanıb deyə bilərik ki,  o dövr üçün vergitutmanın əsas prinsipi olan ödəyicilərinin bərabərliyi prinsipi gözlənilmirdi.

Müstəqil Azərbaycanda gəlir vergisi

1991-ci ildə Respublikamızın müstəqillik əldə etməsi iqtisadi həyatda öz təsirini göstərmişdi. Müstəqil vergi, büdcə siyasəti formalaşdı, vergi növləri, dərəcələri müəyyənləşdi.

1992-ci ilin yanvar ayının 1-dən Azərbaycanda gəlir vergisinin, xüsusilə də fiziki şəxslərin gəlir vergisinin prinsipcə yeni sistemi yaradıldı. Bu dövrdən ödəyicilərinin bərabərliyi prinsipi önəmli rol oynamağa başladı. Bu prinsipə görə sosial və digər mənşəyindən asılı olmayaraq vergi ödəyiciləri:

  • qanun qarşısında bərabər sayılır;
  • onların gəlirləri eyni dərəcə ilə vergiyə cəlb olunur.

Eyni zamanda illik məcmu gəlirin vergi tutulmayan minimum dəyəri təyin edildi. Yəni, illik gəlirin vergi tutulacaq məbləği minimum məbləğ miqdarında azaldılır. Yeni prinsip illik məcmu gəlirləri barədə bəyannamələrinin tərtibini də nəzərdə tuturdu.

Bu dəyişikliklər respublikamızın vergitutma praktikasında önəmli hal kimi tarixə yazıldı. 1992-ci ilin 24 iyununda Respublikamızda “Fiziki şəxslərin gəlir vergisi” adında qanun qəbul olundu. Qanuna əsasən fiziki şəxs olaraq aylıq gəlirdən tutulmalar 6 mərhələdə olurdu. Qanuna görə fiziki şəxslərdən 12-55 % həddində gəlir vergisi müəyyənləşdi.

2000-ci ildə isə Vergi Məcəlləsi qüvvəyə mindi. Beləcə vergi sahəsində ən böyük uğurlardan birinə imza atıldı. Məcəllənin tətbiqi ilə Azərbaycanda gəlir vergisi, habelə fiziki şəxslər üçün vergilərin hesablanması yolunda önəmli işlər görüldü, hesablanma mexanizmi sadələşdirildi.

Boş­da­yan­ma vax­tı əmə­yin ödə­nil­mə­si

Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb

posted in: Xəbər | 0

Moody’s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında yüksək göstəricilərdən biri hesab olunur.

Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi “Ba2” səviyyəsində, ödəmə qabiliyyətinin baza səviyyəsi reytinqini (BCA) “Ba3” səviyyəsində təsdiqləyərək dəyişilməz olaraq saxlayıb. Kapital Bank-ın reytinqi üzrə proqnozu isə “stabil” olaraq davam edir. Agentliyin hesabatında bildirilir ki, bu göstərici yaxın 12-18 ayda bankın kredit portfelinin keyfiyyətində gözlənilən yüksəlməni əks etdirir.

“Kapital Bank-ın BCA reytinqinin “Ba3” səviyyəsində, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin isə “Ba2” səviyyəsində müəyyən edilməsi bankın sağlam kredit portfeli, o cümlədən gəlirlilik və kapital adekvatlığı səviyyəsinin yüksək olmasının göstəricisidir. 2023-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı cəmi 2% təşkil edib. Bankın 2023-cü ilin sonuna 13%-14% -lik TCE/RWA göstəricisi ilə möhkəm kapitallaşma və yüksək gəlirlilik banka potensial zərərlərin qarşısını almağa və əvvəlki illərdə olduğu kimi dividendləri vaxtında ödəməyə imkan yaradır”, – deyə hesabatda qeyd olunur.  Reytinq agentliyi yaxın 12-18 ay ərzində bankın likvidliyinin yüksək səviyyədə qalacağını da gözləyir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc

215 saylı “Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları” hesabı üzrə uçot

1 387 388 389 390 391 392 393 2. 691