Kapital Bank-la sahibkar xanımlar e-ticarət sahəsində dünyaya çıxacaq!

posted in: Xəbər | 0

Kapital BankKapital Bank hər il olduğu kimi bu il də 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində “Women of Azerbaijan” platforması çərçivəsində sahibkar xanımlara yeni fürsətlər təqdim edir. Bu il “Azərbaycan qadını e-ticarətlə dünyaya çıxır!” adlı yeni və maraqlı layihəni təqdim edir.

Layihə çərçivəsində ölkənin həm sahibkar, həm də sahibkar ruhlu qadınlarına dünyanın dörd bir yanına məhsul satışı etmək yollarını göstəriləcək. Belə ki, 3 ay davam edəcək layihədə “Amazon” və “eBay” kimi qlobal platformalarda hesab açmaq, onlayn satış etmək, hədəfli reklam strategiyası yaratmaq kimi bir çox mövzuda təlimlər və vörkşoplar keçiriləcək.

Layihədə iştirak etmək istəyənlər 8 mart – 22 mart 2023-cü il tarixləri aralığında https://woa.az/ saytına keçid etməklə qeydiyyatdan keçə bilərlər. Aprel ayının 3-dən etibarən bu sahədə peşəkar olan şəxslər tərəfindən təlimlər və vörkşoplara start veriləcək. Əgər siz də e-ticarət dünyasında uğurla addımlamaq istəyirsinizsə, elə indi qeydiyyatdan keçə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan qadını hər zaman öz məğrur xasiyyəti, ailə dəyərlərinə sadiq olması və cəmiyyətin formalaşmasında müstəsna rolunun olması ilə seçilib. Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq ölkədəki qadınlar kişilər ilə müqayisədə sahibkarlıq, karyera inkişafı və rəhbər vəzifələrdə təmsil olunmaları baxımından daha az göstəricilərə malikdirlər. Bu kimi layihələr qadın sahibkarların inkişaf etməsinə müsbət təsir göstərəcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Kapital Bank tərəfindən krediti ödəniləcək müştərilər müəyyən olundu

posted in: Xəbər | 0

Kapital Bank kreditXəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün yenidən “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə 6 fevral – 29 mart 2023-cü il tarixləri arasında onlayn müraciət kanalları (kapitalbank.az, birbank.az, umico.az saytları, Birbank mobil tətbiqi, 8196 qısa nömrəsinə 1 yazaraq, (+99450) 999 81 96 WhatsApp nömrəsindən və ya sosial şəbəkələrdən) vasitəsilə nağd pul krediti götürən müştərilər iki iştirak şansı, Kapital Bank filiallarından nağd pul krediti götürənlər isə bir iştirak şansı qazanaraq avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər.

3 mart tarixində lotereyanın 1-ci tirajı keçirilib və 23 müştəri kreditinin aylıq ödənişini hədiyyə qazanıb. Qaliblərin siyahısı sayta əlavə olunub – https://kbl.az/kbgtkl.

Lotereya aksiyası hələ də davam edir. 5 aprel tarixlərində keçirilən tiraj zamanı ay üzrə 23 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi bank tərəfindən ödəniləcək. 5 aprel 2023-cü il tarixində keçiriləcək ikinci tirajda isə həmçinin ümumilikdə lotereyada iştirak hüququ qazanan, hətta əvvəlki tirajlarda qalib olan 3 müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği Kapital Bank tərəfindən ödəniləcək.

Qaliblər 5 aprel 2023-cü il tarixlərində, saat 11:00-da, Bankın “Birstudio” ofisində (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, 44 ünvanında), tiraj komissiyasının müəyyən olunmuş üzvlərinin iştirakı ilə, kompüterdə xüsusi proqramın təsadüfi seçimi vasitəsilə müəyyən olunacaq. Bankın Facebook sosial şəbəkə səhifəsində canlı yayımlanacaq.

Qeyd edək ki, əməkhaqqını Kapital Bank və ya digər banklardan alanlar 30 000 manatadək nağd pul kreditini maksimum 59 ayadək ala bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 13%-dən başlayır, nağdlaşma komissiyası isə 0% təşkil edir. Kredit üçün https://www.kapitalbank.az saytına, Birbank rəqəmsal bankına, 8196 qısa nömrəsinə 1 yazıb göndərməklə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək kifayətdir. Kredit şərtləri və lotereya barədə ətraflı məlumat üçün – https://kbl.az/kbgtkl.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


 

Dünyada ən yüksək inflyasiyanın olduğu ölkənin adı açıqlanıb

posted in: Xəbər | 0

yüksək inflyasiya, deflyasiya,Hesablamalarına görə, Zimbabve ötən ilin yekunlarına görə dünyada ən yüksək inflyasiyaya (243,8 faiz) malik ölkə olub.

Həmçinin bu göstərici üzrə liderlər arasında Venesuela (234 faiz) və Livan (122 faiz) da var. Türkiyə altıncı (64,3 faiz) olub. Avropa dövlətlərindən 17 ölkə ilk top-50-də yer alıb. İnflyasiya ən çox Moldovada (30,2 faiz), Ukraynada (26,6 faiz), Macarıstanda (24,5 faiz), Litvada (21,7 faiz) və Latviyada (20,8 faiz) sürətlənib.

Rusiya 11,9 faizlik göstərici ilə 52-ci yerdə qərarlaşıb. Rusiyanın qonşuları arasında qiymət artımının ən yüksək templəri Qazaxıstan (20,3 faiz), Qırğızıstan (14,7 faiz) və Azərbaycanda (13,9 faiz) qeydə alınıb. Belarus və Özbəkistanda inflyasiya müvafiq olaraq, 12,8 və 12,3 faiz təşkil edib.

Ən aşağı inflyasiya Çində (1,8 faiz) qeydə alınıb. 2022-ci ildə dünyada deflyasiya olan yeganə ölkə qiymətlərin 11,6 faiz ucuzlaşdığı Cənubi Sudan olub.


Kapital Bank 4 nominasiyada qalib oldu

posted in: Xəbər | 0

kapital bankAzərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən ənənəvi “Bankçılıq Mükafatları – 2022” mükafatının qalibləri müəyyən olunub və Kapital Bank 4 nominasiya üzrə qalib olaraq mükafatlar qazanıb.

Kapital Bank 2022-ci il üzrə “Korporativ sosial məsuliyyət”, “Ən fəal təhsil dəstəkçisi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri” və “Elektron Bankçılıq” nominasiyalarının qalibi olub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


1 557 558 559 560 561 562 563 2. 686