“Fidelity Magellan Fund” fondunun meneceri Piter Linçdən 10 sitat

posted in: Məqalə, Xəbər | 0

Oxucuları öz qazanc strategiyalarını dünyanın ən uğurlu investorlarının qazanc qaydaları ilə müqayisə etməyə dəvət edirik. Bu buraxılışın qəhrəmanı – 13 il ərzində “Fidelity Magellan Fund” fondunun aktivlərini 18 milyon dollardan 14 milyard dollara kimi artırmağı bacaran Piter Linçdir.    

İnkişaf etməkdə olan bazarlar

Əgər siz nkişaf etməkdə olan bazarları araşdırsanız, belədə onların bəzilərində aşağı P/E (qiymət/gəlir) malik iri şirkətlər tapa bilərsiniz. Mən onları tövsiyə etmirəm. İnkişaf etməkdə olan bazara daxil olmaq və orada ikinci növdən olan şirkət və ya hətta real şlak almağa gərək yoxdur. Bunu etmək, həqiqətən axmaqlıq olardı. Lakin Con Templton (amerikalı investor və filantrop) reallıqda necə uğur qazanmışdı? O, inkişaf etməkdə olan bazarlardan ancaq əla şirkətləri satın alırdı. O, Yaponiyada səhmlər aldıqda, həmin vaxt oranın bazarı inkişaf etməkdə olan bazar idi.

Boş yerə qorxu haqqında

Səhvlər etməyin: korreksiyası ürpərtici təcrübə ola bilər. İnsanlar iqtisadiyyata, öz portfellərinə və sərmayə qoyduqları şirkətlərə inamlarını itirirlər. Bu göy üzünü qaraltmaqda olan yaxınlaşan fırtınaya oxşayır. Beləliklə də qorxu ayaq basır. Əgər bizə “bazarın” enmə və qalxmalarını izləməyə imkan verən “Dow”, “S&P500” və digər bu kimi indekslər olmasaydı, korreksiyalarla bağlı problmlərimiz də olmazdı. Bilirsinizmi ki, Nyu-York bond bazarında istənilən ildə orta səhmlərin ən yüksək və ən aşağı qiymətləri arasında diapazon nə qədər olur? Əlli faiz. Beləliklə, səhmlərin əksəriyyəti pik nöqtədən çöküşə qədər heç bir müdaxilə belə olmadan hər il tərəddüd edir.


Korrupsiyaya ən az və ən çox məruz qalan ölkələr hansılardır?


İnam barədə

“İnam və investisiya məsələləri adətən birlikdə müzakirə edilmir, lakin, sonuncunun müvəffəqiyyəti birincinin möhkəmliyindən asılıdır. Balans və “qiymət/mənfəət” əmsalı üzrə dünya miqyaslı mütəxəssis ola bilərsiniz (P/E), ancaq, inam olmadan mətbuatda həyəcanverici başlıqlara uymamaq çətindir. Aktivləri yaxşı bir qarşılıqlı fonda yatırmaq mümkündür, amma, inamı olmayan bir şəxs onları qorxu zirvəsində dərhal satacaq, şübhəsiz ki, qiymətlər də aşağıya enəcəkdir”.

Axmaqlar barədə

“Əgər biznesin mahiyyətini anlyırsansa, onda şirkətlərin vəziyyətini dəyərləndirmək daha asandır. Məhz, bu səbəbdən mən rabitə peyklərindən və fiber optikdən daha çox motel şəbəkələrinə investisiya yatırmağı üstün tuturam. Şirkət nə qədər sadədirsə, bir o qədər mənim xoşuma gəlir. Deyəndə ki: “bu satış nöqtəsini istənilən bir axmaq idarə edə bilər” – mən bu deyimi müsbət olaraq qəbul edirəm, çünki əslində axmağın sükan arxasında olmamasına heç bir zəmanət yoxdur”.

Sərfəli sərmayələr barədə

“Bu, ağır əmək və çeviklik tələb edir. Əgər siz on səhmə diqqət yetirirsinizsə, belədə ola bilsin ki, bir cəlbedici və doqquz ədalətli qiymət tapa biləsiniz. Əgər siz yüz səhmə nəzər yetirirsinizsə, belədə onlarla bu cür səhm tapa bilərsiniz. Siz nə qədər çox şirkəti öyrənirsinizsə, bir o qədər çox imkanlar tapa bilərsiniz”.


Təbii inhisarçılığın tənzimlənməsi


Dərmanlar barədə

“Pasiyentin baxışlarına görə ən yaxşı dərman – xəstəliyi birdəfəyə və həmişəlik sağalda bilən dərmandır. İnvestorun baxışlarına görə isə ən yaxşı dərman – bu pasiyentin dəfələrlə almalı olduğu dərmandır. “Tagamet” belə dərmanlardan idi. Həmin dərman mədə xorasından əziyyət çəkənlərin ağrılarını dərhal yüngülləşdirirdi, amma, elə də uzun müddətə deyil. Bu səbəbdən xəstələr daim həmin dərmandan istifadə etməli olurdular. “Tagamet” dərmanının yaradıcısının benefesiarları isə səhmlərinin qiyməti on dəfəyə yüksələn “SmithKline Beecham” şirkətinin səhmdarları idi”.

Şəxsi simpatiyalar barədə

Piter Linç yalnız alış-veriş etmək xoşunuza gəldiyinə görə, sizin sevdiyiniz mağazanın səhmlərini almağı heç vaxt tövsiyə etməyib. Eləcə də ən sevdiyiniz məhsulu istehsal etdiyinə görə, həmin istehsalçı-şirkətin səhmlərini və ya xoşunuza gələn xörəyi bişirdiyinə görə restoranın səhmlərini  almaq lazım deyil.

“Əgər mağaza, məhsul və ya restoran xoşunuza gəlibsə, bu şirkət ilə maraqlanmaq və araşdırma və təhlil etməkdən ötrü siyahıya əlavə etmək üçün yaxşı səbəbdir. Amma bu da səhmlərin alınmasından ötrü kifayət deyil! Onun perspektivləri, maliyyə vəziyyəti, rəqabət mövqeyi, genişləndirilməsi planları və s. haqqında məlumat toplamayana qədər həmin şirkətə heç vaxt pul yatırmayın”.

Mövqelər barədə

“Uzunmüddətli mövqelərdə olmaq daha yaxşıdır. Səhmləri qısamüddətli zaman kəsiyində satmaqla siz ola bilsin ki, pul əldə edə bilərsiniz. Amma bu yalnız 90 faiz olacaq. Uzunmüddətli zaman kəsiyində isə mövqelər on dəfələrlə yüksələ bilər”.


Gələcəkdə mühasib peşəsinin hansı perspektivləri var?


Düzgün an barədə

Bu kitabda işıqlandırılan investisiya prinsiplərindən biri, müvəqqəti çətinliklər və ya fond bazarının ümumi çöküşü ilə qarşılaşdıqları anda güclü şirkətlərin səhmlərini satın almaqdır. Belə hallarda yaxşı şirkətlərin səhmlərinin qiymətləri çox sərfəli ola bilər. İnvestorlar fond bazarının və iqtisadiyyatın gələcəyini, faiz dinamikasını və ya seçimlərin nəticələrini proqnozlaşdırmağa çalışmamalıdırlar. Bu cür proqnozlar verməklə pul qazananlara vəsaitlər sərf etməyə də ehtiyac qalmır. Şirkətlərin biznesinə, onun maliyyə vəziyyətinə və gələcəkdə inkişaf perspektivlərinə aid real faktları öyrənmək lazımdır.

Bütün bunlar investisiyaların rasionallığından danışırsa, bu cür səhmlər alınmalıdır. Ancaq bu yanaşmanın açıq-aşkar olmasına baxmayaraq, bir çoxu fərqli bir şəkildə – poker oyununda olduğu kimi kartlarına baxmayan bir oyunçu təki sərmayə qoyur.

Başlıca sirr barədə

“Düşünürəm, sirr ondadır ki, əgər sizdə çoxlu səhmlər varsa, belədə onların bir hissəsi orta, bir hissəsi isə yaxşı dəyərdə olacaq. Amma əgər onlardan biri və ya ikisi ulduz səhmləri ola bilərsə, onda siz əla ümumi nəticə əldə edəcəksiniz. Düşünürəm ki, bəziləri buna diqqət yetirməlidirlər. Səhmlər yalnız 20-30 faiz yüksəldikdə, bəziləri artıq həmin səhmlərdən xilas olurlar, amma, uduzanlar isə həmin səhmləri saxlayırlar. Bu bir növ alaq otlarının suvarılmasına və güllərin sıradan çıxmasına bənzəyir”.


Rusiya imperiyasında və SSRİ-də ən qeyri-adi vergilər (I hissə)

posted in: Vergi, Xəbər | 0

ABŞ sakinləri uşaq və böyüklər üçün olan bezlərə, tullantı qutularına, qəhvə stəkanlarının qapaqlarına və hətta narkotiklərə görə dövlətə vergi ödəyirlər. Rusiyanın müasir vergitutma sistemi isə bir o qədər də mürəkkəb deyil. Bununla belə, Rusiya tarixi qəribə, qeyri-adi və bəzən heç də humanist olmayan vergi və ödənişlərlə zəngindir.

Çar dövrü

I Pyotr Avropaya pəncərə açan islahatçı çar və Rusiya donanmasının qurucusu kimi tanınır. Ancaq az adam bilir ki, təbəələrin vergitutma sahəsində imperatorun da diqqətəlayiq təxəyyülü var idi.

Hamam vergisi

Düşünə bilərsiniz ki, I Pyotr təmiz insanları həqiqətən sevmirdi. 1704-cü ildə onun hamamlara vergi tətbiq etməsini başqa cür necə izah etmək olar? Soba və hamam boruları üçün ödəniş, hələ Kiyev Rusunda mövcud idi, lakin 1704-cü ildə həmin vergi I Pyotrun dövründə hamamlar üçün tam hüquqlu dövlət vergisinə çevrildi.

Əslində isə dövlət xəzinəyə gəlir gətirən ictmai hamamların tikintisini təşviq edirdi. Ev hamamlarına malik olanların qarşısında isə belə bir seçim qoyulurdu: ya ictimai hamamlarda yuyunmalısan və ya vergi ödəməlisən.

Boyarlar və iri mülkədarlar ev hamamlarına görə il ərzində 3 rubl (həmin vaxtlarda bir qəpiyə bir toyuq almaq olurdu), adi zadəganlar və tacirlər, sıravi məmurlar və din xadimləri – 1 rubl, kəndlilər, əsgərlər, kazaklar isə 5 altın (15 qəpik) ödəməli idilər. Dövlətdən ilkin icazəsi olmadan yeni hamamların tikintisinə görə 50 rubl cərimə təyin olunmuşdu.

Ev hamamlarına görə toplanılan rüsum 1775-ci ildə, II Yekaterinanın zamanında ləğv edilmişdi.


Dünyanın müxtəlif ölkələrində qeyri-adi vergi və yığımlar


Saqqala görə vergi

Çar təkcə hamamlar ilə kifayətlənməmişdi. I Pyotr Avropaya səfərdən qayıtdıqdan sonra insanları Avropa mədəniyyətinə cəlb etmək, xüsusilə onların xarici görünüşünü Avropa üslubuna dəyişmək qərarına gəlmişdi. Belə ki, 1705-ci ildə çar saqqal saxlamağa görə vergi tətbiq etmişdi. Ödənişin məbləği sosial qrupdan asılı idi: iri tacirlər saqqala görə il ərzində 100 rubl, zadəganlar, orta və kiçik tacirlər, məmurlar və sənətkarlar 60 rubl, faytonçular isə 30 rubl ödəməli idilər.

Moskvanın bütün sakinləri sosial qrupdan asılı olmayaraq il ərzində saqqala görə 30 rubl ödəniş etməli idilər. Yalnız din xadimləri bu vergiyə cəlb olunmamışdı. Kəndlilər kənd yerlərində pulsuz olaraq saqqal saxlaya bilərdilər, lakin, şəhərə gəldikdə, onlardan 1 qəpik pul tutulurdu.

Vergini ödəyənlərə qəbz verilirdi: bundan əlavə onlara misdən saqqal əlaməti olan  xüsusi jeton da təqdim edilirdi.

Qaydalar eyni cür qalmırdı və 1715-ci ildə vergi unifikasiyası baş verdi – vergiyə cəlb olunan sosial qruplar üçün vahid dərəcə müəyyənləşdirildi: ildə 50 rubl. Sözügedən vergi 1772-ci ildə II Yekaterina tərəfindən ləğv edilmişdi. Bununla yanaşı, imperatrisa  dövlət məmurlarına, hərbçilərə və saray əhlinə saqqal saxlamağı qadağan etmişdi.

Başqırdıstanda gözlərin rənginə görə vergi

1704-cü ildə I Pyotrun vergi yığımına görə məsul olan adamları Ufa qəzasının sakinlərinə yeni vergilərin tətbiq edilməsini elan etdi. Yığmlardan ən qeyri-adi olanı göz rənginə xüsusi verginin tətbiqi idi.

Göy gözlərə sahib olanlar maksimum tariflə – ildə 13 altın (39 qəpik) ödəyirdisə, qəzanın qəhvəyi gözlü sakinləri isə xəzinəyə cəmi 2 altın (6 qəpik) ödəyirdilər. Sözügeən vergi o zaman ölkənin mərkəzindən gələn mühacirlərin sayını məhdudlaşdırmaq istəyi ilə izah oluna bilər (yerli başqırdlar əsasən qəhvəyi gözlü idilər, onların arasında mavi gözlülər daha az yayılmışdı).

Düzdür, belə bir verginin tətbiqi yalnız başqırdların kollektiv şikayətlərindən sonra məlum olmuşdu. Fərmanı təsdiq edən hər hansı bir sənəd yoxdur, Rusiya imperiyasının qanunlarının tam toplusunda da belə bir məlumat yoxdur.


Aristotel, fəlsəfə və mühasibat uçotu


Duz vergisi

Rusiyada duz vergisinin tarixi çox zəngindir. Bu məhsuldan gəlir əldə etmək sistemi dəfələrlə dəyişib. Duz həm dövlət duz zavodları, həm də rüsum ödəyən özəl müəssisələr tərəfindən istehsal olunurdu. Rüsum ödəmədən duz bişirmək hüququndan monastırlar da istifadə edirdilər.

1646-cı ilin fevral ayında hökumət vergi islahatı həyata keçirdi, bir pud (16,38 kq) duza görə birbaşa verginin əvəzinə 2 qrivna (20 qəpik) dolayısı vergi tətbiq etdi. Verginin tətbiqindən sonra duzun qiyməti beş dəfə – bir puda görə 5 qəpikdən 25 qəpiyə kimi yüksəldi. 1647-ci ilin dekabr ayında həmin vergi ləğv edildi, belə ki, bir çox tacirlər duz satmaqdan imtina etmişdilər. Duz vergisi əvəzində hökumət əvvəllər ləğv edilmiş vergilər üçün iki illik borcları toplamaq qərarına gəldi və bu, məşhur Duz üsyanına gətirib çıxardı.

1862-ci ildə dövlət duza aksiz vergisi tətbiq etdi. Aksiz dərəcəsi ərazidən asılı olaraq bir pud üçün 8-30 qəpik arasında dəyişirdi. Bu dolayı verginin müxtəlif məbləğləri bir sıra regionlarda duz istehsalını dəstəkləmək üçün nəzərdə tutulmuşdu.

Aksiz vergisi ciddi ictimai tənqidə məruz qaldı. Xalqın rasionunda bir çox bitki qidaları var idi, həmin vaxtlarda onların da əsas ədviyyat qatışığı duz idi. Duzdan həmçinin maldarlıqda da istifadə olunurdu – onu inək və qoyunlara verirdilər və bu məhsulun istehlakının azalması ətin keyfiyyətinin pisləşməsinə səbəb olurdu. 1879 və 1880-ci illərdə tacirlər verginin ləğvi üçün hökumətə ərizələr təqdim etdilər. Nəticədə 1880-ci ildə duz aksizi ləğv edildir. Məhsulun qiyməti əhəmiyyətli şəkildə ucuzlaşdı: 1 puda görə 50 qəpik – 1 rubldan 20-40 qəpiyə düşdü.

1892-ci ildə Maliyyə Nazirliyi duza görə verginin bərpa olunması məsələsini yenidən qaldırsa da, bu baş tutmadı.


II hissəyə nəzər yetirin


Ofşor ölkə ilə güzəştli vergi tutulan ölkənin eyniləşdirilməsi düzgündürmü?

posted in: Xəbər | 0

ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,Bəzən ofşor ölkə və ya ofşor zona ilə güzəştli vergi tutulan ölkə və ya ərazi anlayışlarının eyni olduğu düşünülür. Bu anlayışların bir-birindən fərqini vergi mütəxəssisi İlqar Əsədov şərh edir.

Burada bir neçə məqamı nəzərdən keçirmək yerinə düşər. İlk növbədə Vergi Məcəlləsində anlayışlara verilən təriflərə diqqət yetirmək lazımdır.

“Güzəştli vergi tutulan ölkə və ərazi” anlayışı Vergi Məcəlləsinin 128-ci maddəsində açıqlanır: “Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən iki dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür”.

Gördüyümüz kimi, hər hansı ölkənin və ya ərazinin güzəştli vergi tutulan ölkə və ya ərazi siyahısına daxil edilməsi üçün iki şərt var:

• vergi dərəcəsi (əsas etibarilə gəlirdən, mənfəətdən tutulan vergi) bizim Vergi Məcəlləsində müəyyən edilmiş dərəcədən iki dəfə və ya daha çox aşağı olmalıdır;

• qanunvericiliyində maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair aktlar olan ölkə olmalıdır.


Vergi orqanının tələbi ilə maliyyə hesabatını kim təqdim etməlidir?


Hər il Azərbaycan Respublikası Prezidenti güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısını müəyyən edir.

Ofşor anlayışına gəlincə, bu, beynəlxalq anlayışdır. Bu anlayışın mənbəyi hər hansı ölkənin qanunvericiliyinin, o cümlədən vergi qanunvericiliyinin digər dövlətlərə nəzərən fərqli olması olsa da, vergi dərəcəsinin konkret miqdarı və s. ilə müəyyən edilmir, adətən, həmin ölkənin iqtisadi siyasətindən irəli gəlir.

Ofşor zona anlayışı ilə bağlı siyahı konkret qurum tərəfindən tərtib edilmir. Ofşor zonaların siyahısını müxtəlif qurumlar tərtib edir. Anlayış elastik olduğu üçün bəzi qurumların ofşor zona hesab etdikləri ərazini başqa qurumlar ofşor zona kimi tanımır.

Ofşor zonaların şirkətlər üçün əsas üstünlüyü orada əlverişli vergi mühitinin olmasıdır. Amma ofşor zonaları müəyyən edən qurumlar, heç də diqqəti yalnız vergi məsələləri üzərində cəmləşdirmirlər. Həmin zonalar terrorçuluğun maliyyəşdirilməsi, çirkli pulların yuyulması, qeyri-qanuni əldə edilmiş əmlakın leqallaşdırılması və s. kimi əməliyyatlarla əlaqələndirilir.

Həmin zonalarda şirkət yaratmaq son dərəcə rahatdır. Burada başqa bir problem eyni hüquqi ünvanda onlarla şirkətin ola bilməsidir. Əslində isə hər hansı şirkətin faktiki ünvanını görmək üçün həmin əraziyə getsəniz, orada heç bir şirkətin olmadığını görəcəksiniz.

Bu və ya digər ərazinin “ofşorluğu” yalnız vergilərdən deyil, bir sıra amillərdən, məsələn, beynəlxalq arenada həmin yurisdiksiyanın necə qəbul edilməsindən də asılıdır. Məsələn, Honkonq güzəştli vergi tutulan ərazi hesab edilsə də, adətən, onun adını ofşor siyahılarında deyil, “midşor” siyahıda görürük.

Nəticə olaraq deyə bilərik ki, “güzəştli vergi tutulan ölkə və ya ərazi” ilə “ofşor” anlayışı bir çox məqamda üst-üstə düşsə də, əslində, onların müəyyən edilməsində fərqli yanaşmalar mövcuddur. Bununla yanaşı, həmin anlayışları kimin necə qəbul etməsində də müəyyən fərqlər vardır. Birincinin siyahısını hər ölkə özü üçün müəyyən edir, ikinci anlayış isə elastik və nisbi xarakteri ilə seçilir. Ofşor anlayışının əhatəsinə düşən ölkə və ya əraziləri öz məqsəd və hədəfləri üçün müxtəlif qurumlar (AŞ, Beynəlxalq Valyuta Fondu və s.) müəyyən edir.

Mənbə: vergiler.az


Təhsil məzuniyyəti zamanı məzuniyyət haqqının hesablanması və rəsmiləşdirilməsi


Aristotel, fəlsəfə və mühasibat uçotu (II hissə)

posted in: Xəbər | 0

rəqəmsal iqtisadiyyat mühasibat uçotu,Təklif olunan məqalədə professor M. L. Pyatov bizi Sidneydə dünya mühasiblər Konqresində (WCOA 2018) qaldırılan məsələlərin müzakirəsindən sanki heç də müasirliklə bağlı olmayan fəlsəfi problematikaya doğru qaytarır. Amma! Bu yazını oxuyarkən, məqalənin qədim fəlsəfi traktatların müddəalarının düşünə biləcəyimiz mühasibatlıq mühitindən o qədər də uzaq olmadığını görmək imkanımız var…

I hissəyə nəzər yetirin

Sual olunur,  dərc edildiyi zaman hadisələrin gedişatına təsir edəcəyi zaman belə bir proqnozun etibarlılığını qiymətləndirə bilərikmi? Əlbəttə, yox. İqtisadçıların dəyərləndirmələrinin imkanlılığını obyektiv olaraq yalnız onları ciddi şəkildə gizli saxladıqda qiymətləndirmək olar.

Mühasibat uçotu və bizim davranışımız

Beləliklə, biz insanların şüuruna təsir edərək, qiymətləndirilən proseslər üzərində müəyyən hakimiyyətə malik olan baxış sistemi ilə məşğul oluruq. Axı, iqtisadiyyat – bu, ilk növbədə, özlərini müəyyən şəkildə aparan insanlardır. İqtisadi həyat iştirakçıları hansı informasiyaya malik olmasından asılı olaraq, müəyyən qərarlar qəbul edərək aparırlar. Burada cəmiyyətin iqtisadi həyatında mühasibat uçotunun böyük rolu var.

Mühasibat hesabatları – bu, məlumatların təhlili və qiymətləndirilməsi, şirkətlərin vəziyyəti haqqında maraqlı şəxslərin fikirlərini təşkil edir. Bu məlumatlar mühasibat uçotunun iki fundamental sualına cavabların nəticəsi kimi formalaşır: tanınma məsələsi və qiymətləndirmə məsələsi. Tanınma – o, bu və ya digər obyektin və ya faktın hesabat elementi ilə müəyyən edilməsidir: aktiv, öhdəlik, kapitalın bir hissəsi, gəlir, xərc. Qiymətləndirmə – bu, qiymətləndirilmiş obyektin pulla ölçülməsidir. Bu iki sualın cavabları təsərrüfat həyatına baxış sisteminin mühasibat uçotu prinsipləri və qaydaları əsasında qəbul edilmiş və onu formalaşdıran faktlardan asılıdır.

Ssenari kimi hesabatPlanlaşdırma biznes,

Mühasibat obyektlərinin tanınması və qiymətləndirilməsi üçün hər hansı variant seçməklə, biz, həqiqətən, şirkətin iqtisadi həyatının inkişaf ssenarisini ən çox ehtimal edirik. Biz mühasiblərin ardınca şirkətin mövcudluğunun perspektivlərini qiymətləndirən hesabat istifadəçilərinin gözündə o, daha çox ehtimal olunur.

Nə qədər paradoksal olsa da, şirkətlərin bütün müasir maliyyə hesabatları – bu və ya digər fəaliyyət ssenarilərinin həyata keçirilməsi ehtimalının qiymətləndirilməsidir. Biz obyekti əsas vasitə kimi qəbul edirik. İlk növbədə, ona görə qəbul edirik ki, biz onun bu cür istifadəsinin ssenarisini ən çox ehtimal olunan ssenari kimi qiymətləndiririk.

Biz müəyyən əmlakı əmtəə kimi ona görə mədaxil edirik ki, yararlılıq müddətinin başa çatması ilə əlaqədar onların itməsi ehtimalı ilə müqayisədə alıcılara satışının ehtimalını daha yüksək qiymətləndiririk. Biz “ödəniş üzrə” gəlirləri ona görə etiraf edirik ki, alıcılardan alınan pulların əldə olunması ehtimalı gəlirləri tanımaq üçün kifayət edir.

Bu ssenarilər həmişə həyata keçirilmir, lakin, onların hesabatda əks olunması hadisələrin yalnız mühasiblərin deyil, həm də (hesabat) istifadəçilərin ən çox ehtimal olunan hadisələrin belə inkişafını nəzərə almasına səbəb olur. Ən əsası, bu qiymətləndirmələrə əsaslanaraq, müəyyən bir şəkildə hərəkət etməyə – öz vəsaitlərindən istifadə edərək fəaliyyət göstərməyə, yəni, iqtisadiyyatdakı şeylərin vəziyyətini həqiqətən dəyişdirməyə təhrik edir.


III hissəyə nəzər yetirin


1 733 734 735 736 737 738 739 2. 686