Torpaq vergisindən azadolma və güzəştlər

posted in: Xəbər | 0

Digər vergilərdə olduğu kimi, Vergi Məcəlləsində torpaq vergisi üzrə azadolma və güzəştlər  nəzərdə tutulub. Məcəllənin 207-ci maddəsinə görə:

  • müəyyən torpaqlar ümumiyyətlə vergiyə cəlb edilmir;
  • bir-sıra vergi ödəyiciləri üçün torpaq vergisi güzəştləri var;
  • bəzi vergi ödəyicilərinə torpaq vergisindən azadolmalar qismən və müəyyən müddətə tətbiq edilir.

Torpaq vergisinə cəlb edilməyən vergi ödəyiciləri

Bu kateqoriyaya aid olan vergi ödəyicilərinə tətbiq edilən torpaq vergisi güzəştləri AR VM-in 207.1, 207.4, 207.7 maddələrində şərh olunub. Məsələn, torpaq sahəsi yaşayış məntəqələrində ümumi istifadədirsə, vergiyə cəlb edilmir. Bunlar əsasən əhalinin ictimai tələbatını ödəməyə yönəlib, nümunə kimi məhəllələr arası yolların altındakı torpaqları göstərmək olar. Meydanların, parkların, xiyabanların sahilləri də belə torpaqlardandır (maddə 207.1.1).   

Yaşayış məntəqəsinin (şəhər, qəsəbə və kəndlər) daxili torpaqları və onların tərkibi AR Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsi ilə tənzimlənir.

Torpaq vergisinə cəlb edilməyən digər kateqoriya Məcəllənin 207.1.2. maddəsinə şərh olunub. Vergi hesablanması zamanı tətbiq edilən torpaq vergisi güzəştləri aşağıdakı şəkildə verilib.   

Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları, yerli özünü idarəetmə orqanları torpaq vergisinə cəlb edilməyən vergi ödəyiciləridir

AR Konstitusiyası dövlət hakimiyyəti orqanlarını belə qruplaşdırır:

  • qanunverici orqanlar (Milli Məclis);
  • icraedici orqanlar (Prezident, NK, icra hakimiyyəti orqanları);
  • məhkəmə orqanları aiddir.

Onların əsasnaməsi, bu gəlirin mənbəyini təsdiqləyən sənədlər torpaq vergisindən azadolmalar üçün əsas sayılır. Büdcə təşkilatlarının tərkibi “Büdcə sistemi haqqında” AR qanununa uyğun olaraq müəyyənləşir. Buraya AR büdcəsi və Naxçıvan MR büdcəsi hesabına maliyyələşən qurumlar aiddir. Yerli özünü idarəetmə fəaliyyətini bələdiyyələr həyata keçirir.

Torpaq vergisi güzəştləri tətbiq edilən digər qurum publik hüquqi şəxslərdir. Publik hüquqi şəxs dövlət yaxud bələdiyyə qurumu hesab edilmir, amma onlar adından yaradılır. Onların fəaliyyəti “Publik hüquqi şəxslər haqqında” AR qanunu ilə tənzimlənir. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi, Dövlət İmtahan mərkəzi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və s.  kimi qurumlar belə şəxslərə aiddir və onlara torpaq vergisindən azadolmalar AR VM-ə uyğun tətbiq edilir.

Xəzərin altındakı torpaqlar,  sərhəd zolaqlarına, müdafiə məqsədlərinə aid torpaqlar, dövlət, habelə meşə, su fondlarına aid torpaqlar torpaq vergisinə cəlb edilmir.

Nümunə 1: Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhərində istifadəsində olan torpaq sahəsi 1200 kvadrat metrdir. Onun bir hissəsi agentliyin işləri üçün istifadə olunur. Digər hissəsindən istifadə edilməyən boş sahədir. Agentlik dövlətin adından yaradılan publik şəxs olduğu üçün, onun  torpaq vergisi ödəməsinə ehtiyac yoxdur.

Torpaq vergisi güzəştləri necə nizamlanır?

Məcəllənin 207.2-ci maddəsi əsasında konkret kateqoriyaya aid şəxslərin mülkiyyətindəki torpaq sahələrinə görə torpaq vergisi güzəşti tətbiq edilərək məbləğ 10 manat azaldılır. Belə vergi ödəyicilərinə nümunə olaraq müharibə qəhrəmanları, müharibə veteranı olmuş şəxslər, habelə əlilliyi olan şəxslər (müharibədən qaynaqlanan) buraya aiddir. Tam siyahı Məcəllənin 102.1-1-ci və 102.2-ci maddələrində verilib.

Nümunə 2: İkinci Qarabağ müharibəsi veteranı adını almış döyüşçünün Bakı şəhərinin Yasamal rayonunda mülkiyyətində 3 sot torpaq sahəsi vardır. Döyüşlər bitdikdən sonra sözügedən fiziki şəxs Mehdiabad qəsəbəsində də 2 sot həyətyanı torpaq sahəsini istifadəyə götürür.

Vətəndaşın mülkiyyətindəki torpaq sahəsinə (Yasamal rayonundakı) torpaq vergisi hesablanarkən 10 manat azaldılır, istifadəsindəki torpağa vergi hesablanması zamanı isə (Mehdiabad qəs.) torpaq vergisi güzəştləri tətbiq olunmur.

Qismən torpaq vergisindən azadolmalar

Məcəllənin 207.3, 207-5, 207.6, 207.8, 207.11 maddələri qismən yaxud müəyyən müddətə torpaq vergisindən azadolmalara həsr olunub. Məsələn, investisiya təşviqi sənədi almış hüquqi şəxsin yaxud fərdi sahibkarın mülkiyyətində yaxud istifadəsindəki müvafiq torpaqlar, sənədin alınma tarixindən 7 il müddətinə  torpaq vergisindən azaddır. Bu, investisiyalara təşviqlə bağlı mexanizmin təkmilləşdirilməsi, həmçinin sənaye istehsalını artırmaq, biznes mühitini yaxşılaşdırmaq, investisiya fəaliyyətini genişləndirmək məqsədlərinə köklənib.

Sözügedən təşviq sənədi İqtisadiyyat Nazirliyi tərəfindən verilir. İnvestisiya təşviq sənədi layihənin həcmi, fəaliyyət sahəsiylə bağlı konkret tələblər nəzərə alınır. Sənədin bir sıra üstünlükləri var. Onu almaqla sahibkar yaxud hüquqi şəxs Vergi Məcəlləsinə, eləcə də gömrük qanunvericiliyinə əsasən bir sıra güzəştlər əldə edir.

Nümunə 2: Əliheydərov Cavanşir fərdi sahibkar kimi 2019-cu ilin fevral ayında investisiya təşviqi sənədini əldə edib. Həmin ildən etibarən 7 il müddətinə mülkiyyətində və istifadəsində olan torpaq sahələri üçün torpaq vergisindən azad olunur.

Qeyd edilmiş torpaq vergisindən azadolma məhz təşviq sənədinin verildiyi fəaliyyət növünə aiddir. Başqa fəaliyyətlə də məşğul olduqda, həmin əməliyyatların uçotu ayrıca aparılmalı və adi qaydada vergiyə cəlb edilməlidir.

Təşviq sənədi ləğv edilsə daha əvvəl tətbiq edilən torpaq vergisi güzəştləri ləğv olunur, ödənməmiş vergilər üzrə büdcəyə hesablama edilir, həmin vergilərə isə faizlər ödənməyəcək.

Hesablama ləğv edilmənin baş verdiyi dövrün bəyannaməsində əks etdirilməlidir. Sənədin ləğv edildiyi yoxlama zamanı aşkarlanarsa, o zaman yoxlamanın aid olduğu ən sonuncu dövrə aid edilməlidir.

Satmaq öhdəliyi ilə kirayəyə verilən mənzilə görə ƏDV hansı halda qaytarılır?

posted in: Xəbər | 0

kameral yoxlamalar, kameral məktub, ƏDV üzrə kameral vergi yoxlaması, əsas vəsaitlər, Kənd təsərrüfatı məhsulları ƏDV, kotirovka sorğusunun şərtlərini almaq, Tenderdə iştirak haqqı, Malların ixrac qeydi ilə satışı, ədv əvəzləşdirilməsiMən 2020-ci ilin iyun ayında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ilə yaşayış sahəsinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə əlaqədar müqavilə bağlamışam. İKZF ilə əlaqə saxlayaraq ƏDV-nin geri qaytarılması üçün müraciət etsəm də, müraciətimə müsbət cavab ala bilməmişəm. Bu nə dərəcədə düzgündür?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən, satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmalıdır.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.

Belə ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir.

Məlumat üçün bildiririk ki, 2023-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.10-1-ci maddəsinə əsasən, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi vergini ödəməkdən azad edilmişdir. Qeyd olunan azadolma 2023-cü ilin yanvarın 1-dən sonra kirayəçilərə təqdim edilən yaşayış sahələrinə münasibətdə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 164.1.10-1-ci, 165.6-cı maddələri və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

Mənbə: vergiler.az


Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

posted in: Xəbər | 0

Bu il iyunun 1-nə Azərbaycanda 1 452 702 vergi ödəyicisi olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 6,9 % çoxdur.

Vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 6,5 %, hüquqi şəxslərin sayı isə 9,7 % artıb.

Mənbə: report.az


 

Əmlak vergisi hesablanarkən mənzilin yardımçı sahəsi nəzərə alınmalıdırmı?

posted in: Xəbər | 0

bəyannamələrin tərtib olunması, vergi orqanı müraciət, vöen bağlanması,Mənə bələdiyyə tərəfindən göndərilmiş əmlak vergisi borcu haqqında bildirişdə vergi mənzilin yaşayış sahəsinə deyil, yardımçı sahə də daxil olmaqla ümumi sahəsinə əsasən hesablanıb. Bu, düzgündürmü?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri.

Mənbə: vergiler.az


1 547 548 549 550 551 552 553 2. 702