Kapital Bank ev tikintisi üçün ipoteka krediti təklif edir

posted in: Xəbər | 0

Kapital Bank hər zaman ev sahibi olmaq arzusunda olanlar üçün sərfəli şərtlərlə müxtəlif ipoteka kreditləri təklif edir. Bu dəfə öz torpaq sahələrində fərdi yaşayış evi tikmək istəyənlər yeni kredit məhsulundan yararlana bilərlər.

Ölkə ərazisində yaşayış təyinatlı fərdi ev və ya bağ evi tikmək istəyənlər 15 ilədək müddətə, 200 000 manatadək ipoteka krediti əldə edə bilərlər. Bu kredit növünün illik faiz dərəcəsi 10%-dən başlayır.

Tikinti aparılacaq torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədi, yəni çıxarışı olmalı və təyinatda yaşayış sahəsinin tikintisi üçün qeydi olmalıdır. Təminat olaraq istənilən şəxsə məxsus fərdi yaşayış sahəsi, mənzil, bağ evi və ya qeyri-yaşayış sahəsi təqdim edilə bilər.

Tikinti işləri həm fərdi olaraq, həm də Kapital Bank-la partnyor olan tikinti şirkətləri vasitəilə aparıla bilər. Müştərilər kredit üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər. Ətraflı məlumat üçün – https://kbl.az/etipt.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Vergi güzəşti verilən fiziki şəxslər üçün şərtlər asanlaşdırılıb

posted in: Xəbər | 0

Aksizin əvəzləşdirilməsi, Aksiz vergisi üzrə dövriyyə, Ödəniş tapşırıqları, fiziki şəxslərin əmlak vergisi, əmlak vergisi, vergi yükünün azaldılması, Mədən vergisi dəyişikliklər, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Vergi Məcəlləsinə edilən dəyişikliklər fiziki şəxslərə verilən vergi güzəştləri ilə bağlı müddəaları da əhatə edir. Vergi mütəxəssisi İlqar Əsədov bu dəyişikliyin güzəşt hüququnun alınmasına münasibətin dəyişdiyi qənaətindədir.

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Əvvəllər hər hansı statusa uyğun gələn şəxs müvafiq statusunu təsdiq edən sənədləri nə zaman təqdim edərdisə, işəgötürənlər də həmin aydan etibarən onun gəlirlərinə güzəşt tətbiq edirdi və əvvəlki tarixləri nəzərə almırdılar. Bu barədə bəyannamələrdə hər hansı dəqiqləşdirilmə verilmirdi.


Əmək müqaviləsi bağlamamış işçilərin hüquqları


Dəyişiklikdən sonra qüvvəyə minmiş yeni yanaşmaya görə, işə cari ilin yanvar ayında başlayan vergi güzəşti hüququ olan şəxs, məsələn, dekabr ayında güzəşt hüququnu təsdiq edən sənədi təqdim etsə, mühasibat onun güzəşt hüququnu əmək müqaviləsinin hüququ qüvvəyə mindiyi tarixdən, yəni yanvar ayından nəzərə almalıdır.

Dəyişiklik real çətinliklərin aradan qaldırılması məqsədi daşıyır. Bir sıra hallarda güzəşt hüququ olan şəxslər, müvafiq arayışları, sənədləri almaqda ciddi çətinliklər çəkirlər.

Dəyişiklik başqa bir problemi də həll edir. İndiyədək güzəşt hüququ sənədlərin təqdim edildiyi andan yaranırdı. Bu isə o deməkdir ki, işçi sənədi mühasibata ayın 17-də təqdim etdiyi halda, həmin ayın ilk 17 gününə güzəşt tətbiq olunmurdu. Bu isə bəyannamələrin təqdim edilməsi baxımından texniki çətinlik yaradırdı.

Bundan başqa, sənədlərin təqdim edildiyi an ifadəsi işi bir qədər də çətinləşdirirdi: bəzən verilmiş arayışın, sənədin tarixi başqa ola bilər, lakin işçi onu müəyyən səbəblərdən iş yerinə bir qədər gec təqdim etmiş ola bilərdi. Yeni dəyişikliklə bu cür hallar aradan qalxmış oldu.

Qeyd edim ki, burada sözügedən sənədlərin siyahısı Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”dır.

Başqa bir məqam budur ki, bu maddənin müddəası yanvar 2022-ci il tarixindən əvvəl müvafiq statusu əldə etmiş şəxslərə də şamil edilir: Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsasən, “VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.

Güzəşt hüququ fiziki şəxsin halını yüngülləşdirdiyindən bu hüquq geriyə qüvvəsi olan hüquq olmalıdır.

Mənbə: vergiler.az


Şəxsi debet kartlarına daxil olan və çıxan vəsaitlər vergiyə cəlb olunurmu?


İspaniyada kriptovalyuta reklamına görə cərimə tətbiq olunacaq

posted in: Xəbər | 0

Kriptovalyutanın reklamına görə cərimə tətbiq olunacaq. İspaniya bu sahədə ilk ölkə Avropa ölkəsi olacaq.

İspaniyada bloqçular bundan sonra kriptovalyuta ilə bağlı reklam yazıları barədə hakimiyyət orqanlarına məlumat verməli olacaqlar.

İspaniya hökuməti tanınmış bloqçular tərəfindən sosial şəbəkələrdə kriptovalyutaların reklamını məhdudlaşdıracaq. Bu, Avropa İttifaqında ilk belə qərardır, – “Financial Times” nəşri xəbər verib.

Fond bazarı üzrə milli komissiya ölkədə bu sahəni tənzimləməyə başlayacaq. İspaniyadakı auditoriya 100 min istifadəçini aşarsa, bloqçulardan ən azı on gün ərzində hökumətə rəqəmsal valyuta haqqında hazırlanan reklam yazıları barədə məlumat vermək tələb olunur. Əks halda onları 300 min avroya qədər cərimə təhdidi gözləyir.

Bundan əlavə, bloqçular bundan sonra kriptovalyutanın reklamı üçün mükafatlar barədə də hesabat verməlidirlər. Onlar rəqəmsal aktivlərlə əlaqəli risklər haqqında “aydın, balanslı, neytral və dürüst” məlumatlar yerləşdirməlidirlər.


Böyük Britaniyada qiymət artımı 30 illik rekordu yenilədi

posted in: Xəbər | 0

2021-ci ilin dekabr ayında Böyük Britaniyada inflyasiya 5,4 faizə kimi yüksəlib.

2021-ci ilin dekabr ayında Böyük Britaniyada inflyasiya gözlənilmədən demək olar ki, 30 illik maksimuma yüksəlib. Ölkənin Milli Statistika İdarəsindən daxil olan məlumatda belə deyilir.

İdarədən verdiyi məlumata görə, Böyük Britaniyada istehlak qiymətləri illik səviyyədə 5,4 faiz artıb – bu, 1992-ci ildən bəri ən yüksək səviyyədir. İqtisadçılar bu göstəricinin 5,2 faiz təşkil edəcəyini gözləyirdilər. “Bloomberg” qeyd edib ki, dördüncü rübdə inflyasiya orta hesabla 4,9 faiz təşkil edib. Bu da İngiltərə Bankının 4,3 faizlik proqnozundan yüksəkdir.

Gündəlik tələbat mallarının və xidmətlərin qiymətləri rekord vurub və əməkhaqqıdan daha sürətlə yüksəlib. Ərzaq məhsulları, içkilər, mebel, geyim, hotellərdə yerləşmə və restoranlara gedişlər kəskin şəkildə bahalaşıb. Elektrik enerjisinə görə ödənişlər 18,8 faiz, qaza görə isə 28,1 faiz artmışdır. Bu da 2009-cu ildən bəri ən böyük artımdır. Bundan başqa, ərzaq qiymətləri 2008-ci ilin iyulundan etibarən ən sürətli templərlə artıb.

Böyük Britaniya Mərkəzi Bankı siyasətin sərtləşdirilməsi imkanını nəzərdən keçirir və ardıcıl olaraq ikinci dəfə fevralın 3-də keçiriləcək iclasda faiz dərəcəsini artıra bilər. Mütəxəssislər ölkədə yaşayış qiymətlərinin daha da artacağını proqnozlaşdırırlar ki, bu da yalnız enerji qiymətlərində əlavə sıçrayışla daha da kəskinləşəcək. Aprel ayında inflyasiya pik həddinə çata bilər ki, qiymət artımı 6,5 faizə yaxınlaşmaq təhlükəsi yaradır, – “Bloomberg” agentliyinin eksperti Den Hanson belə bir proqnoz verib.


1 403 404 405 406 407 408 409 2. 359