Əmək qabiliyyətinin müvəqqəti itirilməsi

posted in: Xəbər | 0

İşəgötürənlə əmək münasibətlərində olan işçinin müəyyən səbəblərdən (məsələn, xəstəlik) əmək funksiyasını yerinə yetirə bilməməsi təbii haldır, hər bir işçi ilə baş verə bilər.  Bu zaman həmin işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənir. Bəs bunu kim və necə edir?  Suala cavabı bu səhifədə tapa bilərsiniz.

Sosial sığorta hadisəsi nədir?

Sosial sığorta hadisəsi mahiyyətcə elə bir riskdir ki, onun başlanması ilə işdən əldə edilən gəlir şəklində əsas dolanışıq mənbəyinin itirilməsi, habelə əlil ailə üzvlərinin saxlanmasına əlavə xərclərin yaranması ehtimalı yaranır. Nəticədə həyat səviyyəsi aşağı düşür, maddi təminat zəifləyir. Bunun qarşını almaq üçün itirilmiş qazancı kompensasiya etmək zərurəti yaranır. “İtirilmiş qazanc” anlayışı aşağıdakıları əhatə edir:

  • əməkhaqları;
  • gəlirlər;
  • xəstəlik zamanı əlavə xərclər və sair.

Əksər hallarda sosial sığorta hadisəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə müşayiət olunur.

Əməkhaqqı, gəlir və əlavə xərclərin itirilməsinin qarşısının alınması yaxud kompensasiya edilməsi müavinətlər formasında sosial sığorta tərəfindən təmin edilir.

Məcburi dövlət sığortası və könüllü sığorta kimi iki formadan ibarət olan sosial sığorta Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” qanunu ilə tənzimlənir.

Əmək müqaviləsi (kontraktı) əsasında işləyənlər, habelə qanunla nəzərdə tutulmuş müəyyən hallarda bəzi şəxslər məcburi dövlət sosial sığortasına cəlb edilir. Onlar sığortaolunanlar sayılır.

Sığortaolunanların xeyrinə məcburi dövlət sosial sığorta haqlarını sığortaedənlər – özünü yaxud başqasını sosial sığortaedən şəxslər ödəyir. Bunlar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, fərdi sahibkarlar və fiziki şəxslərdir.

Sığorta hadisəsi baş verdikdə yığılmış məcburi dövlət sosial sığorta haqları hesabına itirilmiş qazancın qarşılanması üçün sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər – sosial sığorta ödənişi ödənir.

Sosial sığorta hadisəsinin tərkibi

Sığortaolunanlara sosial sığorta ödənişlərinin həyata keçirilməsi hallarına aşağıdakılar nümunə göstərilə bilər.

  • Pensiya yaşına çatma;
  • sanatoriya-kurort müalicəsi zərurəti;
  • hamiləlik və doğum;
  • uşağın anadan olması;
  • uşağa qulluq və sair.

Sosial sığorta hadisələrinin tam tərkibi yuxarıda qeyd edilən qanunun 4-cü maddəsində əks olunub. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı da bu sıradandır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi 

Bu sosial sığorta hadisəsi hesab olunur və işçiyə müəyyən edilmiş qaydada və məbləğdə müavinət ödənilir. Müavinət və onun verilməsi qaydaları AR Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamə əsasında verilir. Mahiyyətcə o, xəstəlik və ya başqa səbəblərə görə itirilmiş qazanca görə işçiyə ödənilən kompensasiyadır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət təyin edildiyi hallara bunları nümunə göstərmək olar:

  • istehsalatda bədbəxt hadisələr zamanı;
  • hamiləliyə və doğuşa görə;
  • xəstə ailə üzvlərinə qulluq məqsədilə;
  • vərəm, peşə xəstəlikləri zamanı;
  • AR NK-nin müəyyən etdiyi siyahıda adı keçən postvaksinal fəsadlar səbəbindən əmək qabiliyyətinin itirilməsi zamanı.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinət xəstəlik vərəqi əsasında təyin olunur.

Müavinət hansı şərtlər daxilində verilir?

Müavinətin verilməsi üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi məcburi dövlət sığortası hesablanan əmək fəaliyyəti dövrünə təsadüf etməlidir.

Müavinətlər maksimum məbləği əmək pensiyasının minimum həddinin 25 mislindən çox olmamaq şərtilə 6 aylıq sosial sığorta stajına malik işçilərə şamil edilir.

Xəstəlik vərəqəsindən (əmək qabiliyyətini itirmək vərəqəsi) başqa sənəd müavinət verilməsi üçün əsas sayıla bilməz. Onun itdiyi halda dublikatdan istifadə edilə bilər.

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı fərdi əmək mübahisələri zamanı müavinətin verilməsi yuxarıda qeyd edilən Əsasnamənin 9-cu maddəsi ilə tənzimlənir. Müavinətin verilməsi şərtləri mübahisənin nəticəsindən asılı olaraq dəyişir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi şərtləri haqqında buraya keçid edərək daha ətraflı məlumat ala bilərsiniz.

Bəzi hallarda işçilər bu müavinəti almaya da bilər. Həmin hallar haqqında buradan daha ətraflı oxuya bilərsiniz.

Müavinətin məbləği

Sosial sığorta hadisəsi sayılan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği işçinin son 12 ayda gəlirinin məbləğindən və əmək stajından asılı olaraq dəyişir.

  • 8 illik staja qədər – qazancın 60%;
  • 8-12 il arası müddətdə – 80%;
  • 12 ildən yuxarı – 100% həcmində təyin olunur.

Bizim saytın bu səhifəsinə keçid etməklə hesablama nümunələri ilə tanış ola bilərsiniz.


Nazirlər Kabineti qida və yem məhsulları ilə bağlı qərar verib

posted in: Xəbər | 0

Yüksək riskli zonaların müəyyən edilmə əsasları,investisiya təşviqi sənədi, gömrük rüsumu, ƏDV-dən azad olunan avadanlıqlar, gömrük rüsumu, Əməkhaqları Vahid Tarif CədvəliNazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması Qaydası”nı, eləcə də “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı”nı təsdiq edib.

Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Bundan başqa, hökumətin “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında” 16 iyul 2018-ci il tarixli qərarı ləğv olunub.

Yeni qərara əsasən, qida və yem məhsulları ölkəyə avtomobil, dəniz və dəmir yolu ilə gətirildikdə nəqliyyat vasitəsinin Azərbaycanın gömrük ərazisinə çatmasından azı 24 saat əvvəl, hava yolu ilə gətirildikdə isə nəqliyyat vasitəsinin ixracatçı ölkənin hava limanından yola düşməsindən azı 12 saat əvvəl “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsi ilə bildiriş təqdim edilməlidir.

Bundan başqa, müsbət idxal əməliyyatı tarixçəsi formalaşdıqdan sonra məhsul növləri aşağıda nəzərdə tutulan dövriliklə eynilik və fiziki nəzarət tədbirlərinə cəlb edilir:

  • risk balı 1 olan məhsul növləri üzrə hər 100 idxal əməliyyatının təsadüfi seçim yolu ilə müəyyənləşdirilən ən çoxu 12 %-i;
  • risk balı 2 olan məhsul növləri üzrə hər 100 idxal əməliyyatının təsadüfi seçim yolu ilə müəyyənləşdirilən ən çoxu 17 %-i;
  • risk balı 3 olan məhsul növləri üzrə hər 100 idxal əməliyyatının təsadüfi seçim yolu ilə müəyyənləşdirilən ən çoxu 34 %-i.

Tam mətnə nəzər yetirmək üçün keçidə daxil olun.

Mənbə: report.az

 

Fərdi sahibkarların sığortalanmış əsas vəsaitləri barədə məlumatların vergi orqanına təqdim edilməsi

Fərdi sahibkarların sığortalanmış əsas vəsaitləri barədə məlumatların vergi orqanına təqdim edilməsi

posted in: Xəbər | 0

Sığorta şirkəti hər rüb hüquqi şəxslərin sığortaladığı əsas vəsaitləri barədə məlumatları vergi orqanına təqdim edir. Bəs bu tələb fərdi sahibkarların sığortalanmış əsas vəsaitlərinə münasibətdə də mövcuddurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.6-cı maddəsində 1 yanvar 2023-cü ildən edilmiş dəyişikliyə əsasən, sığortaçılar tərəfindən hüquqi şəxslərə, onların filial və nümayəndəlikləri ilə yanaşı, fərdi sahibkarlara məxsus sığortalanmış əsas vəsaitlər barədə məlumat da rüb bitdikdən sonra növbəti ayın 20-dək müəyyən edilmiş müvafiq formada vergi orqanına təqdim olunur.

Qeyd olunanlara əsasən, 1 yanvar 2023-cü ildən etibarən əsas vəsaitləri sığortalanmış fərdi sahibkar olduğu halda, sığortaçı tərəfindən sığortalanmış həmin əsas vəsaitlər barədə məlumatlar rüb bitdikdən sonra növbəti ayın 20-dək vergi orqanına təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.6-cı maddəsi

Mənbə: vergiler.az

Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin təyin edilməsi

Yeni ildə 7 gün qeyri-iş günü olacaq

posted in: Xəbər | 0

qeyri-iş günü,İş və istirahət günlərinin yerləri dəyişdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir.

Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə – 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.

Yeni ilin ilk iş günü isə yanvarın 7-də olacaq.

Mənbə: report.az

Vergi uçotu kursu

1 451 452 453 454 455 456 457 2. 685