Kameral vergi yoxlamasının müddətləri artırıldı

posted in: Xəbər | 0

Avtonəqliyyat vasitələri ilə daşımalar, gəlirlərin və xərclərin uçotu, maliyyə sanksiyası, Vergi bəyannaməsi, vergi ödəyicisi, fiziki şəxslərin öhdəlikləri, vergi tutulan dəyər, Malların emala verilməsi, Müddətlərin müəyyən edilməsi, mikrobiznes, Malların alış aktı, Yaşayış sahələri, vergi öhdəliyi, alış aktları, inventar, cari vergi ödəmələri, Əmlak vergisi ödəyicisi, Xarici valyuta, Vergi qanunvericiliyi, Vergi qanunvericiliyinin pozulması, Nağdsız ödənişlər, Nağdsız əməliyyatlar, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, Maliyyə sanksiyaları, ƏDV-nin əvəzləşdirilməsi, Barter əməliyyatları, qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən biri də kameral vergi yoxlamasının müddətləri ilə bağlıdır. Dəyişikliyin mühasiblər üçün maraq doğuran məqamlarını mühasib İlkin Lələyev şərh edir.

Vergi Məcəlləsinin 37.2-ci maddəsinə sasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir.

Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.

Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

Yəni mənfəət və gəlir vergisi üzrə təqdim edilmiş hesabatlar üçün 60 iş günü, digər bəyannamələr, həmçinin cari vergi ödəmələri haqqında arayış (arayışlar üçün də kameral yoxlama aparılacaqdır) üçün 30 iş günü kameral vergi yoxlamasının müddəti müəyyən edilmişdir. Bu, o deməkdir ki, vergi ödəyicisindən təsdiqedici sənədlərin tələb edilməsi, dürüst, müfəssəl yoxlama aparılması üçün vergi orqanının daha çox vaxtı olacaq.

Mənbə: vergiler.az


Müştəri Bank istifadəçiləri ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilərlər

posted in: Xəbər | 0

Kapital Bank Müştəri Bank-da mütəmadi olaraq hüquqi şəxs və fərdi sahibkarlara daha rahat və onlayn xidmətlər təqdim edir. Artıq sahibkarlar Müştəri Bank vasitəsilə mal və xidmətlərə görə ödənilən ƏDV-ni avtomatik olaraq formalaşdırıb, ödəyə bilərlər.

İndiyədək sahibkarlar ƏDV-ni manual olaraq özləri hesablayıb, sonra ödənişi həyata keçirə bilirdilər. Lakin yeni onlayn funksiya vasitəsilə sahibkarlar həm vaxtlarına qənaət etmiş olacaqlar, həm də hesabatlığı daha rahat formalaşdıra biləcəklər. Çünki ƏDV-nin məbləği Müştəri Bank tərəfindən avtomatik hesablanır və sahibkar tərəfindən əlavə ödəniş tapşırığının hazırlanmasına ehtiyac yoxdur.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.


Müştəri Bank istifadəçiləri ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilərlər

posted in: Xəbər | 0

Kapital Bank Müştəri Bank-da mütəmadi olaraq hüquqi şəxs və fərdi sahibkarlara daha rahat və onlayn xidmətlər təqdim edir. Artıq sahibkarlar Müştəri Bank vasitəsilə mal və xidmətlərə görə ödənilən ƏDV-ni avtomatik olaraq formalaşdırıb, ödəyə bilərlər.

İndiyədək sahibkarlar ƏDV-ni manual olaraq özləri hesablayıb, sonra ödənişi həyata keçirə bilirdilər. Lakin yeni onlayn funksiya vasitəsilə sahibkarlar həm vaxtlarına qənaət etmiş olacaqlar, həm də hesabatlığı daha rahat formalaşdıra biləcəklər. Çünki ƏDV-nin məbləği Müştəri Bank tərəfindən avtomatik hesablanır və sahibkar tərəfindən əlavə ödəniş tapşırığının hazırlanmasına ehtiyac yoxdur.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.


Dünyanın müxtəlif ölkələrində qeyri-adi vergi və yığımlar

posted in: Məqalə, Vergi, Xəbər | 0

vergi, yığımlar, qeyri-adi vergilər,Bütün dövrlərdə və dünyanın müxtəlif ölkələrində vergilər kəskin mübahisələrə səbəb olub və yerli sakinlərin daimi narazılığına gətirib çıxarıb. Əksər qərb ölkələrində vergi sistemləri öz kökü ilə XV-XVII-ci əsrlərə gedib çıxsa da, ilk vergi yığımları daha əvvəllər tətbiq edilib. Bu müddət ərzində bir çox gözlənilməz təşəbbüslər olub – Bizansda hava vergisindən tutmuş, orta əsrlər İngiltərəsində tətbiq edilən qorxaqlığa görə vergiyə qədər (o, ödəyicini hərbi kampaniyalarda iştirak etmək ehtiyacından azad edirdi). Bu yığımların əksəriyyəti çoxdan unudulub, lakin, dünyada əcnəbilər üçün gözlənilməz və bəzən anlaşılmaz qalan vergilər hələ də mövcuddur.

  • Vətəndaşların sağlamlığına qayğı

Çox vaxt qeyri-standart vergilərin tətbiqi təkcə xəzinəni doldurmaq istəyi ilə deyil, həm də yerli sakinlərə faydalı vərdişlər aşılamaq cəhdi ilə diktə edilir. Belə ki, məsələn, Macarıstanda son altı il ərzində “fastfood” vergisi fəaliyyət göstərir ki, bu da zərərli məhsullar istehlak edən insanların sayını azaltmaq məqsədilə tətbiq edilmişdir.

Solyariumda vergi Amerikada fəaliyyət göstərir. Burada hakimiyyət orqanları dəri üçün təhlükə yarada biləcək süni günəş vannası qəbul etmək kimi dəbə qarşı bu şəkildə mübarizə aparmağa çalışırlar. Plastik cərrahiyyəyə görə yığımları isə həmin əməliyyatların populyarlıq qazandığı Cənubi Koreyada ödəyirlər. Ümumiyyətlə, o, çox güman ki, vətəndaşların sağlamlığı ilə bağlı qayğıdan daha çox, bu xidmətlərin turistlər arasında populyarlığından irəli gəlir. Hazırda ölkədə çoxlu klinikalar fəaliyyət göstərir ki, onların bəziləri xaricdən gələn xəstələrlə də işləyirlər.

  • Pasportda ştampın olmasına görə ödəniş
Çox vaxt hakimiyyətlər ölkədəki demoqrafik vəziyyəti düzəltmək, hökumətin fikrincə mənəviyyatın tənəzzülü ilə mübarizə aparmaq və ya çoxuşaqlı ailələri dəstəkləmək üçün əlavə vəsaitlər toplamaqdan ötrü xüsusi vergilər tətbiq etməyə əl atırlar.

Vətəndaş nikahı vergisi 1990-cı illərin ortalarında Çində nikahdankənar birgə yaşayış kimi artan dəb ilə mübarizə aparmaq üçün tətbiq edilmişdi. Birlikdə yaşayan və bütün qeydiyyatdan keçməyən cütlüklər xəzinəyə ildə təxminən 120 avro ödəməlidirlər. Özü də bu zaman ayıq-sayıq qonşular məhəllədə məskunlaşan sevgililər barədə hökumət yetkililərinə məlumat verərək, xəzinənin doldurulmasında fəal iştirak edə bilərlər.

  • Qeyri-leqal və şübhəli fəaliyyətə görə vergi

Narkodilerlər üçün vergi ABŞ-da mövcuddur. Hətta ABŞ vergi bəyannaməsinə bu gəlir xətti üçün ayrıca sətir də salınıb. Eyni zamanda, ölkədə psixotrop dərmanların ticarətinin özü də qeyri-qanuni olaraq qalır. Vergi ödəmək, vergi ödəyicisini tutulduqda məsuliyyətdən azad etmir, lakin yüngülləşdirici hal kimi çıxış edə bilər.

  • Ada və cədugərliyə görə vergi

Ada görə dünyada vətəndaşların vergi ödədiyi yeganə ölkə İsveçdir – orada bu rüsum övladına qəribə adlar qoyan valideynlər tərəfindən ödənilir, çünki bu adların tələffüzü başqalarını narahat edir.

Özü də qeyd etmək lazımdır ki, İsveçdə vergi sistemi dünyanın ən qədim sistemlərindən biridir – yerli arxivlərdə hətta Vikinqlərin dövrünə aid olan vergi ödəyiciləri haqqında məlumatlar da vardır.

Sülhə görə vergini isə Afrikanın qərbində yerləşən Qvineya Respublikasında ödəyirlər. Müharibəsiz keçən hər il onlara 700 Belçika frankına başa gəlir.

Kənar qüvvələrin köməyinə əl atmaq istəyən Niderland sakinləri isə cadugərliyə görə vergi ödəməlidirlər.


1 404 405 406 407 408 409 410 2. 354