Fondlara ödəniş edən vergi ödəyicilərinə güzəşt olunur

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə edilən dəyişikliklə son illərdə yaradılan YAŞAT Fondu, koronavirusla Mübarizəyə Dəstək Fondu və digər bu kimi fondlara köçürmə edən vergi ödəyiciləri üçün güzəştlər nəzərdə tutulub. Mövzunun mühasibatla bağlı aspektlərini mühasib İlkin Lələyev şərh edir.

Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə isə – 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə vergidən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız ödənişlərə tətbiq edilir.

Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə edilmiş əlavəyə əsasən, 2021-ci ilin 1 yanvar tarixindən 8 il müddətinədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara ödənilmiş vəsaitlərin həmin hesabat ili üzrə əldə edilmiş mənfəətin 10 faizindən çox olmayan hissəsi qədər mənfəətdən azaldılmasına yol veriləcəkdir.


Vergi Məcəlləsinə edilən dəyişikliklərin tətbiqi tarixi ilə bağlı nələrə diqqət yetirilməlidir?


Misal: Vergi ödəyicisi 2021-ci il ərzində YAŞAT Fonduna 1.000 manat vəsaiti nağdsız qaydada köçürmə edib. Həmin il ərzində ödəyicinin vergiyə cəlb edilən mənfəətinin həcmi 5.000 manat olub. Bu məbləğin 10 faizindən çox olmayan hissəsinin qədər mənfəət vergisindən azad olduğunu nəzərə alsaq:

5.000 x 10% = 500 manat

Deməli, həmin vergi ödəyicisinə 500 manat məbləğində mənfəətdən azadolma tətbiq ediləcəkdir. Bu halda Mənfəət vergisi 900 manat təşkil edəcək:

5.000-500 = 4.500

4.500 x 20% = 900 manat.

Qeyd edək ki, sözügedən fondlara ödənişlər gəlirdən çıxılan xərclərə aid edilmir, mənfəət vergisinə cəlb edilən məbləği azaldır.

Mənbə: vergiler.az


İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarında dəyişiklik edilib

posted in: Xəbər | 0

Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıİqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarı ilə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın və müvafiq sənədlərin doldurulması qaydalarının təsdiq edilməsi haqqında” 2017-ci il 12 iyun tarixli Qərarında dəyişiklik edilib.

Qərara əsasən, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”na bir sıra əhəmiyyətli dəyişikliklər olunub və yeni Əlavələr təsdiq edilib.

Bu qaydalar Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin icrasının təmin edilməsini müəyyənləşdirir.


Vergi Məcəlləsinə edilən dəyişikliklərin tətbiqi tarixi ilə bağlı nələrə diqqət yetirilməlidir?


Qeyd edək ki, Dövlət Vergi Xidməti tərəfindən ötən dövrlərdə mütəmadi olaraq “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın tətbiqi ilə bağlı rezidentlərin və qeyri-rezidentlərin rastlaşdıqları çətinliklər araşdırılıb. Bununla bağlı, beynəlxalq müqavilələrin tətbiqi ilə bağlı bir sıra dövlətlərin təcrübəsi nəzərdən keçirilib və müvafiq qərarla inzibatçılıq qaydalarına əlavə və dəyişikliklər edilib.

Eyni zamanda, yeni dəyişikliklərdə beynəlxalq müqavilələrdən sui-istifadə hallarının qarşısının alınması, əvvəlcədən vergidən azadolmanın və ya məhdud vergitutmanın tətbiqi ilə bağlı prosedurun sadələşdirilməsi və faktiki sahibliyin müəyyən olunması şərtləri ilə bağlı yeni müddəalar öz əksini tapıb.

Müvafiq qaydalarla həmçinin DTA (Double Taxation Agreements) formaları – Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş beynəlxalq müqavilələr əsasında, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması məqsədilə rezident və (və ya) qeyri-rezident tərəfindən təqdim edilən ərizə formaları da təsdiq edilib. DTA ərizələrinin 5 forması mövcuddur. Ərizə formalarının hər birinin vahid nümunəsi Qaydaların əlavələri ilə müəyyən edilib.

Qaydalar, eləcə də DTA formaları ilə Dövlət Vergi Xidmətinin rəsmi internet ünvanında aşağıdakı linkdə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/ikiqat-vergitutmanin-aradan-qaldirilmasi-haqqinda-beynelxalq-muqavilelerin-inzibatciligi-qaydalari

Mənbə: taxes.gov.az


Vergi Məcəlləsinə edilən dəyişikliklərin tətbiqi tarixi ilə bağlı nələrə diqqət yetirilməlidir?

posted in: Xəbər | 0

Vergi Məcəlləsi 2022,Vergi Məcəlləsinə edilmiş dəyişikliklər 1 yanvar 2022-ci ildən qüvvəyə minsə də, dəyişikliyə əlavə edilən keçid müddəalarına əsasən, bəzi maddələrin tətbiqi tarixi fərqlidir. Mövzunu vergi mütəxəssisi Xəyal Feyzullayev şərh edir.

Vergi Məcəlləsinə yeni 71-1.5.10-cu “Aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə” e-qaimənin tərtib edilməsi haqqında maddə əlavə edilmişdir. Bu maddənin tətbiqi 2022-ci ilin iyulun 1-dən qüvvəyə minir. Yəni e-qaimələrin tərtib olunması 1 yanvar 2022-ci il tarixdən deyil, 1 iyul 2022-ci il tarixdən məcburidir. Onu da qeyd edək ki, bu qaimələr aksizli malların istehsalçıları və ya idxalçıları tərəfindən tərtib edilməlidir. Həmçinin Məcəlləyə yeni əlavə edilən 71-3-cü maddə “Elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi”nin tətbiqi bu barədə təsdiq ediləcək “elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası” ilə eyni gündə qüvvəyə minir.


Vergi güzəşti verilən fiziki şəxslər üçün şərtlər asanlaşdırılıb


Vergi Məcəlləsinə edilən daha bir önəmli dəyişiklik 130-cu maddə ilə bağlıdır. 2022-ci ilin 1 yanvar tarixinədək vergi ödəyicilərinin meyarlarından (iri, orta, kiçik, mikro) asılı olmayaraq, hər kəs gəlir və xərclərin uçotunu kassa və hesablama metodundan istifadə etməklə aparmaq hüququna malik idi. Məcəllənin 130.4-cü maddəsinə edilən dəyişikliklərə əsasən, bundan sonra yalnız mikro sahibkarlıq subyektləri olan şəxslər gəlir və xərclərin uçotunu kassa metodu ilə aparacaqlar. Buna baxmayaraq, kiçik sahibkarlıq subyektləri də 2022-ci il üçün gəlir və xərclərin uçotunu kassa metodu ilə apara bilərlər. Yəni Məcəlləyə dəyişikliklə əlaqədar əlavə edilmiş keçid müddəalarına görə orta və iri sahibkarlar 1 yanvar 2022-ci il tarixdən, kiçik sahibkarlar isə 1 yanvar 2023-cü il tarixdən kassa metodunu tətbiq edə bilməyəcəklər.

Əlavə olaraq qeyd edək ki, bu dəyişikliklə əlaqədar indiyədək gəlir və xərclərin uçotunu kassa metodu ilə aparan orta və iri sahibkarlıq subyektləri 2022-ci il yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranan debitor və kreditor borcları barədə məlumatı (məlumat forması müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir) iri və orta sahibkarlıq subyektləri 2022-ci il martın 31-dək, kiçik sahibkarlıq subyektləri isə 2023- cü il martın 31-dək vergi orqanına təqdim edirlər.

Bundan başqa, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə edilən dəyişikliklərə əsasən, alkoqollu içkilər, tütün məmulatlarının alışı zamanı ödənilən ƏDV-nin geri qaytarılması dayandırılır. Lakin bu, Vergi Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2022-ci il tarixindən deyil, 1 oktyabr 2022-ci il tarixindən tətbiq ediləcəkdir.

Mənbə: vergiler.az


Əzablı yollarla biznesə doğru (I hissə)

posted in: Xəbər | 0

“McDonalds”da stajçı, maşınları park edən, haker, kardioloji reanimasiyada sanitar və makaron fabrikində fəhlə və s.

Forbes siyahısından olan şəxslərin uğura doğru yolları müxtəlif olub: bəziləri mağazalarda təmizlik işində çalışıblar, digərləri şam ağacları yetişdiriblər və ya ayda 12 dollara ingilis dili müəllimi işləyiblər.  

Ceff Bezos – “McDonald’s”da müxtəlif işləri yetinə yetirən fəhlə

Bu gün 58 yaşlı “Amazon” internet-şirkətinin təsisçisi və rəhbəri Ceff Bezosun sərvəti 196,5 milyard dollar təşkil edir. Lakin gənclik illərində dünyanın ən zəngin adamlarından biri “McDonald’s” fast-food şəbəkəsində çalışıb. Belə ki, 16 yaşında yay tətili zamanı o, kubalı mühacir olan atalığı Mayk Bezosun çalışdığı “McDonald’s” restoran şəbəkəsinə fəhlə kimi işə düzəlmişdi. Xeyli vaxt keçdikdən, artıq böyük bir sərvətə malik olduqdan sonra, sahibkar o zamanlarda əldə etdiyi təcrübə haqqında müsahibələrində söz açmaqdan çəkinməmişdi. Həmin restoranda yenicə işə başlayan gələcək milyarder döşəməyə dağılan ketçup ləkələrini təmişləmiş və gün ərzində bişirməkdən ötrü bir neçə yüz yumurta qırmışdı. “Hər bir sahədə məsuliyyətli olmağı öyrənmək mümkündür və bu məktəbdə öyrəndiklərinizdən fərqli bir şeydir. “McDonald’s”da qazanılan təcrübəni dəyərləndirməmək mümkün deyil”, – “Golden Opportunity: Remarkable Careers That Began at McDonald’s (Qızıl fürsət: “McDonald’s”da başlayan əlamətdar karyeralar)” kitabında müəllif Kodi Tits Bezosdan sitat gətirib.

Cek Ma – ingilis dili müəllimi

Çinin ən zəngin adamlarından biri – “Alibaba Group” internet-riteylerinin qurucusu – gənclik illərində ingilis dili müəllimi işləyib. Bir neçə on milyard dollar sərvət sahibi olan Cek Ma Xançjou şəhərində musiqiçilər aiəsində doğulmuşdu. İngilis dilini o, erkən uşaqlıq dövründə öyrənməyə başlamışdı və danışıq dilini yaxşılaşdırmaq üçün, velosipedlə evinin yaxınlığında yerləşən hotellərə baş çəkərək, əcnəbilərlə ünsiyyət qurmuş və onlar üçün pulsuz ekskursiyalar təşkil etmişdi.

Məktəbi bitirdikdən sonra Pedoqoji instituta daxil olmuş, 1988-ci ildə orada təhsilini başa vurmuş və elə həmin institutda işləməyə başlamışdı. Gələcək milyarder ingilis dilini tədris etmiş və buna görə ayda 12 dollar maaş almışdı. Yeddi il sonra o, ticarət nümayəndəliyinin tərkibində tərcüməçi kimi ABŞ-a ilk səfərini edərkən, ingilis dili onun köməyinə çatmışdı. Sietldə olarkən, tanışlarından biri ona həmin vaxta kimi heç vaxt görmədiyi kompüteri ona göstərmiş və internet şəbəkəsi barədə onu məlumatlandırmışdı. Çinə qayıtdıqdan sonra “Alibaba Group” şirkətinin gələcək qurucusu, öz işinə başlamaq üçün ilkin kapital toplamış və özünün ilk internet-şəbəkəsini yaratmışdı.

Praktiki “Mühasibat Kargüzarlığı” kursu


Maykl Blumberq – avtomobilləri park edən

“Bloomberg” informasiya agentliyinin təsisçisi və Nyu-York şəhərinin sabiq meri Maykl Blumberq bu gün dünyanın ən zəngin adamlarının siyahısında öz xüsusi yeri olan şəxslərdən biridir. Onun sərvəti 59 milyard dollar təşkil edir. O, bu böyüklükdə sərvəti sıfırdan toplamağa nail olmuşdu. Blumberq heç də varlı ailədən çıxmamışdı. Onun atası mühasib, anası isə katibə işləyib. Məktəbi bitirdikdən sonra Maykl Blumberq 1960-cı ildə Con Hopkins universitetinə daxil olur və burada mühəndislik ixtisasını seçir. Gənc təqaüd ala bilməmiş və təhsil haqqını ödəməyə məcbur qalmışdı. Bu səbəbdən Blumberq universitet klubunda avtomobilləri park edən qismində işə düzəlmişdi. Gələcək milyarder bu klubun üzvü və hətta həmin klubun sədri olması faktından heç vaxt utanıb-çəkinməmişdi.

Riçard Brenson – jurnal naşiri

Sahibkarlıq niyyəti “Virgin” şirkətinin təsisçisi Riçard Brensonda erkən uşaqlıq çağından baş qaldırmışdı. O, bizneslə məşğul olmaq qərarına gələndə hələ 10 yaşında deyildi. O, yeni il şənlikləri ərəfəsində satmaqdan ötrü dostu ilə birlikdə şam ağacları əkmişdi. Düzdür, həmin vaxt onun biznesi baş tutmamışdı, çünki əkdikləri ağac toxumlarını dovşanlar yemişdi. 16 yaşında, məktəbi bitirdikdən dərhal sonra Brenson özünə məxsus olan “Student” jurnalını buraxmağa başlamışdı. Nəşrin redaksiyası gələcək milyarderin birbaşa otağında yerləşməsinə baxmayaraq, o, qarşısına qlobal bir tapşırıq qoymuşdu – jurnalın müəyyən səhifələrində məşhur britaniyalıların fikirlərindən ibarət sütunların dərci. Brenson həmin şəxslərlə əlaqə qurmaq üçün onların ünvanlarını kataloqdan götürmüşdü və həmin şəxslərə gənclərin problemlərini şərh etməklə bağlı xahiş məktubu ünvanlamışdı. Nəticədə “Student” jurnalında Con le Karre, Mik Caqqer və Con Lennon kimi məşhurların məqalələri çap olunmuşdu. Jurnal cəmi iki il mövcud olmuşdu, bundan sonra buraxılışı üçün vəsait çatışmadığından və reklamlar verilmədiyindən, onu bağlamağa məcbur olmuşdu.

Yan Kum – ərzaq mağazasında xidmətçi və haker

Uşaqlığı işıqsız və isti susuz evdə keçən Ukraynada doğulan Yan Kumun sərvəti bu gün 10,7 milyard dollar təşkil edir. 90-cı illərin əvvəllərində isə, o vaxt 16 yaşında olan yeniyetmə anası ilə birlikdə ABŞ-a mühacirət edəndə, ailə köçdükləri ölkədə çox çətinliklə dolana bilirdi. “WhatsApp” messencerinin gələcək təsisçisi səhərlər məktəbə gedir, bundan sonra isə ərzaq mağazasına gələrək xidmətçi kimi çalışır, döşəmələri yuyurdu. 19 yaşına kimi Kumun şəxsi kompüteri olmamışdı. Bununla yanaşı o, kitab mağazasından xahiş edərək oxumağa aldığı proqramlaşdırma üzrə dərslikləri öyrənirdi və sonra kitabları geri qaytarırdı. Elə həmin dövrdə Kum w00w00 haker qrupuna qoşulmuşdu və hətta “Silicon Graphics” şirkətinin serverlərini sındırmışdı. 2000-2007-ci illərdə Yan Kum “Yahoo” şirkətində işləyib, 2009-cu ildə isə o, bu gün “Facebook” şirkətinə məxsus olan “WhatsApp” messencerini (2014-cü ildə Facebook şirkəti tərəfindən 19 milyard dollara satın alınıb) işə salıb. Hələ 2016-cı ilin əvvəlində “WhatsApp” meccencerində istifadə edənlərin sayı bir milyard insana çatmışdı.


II hissəyə nəzər yetirin


1 402 403 404 405 406 407 408 2. 359