Read More9
Read More9

ƏDV-dən azadolmalar tətbiq edilən əməliyyatlar

posted in: Vergi, Xəbər | 0

ƏDV-dən azad əməliyyatların mahiyyəti

ƏDV azadolmaları Vergi Məcəlləsinin 164-cü maddəsi ilə tənzimlənir. Maddədə həm malların satışı, həm də xidmətlərin göstərilməsi üzrə əlavə dəyər vergisindən azad olan əməliyyatlar öz əksini tapıb. Məcəlləyə görə :

  • bəzi malların yalnız idxalı;
  • bəzi malların yalnız satışı;
  • bəzi malların isə həm idxalı həm də satışı ƏDV-dən azad ola bilər.

ƏDV-dən azad əməliyyatı aparan vergi ödəyiciləri əməliyyatlarının uçotunu ayrı aparmalıdır. Əməliyyatlarının uçotunu ayrı aparmayan (aparan bilməyən) vergi ödəyiciləri verginin hesablanması məsələlərində ƏDV-dən azad əməliyyatların xüsusi çəkisini müəyyən etməlidir.

ƏDV azadolmaları ilə əlavə dəyər vergisi tətbiq edilməyən əməliyyatlardan əsas fərqi odur ki, bu əməliyyatlar ƏDV yaranmasına səbəb ola biləcək əməliyyatlardır, sadəcə onlara qanunla müddətsiz yaxud müəyyən müddətə ƏDV-dən azad olmalar tətbiq edilib. Adətən əməliyyatlara ƏDV  azadolmaları aşağıdakı hallarda tətbiq edilir:

  • azad edilmə tətbiq etməmək ciddi iqtisadi və sosial çətinliklər yarada bilər;
  • azad edilmənin tətbiqi bu əməliyyatların aid olduğu sahə inkişafına kömək edər.

ƏDV-dən azad əməliyyatlar aparan şəxslərdə əvəzləşmə qaydaları ilə buradan ətraflı oxumaq olar.

Əlavə dəyər vergisindən azad olunan əməliyyatların siyahısı kifayət qədər genişdir, müntəzəm yenilənir. ƏDV-dən azad olunan malların siyahısı 2023 – cü ildə də müəyyən dəyişikliyə məruz qalıb. Odur ki,  burada onlardan praktikada ən çox rast gəlinən hallar haqqında danışacağıq.

Dövlət mülkiyyəti ilə bağlı əməliyyatlarda ƏDV-dən azadolmalar

ƏDV azadolmasının tətbiq olunduğu əməliyyatlardan biri satın alınmış dövlət əmlakı, habelə dövlət əmlakının icarəyə verilməsi ilə bağlıdır.

Bildiyimiz kimi mülkiyyətin 3 forması vardır:

  • dövlət;
  • bələdiyyə;
  • xüsusi.

Dövlət mülkiyyətinin özəlləşdirmə qaydasında alınması Dövlət əmlakının özəlləşdirilməsi haqqında” AR qanunu ilə tənzimlənir. Özəlləşdirmə haqqında qərar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilir. Özəlləşdirilmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakın dəyərindən ƏDV tutulmur.

Ola bilər ki, dövlət əmlakının icarəyə verilməsindən alınan gəlirin bir hissəsi dövlət büdcəsinə köçürülsün. Həmin köçürülən hissəyə əlavə dəyər vergisi tətbiq edilmir, icarəyə götürəndən ƏDV alınmır.

Nümunə 1: İqtisadiyyat Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən dövlət müəssisənin binasının bir hissəsi şirkətə ƏDV ilə birlikdə ayda 1400 manata (ƏDV-siz) icarəyə verilib. Razılaşmaya əsasən icarə haqqının 65%-i Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə, 35%-i Əmlak Məsələləri Dövlət Komitəsinin xüsusi büdcə hesabına köçürülür.

İcarə haqqının Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına köçürülməli olan hissəsinə ƏDV hesablanmır və yalnız icarə haqqının dövlət müəssisəsinə köçürülən hissəsindən əlavə dəyər vergisi tutulur:

1400*65% *18% = 910 * 18% = 163.80 manat

Maliyyə xidmətləri üzrə əməliyyatlarda azadolmalar

Maliyyə xidmətləri dedikdə:

  • bankların;
  • sığorta təşkilatlarının;
  • investisiya fondlarının;
  • lombardların fəaliyyəti və digər analoji xidmətlər nəzərdə tutulur (VM,13.2.14-cü maddə)

Belə xidmətlər vergi ödəyicilərinə, xidməti göstərən şəxsin hüquqi, fiziki şəxs olmasından asılı olmayaraq ƏDV azadolması tətbiq olunur. Məsələn, çalışdığınız müəssisənin bank üzrə komissiya haqları və s. xərclərin içərisində ƏDV yoxdur.

Nümunə 2: Şirkət öz əmlakını sığorta şirkətində 50000 manat məbləğində sığortalamış və bunun müqabilində sığorta şirkətinə 3500 manat vəsait ödəmişdir. Sığorta əməliyyatları maliyyə xidmətləri hesab olunduğundan sığorta şirkətinə ödənilmiş 3500 manat ƏDV-dən azaddır.

Kənd təsərrüfatı sektorunda vergi azadolmaları

Kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV-nin tətbiqi haqqında daha ətraflı buradan daha geniş məlumat ala bilərsiniz. Aşağıdakı şəkildə kənd təsərrüfatı sektorunda tətbiq edilən ƏDV azadolmaları verilib.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı. Bakıda vergi kursları.Birinci azadolma istehsalın hüquqi şəxs, yaxud fərdi sahibkar, hətta sahibkarlıq fəaliyyəti sayılmayacaq həddə istehsal edən fiziki şəxs tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, təqdimetmə zamanı ƏDV hesablanmayacaq. Bu azadolma eyni zamanda hər iki vergi baxımından (gəlir, mənfəət)  keçərlidir.

Kənd təsərrüfatı məhsullarının tərkibində heyvan və quş ətinin xüsusi yeri var. Heyvan, quş ətinin satışı dedikdə bişirilmiş yaxud hər hansı digər formada emal edilmiş ət nəzərdə tutulmur. Yəni, əgər qəssab olaraq ət satırsınızsa, satdığınız ətə görə ƏDV hesablanması aparılmır. Lakin kəsim yerinin yanında həmin ətlərin bişirilməsi və təqdim edilməsi kimi fəaliyyətiniz varsa, ətlərin həmin qismləri ƏDV-dən azad edilməyəcəkdir.

Kənd təsərrüfatı ilə bağlı digər azadolma taxıl məhsullarına aiddir. Belə ki, 01.01.2017-ci il tarixdən 7 il müddətinə aşağıdakılar ƏDV-dən azaddır:

  • buğdanın idxalı və satışı;
  • buğda ununun və çörəyin istehsalı və satışı.

Sözügedən ƏDV azadolması arpa ununa aid edilmir.

Sonda qeyd edək ki malların təqdim edilməsi zamanı ƏDV-dən azad olma yalnız ölkədaxili təqdimetməyə aiddir. Yəni, malların ixracı ƏDV-dən azad edilən əməliyyat ola bilməz (hətta onlar ölkədaxili təqdimetmə zamanı əlavə dəyər vergisindən azad edilsələr belə).

Geri çağırılma zamanı məzuniyyətin yenidən hesablanması

Gəlir vergisi üzrə maliyyə sanksiyaları və faizlər

posted in: Vergi, Xəbər | 0

Gəlir vergisindən yayınma halları

Ölkəmizdə fiziki şəxslərin gəlir vergisi üzrə daha çox vergidən yayınma halları iri dövriyyəsi olub pərakəndə satışı həyata keçirən obyektlərdə müşahidə olunur. Bu da onlarda maliyyə sanksiyaları və faizlər şəklində itkilərə səbəb olur. Ticarət mərkəzlərinin çoxunda, supermarketlərdə məsafədən ötürmə qurğuları quraşdırılmasına baxmayaraq, vergi ödəyiciləri satışlarını nəzarət kassa aparatlarına vurmurdular. Düzdür, son illər tətbiq edilən “ƏDV geri al” bu istiqamətdə atılmış ən effektli layihə kimi dəyərləndirilə bilər.

Ümumən, dövriyyəsi böyük olan pərakəndə satış obyektlərində elektron məsafədən ötürmə qurğularının tətbiqinin sürətləndirilməsi vergi nəzarətini gücləndirməkdə effektli çıxış yoludur. Çünki, vergi orqanı əməkdaşlarının xronometraj qaydasında müşahidə aparmaları həm vaxt, həm də fiziki baxımdan çətinliklər törədir.

Repetitorluq, ev təmiri ilə fərdi məşğul olan şəxslərin də gəlirləri vergiyə cəlb olunmur, vergidən yayınma halları baş verir. Düzdür, qanunla onların vergi ödəməsi nəzərdə tutulmuşdur, lakin buna nəzarət mexanizmi yoxdur. Adı çəkilən fəaliyyət növləri üzrə kifayət qədər böyük həcmdə gəlirlər əldə olunur, lakin bu sahədə fəaliyyət göstərən şəxslər faktiki olaraq əldə etdikləri gəlirləri vergidən yayındırırlar.

Fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması, vergiləri ödəməkdən yayınma halları aşağıdakı formalarda baş verir:

  • qanunvericiliyə uyğun qaydada gəlirlər haqqında bəyannamə təqdim etməmək;
  • gəlirlərin həcmini azaldıb, xərclərin həcmini artırması;
  • əmlakların uçotdan gizlədilməsi;
  • fəaliyyətlərin, əlavə gəlir mənbələri haqqında məlumatların dəyişdirilməsi;
  • vergi güzəştlərini əldə etməkdən ötrü saxta sənədlər təqdim etməklə və sair.

Fiziki şəxslərin gəlir vergisi üzrə vergidən yayınma hallarının sayının artmasının digər səbəbi işəgötürənlər tərəfindən əmək müqaviləsi olmadan işçilərin əmək fəaliyyətinə cəlb edilməsidir. Son illərdə qeyd edilən istiqamətdə mübarizə tədbirləri gücləndirilib. Belə tədbirlər çərçivəsində işçiləri qanundan yayınaraq çalışdıran bəzi müəssisə rəhbərlərinə qarşı cinayət işləri açılmışdır.

Qeyd edək ki, fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisini VM-in 67.5 maddəsinə əsasən hesablaya bilər.

Gəlir vergisi üzrə maliyyə sanksiyaları

Respublikamızda vergidən yayınma hallarının qarşısının alınması məqsədilə müxtəlif mexanizmlər fəaliyyət göstərməlidir. Belə mexanizmlərdən biri nağdsız ödəniş sisteminin genişləndirilməsi, təkmilləşdirilməsidir. Beləki nağd əməliyyatlar adətən izsiz əməliyyatlar olur.

Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

Elə bəri başdan onu qeyd edək ki, Vergi Məcəlləsinin maliyyə sanksiyalarından bəhs edən bölməsi hansısa konkret qrup vergi ödəyicilərinə yönəlik hazırlanmamışdır. Bu səbəblə maliyyə sanksiyaları ümumi xarakter daşıyır, hansısa maliyyə sanksiyasında nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halı edilən zaman vergi ödəyicisinin vergi mükəlləfiyyətindən asılı olmayaraq (sadələşdirilmiş, gəlir, mənfəət), eyni tədbir görülə bilər.

Məsələn, istər sadələşdirilmiş vergi ödəyin, istər gəlir (mənfəət) vergisi, fərq etməz, əgər siz VM-in 89.3 maddəsinin tələblərini pozmusunuzsa, sizə yüz manat maliyyə sanksiyası hesablanır (VM, maddə 57.2).

Gəlir vergisi martın sonunadək ödənilməlidir. Həmin müddətdə ödənilmədikdə, hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğə əlavə 0,1 faizi cərimə hesablanır.

Nümunə1: Fərdi sahibkar gəlir vergisinin bəyannaməsini gecikdirərək aprel ayının 23-ü təqdim etmiş,  hesablanmış 530 AZN vergi məbləğinin yarısını aprel ayının 30-u ödəmişdir.

Belə təşkilata yuxarı vergi orqanın qərarıyla hesabatı gec təqdim etdiyi üçün 40 azn maliyyə sanksiyası hesablana bilər. Eyni zamanda bununla yanaşı martın 31-indən sonrakı ötmüş 30 gün üçün 15.9 azn məbləğində faizləri ödəməlidir.

Maliyyə sanksiyaları haqqında ətraflı məlumat Vergi Məcəlləsində 57 və 58-ci maddələrdə geniş şərh edilib.

Gəlir vergisindən yayınmaya görə cəza tədbirləri

Qanunvericiliyin tələblərinə əməl etməyən vergi ödəyicilərini yalnız maliyyə sanksiyaları deyil, qanunla müəyyən edilmiş cərimə, habelə digər islah tədbirləri də gözləyir. Məsələn, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş bir sıra cərimələrə baxaq.

Gəlir vergisi ödəyicisi 50000 AZN-i aşmayan məbləğdə vergini ödəməkdən yayınarsa, ona vergi məbləğinin 30 %-dən başlayaraq cərimə məbləği hesablana bilər. Hesablanan cərimənin maksimum məbləği yayındırılan vergi məbləğinin 70%-ini təşkil edə bilər (İXM, maddə 460).

Nəzərə almaq lazımdır ki, vergidən yayınmaya görə həm Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun maliyyə sanksiyası, həm də inzibati cərimə tətbiq edilə bilməz.

Gəlir vergisini ödəməkdən xeyli miqdarda yayınmaya görə Cinayət Məcəlləsinə əsasən aşağıdakılardan biri tətbiq edilə bilər:

  • verginin 2-3 misli qədər cərimə;
  • 3 ilədək müddətə azadlıqdan məhrumetmə;
  • islah işlərinin tətbiqi.

Xeyli miqdar deyəndə əlli min manatdan iki yüz min manatadək olan məbləğ nəzərdə tutulur (CM, maddə 213).  Qeyd etmək lazımdır ki, maliyyə sanksiyaları, İXM və CM üzrə cəzalar eyni vaxtda tətbiq edilə bilməz.

213 saylı “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” hesabı üzrə uçot

Gəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi?

posted in: Xəbər | 0

Mən “YouTube” kanalı vasitəsilə “Google adsense” üzərindən gəlir əldə edirəm və gəlir vergisi ödəyirəm. Bu zaman sadələşdirilmiş verginin ödəyicisi ola bilərəmmi? Bunun üçün nə etməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə görə, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq olunmur.

Əlavə olaraq bildiririk ki, gəlir vergisindən azadolmalar və güzəştlər üçün Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunan meyarlardan yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri

Mənbə: vergiler.az

213 saylı “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” hesabı üzrə uçot

Dövlət müəssisəsində çalışan şəxs sahibkarlıqla məşğul ola bilərmi?

posted in: Xəbər | 0

Mən dövlət işində çalışıram və hər ay əməkhaqqımın bir hissəsi müqabilində investisiya üçün qızıl alıram. Müəyyən müddətdən sonra həmin məhsulun satışına başlasam, əldə etdiyim gəlirdən vergini necə ödəməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, gələcək illərdə sahibkarlıq fəaliyyəti həmin dövr üçün qüvvədə olacaq qanunvericilik aktlarına əsaslanacaq.

Mövcud qanunvericiliyə görə, məhsulun satışından əldə edilən gəlir sahibkarlıq fəaliyyəti hesab olunur. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının və qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.

Əsas: “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu

Mənbə: vergiler.az

Mümkün xalis satış dəyəri

1 406 407 408 409 410 411 412 2. 700
error: Content is protected !!