Mühasibat firmasını necə açmaq olar? (I hissə)

posted in: Xəbər | 0

İstənilən bir mühasibat firmasını açmaq üçün addım-addım təlimat.

Bu biznes böyük kapital investisiyaları tələb etmir və bir ildən də az müddət ərzində özünü doğrulda bilir.

Əgər uzun müddət mühasib işləmisinizsə, bir gün məntiqi bir sual ortaya çıxa bilər: mühasibat firmasını necə açmaq olar?

Niyə də yox, axı, siz bu məsələlərin incəliklərinə lap yaxından bələdsiniz!

Ancaq ola bilər ki, prosesi təşkil etmək istəyiniz var, amma bu sahədə təcrübəniz tamamilə yoxdur.

Başlanğıc şərtləri nə olursa-olsun, bu məqalə sizdən ötrü hər şeyi yerbəyer edəcək, biznesin açılmasının bütün mərhələlərini təşkil edəcək bir təlimat olacaqdır.

Mühasibat firması bir ildən də az müddətdə geri qaytarıla biləcək nisbətən kiçik kapital qoyuluşları tələb edir!

Bu, əla göstəricidir, ona görə, bu sahədə biznes qurmaq istəyənlər qərarı uzun müddətə təxirə salmamalıdırlar.

Mühasibatlıq xidmətləri bazarının təhlili

Şübhəsiz ki, istənilən bir biznes sahəsi sahibkardan onu açmazdan əvvəl firma üçün bir iş planı hazırlamağı tələb edir.

Bu, ən azından seçdiyiniz sahədəki mövcud vəziyyəti təhlil etmək və bazarda şansınızı qiymətləndirmək üçün çox vacibdir.

Mühasib kimi öz işinizi yaxşı yerinə yetirməyiniz, mühasibatlıq təşkilatınızın xidmətlərinə kifayət qədər tələbat olacağına zəmanət vermir.

Öz rəqibləriniz haqqında məlumatları, mühasibat xidmətləri sahəsində inkişaf tendensiyalarını araşdırdığınız zaman özünüz üçün bir neçə əsas məqamı müəyyən edə bilərsiniz:

  1. Potensial müştərilərinizin dairəsini kimlər təşkil edir?
  2. Xidmətləriniz üçün hansı qiyməti təyin etməlisiniz və başlanğıc mərhələdə hansı xidmətlərin siyahısı olmalıdır?
  3. Bazar bu cür təkliflərlə nə dərəcədə zəngindir və hansı rəqabət üstünlükləri sizə uğur qazanmaqda kömək edəcək?

II hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Biznes barədə maraqlı faktlar (II hissə)

posted in: Xəbər | 0

Biznes barədə maraqlı faktlar (II hissə)

I hissəyə nəzər yetirin

Bir çox insan hesab edir ki, biznes ilə məşğul olmaq hər kəsə nəsib olmur. Bəziləri başlanğıc kapitalının olmamasından şikayət edir, bəziləri uduzmaq riski olmayan ideyaları axtarır, digərləri isə əlverişli anı gözləyirlər. Aşağıdakı faktlar sizin bizneslə bağlı düşüncənizi və münasibətinizi dəyişdirə bilər.

  • Tipik smartfon sahibi öz cihazını gün ərzində 150 dəfə yoxlayır

Smartfon sahibləri öz cihazlarının ekranına gün ərzində yüz dəfədən çox baxırlar. Çox vaxt onlar e-poçt və sosial media hesablarını yoxlayırlar. Bu marketinq məqsədləri üçün istifadə edilə bilər: SMM və e-poçt kampaniyaları mobil auditoriyaya yönəldirilə bilər.

  • İstehlakçılar sıravi əməkdaşlara, onların müdirlərindən daha çox etibar edirlər

İstehlakçıların yarısı hesab edir ki, məhsul haqqında həqiqəti şirkətin sıravi əməkdaşlarından öyrənmək olar. İstehlakçıların 43% -i isə həqiqəti yalnız şirkətin müdirindən öyrənə biləcəklərinə inanırlar. Bu o deməkdir ki, satıcılara müştərilərlə münasibətləri sıravi əməkdaşlar səviyyəsində qurmaq daha sərfəlidir. Bu zaman top-menecerlər müstəsna hallarda ünsiyyətə qoşula bilərlər.

  • Yeni müştərilərin saxlanılması köhnələrin saxlanılmasından daha baha başa gəlir
Biznes sahibləri yeni müştərilərin cəlb edilməsinə mövcud müştəriləri saxlamaq üçün istifadə etdiklərindən 6 dəfə çox vəsait sərf edirlər. Bu o deməkdir ki, müəssisələrə köhnə müştərilərlə işə diqqət yetirmək, loyallıq və remarketinq proqramlarına vəsait yatırmaq lazımdır.
  • Müştəri məmnunluğu 70 faiz xidmətdən asılı olur

Keyfiyyətli məhsulu satın aldıqdan sonra müştəri narazı qala bilər və kompromis keyfiyyətli malların alınması isə onu məmnun edə bilər. İş ondadır ki, müştəri məmnunluğunun 70 faizi xidmət səviyyəsindən, yalnız 30 faizi isə məhsulun keyfiyyətindən asılıdır.

Deyilənləri yekunlaşdıraq

Planetdə hər 18 nəfərdən biri biznes sahibidir, lakin, heç də həmişə gözlənilən ölkələrdə və sənaye sahələrində deyil.

Əgər siz öz biznesinizə başlamaq istəyirsinizsə, bütün “lehinə” və “əleyhinə” olan amilləri diqqətlə araşdırın. Qəti qərar verdikdən sonra öz arzunuzdan bir addım da olsun geri çəkilməyin!


III hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın dəstəyi ilə ənənəvi “Təhsil avtobusu” layihəsi keçirilir

posted in: Xəbər | 0

Kapital Bank Təhsil nazirliyinin dəstəyi ilə “Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramı çərçivəsində keçirilən “Təhsil avtobusu” adlı Yay Məktəbi layihəsinin rəsmi tərəfdaşıdır. Bu il keçirilən “Təhsil avtobusu – Qayıdış” proqramı 14 sentyabr 2021-ci il tarixinədək davam edəcək və ümumilikdə 200-dək şagirdi əhatə edəcək.

Layihə çərçivəsində işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcəbədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər olunacaq. Orta göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdlərinə Qarabağ mövzuları əsasında dərslər, həmçinin peşə, sosial sahibkarlıq, natiqlik, sağlamlıq, incəsənət, motivasiya istiqamətində təlimlər və intellektual yarışlar keçiriləcək.

Qeyd edək ki, layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV üzrə öhdəlik hansı məbləğə görə yaranır?

posted in: Xəbər | 0

Əvəzsiz köçürmələr, ƏDV-nin kompensasiya edilməsi, Qeyri-rezident, ƏDV bəyannaməsi, marketinq xidmətləri,Bəzən mühasiblər əlavə dəyər vergisi (ƏDV üzrə) öhdəliyinin əsas məbləğə, yoxsa ƏDV depozit hesabına daxil olan məbləğə görə yarandığı barədə sual verirlər. Suala İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə aydınlıq gətirir.

Vergi Məcəlləsinin 166.7 maddəsinə əsasən, ödəmə dedikdə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buradan aydın olur ki, ƏDV üzrə öhdəlik, ƏDV depozit hesabına daxil olan məbləğə görə deyil, əsas məbləğə görə yaranır.

Misal 1: Tutaq ki, “A” MMC-nin müştərisindən bank hesabına 1.000 manat, ƏDV depozit hesabına 360 manat pul vəsaiti mədaxil olmuşdur. Bu zaman vergi ödəyicisinin 180 manat (1000*18%=180) ƏDV öhdəliyi yaranır.

Misal 2: Müəssisənin digər müştərisi alınmış mallara görə ƏDV depozit hesabına 540 manat ödəsə də, əsas məbləği ödəməmişdir. Bu zaman müəssisənin heç bir ƏDV öhdəliyi olmayacaqdır.

Misal 3: Üçüncü müştəri alınmış mallara görə 2.000 manat əsas məbləği bank hesabına ödəmiş, ƏDV məbləğini isə ƏDV depozit hesabına ödəməmişdir. Bu zaman müəssisənin əsas məbləğə görə 360 manat (2000*18%=360) ƏDV öhdəliyi yaranacaqdır.

Vergi Məcəlləsinin 58.6-cı maddəsində göstərilir ki, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 854 855 856 857 858 859 860 2. 692