Mühasibat xidmətləri: mühasibat uçotunun aparılması və biznesdə səmərəlilik

posted in: muhasibat, Xəbər | 0

Uçot siyasəti və qanuni əsaslar

İstənilən şirkətdə mühasibat uçotunun aparılması zəruridir və bu, biznesin həcmindən asılı olmayaraq qanunla müəyyən edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bütün hüquqi və fiziki şəxslər uçot aparmalı və müvafiq hesabatlar tərtib etməlidirlər.

Uçot prosesinin effektiv şəkildə həyata keçirilməsi üçün mühasibat xidmətləri mühüm rol oynayır. Qanunvericilik aktlarında fərqli təsərrüfat subyektləri üçün fərqli uçot sxemləri müəyyən edilib. Eyni zamanda, qanunvericiliyin tələblərinə görə,  tətbiq edilən uçot sxemindən asılı olmayaraq müəssisələr uçot siyasəti sənədini tərtib etməlidirlər (“Mühasibat uçotu haqqında” AR qanunu, maddə 9.2, maddə 10.5).

Uçot siyasəti sənədi müəssisənin mühasibat və vergi uçotunun aparılması qaydasını müəyyənləşdirir və fəaliyyət müddətində dəyişməz prinsiplərlə tətbiq olunur. Bu sənəd yalnız qanunvericilikdə və ya şirkətin strukturunda dəyişiklik olduqda yenilənir.

Mühasibat uçotunun aparılmasında ümumi səhvlər

Peşəkar mühasibat xidmətləri göstərilmədikdə müəssisələrdə aşağıdakı səhvlərə tez-tez baş verə bilər:

  1. Qanunvericilik dəyişikliklərinin izlənməməsi – yeniliklərdən xəbərsizlik nəticəsində səhv bəyannamələr və cərimələr yaranır.
  2. Sənədləşmədə texniki və məntiqi səhvlər – yanlış hesablamalar və natamam rekvizitlər vergi orqanlarının diqqətini cəlb edir.
  3. Əməkhaqqı uçotunda uyğunsuzluqlar – artıq və ya az hesablanmış əməkhaqqı, gec ödənişlər və hesablamalarda səhvlər.
  4. Mürəkkəb əməliyyatlarda yanlış yanaşma – əsas vəsaitlərin uçotu, lizinq əməliyyatları, borcların silinməsi və s.

Belə pozuntular maliyyə sanksiyaları, hesabların bloklanması və maliyyə reputasiyasının zədələnməsi ilə nəticələnə bilər. Bunun qarşısını almağın ən etibarlı yolu – mühasibat uçotunu ixtisaslaşmış şirkətə həvalə etməkdir.

Mühasibat xidmətlərinin autsorsinqi – effektiv həll yolu

Son illərdə Azərbaycanda mühasibat xidmətlərinin autsorsinqi (outsourcing) modeli getdikcə daha geniş tətbiq olunur.
Bu, mühasibat uçotunun aparılması işlərinin ixtisaslaşmış mühasibat şirkətinə həvalə edilməsi deməkdir.

Accounting.Az MMC bu sahədə etibarlı tərəfdaş kimi çıxış edir və bizneslərə riskləri minimuma endirən, səmərəli uçot sistemi qurmağa imkan verən mühasibat xidmətləri təqdim edir.

Autsorsinqin üstünlükləri:

  • Qanunvericiliyə uyğunluq: Peşəkar komanda bütün normativ tələbləri izləyir və tətbiq edir.
  • Kadr sabitliyi: Mühasibin işdən çıxması, məzuniyyəti və ya xəstələnməsi uçota təsir etmir.
  • Rəqəmsal uçot sistemləri: Elektron hesabat və 1C proqram təminatı ilə tam inteqrasiya.
  • Məxfilik və etibar: Bütün kommersiya məlumatları qorunur.
  • Xərclərə qənaət: Daxili mühasibat şöbəsi saxlamaqdan qat-qat sərfəlidir.

Beləliklə, mühasibat uçotunun aparılması üzrə autsorsinq modeli həm hüquqi, həm də maliyyə risklərini aradan qaldırır, sahibkara isə biznesin əsas fəaliyyətinə fokuslanmaq imkanı yaradır.

Peşəkar mühasibat uçotu ilə keyfiyyətə nəzarət

Bizim tərəfdaşımız Accounting.Az MMC komandası mühasibat xidmətləri sahəsində illərin təcrübəsinə malikdir və hər bir müştərinin fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq fərdi həllər təqdim edir.
Şirkətin mütəxəssisləri uçot sənədlərinin hazırlanmasından tutmuş Dövlət Vergi Xidməti ilə yazışmalara qədər bütün mərhələlərdə müştəriləri təmsil edir.

Muhasibat uçotunun aparılması zamanı əsas üstünlüklər:

  • hesablamalarda və bəyannamələrdə xətaların minimuma endirilməsi;
  • dəqiq maliyyə hesabatları ilə şəffaf idarəetmə;
  • audit və vergi yoxlamalarına tam hazır vəziyyət;
  • sahibkar üçün vaxt və xərclərin optimallaşdırılması.

Xidmətlərin dəyəri və kalkulyator imkanı

Muhasibat xidmətlərinin qiyməti bir neçə amildən asılıdır:

  • ay ərzində sənəd dövriyyəsinin həcmi;
  • vergitutma sisteminin növü;
  • fəaliyyət sahəsinin mürəkkəbliyi.

Online kalkulyator vasitəsilə mühasibat uçotunun aparılması xidmətinin baza qiymətini asanlıqla hesablamaq mümkündür. Son qiymət müştərinin uçot məlumatları əsasında dəqiqləşdirilir.

Bizim tövsiyyəmiz

Düzgün qurulmuş mühasibat uçotu hər bir biznesin etibarlılıq və davamlılıq göstəricisidir.
Peşəkar mühasibat xidmətləri sayəsində siz qanunvericiliyə tam uyğun, şəffaf və hesabatlı uçot sisteminə sahib ola bilərsiniz.

Şirkətlə əməkdaşlıq:

  • riskləri azaldır,
  • resurslara qənaət yaradır,
  • və biznesinizin maliyyə idarəetməsini yeni səviyyəyə qaldırır.

Dəqiq uçot, düzgün qərarlar və dayanıqlı gəlir üçün elə indi Accounting.Az saytına daxil olun – mühasibat uçotunun aparılması və mühasibat xidmətləri üzrə etibarlı tərəfdaşla işləməyin fərqini hiss edin.

İşəgötürənin əsas hüquqları

posted in: Xəbər | 0

 İşçi və işəgötürənin hüquqlarının qorunması

Əmək müqaviləsi işçinin işəgötürənlə qarşılıqlı razılaşması əsasında bağlanan sənəddir. Müqavilənin tərəfləri haqqında ətraflı burada məlumat vermişik. Burada isə müqavilə üzrə işçinin əsas hüquqları şərh olunub. Gəlin indi digər tərəf olan işəgötürənin hüquqları haqqında danışaq.

Əmək Məcəlləsinin 2-ci maddəsində qeyd edildiyi kimi, “tərəflərin hüquqi bərabərliyi prinsipi” əmək münasibətləri mövzusunda əsas prinsiplərdəndir. Tərəflərin hüquqi bərabərliyi prinsipi ilk növbədə:

  • hüquq, vəzifələrin əmələ gəlməsi, icrası zamanı hüquq subyektinin həcmində;
  • qanunla bərabər imkanların yaradılmasında öz təsdiqini tapır.

Məcəllədə qeyd edilmiş hüquq, vəzifələr həm işçinin, həm də işəgötürənin faktiki fəaliyyətini əhatə edir. İşçi kimi, işəgötürən də əmək münasibətlərinin tərəfidir. O, işçilərlə müqavilə bağlamaq, onların əməyini təşkil etmək, ödəmək, habelə mühafizəsini təmin etmək və başqa vəzifələri həyata keçirmək hüquqlarına malikdir. İşəgötürənin əsas hüquqları ƏM-nin 11-ci maddəsi ilə tənzimlənir.

Əmək müqaviləsinin məzmunu üzrə işəgötürənin əsas hüquqları

  • İşəgötürən işci ilə müqavilə bağlamaq, onun şərtlərini dəyişmək hüququna malikdir. Müqavilənin bağlanma qaydası, məzmunu, tərəfləri və s. qanunvericilikdə müəyyən olunmuş qaydalara uyğun təmin olunur, ƏM-nin 42-49-cu maddələri ilə tənzimlənir. Müqavilə şərtlərinin hər hansı birinin dəyişdirilməsi tərəflərin razılığına  əsasən həyata keçirilir.
  • İşçinin müqavilə şərtlərində dəyişiklik etmək, yaxud onun ləğvi üçün qarşı tərəfə müraciət etmək hüququnun olduğu kimi, işəgötürənin də belə hüququ var. İşəgötürən tərəfindən müqavilənin ləğvi qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduqda, müəyyən olunmuş qaydalara əsasən həyata keçirilə bilər. Həmin qaydalar haqqında ƏM-də 70-ci maddədə ətraflı məlumat almaq olar.

İşçinin öhdəliklərinin icrasına nəzarət hüquqları

  • İşçilərdən həm ƏM, həm də müqavilə ilə tənzimlənən bütün müddəalara, öhdəliklərə əməl etməyi tələb etmək işəgötürənin hüquqlarından biridir. İşçi müqavilə ilə müəyyən olunan əmək funksiyasını qanunauyğun şəkildə həyata keçirməli, qarşı tərəfin verdiyi göstərişləri vaxtında və düzgün şəkildə yerinə yetirməlidir;
  • İşəgötürənin iş prosesində yüksək peşəkarlıq nümayiş etdirən işçini əməyinin nəticələrinə görə müvafiq vəzifələrə irəli çəkmək, ona digər əmək funksiyasının icra olunmasını həvalə etmək hüququ var. Belə halda müqaviləyə dəyişiklik edilməsi, ya da yeni müqavilə bağlanması tələb olunur;
  • İşçi öz vəzifə öhdəliklərini yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, işəgötürən onu intizam məsuliyyətinə cəlb edə bilər. Müəssisədaxili intizam qaydaları pozulduqda işəgötürən tərəfindən ƏM-də 186-cı maddədə göstərilən intizam tənbehlərindən biri təyin olunur. Bu zaman işçi tərəfindən edilmiş xətanın xarakteri, onun peşəkarlığı nəzərə alınmalıdır.
  • İşçi öz öhdəliklərini yerinə yetirən zaman qarşı tərəfə ziyan vurarsa, qanunvericiliyə uyğun maddi məsuliyyət daşıyır. Işçi tərəfindən dəyən ziyanın ödənilməsi işəgötürənin əmri ilə həyata keçirilir. Əgər işçi qarşı tərəfin hüquqlarını pozaraq dəyən zərəri könüllü şəkildə ödəməkdən imtina edərsə, işəgötürən dəyən ziyanın məhkəmə qaydasında ödənilməsini təmin etmək hüququna malikdir. İşçinin maddı məsuliyyəti, onun həlli qaydaları ƏM-də 198-206 maddələr ilə tənzimlənir.

İşin təşkili prosesinin tənzimlənməsi

  • İşəgötürən ƏM-nin 56-cı maddəsinə görə əməyin təşkilində hər hansı bir dəyişiklik etmək zərurəti yarandıqda əmək şəraitinin şərtlərini dəyişə bilər, bu şərtlə ki, işçi peşəsi, ixtisası, vəzifəsi üzrə işini davam etdirsin. Həmçinin, müəssisədə işçilərin say və ştat tərkibini müəyyənləşdirmək hüququ da məhz işəgötürənə məxsusdur. Müəssisə öz strukturunu, ştatların sayını müstəqil olaraq müəyyən edir. İşçilərin, ştatların sayı azalanda ƏM-nin  77-ci maddəsinə uyğun  tədbirlər görülməlidir. Bu işlərin təşkili məqsədi ilə müəssisədə kadr uçotu təşkil edilir.
  • Kollektiv müqavilə bağlamaq işəgötürənin əsas hüquqlarından biridir. ƏM-nin 29-cu maddəsinə uyğun olaraq kollektiv müqavilələrdə tərəflərdən biri işəgötürən, digər tərəf isə həmkarlar ittifaqı təşkilatıdır. Əgər müəssisədə Hİ təşkilatı yoxdursa, ikinci tərəf əmək kollektivi olur. Kollektiv müqavilənin icra olunmasına nəzarəti ƏM-nin 34-cü maddəsinə görə  müvafiq icra hakimiyyəti orqanı, eləcə də tərəflər həyata keçirir.
  • Müqaviləni bağlayan zaman ƏM-də  51-ci maddəyə uyğun  sınaq müddəti nəzərdə tutula bilər. Burada məqsəd işçinin bacarıq və peşəkarlıq səviyyəsini  yoxlamaqdır. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə ƏM-də müəyyən olunan qaydalara əsasən təyin olunur.

İşəgötürənin qanuni hüquqlarının pozulmasına görə məsuliyyət

ƏM-si 11-ci maddəyə əsasən işəgötürənin qeyd etdiyimiz hüquqlarının, vəzifələrinin icrasına istənilən müdaxilələr, maneələr törətmək yolverilməzdir. İşəgötürənin fəaliyyətinə hər hansı müdaxilə edildiyi vəziyyətlərdə, qanuni hüquqlarının pozulması halında həmin şəxs qanunvericilikdə nəzərdə tutulan hallarda müvafiq məsuliyyət daşıyacaq.


Muzdlu işçilərin orta aylıq əməkhaqları artıb

posted in: Xəbər | 0

Bu il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 min nəfər və ya 0,3 faiz artaraq 1725,5 min nəfər olub.

Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verilir ki, onlardan 894,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 831,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Cari ilin ilk 6 ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,5 faiz artaraq 921,9 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: vergiler.az


100 000 AZN-dək mikrokreditlə biznesinizi böyütməyə başlayın

posted in: Xəbər | 0

Kapital Bank sahibkarlar üçün mikrobiznes kreditləri üzrə kampaniya keçirir. Kampaniya çərçivəsində 100 000 manatadək mikrokrediti 3 ilədək müddətə illik 15%-dən başlayan şərtlərlə əldə etmək mümkündür.

Təklifdən yararlanmaq üçün vaxt itirmədən Birbank Biznes saytı üzərindən onlayn kredit müraciəti edə bilərsiniz. Kampaniya 8 sentyabr 2023-cü il tarixinədək edilən kredit müraciətlərinə şamil olunur. Kampaniya haqqında ətraflı məlumat və onlayn sifariş üçün: https://bir.bank/bbmbpr.

Qeyd edək ki, Birbank Biznes-də sahibkarların hər gün istifadə etdiyi bir sıra xidmətlər var:

  • Biznes bank hesablarının açılması;
  • Təcili köçürmələr, milli və xarici valyutada köçürmələri;
  • Nağdsız ödənişlər;
  • Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil;
  • POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması;
  • Cari və kart hesabından QR-nağdlaşdırma;
  • Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması;
  • Biznes krediti və bank qarantiyası;
  • Mobil POS, e-ticarət və “Kliklə ödə” xidmətləri;
  • Özəl tarif paketləri, gömrük kredit kartı və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir.

Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid alın və ya 896 məlumat mərkəzinə zəng edin.


İdeyaları texnoloji həllərə çeviririk - Genity

1 509 510 511 512 513 514 515 2. 690