Fiziki şəxs evini və ya obyektini satarkən nə qədər vergi ödəməlidir?

posted in: Xəbər | 0

komisyon haqqı, Qeyri-rezident, onlayn xidmət, vergi uçotu, Kompensasiyalara görə vergi, Sadələşdirilmiş vergi ödəyicisi, güzəşt, güzəştlər, vergi tutulmaları, Gəlirlər, Məzuniyyət haqqı, Pandemiya, vergi güzəştləri,Gəlirdən çıxılmayan xərclər, qeyri-rezident, ÖMV, ƏDV, cərimə, EDV, Riskli vergi ödəyiciləri,Fiziki şəxsin mülkiyyətində olan yaşayış səhəsinin satışı zamanı vergi öhdəliyi yaranır. Burada hansı məqamlara diqqət yetirilməlidir? Mövzunu iqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov şərh edir.

Vergi Məcəlləsinin 198.1.1 –ci maddəsinə əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə dərəcələr tətbiq olunur. Bina Bakı şəhərində yerləşdikdə, verginin məbləği həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə hesablanır.

Burada diqqət yetirilməli məqamlar bunlardır:

– vətəndaş 3 il və ya daha çox müddətdə həmin ünvanda qeydiyyatdadırsa, bu zaman həmin əmlakın satışı üzrə vergidən azaddır.

– vətəndaşın şəxsi mülkiyyətində olan yaşayış sahəsinin satışı zamanı bu şəxsin həmin ünvana qeydiyyatda olub-olmamasından aslı olmayaraq ümumi sahənin 30 kvadratmetrdək olan hissəsi vergidən azaddır;

– şəxsin əmlakı bağışlanma və ya vərəsəliklə digər ada keçdiyi halda da vergi hesablanmır;

– vətəndaş 5 ildən az müddətdə sahibi olduğu yaşayış sahəsini satarkən zonalara uyğun olaraq vergi hesablanır.

Misal 1: Fiziki şəxs sahibi olduğu evi digər bir fiziki şəxsə satır. Sahəsi 100 kvavratmetr olan ev Bakı şəhərində 2-ci zonada yerləşir. Evi satan şəxs bu evdə 2 ildir qeydiyyatdadır. Bu hal üçün sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

100 – 30 = 70 m2.
70 x 3 x 15 manat = 3.150 manat.

Vergi notarius tərəfindən hesablanır və bir bank günü ərzində dövlət büdcəsinə ödənilir. Notarius vasitəsilə aparılan əməliyyatlar üzrə verginin hesablanmasına və verginin dövlət büdcəsinə ödənilməsinə görə məsuliyyəti notariat orqanı daşıyır. Notarius vergini əməliyyat zamanı birbaşa satıcı tərəfdən tutur. Qeyri-yaşayış sahələri təqdim edilərkən də buna oxşar olaraq vergilər notarius tərəfindən hesablanır və tutulur.

Misal 2: Fiziki şəxsə özünə məxsus olan və Bakı şəhərində 2-ci zonada yerləşən 100 kvadratmetrlik qeyri-yaşayış sahəsini digər fiziki şəxsə satır. Bu halda sadələşdirilmiş vergi 1-ci misaldakından fərqli olaraq aşağıdakı kimi hesablanır:

100 x 3 x 15 = 4.500 manat.

Xatırladaq ki, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi hər kvadratmetri üçün 15 manat olmaqla hesablanır. hesablama zamanı, yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazıdən asılı olaraq, baza məbləği müvafiq zonaya aid əmsala vurulur. Zona əmsalları aşağıdakı kimi müəyyən olunub:

birinci zona – 4.0;
ikinci zona – 3.0;
üçüncü və dördüncü zonalar – 2.2;
beşinci və altıncı zonalar – 1.8;
yeddinci, səkkizinci və doqquzuncu zonalar – 1.5,
onuncu, on birinci və on ikinci zonalar üçün 1.2.

Bina Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə 1.5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə – 1.2, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə – 0.5 əmsalları tətbiq olunur.

Qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi əlavə olaraq 1.5 əmsalına vurularaq hesablanır və notariuslar tərəfindən tutulub bir iş günü ərzində müvafiq bank vasitəsilə büdcəyə ödənilir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dividendlər nə deməkdir və onlar necə işləyir? (I hissə)

posted in: Xəbər | 0

vergi, dividend, təsisçi,Dividendlər – bu, şirkətlərin səhmlərinə sahib olan investorlara mənfəətin müntəzəm ödənişləridir. Amma bütün səhmlər üzrə ödənişlər verilmir. Dividendlər – bu, şirkətin səhmdarları ilə mənfəəti bölüşmək üçün istehsal etdiyi ödənişlərdir. Onlar müntəzəm olaraq ödənilir və bu, investorların səhmlərə investisiya yatırımından qazanc əldə etmək yollarından biridir.

Amma, bütün səhmlər dividendlər gətirmir – əgər siz dividendlərə investisiya etməkdə maraqlısınızsa, onda xüsusi olaraq dividend gətirən səhmləri seçə bilərsiniz.

Səhmlər üzrə dividendlər necə işləyir?

Dividendlər səhmlərə görə ödənilir – əgər siz şirkətin 30 səhminə sahibsinizsə və həmin şirkət illik 2 dollarlıq pul dividendləri ödəyirsə, belədə siz il ərzində 60 dollar əldə edəcəksiniz.

Dividendlərin növləri:

Adətən dividendlər şirkətin adi səhmlərinə görə ödənilir. Şirkətin öz səhmdarlarına ödəyə biləcəyi bir neçə dividend növü mövcuddur.

  • Pul dividendləri. Ən geniş yayılmış dividend növlərindən biridir. Şirkətlər adətən onları birbaşa səhmdarın broker hesabına nağd şəkildə ödəyirlər.
  • Səhmlərə görə dividendlər. Nağd ödəniş əvəzinə şirkətlər investorlara əlavə səhmlər də ödəyə bilərlər.
  • Dividendlərin təkrar investisiya proqramları (DRİPS). DRIPS-də investorlar, şirkətin səhmlərinə geri alınan bütün dividendləri, çox vaxt endirim yolu ilə yenidən investisiya kimi yatırım edə bilərlər.
  • Xüsusi dividendlər. Bu dividendlər şirkətin bütün adi səhmlərinə ödənilir. Lakin adi dividendlər kimi təkrarlanmır. Şirkətlər çox vaxt bir neçə il ərzində yığılmış və bölüşdürülməsinə dərhal ehtiyac duyulmayan gəlirin bölüşdürülməsi üçün xüsusi dividendlər buraxır.
  • İmtiyazlı dividendlər. İmtiyazlı səhmlərin sahiblərinə verilən ödənişlər. İmtiyazlı səhmlər – bunlar səhmlər kimi deyil, daha çox istiqrazlar kimi fəaliyyət göstərir. Dividendlər adətən rüblük ödənilir. Lakin adi səhmlər üzrə dividendlərdən fərqli olaraq, imtiyazlı səhmlər üzrə dividendlər, bir qayda olaraq, qeydə alınır.
Dividendlər hansı aralıqda ödənilir?

Birləşmiş Ştatlarda şirkətlər dividendləri adətən rüblük ödəyirlər. Baxmayaraq ki, bəzi şirkətlər onları aylıq və ya yarım ildə bir dəfə ödəyirlər. Şirkətlərin direktorlar şuraları hər bir dividendi təsdiq etməlidirlər. Bundan sonra şirkət dividendlərin, onların məbləği və ödəniş tarixi ilə bağlı vaxtı elan edir.

“İnvestorlar dividendlər almaq üçün dividendlərin ödənilməsi tarixinə qədər səhmlərə sahib olmalıdırlar”.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibatlığın əsl məqsədi nədir?

posted in: Məqalə, Xəbər | 0

mühasibatlıq, vergi uçotu, Mühasibat balansı, Mühasibat uçotu, Gələcəyin mühasibatlığı, Mühasibin peşə etikası, mühasib keçmişdə, mühasib peşəsi, Mühasib keçmişdə, ibrətamiz ifadələr, Mühasibatlığın əhəmiyyəti, MühasibatlıqNiyə mühasibatlığın əsl məqsədi şirkətlərin mövcud resurslarını və aktivlərini qorumaq, artırmaq və onlardan səmərəli istifadəni təmin etməkdir?   

Maliyyə ilə bağlı gərgin vəziyyət o zaman baş verir ki, xərclər gəlirləri üstələyir. Əgər mühasibatlıq dəqiq və hərtərəfli qeydlər aparırsa, onların əsasında hesabatlar tərtib olunursa və rəhbərliyə düzgün məlumat təqdim olunursa, belədə düzgün planlaşdırmanın həyata keçirilməsi və şirkətin ödəmə qabiliyyətinin və ümumi maliyyə sabitliyinin təmin edilməsi mümkün olur.

“Mühasib” sözü bizə alman dilindən (almanca “Buchhalter”, “Buch” – kitab, “Halter” – mühafizə edən, qoruyan) gəlib. Yəni, o, qeydlərin aparıldığı kitabı qoruyub saxlayandır.

Mühasib bu kitablara nə yazır? O, müəssisənin əldə etdiyi hər bir şeyin qeydiyyatını aparır. Müəssisə isə istehsal üçün və öz məhsulu və ya xidmətinin irəli aparılmasında istifadə olunan aktivləri əldə edir.

Elə buradan mühasibatlığın əsl məqsədi ortaya çıxır: şirkətlərin mövcud resurslarını və aktivlərini qorumaq, artırmaq və onlardan səmərəli istfadəni təmin etmək. Mühasib bunu hər bir resurs və ya aktiv vahidini, şirkətə gəlir şəklində daxil olduğu andan, şirkətdən xərclər şəklində ayrıldığı anadək, izləmək və nəzarət etməklə edir.

Şirkətin ödəmə qabiliyyəti – mühasibatlığın başlıca qayğılarından biridir və maliyyənin müdrik idarə olunması və şirkətin genişləndirilməsi ilə təmin edilir.

Satınalmanın müdrik və qənaətcil üsulları, aydın və hərtərəfli qeydlər şirkətin ödəmə qabiliyyətini artırır. Bu da mühasibatlığın məsuliyyət dairəsinə daxildir. Şirkət tərəfindən əldə edilən bütün resurslar və aktivlərə qayğı göstərilməsi də tamamilə mühasibatlığın üzərinə düşür.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçiyə ezamiyyə normasından artıq verilən məbləğlər hansı tutulmalara cəlb olunur?

posted in: Xəbər | 0

Vergi borcları, Vergi ödəyicisi, Vergi ödəyicisimalların uçotu, azadolmalar, vergi güzəştləri, mükafatdan vergi, Vergi güzəşti, təsisçi, Borc məbləğləri, Zərərin keçirilməsi, Zərər, Kameral uyğunsuzluq məktubları, Kameral uyğunsuzluq məktubu, Hüquqi şəxs, nizamnamə kapitalı, əsas vəsaitlər, 57.1 və 58.1-1-ci maddələrin fərqi, vergi ödəyicilərinin mənfəəti, sənədlər, Təmir xərcləri, malların təqdim edilməsi, Xidmətlərin göstərilməsi, Vergi Məcəlləsində dəyişiklik, vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,İşçiyə ezamiyyə normasından artıq verilən məbləğlərin sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığortaya cəlb olunması barədə:

Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir və həmin gəlirlər işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta, İşsizlikdən sığorta haqqı və icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur.

Əsaslandırma: Vergi Məcəlləsinin 98.3-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 904 905 906 907 908 909 910 2. 684