Vençur (risk) bazarı: müxtəlif regionlarda inkişaf tarixi və xüsusiyyətləri (I hissə)

posted in: Xəbər | 0

“PwC” və “CB Insights”ın hesabatına görə, 2018-ci ildə vençur bazarı (qlobal riskli kapital bazarı) 207 milyard dollar təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 21% çoxdur. Hazırda o, kiçik startaplardan texnoloji nəhəngləri yetişdirməklə inkişaf etməyə davam edir. Amma hər şey öz başlanğıcını necə götürüb və “vençur kapital” anlayışı nə vaxt peyda olub? Müxtəlif regionlarda vençur bazarı necə inkişaf edir?

Vençur kapitalı və vençur bazarı nə deməkdir?

Vençur bazarının inkişaf tarixinin necə başladığını bilməzdən öncə əsas anlayışları başa düşməyə çalışaq. Beləliklə, vençur kapital – bu, yüksək səviyyəli risk dərəcəsi olan startaplara investisiya fondları və ya firmaları tərəfindən sərmayə kimi yatırılan pullardır. Bu cür gənc şirkətlər yüksək sürətlə inkişafa nail olmaqla yanaşı, həm də tez bir zamanda çökə də bilərlər – hər şey kənar amillərdən asılıdır. Məsələn, “Facebook” və “PayPal” uğurlu vençur şirkətləri halına gəliblər.

Startaplara yatırılan istənilən sərmayələr vençur investisiyalar adlandırıla bilər. Kapital sərmayəçilərinin ümumi fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, öz investisiyaları sayəsində onlar investisiya etdikləri şirkətə müəyyən dərəcədə təsir göstərmək imkanı qazanırlar.

Vençur bazarı orada aktiv “kəşfiyyat” işlərinin aparıldığı, təsisçilər və investorların axtarıldığı startapların bütün məcmusunu əhatə edir.

Vençur bazarının inkişafı: qısa tarix

Vençur bazarının vətəni ABŞ-dır, orada bu bazar hələ ötən əsrin 50-ci illərində formalaşmağa başlamışdı. Bundan ötrü xüsusi bir institut – SBA (tam adı – Small Business Administration) yaradılmışdı və kiçik müəssisələrə investisiya qoyuluşu haqqında qanun qəbul edilmişdi. Hakimiyyət kiçik sahibkarları təşviq etməyə və güzəştli kreditlər verməyə başladı. Əgər SBA layihəni bəyənirdisə, dövlət ona güzəştli kredit ayırırdı.

İlk vençur kapitalisti, fransız kökənli Harvard biznes məktəbinin amerikalı professoru – Jorj Dorio hesab olunur. 1946-cı ildə o, Amerika tədqiqat və inkişaf korporasiyalarından birini vençur kapitallı firma elan etmişdi. “Vençur kapitalın atası” adı məhz, buna görə ona verilmişdi.

Vençur biznesi öz tarixinə məhz, ABŞ-da başladığından, onun təşəkkülünün əsas mərhələlərini nəzərdən keçirmək lazımdır:

  1. 1970-ci illər – gen mühəndisliyi və yarımkeçiricilərin inkişafı;
  2. 1980-ci illər – fərdi kompüterlərin yaradılması;
  3. 1990-cı illər – internet-məhsullarının buraxılışı.

II hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşəgötürən hansı müddətə əmək müqavilələrinin saxlanılmasını təmin etməlidir?

posted in: Xəbər | 0

Əmək müqavilələrinin saxlanılması

İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir.

Müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsizlikdən sığorta və icbari tibbi sığorta məbləğlərinin hesablanması

posted in: Xəbər | 0

gəlir, icarə gəlirləri, müavinət, icbari ödənişlər, maya dəyəri, statistik dəyər, Maya dəyəri, Maya dəyərinin hesablanması, təmir xərcləri, Əmək haqqı hesablanması, sosial sığorta, Ezamiyyə, əmək haqqı hesablanması, Vakansiya Baş MühasibMəcburi sosial ödənişlər həm işəgötürənlərin, həm də işçilərin üzərinə müəyyən öhdəliklər qoyur. İşsizlikdən sığorta və icbari tibbi sığorta ilə bağlı öhdəliklər necə tənzimlənir? Mövzunu iqtisadçı ekspert Radil Fətullayev şərh edir.

İşsizlik sığortası 1 yanvar 2018-ci ildə qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tətbiq olunur. Qanuna əsasən, işçilərin ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmış sığorta olunan işsizlər işsizlikdən sığorta haqqı almaq hüququna malikdirlər.

Qanuna əsasən, əmək müqaviləsi bağlanan şəxslərin əməkhaqqından işsizlikdən sığorta olunması aşağıdakı qaydada tutulmalıdır:

  1. Sığortaedənin (SE) – işəgötürən müəssisənin hesabına əməkhaqqı fondunun 0,5 faizi;
  2. Sığorta olunanın (SO) – işçinin hesabına əməkhaqqı fondunun 0,5 faizi.

Qeyd edək ki, bu hesablama qaydası bütün müəssisələr (dövlət və qeyri-dövlət sektoru) üçün eynidir.

Misal 1: Fərz edək ki, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən müəssisənin 3 nəfər işçisi vardır. Onların aylıq əməkhaqqı aşağıdakı kimidir:

– direktor – 500 manat;

– mühasib – 300 manat;

– təşkilatçı – 250 manat.

SE və SO hesabına işsizlikdən sığorta haqqı ödənişlərini hesablamaq tələb olunur.

Direktor üçün:

SE hesabına işsizlikdən sığorta haqqı = 500 x 0,5% = 2,50 manat

SO hesabına işsizlikdən sığorta haqqı = 500 x 0,5% = 2,50 manat

Mühasib üçün:

SE hesabına işsizlikdən sığorta haqqı = 300 x 0,5% = 1,50 manat

SO hesabına işsizlikdən sığorta haqqı = 300 x 0,5% = 1,50 manat

Təşkilatçı üçün:

SE hesabına işsizlikdən sığorta haqqı = 250 x 0,5% = 1,25 manat

SO hesabına işsizlikdən sığorta haqqı = 250 x 0,5% = 1,25 manat.

Ölkəmizdə icbari tibbi sığorta sistemi isə 1 yanvar 2021-ci il tarixdən “Tibbi sığorta haqqında” Qanuna əsasən tətbiq edilməyə başlanıb. Qanunun tələbinə görə, icbari tibbi sığorta haqqının ödənilməsinə bu şəxslər cəlb edilir:

– əmək müqaviləsi və mülki-hüquqi xarakterli müqavilə bağlamaqla işçi işə cəlb edən fiziki və hüquqi şəxslər;

– vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, o cümlədən fərdi sahibkarlar (əgər fəaliyyəti varsa);

– xüsusi notariuslar;

– vəkillər kollegiyasının üzvləri;

– Azərbaycan Respublikasının ərazisində benzin, dizel yanacağı və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri;

– araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri, energetik içkilər istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri.

İndi isə yuxarıda qeyd olunan şəxslər üzrə icbari tibbi sığorta sisteminin tətbiqini və tibbi sığorta haqqının hesablanması qaydasını ayrıca nəzərdən keçirək.

  1. Əmək müqaviləsi bağlamaqla muzdlu işçilər cəlb edən şəxslər (fərdi sahibkarlar və hüquqi şəxslər) tərəfindən işçilərə ödənilən əməkhaqqı məbləği icbari tibbi sığortaya cəlb edilməlidir. İcbari tibbi sığorta haqqının ödəniş faizi müəssisəsinin dövlət, neft-qaz və qeyri-dövlət, qeyri-neft qaz sektoruna aid olmasına görə fərqli hesablanır.

Qeyri-dövlət və qeyri neft-qaz sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməkhaqqının 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edildiyini nəzərə alaraq, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən hər birindən aylıq hesablanmış əməkhaqqının 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən isə 0,5 faiz miqdarında, 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərin hər birindən aylıq hesablanmış əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən isə 0,5 faizi miqdarında icbari sığortaya cəlb etməlidir.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə sığortalı qismində çıxış edən işə götürənlər tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqları tutulması müəyyən edilmişdir. İcbari tibbi sığortanın hesablanması ilə aşağıdakı nümunədən tanış ola bilərsiz.

Misal 2: Fərz edək ki, dövlət sektorunda fəaliyyət göstərən müəssisənin 3 nəfər işçisi vardır. Onların aldıqları aylıq əməkhaqqı aşağıdakı kimidir:

– direktor – 700 manat;

– mühasib köməkçisi – 450 manat;

– təşkilatçı – 350 manat.

SE və SO hesabına icbari tibbi sığorta haqqı ödənişlərini hesablamaq tələb olunur.

Direktor üçün:

SE hesabına icbari sığorta haqqı = 500 x 2% = 10 manat

SO hesabına icbari sığorta haqqı = 500 x 2% = 10 manat

Mühasib üçün:

SE hesabına icbari sığorta haqqı = 300 x 2% = 6 manat

SO hesabına icbari sığorta haqqı = 300 x 2%= 6 manat

Təşkilatçı üçün:

SE hesabına icbari sığorta haqqı = 250 x 2% = 6 manat

SO hesabına icbari sığorta haqqı = 250 x 2% = 6 manat

Mülki-hüquqi xarakterli müqavilə bağlamaqla fiziki şəxslər işə cəlb edildikdə, həmin şəxslərin aylıq gəlirlərinin 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən isə 1 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulmalıdır. İcbari tibbi sığorta haqları əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilməlidir.

  1. Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, o cümlədən fərdi sahibkarlar, xüsusi notariuslar və vəkillər kollegiyasının üzvləri (sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla) fəaliyyət göstərdiyi ay üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər.
  2. Xüsusi notariuslar da fərdi sahibkarlar kimi fəaliyyət göstərdiyi ay üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər.
  3. Vəkillər kollegiyasının üzvləri də fəaliyyət göstərdiyi ay üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər.
  4. Azərbaycan Respublikasının ərazisində istehsal edilən və daxili istehlaka yönəldilən benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən benzinin, dizel yanacağının və maye qazın hər litrinə 0,02 manat olmaqla icbari tibbi sığorta haqqı hər ay üçün hesablanmalı, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilmiş icbari tibbi sığorta haqları barədə bəyannamə təqdim edilməlidir.
  5. Araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri, energetik içkilər istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri də icbari tibbi sığortaya cəlb edilir. Belə ki, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı məbləğində icbari tibbi sığorta haqqı tətbiq olunmalıdır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat firmasını necə açmaq olar? (II hissə)

posted in: Xəbər | 0

Mühasibat firmasını necə açmaq olar? (II hissə)

I hissəyə nəzər yetirin

Biznesdə mühasibat uçotu, aparıcı mühasib, Biznesdə mühasibat uçotu,

Mühasibat xidmətlərinin göstərilməsinə nədən başlamaq lazımdır?

Maraqlı fakt:

Mühasibatlıq hələ qədim zamanlarda, yer kürəsində  insanabənzər  neandertalların yaşadığı dövrdə yaranıb. İbtidai insanlar primitiv “uçot” aparırdılar, çünki həmin zamanlarda indiki kimi rəqəmlər mövcud deyildi. Uçotu cızıqlar çəkməklə daşların, mağaraların divarları, heyvan sümükləri, ağac parçaları üzərində  qeyd edirdilər. Sonralar isə bundan ötrü adi ipdən istifadə edirdilər, belə ki, ipdə düyümlər atırdılar.   

Hər hans bir şirkəti açmaqdan ötrü atmalı olduğunuz vacib addım fərdi sahibkarlıq (FS) və ya MMC arasında seçim etməkdir.

Adətən birinci variant daha yaxşıdır, amma, fərdi sahibkarlıq heç vaxt MMC qədər ciddi qəbul olunmayacaq.

Mühasibat xidmətləri sahəsində isə ciddi nüfuz xüsusilə vacibdir.

Lakin onu da qeyd etmək lazımdır ki, fərdi sahibkarlıq müəssisəsini daha tez və daha az sayda “kağızla” (sənədlər nəzərdə tutulur) qeydiyyata almaq mümkündür.

Seçim etdiyiniz variantdan asılı olaraq, siz uçota durursunuz: FS – yaşayış yeri üzrə, MMC – firmanın yerləşdiyi yer üzrə.

Sonra isə bir cari hesab açmaq və işin maddi tənzimlənməsinə davam etmək qalır.

əməliyyatların uçotu, vergidən azad, Mühasibat uçotu əsas vəsaitlər

Mühasibatlıq biznesi üçün ofis yeri necə seçilir?

Mühasibat işinin əhəmiyyətli üstünlüklərindən biri, müştərilərin müstəsna olaraq ən əlçatan yerlərində icarəyə götürmə ehtiyacının olmamasıdır.

Mərkəzdə kirayə daha bahalı olacaq, lakin, bu mühasibat firmasının müvəffəqiyyətinə elə də əhəmiyyətli dərəcədə təsir göstərmir.

Ona görə də bu işi kiçik bir otaqda da rahatlıqla açmaq olar.

Başlanğıc üçün sizə 10 kv metrlik bir otaq da bəs edə bilər.

Bu, bir tam hüquqlu iş yerini və ya ikisini təchiz etmək üçün kifayətdir – bu zaman bir qədər sıx oturmalı olacaqsınız.

Belə bir sahə tapmaq asan olmayacaq, lakin, digər bir sahibkara məxsus hər hansı bir ofisdə otaq da kirayələyə bilərsiniz.

Biznesiniz genişləndikcə, ştatınız da artacaq, bax, o vaxt sizə ən azından 40 kv metrlik bir ofis lazım gələcək.

Bu, artıq 4-6 əməkdaşdan ibarət bir ştatın normal işləməsi üçün kifayətdir.

Öz əməkdaşlarınızı həqiqətən rahat şəraitlə təmin etmək çox vacibdir.

Axı, mühasiblər çox vaxt fasilə belə etmədən olduqca gərgin bir işlə məşğul olurlar.

Əgər rahat şərait olmazsa, bu onların diqqətini yayındıra bilər və işlərin keyfiyyəti də aşağı düşər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 852 853 854 855 856 857 858 2. 692