Vergilərin azaldılmasına görə maliyyə sanksiyaları

posted in: Xəbər | 0

məsuliyyət, Ödənilməyən vergilər,Vergiləri vaxtında və tam şəkildə ödəmək hər bir vergi ödəyicisinin borcudur. Lakin bəzi hallarda vergi ödəyiciləri öz öhdəliklərinə məsuliyyətsiz yanaşır, maliyyə sanksiyaları ilə üzləşirlər. Maliyyə eksperti Şəms Hüseynova vergilərin azaldılmasına görə sanksiyaların tətbiq olunması hallarını şərh edir.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə görə, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılarsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim edilməməklə yayındırılarsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal 1. Tutaq ki, hüquqi şəxs olan vergi ödəyicisi 01.01.2021-ci il tarixdə fiziki şəxs ilə müqavilə bağlayaraq sahəsi 50 m² olan qeyri-yaşayış yerini ofis kimi hər ay ödənişi 1000 manata icarəyə götürüb. Bu zaman onun hər rübün sonunda ödəmə mənbəyində vergi (ÖMV) bəyannaməsi təqdim etmək öhdəliyi yaranır.

1000 manat x 14%= 140 manat (bir aylıq ÖMV məbləği)

140 manat x 3 ay = 420 manat (rüblük ÖMV məbləği)

Təqdim olunan bəyannamədə yazılmalı olan məbləğdən az, yəni 300 manat göstəriərsə, cərimə azaldılmış vergi məbləğinin 50%-ni (kameral qaydada hesablanmış əlavə vergi məbləği istisna olmaqla) təşkil edəcək.

420 manat (düzgün ÖMV məbləği)- 300 (azaldılmış ÖMV məbləği) = 120 manat

120 manat x 50% = 60 manat (cərimə məbləği)

Vergi Məcəlləsinin 58.1-1-ci maddəsinə görə, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal 2. Tutaq ki, vətəndaş 01.07.2021-ci ildə oynanılmış lotoreyada 10.000 manat udub. Bu məbləğ ödəmə mənbəyindən gəlir hesab edilir və vergiyə cəlb olunur. Uduş məbləğinə 10% vergi dərəcəsi tətbiq edilməli və büdcəyə ödənilməlidir.

10.000 manat * 10% ( ÖMV vergi dərəcəsi) = 1000 manat ( büdcəyə ödənilməli olan ÖMV məbləği)

Büdcəyə ödənilməli olan ÖMV məbləği – 1000 manat növbəti ayın 20-ə kimi, yəni 20.08.2021-ci ilədək büdcəyə ödənilməlidir. 20.08.2021-ci ilə qədər ödəniş edilməyibsə, bu, büdcə ödənişindən yayınma hesab edilir və (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) məbləğin 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:

1000 manat * 25%= 250 manat (maliyyə sanksiyasının məbləği).

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV qeydiyyatından əvvəlki dövrə görə əvəzləşmə mümkündürmü?

posted in: Xəbər | 0

Bonus-hədiyyə, hesabatlılıq , uçot, Məzuniyyət haqqı, Məzuniyyət haqqının hesablanması, Qeyri-iş günlərində əmək haqqı, ƏDV məbləği, MDSS, Orta aylıq əmək haqqı məbləğiƏlavə dəyər vergisinin (ƏDV) əvəzləşdirilməsində tətbiq olunan limitlərlə bağlı vergi ödəyicilərində müəyyən suallar yaranır. Mövzunu mühasibat mütəxəssisi Murad Almasov şərh edir.

Vergi Məcəlləsinin 175.2-ci maddəsinə əsasən, bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilməsinə icazə verilir.

Maddədən göründüyü kimi, vergi ödəyici hətta ƏDV ödəyicisi olduqda belə ƏDV-nin əvəzləşdirilməsində limitlər tətbiq edilir.

Misal: ƏDV ödəyicisi kimi qeydiyyatda olmadığı dövrdə “AA” MMC tərəfindən “BB” MMC-dən 2020-ci ilin yanvar ayında 118.000 manat (ƏDV daxil) dəyərində mallar alınıb və həmin dövrdə ödəniş edilməyib. Daha sonra həmin mallar “CC” MMC-yə 150.000 manata satılıb. 2021-ci il yanvar ayının 1-də“AA” MMC ƏDV ödəyicisi kimi qeydiyyata alınıb və keçən il aldığı malın ƏDV-sini əvəzləşdirməyə qərar verib.

Burada hansı məqamlar nəzərə alınmalıdır?

1. ƏDV qeydiyyatına qədər olan əməliyyatlar

Alınmış elektron qaimə üzrə malların dəyəri – 100.000 + 18% = 118.000 manat;
satış dəyəri – 150.000 manat.

Malları satan “AA” MMC ƏDV ödəyicisi olmadığı üçün 150.000 manat satış dəyərini ƏDV-yə cəlb etmir. Bununla yanaşı, onun həmin malların alışı zamanı yaranmış ƏDV məbləğini əvəzləşdirmək hüququ olmur.

2. ƏDV qeydiyyatından sonrakı əməliyyatlar

Satılmış malların dəyəri 118.000 manat (100.000 + 18%) 2021-ci ilin yanvar ayında Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq “AA” MMC tərəfindən “BB” MMC-yə ödənilir.

Əgər mümkün olsaydı, 2021-ci ilin yanvar ayında “AA” MMC ödəniş etdiyi ƏDV məbləğini (18.000 manat) büdcədən geri istəyəcəkdi.

Vergi ödəyicisinin ƏDV ödəyici olmadığı dövrdə, yəni mal, iş və xidmətlərin təqdim edilməsini ƏDV-yə cəlb etmədiyi dövrdə əldə etdiyi elektron qaimə-fakturaların ƏDV qeydiyyatına durduqdan sonra əvəzləşdirməsi Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələblərini pozur. Çünki faktiki olaraq ƏDV ödəyicisi kimi qeydiyyatda olmadığı dövrdə sahibkarlıq fəaliyyətində satışa ƏDV tətbiq edilməyib. Ona görə də satışa ƏDV tətbiq etmədiyi dövr ərzində alınan malların ƏDV-si əvəzləşdirilə bilməz.

Qeyd edək ki, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən, ƏDV – vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Yuxarıda qeyd etdiyimiz misalda verilən elektron qaimə-fakturalara müvafiq surətdə əvəzləşdirilməli olan ƏDV məbləği olsa da, vergi tutulan dövriyyədən hesablanan ƏDV məbləği mövcud deyildir. Əvəzləşdirmə mümkün olmuş olsaydı, bu əməliyyat Vergi Məcəlləsinin 153-cü maddəsi ilə ziddiyyət təşkil edəcəkdi.

Vergi Məcəlləsinin istinad etdiyimiz hər iki maddəsinə (175.2 və 153) əsasən deyə bilərik ki, vergi ödəyicisinin ƏDV ödəyicisi kimi qeydiyyatda olmadığı tarixdə əldə etdiyi elektron qaimə-fakturaların ƏDV qeydiyyatına durduqdan sonra əvəzləşdirilməsi mümkün deyildir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçilərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı

posted in: Xəbər | 0

İşçilərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı açıqlanıb.

Siyahı aşağıdakı kimidir:

Kommunal sahə üzrə:

    1. elektrik enerjisi, qaz, istilik ilə təchizat;
    2. su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;
    3. tullantıların yığılması, emalı və məhv edilməsi.

Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:

  1. dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;
  2. liman xidmətləri;
  3. logistika xidmətləri;
  4. telekommunikasiya və rabitə xidmətləri;
  5. poçt və kuryer fəaliyyəti.

Sosial sahə üzrə:

  1. sosial xidmətlərin göstərilməsi;
  2. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.

Ticarət və ictimai iaşə sahəsi üzrə:

  1. topdan və pərakəndə ticarət;
  2. ictimai iaşə;
  3. yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.

Turizm sahəsi üzrə:

  1. mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi;
  2. səyahət agentliklərinin və turoperatorların fəaliyyəti.

Maliyyə xidmətləri üzrə:

  1. maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).

Digər sahələr üzrə:

  1. poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;
  2. bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;
  3. kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri;
  4. avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması;
  5. kirayə və lizinq fəaliyyəti;
  6. daşınmaz əmlakın alınması və satılması xidmətləri;
  7. memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət;
  8. reklam fəaliyyəti və bazarın öyrənilməsi;
  9. işə düzəltmə agentliklərinin fəaliyyəti;
  10. tədris və repetitor xidmətləri;
  11. tərcümə üzrə xidmətlər;
  12. dizayn fəaliyyəti;
  13. fotoqrafiya sahəsində fəaliyyət;
  14. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər);
  15. istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması;
  16. dezinfeksiya xidmətləri;
  17. toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi;
  18. dərzi xidmətləri;
  19. bərbərxana və gözəllik salonları;
  20. baytarlıq fəaliyyəti;
  21. heyvan sığınacaqları.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xüsusi karantin rejimi ilə bağlı yeni qərar qəbul edilib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi, Vahid Tarif Cədvəli, qurban bayramı, COVID-19 pasportu, gömrük rüsumları, Gömrük rüsumlarının dərəcələri, Peşəkar mühasib sertifikatı, Sosial müavinət, sənəd dövriyyəsi, əmək haqqı, Peşəkar mühasib sertifikatı, iş günlərinə dəyişiklik, Ailə kəndli təsərrüfatı, əmək haqqının normativləri, Elektron qaimə-fakturanın forması, maliyyə dəstəyi, 190 manat, icbari tibbi sığorta, Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiXüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərində dəyişikliklər edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən:

dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:

-mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

-mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

Bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin işçilərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının olması tələb olunan iş və xidmət sahələrinin siyahısı əlavə edilmişdir.

Eni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunur;

Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

-ictimai iaşə müəssisələrində;

-mehmanxanalarda;

-iri ticarət mərkəzlərində.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 888 889 890 891 892 893 894 2. 685