Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş 1 milyon manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 11 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 1 milyon 24 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Xidmətin gördüyü tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 1 milyon 6 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.

Yanvar-noyabr aylarında 28 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.

Mənbə: sosial.gov.az


Auditorlar Palatası Şurasının gələn il üçün iş planı təsdiq edilib

posted in: Xəbər | 0

auditor xidməti,Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

Bu barədə Palataya istinadən xəbər verilir.

Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:

1. Auditorlar Palatası Şurasının 2022-ci il üzrə iş planının təsdiq edilməsi;

2. Auditin dəyərliliyinin yüksəldilməsi istiqamətində tədbirlərin müntəzəm həyata keçirilməsi;

3. Auditorların auditor xidməti bazarında haqsız və qeyri-qanuni hərəkətlərə görə məsuliyyət tədbirləri sisteminin təkmilləşdirilməsi;

4. Mikro, kiçik və orta auditor təşkilatlarında və sərbəst auditorlarda işin keyfiyyətinə nəzarətə dair metodik vəsait;

5. “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi üzrə 2022-ci il üçün Plan-qrafik”lərin təsdiq edilməsi;

6. Auditor xidmətində dempinqə qarşı mübarizəyə dair tövsiyələr;

7. Auditorlar Palatasının fəaliyyəti barədə ictimaiyyətin KİV-lər vasitəsilə məlumatlandırılması;

8. Vətəndaşların qəbulunun, ictimai nəzarətin, Appelyasiya komissiyasının fəaliyyətinin təşkili, daxil olmuş ərizə və şikayətlərə baxılması;

9. Auditin keyfiyyətinə dair daxil olmuş müraciət, ərizə və şikayətlər üzrə araşdırmaların aparılması.

Mənbə: report.az


Mühasibat uçotunun təhlili və auditi arasında fərq varmı? (II hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotunun təhlili və auditi (II hissə)

I hissəyə nəzər yetirin

Vergi uçotunun təhlili çərçivəsində əsas, əməkhaqqı vergilərinin, sığorta haqlarının hesablanması yoxlanılır. Qiymətləndirmə kompleks və lokal ola bilər. Sonuncu halda vergi uçotunun konkret sektoru təhlil edilir. Sadə bir nümunə –  hesablamanın, ƏDV-nin ödənilməsinin, çıxılmaların alınmasının düzgünlüyünün yoxlanılmasıdır.

Mühasibat uçotunun təhlilinin xüsusiyyətləri

Uçotun təhlili tam dəyərli (hətta bir sektorla məhdudlaşdırılmış) audit yoxlamasından az vaxt tələb edir. O, tez və lazımsız xərclər olmadan nəticə əldə etməyə imkan verir. Mühasibat uçotunun vəziyyətinin ekspert qiymətləndirilməsi, müəyyən edilmiş risklərin azaldılması üzrə konkret tövsiyələr effektiv idarəetmə qərarlarının qəbul edilməsinin mümkünlüyünü təmin edir.

Təhlil auditdən ucuz başa gəlir. Bu, xidmətin spesifikliyi ilə bağlıdır. Sənədlərlə və məlumatlarla işləmək formatına, autsorser zəmanətlərinə gəldikdə isə, onlar auditi apararkən istifadə olunan və audit zamanı təqdim edilənlərlə eynidir.

Auditor yoxlaması: əsas vəzifələr

Nəzarət metodu kimi audit hər yerdə istifadə olunur. O, daxili və kənar, məcburi, təşəbbüslü, kompleks və tematik ola bilər. Mühasibat uçotunun, vergi uçotunun ən tələb olunan auditi bir neçə məqsədi güdür. Sözügedən xidməti bundan ötrü sifariş verirlər:

  • məlumatların təsdiqi (audit şirkətin hesabatlarının etibarlılığının dərəcəsini müəyyən etməyə imkan verir);
  • qüvvədə olan qanunvericiliyə riayət olunmasına nəzarət (bütövlükdə mühasibat uçotu, vergi uçotu, uçot siyasəti, inventar, əsas vəsaitlərin, aktivlərin, öhdəliklərin uçotu və s. tənzimləmə tələblərinə uyğunluğu yoxlanılır);
  • aktual vergi risklərinin müəyyən edilməsi və onları minimuma endirmək yollarını tapmaq;
  • ehtiyat vəsaitlərin axtarışı (bu yoxlama istifadə olunmayan ehtiyatları, azalmalı olan xərcləri müəyyən etməyə imkan verir).
Auditin fokus nöqtələri

Auditor yoxlamasının obyektləri onun keçirilməsinin məqsədləri ilə müəyyən edilir. Məcburi yoxlama zamanı, məsələn, bu mühasibat uçotu (bütövlükdə) və sifarişçi-şirkət tərəfindən formalaşdırılan hesabatlılıqdır. Təşəbbüslü yoxlamalar zamanı vergi uçotu, mühasibat uçotu, öhdəliklərin, aktivlərin inventarlaşdırılması, uçot siyasətinin tətbiqi, ilkin sənədlərin saxlanılması sistemi, kontragentlərlə qarşılıqlı hesablaşmalar, nəzarət olunan sövdələşmələrin rəsmiləşdirilməsi və s. yoxlanıla bilər.

Həmçinin yoxlamanın fokus nöqtəsi kimi konkret vergi rejimi çərçivəsində uçot da ola bilər. Bu, bir neçə fəaliyyət növünü həyata keçirən şirkətlər üçün xüsusilə aktualdır. Bu ya digər kriteriyalar üzrə uçot sadə deyil, spesifikdir. Bir çox hallarda səhvlər bütövlükdə sahibkarlıq fəaliyyətinə aid olan xərclərin (konkret fəaliyyət növünə bağlı olmadan) əks etdirilməsində yaranır.


III hissəyə nəzər yetirin


 

Dövlət rüsumunu ödəməyə bilərik?

posted in: Xəbər | 0

Bu yazı ilə dövlət rüsumu barədə məlumat verməklə yanaşı hansı hallarda rüsumu ödəməkdən azad olduğumuzu izah etməyə çalışacağıq.

“Dövlət rüsumu haqqında” qanunun mənasına əsasən dövlət rüsumu dövlət orqanlarının göstərdiyi xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən xidmət haqqıdır. Dövlət rüsumu bir çox hallarda tətbiq edilir ki, bunlara biz lisenziya, icazə, sertifikat verilməsindən, qeydiyyata alma, sənəd verilməsi və notariat hərəkətlərinin aparılmasına kimi halları misal göstərə bilərik.

Dövlət rüsumu milli valyutada ödənilir və ödəmədən sonra ödənişi təsdiq edən sənəd təqdim edilir. Onu da qeyd edək ki, bir sıra hallarda ödənilmiş dövlət rüsumu geri qaytarıla bilər.

Bunlara aiddir:

  • artıq ödənilmə hissəsində rüsumun qaytarılması;
  • ərizə baxılmamış saxlandıqda, qaytarıldıqda (bu hallara məhkəmə işlərində daha çox rast gəlinir);
  • notariat hərəkətləri icrasından imtina edildikdə;
  • məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə rüsumun qaytarılması.

Düzgün tutulmayan və ya artıq ödənilən rüsum barədə 5 il ərzində rüsumu tutan quruma iddia vermək mümkündür. Qeyd edək rüsum 45 gün müddətində verilir.

Qanuna görə bir sıra hallarda aşağıda göstərilən şəxslər rüsum ödəməkdən azaddır.
  • əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı iddiaçılar. Daha dəqiq desək işçinin əməyi düzgün ödənilmir yaxud işçi işəgötürənə qarşı əmək fəaliyyətindəki qanun pozuntusu ilə bağlı məhkəmədə iddia qaldırırsa, rüsum ödəməkdən azaddır.
  • boşanma işləri yaxud boşanmadan da ər-arvada qarşı aliment iddiası qaldırıldıqda, bu iddialara görə rüsum tutulmur.
  • şikəstlik, səhhətə vurulan zərər, ailəni dolandıranın ölümü ilə bağlı dəyən zərər üzrə iddia qaldırıldıqda da rüsum ödənilmir.
  • müəlliflik hüququ ilə bağlı mübahisələrdə də iddiaçı rüsum ödəməkdən azaddır.
  • istehlakçı hüququ pozulduqda məhkəməyə müraciət edərkən də rüsum ödəməkdən azaddır.
  • cinayət, aliment işləri ilə əlaqədar sənədlər verilməsinə görə də rüsum tutulmur.
  • inzibati hüquq münasibətlərindən yaranan işlərdə (bir tərəfdə dövlət qurumu çıxış edən) də rüsum tutulmur.
  • öz hüquqlarının müdafiəsi ilə əlaqədar yetkinlik yaşına – 18 yaşa çatmayanlar rüsum ödəməkdən azaddır.
  • məhkəmə qərardadlarından şikayətlərdə, qiyabi icraat üzrə qərarlara yenidən baxılması üzrə verilən ərizələrdə
  • məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər rüsum ödəməkdən azaddır. Qeyd edək ki, məhkəmə aktlarını verməyə görə də rüsum tələb edilə bilməz.

Yekunda isə qeyd edək ki, dövlət rüsumlarının həcminə və tutulan halları ətraflı yuxarıda adıçəkilən qanunda tapmaq mümkündür.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


1 772 773 774 775 776 777 778 2. 691