Read More9
Read More9

Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydalarında dəyişiklik edildi

posted in: Xəbər | 0

Əmək pensiyalarının təyin edilməsiAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 dekabr tarixli 1902 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421; 2023, № 2, maddə 315; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 210 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddən “bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla,” sözləri çıxarılsın;

1.2. 1.2-ci, 6.2-ci bəndlər, 6.1.3-cü və 6.1.5-ci yarımbəndlər ləğv edilsin;

1.3. 5.7-ci bəndə “nəzərə alınır” sözlərindən əvvəl “(pensiya təyinatı tarixinədək)” sözləri əlavə edilsin;

1.4. 6.1.1-ci yarımbəndə “sığorta hissəsi” sözlərindən sonra “, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilsin;

1.5. 6.5-ci bənddə “6.1.3-6.1.5-ci” sözləri “6.1.4-cü” sözləri ilə əvəz edilsin.

2. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 1 avqust 2023-cü il

Mənbə: nk.gov.az


İdeyaları texnoloji həllərə çeviririk - Genity

Məzuniyyət haqqı müxtəlif aylara düşdükdə gəlir vergisinə necə cəlb edilir?

posted in: Xəbər | 0

qeyri-maddi aktivlər, mühasib köməkçisi vakansiyaƏmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bu kimi hallarda məzuniyyət haqqının gəlir vergisinə cəlb edilməsi ilə bağlı sualları misalla aydınlaşdırır.

Misal: Tutaq ki, işçi 26 iyun – 5 avqust tarixlərində 40 günlük əmək məzuniyyəti hüququndan istifadə edib. Fərz edək ki, işçinin əməkhaqqı məbləği 800 manatdır, 40 günlük məzuniyyət üçün məzuniyyət haqqı isə 1200 manatdır. İşçiyə iyun ayı üzrə 700 manat əməkhaqqı, 130 manat məzuniyyət haqqı, iyul ayı üzrə 910 manat məzuniyyət haqqı, avqust ayı üzrə isə 160 manat məzuniyyət haqqı və 700 manat əməkhaqqı hesablanıb. Məzuniyyət haqqı məzuniyyətə çıxmamışdan öncə və birdəfəlik ödənildiyi üçün gəlir vergisinə cəlb edilmə hansı şəkildə olmalıdır?

Bu zaman hesablanmış məzuniyyət haqqından ayrı-ayrılıqda gəlir vergisi tutulmalıdır. Yəni, iyun ayında məzuniyyətə çıxmış işçinin aylıq gəliri, iyun, iyul, avqust ayları üçün ayrı-ayrılıqda müəyyən edilərək hər bir ay üçün hesablanmış əməkhaqqı məbləği ilə cəmlənərək gəlir vergisi ayrı-ayrılıqda tutulmalıdır.

Daha dəqiq desək, işçinin məzuniyyət günləri üçün hesablanmış məzuniyyət haqqı məbləğindən məzuniyyət günlərinin aid olduğu təqvim aylarına uyğun həmin ayların əməkhaqqı məbləği ilə birgə son haqq-hesab zamanı isə son ilin istifadə edilməmiş məzuniyyəti ilə işlədiyi son ayın əməkhaqqı məbləği, əvvəlki illərin istifadə edilməmiş məzuniyyət günləri üçün hər bir məzuniyyət ili üzrə ayrı-ayrılıqda vergiyə cəlb edilməlidir.

Misalımıza əsasən davam edək. İyun ayında işçi 700 manat əməkhaqqı və 130 manat məzuniyyət haqqı şəklində cəmi 830 manat, iyul ayında 910 manat, avqust ayında da müvafiq olaraq 160 manat məzuniyyət haqqı, 700 manat isə əməkhaqqı olmaqla 860 manat işçinin ümumi gəliri olub. Bu halda, işçinin aylar üzrə vergiyə cəlb edilən gəliri iyun, iyul, avqust ayları üzrə müvafiq olaraq 830, 910, 860 manat olacaq. Başqa sözlə, məzuniyyət haqqı işçinin məzuniyyətə çıxmasından əvvəl köçürülsə də, aylar üzrə vergiyə cəlb ediləcək.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı / vergiler.az


İdeyaları texnoloji həllərə çeviririk - Genity

Ticarət əlavəsi üzrə ayın sonuna qalan debitor borc bəyannamədə necə göstərilməlidir?

posted in: Xəbər | 0

Mühasib-operator, vakansiya,Fəaliyyəti ərzaq və kənd təsərrüfatı məhsullarının alınıb satılmasından ibarət olan vergi ödəyicisinin aldığı ərzaq məhsulları ƏDV-yə cəlb olunur, kənd təsərrüfatı məhsullarının isə satışı ƏDV bəyannaməsinin müvafiq olaraq 2 nömrəli əlavəsində göstərilir və uçotu qanunamüvafiq qaydada ayrıca aparılır. Bəyannamənin 2 nömrəli əlavəsində qeyd olunan dövriyyə üzrə məbləğ həmin ayda daxil olmadığı halda həmin debitor borc ƏDV bəyannaməsində necə qeyd edilməlidir? Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ticarət əlavəsi ilə alınıb satılması ƏDV bəyannaməsinin 5 nömrəli əlavəsində qeyd olunmursa, vəsait debitor borc kimi bəyannamənin hansı hissəsində göstərilməlidir? 

Dövlət Vergi Xidmətindən bildirilib ki, kənd təsərrüfatı məhsullarının təqdim edilməsi zamanı təqdim edilmiş mallara tətbiq edilmiş ticarət əlavəsi üzrə ayın sonuna qalan debitor borc məbləği “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 307.1-ci sətrində əks etdirilir. Həmçinin, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının təqdim edilməsi zamanı təqdim edilən malların dəyəri deyil, yalnız ticarət əlavəsi vergitutma obyektlərinə aid edildiyindən kənd təsərrüfatı məhsullarının təqdim edilməsi üzrə əməliyyatların uçotu “Əlavə dəyər vergisinin bəyannaməsi”nin müvafiq olaraq ticarət əlavəsi üzrə daxilolma məbləği 301.2-ci sətrində, əməliyyatın dəyəri üzrə isə 301-2-ci sətrində aparılır.

Şirkətlərə mühasibat konsaltinqi xidməti nə üçün lazımdır? (V hissə)

posted in: Xəbər | 0

Şirkətlərə mühasibat konsaltinqi nəyə lazımdır?

IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Biznes üçün mühasibat konsaltinqi xidmətləri

Şirkətlərin işində bəzən elə hallar yaranır ki, ştat mühasibinin səlahiyyəti məsələnin həlli üçün kifayət etmir, autsorsinqə müraciət etmək isə qeyri-rentabelli  hesab olunur və məqsədəuyğun deyildir. Belə hallarda mühasibat konsaltinqi köməyə çatır. Bu xidmət nədən ötrüdür, kimə uyğun gəlir, neçəyə başa gəlir və hansı tədbirləri əhatə edir, bu haqda məlumat verəcəyik.

Vergi hesabatlarının yoxlanılması

Müxtəlif məqsədlər üçün həyata keçirilir, məsələn: iri kredit götürmək və ya tenderdə iştirak etmək. Bunun üçün isə şirkətin vergi ilə problemi olmadığını banka və ya sifarişçiyə sübut etmək lazımdır. Vergi hesabatına nəzarət mühasibin işinin yoxlanması çərçivəsində də həyata keçirilir. Müstəqil məsləhətçilər bəyannamələrin düzgün tərtib olunduğundan əmin olmağa kömək edəcəklər. Vergi auditinin başqa bir məqsədi – vergi xidməti ödənişlərini qanuni şəkildə azaltmaq üçün hesabatlardakı zəif yerləri və boşluqları müəyyən etməkdir.

Vergi yoxlamalarının müşayiəti

Peşəkarların təcrübəsi bu tədbirə lazımi qaydada hazırlaşmağa, sənədlərin səhvlərini və çatışmazlıqlarını vaxtında aradan qaldırmağa kömək edəcəkdir. Zərurət yarandıqda, məsləhətçilər də vergi xidmətində müştərinin maraqlarını təmsil edə bilərlər.

Biznes üçün mühasibat konsaltinqi xidmətləri neçəyə başa gəlir?

Şirkətin rəhbəri və ya mülkiyyətçisi “ştat mütəxəssisi” və “konsaltinq” variantlarını seçdikdə, birinci yerdə xidmətlərin dəyəri məsələsi durur.  Əgər müəssisədə mühasib varsa, bu məsələ bir qədər də aktuallıq kəsb edir. Heç kim artıq xərcə düşmək istəmir. Buna görə qərar qəbul etməzdən əvvəl mühasibat məsləhətləşmələrinin dəyərini öyrənmək məntiqlidir.

Lakin ilk növbədə qiymətin asılı olduğu amillərdən söz açaq. Onlardan ən əsasları bunlardır:

  • Şirkətin fəaliyyətinin miqyası və həyata keçirilən mühasibat əməliyyatlarının sayı. Rüb ərzində 20 sənəd göndərən kiçik bir firma üçün, xidmətin qiyməti təbii olaraq eyni dövrdə on qat daha çox əməliyyat edən böyük bir firmaya nisbətən daha aşağı olacaqdır.
  • Vergitutma sistemi. Şirkət sadələşdirilmiş vergi sistemindədirsə, mühasibat xidmətləri ümumi rejimli vergi sistemindəkindən daha ucuzdur.
  • İlkin sənədlərin mövcudluğu. Əgər ilkin sənədləri kənar mütəxəssislər özləri tərtib etməli olursa, konsaltinqin qiyməti də artacaqdır.

VI hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Genity - İdeyaları texnoloji həllərə çeviririk

1 512 513 514 515 516 517 518 2. 690
error: Content is protected !!