Bakıda nizamnamə kapitalı 1 milyon manat olan şirkət yaradılıb

posted in: Vergi, Xəbər | 0

Bakıda nizamnamə kapitalı 1 milyon manat olan şirkət yaradılıb

elektron xidmət, Səyyar vergi yoxlaması, korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti “Selena LTD” MMC-ni dövlət qeydiyyatına alıb.

Nazirliyə istinadən xəbər verilir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 20A, mənzil 43, nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Taran Denis Vladimiroviçdir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcarəyə götürülmüş əsas vəsaitlərə təmir xərclərinin hesablanması

posted in: Xəbər | 0

İcarəyə götürülmüş əsas vəsaitlər üçün təmir xərcləri

vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Vergi Məcəlləsinin 115.5-ci maddəsinə əsasən, əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Məcəllənin 115.6-cı maddəsində isə göstərilir ki, təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə 115-ci maddənin müddəaları icarəçiyə tətbiq edilmir. Mövzu ilə bağlı sual doğuran məqamları iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddələrinin tətbiqinin əsas məqsədi vergi ödəyicisi əsas vəsaitləri icarəyə götürdükdə həmin əsas vəsaitlərin təmiri üzrə xərclərinin hansı qaydada xərcdə nəzərə alınacağını müəyyən etməkdir. 115.6-cı maddəyə əsasən, vergi ödəyicisi icarəyə götürdüyü əsas vəsaitlər üzrə təmir xərcini icarəyə verənin hesabına apardıqda və ya öz hesabına apararaq icarə haqqı ilə əvəzləşdirdikdə, həmin təmir xərcini gəlirindən çıxa bilməz. Bununla belə, vergi ödəyicisi icarəyə götürdüyü əsas vəsaitlər üzrə təmir xərcini öz hesabına apararaq, icarə haqqı ilə əvəzləşdirmədikdə həmin təmir xərcini gəlirindən çıxa bilər.

Misal 1: Firma əvvəlki ilin sonuna (həmin il üçün hesablanmış amortizasiya ayırımları çıxıldıqdan sonra) qalıq dəyəri 8.000 manat olan avadanlığı 1 il müddətinə icarəyə götürmüş, avadanlığa 200 manat təmir xərci çəkmiş və xərci icarə haqqı ilə əvəzləşdirmişdir. Həmin il üçün bu hüquqi şəxsin ümumi gəliri 40.000 manat, təmir xərcləri nəzərə alınmadan gəlirdən çıxılan xərcləri isə 24.000 manat olarsa, firmanın hesablamalı olduğu mənfəət vergisini müəyyən edək.

Vergi Məcəlləsinin 115.6-cı maddəsinə əsasən, vergi ödəyicisi icarəyə götürdüyü əsas vəsaitlər üzrə təmir xərcini öz hesabına apararaq, icarə haqqı ilə əvəzləşdirdikdə həmin təmir xərcini gəlirindən çıxa blməz. Misalın şərtindən göründüyü kimi, təmir xərci (200 manat) icarə haqqı ilə əvəzləşdirildiyindən, firmanın gəlirindən çıxılmır. Bunun üçün də firma büdcəyə 3.200 manat ((40.000 – 24.000 ) x 20% = 3.200 manat) mənfəət vergisi hesablayacaq.

Misal 2: 2019-cu ildə hüquqi şəxs əvvəlki ilin sonuna qalıq dəyəri 8.000 manat olan avadanlığı 1 il müddətinə icarəyə götürmüş, avadanlığa 400 manat təmir xərci çəkmiş və xərci icarə haqqı ilə əvəzləşdirməmişdir. Həmin il üçün bu hüquqi şəxsin ümumi gəliri 40.000 manat, təmir xərcləri nəzərə alınmadan gəlirdən çıxılan xərcləri isə 24.000 manat olarsa, hüquqi şəxsin hesablamalı olduğu mənfəət vergisini müəyyən edək.
Vergi Məcəlləsinin 115.6-cı maddəsinə əsasən, vergi ödəyicisi icarəyə götürdüyü əsas vəsaitlər üzrə təmir xərcini öz hesabına apararaq icarə haqqı ilə əvəzləşdirmədikdə, həmin təmir xərcini gəlirindən çıxa blər. Misalın şərtindən göründüyü kimi, təmir xərci 400 manat (8000 x 5% = 400 manat) norma daxilində olduğundan və icarə haqqı ilə əvəzləşdirilmədiyindən, hüquqi şəxsin gəlirindən çıxıla bilər. Bunun üçün də hüquqi şəxs büdcəyə 3.120 manat (40.000 – 24.000 – 400) x 20% = 3120 manat) mənfəət vergisi ödəyəcək.

Misal 3: Müəssisə icarəyə götürdüyü avadanlıq üçün illik 5.000 manat icarə haqqı ödəyir. Avadanlığın təmirinə 1.600 manat vəsait tələb olunur. Fərz edək ki, icarəyə verənlə müəssisə (icarəçi) arasında bağlanmış müqaviləyə əsasən aşağıdakı 2 şərtdən biri razılaşdırılmışdır:

1. Təmir xərclərini icarəyə verən öz hesabına aparır;

2. Təmir xərcləri icarəçi müəssisənin hesabına aparılır və icarə haqqı ilə əvəzləşdirildiyi üçün icarəyə verənə 3400 manat ödənilir.

Vergi Məcəlləsinin 115.6-cı maddəsinə əsasən, müəssənin icarəyə götürdüyü əsas vəsaitlər üzrə təmir xərcini icarəyə verən öz hesabına apardıqda və ya müəssisə təmir xərcini öz hesabına apararaq icarə haqqı ilə əvəzləşdirdikdə müəssisə həmin təmir xərcini hər iki halda gəlirindən çıxa blməz.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

SSRİ-də pul islahatı necə başladı?

posted in: Məqalə, Xəbər | 0

İkinci dünya müharibəsindən sonra ölkə üçün zəruri olan pul islahatı əlbəttə ki, heç də normal alınmadı, bu haqda lətifələr də baş alıb gedirdi. Belə ki, həmin pul islahatı qısa zaman ərzində bütün mallara olan istehlak tələbatını göylərə qaldırdı.

1947-ci il dekabrın 13-də Ümumittifaq kommunist partiyası (ÜKP) Siyasi bürosu pul islahatı keçirmək və kartoçka sisteminin ləğvi barədə qərara qəbul etdi. Ertəsi gün isə SSRİ Nazirlər kabineti və ÜKP Siyasi bürosunun islahatların şərtləri ilə bağlı qərarı dərc edildi.

Mübadilə oktyabrın 16-da başlandı. Köhnə nağd pullar 10-un 1-ə nisbətində dəyişdirilirdi. Həcmindən asılı olaraq əhalinin əmanət kassalarındakı əmanətləri də dəyərləndirilirdi: 3 min rubla kimi məbləğlər (bu cür əmanətlər isə ümumi əmanətlərin 90 faizini təşkil edirdi) 1-in 1-ə nisbətində, 3 mindən 10 minə kimi – 3-ün 2-ə nisbətində, 10 min rubldan artıq məbləğlərin isə yarısı dəyişdirildi. Dövlət istiqarazlarının bir hissəsi də yenidən dəyərləndirilirdi. Eyni zamanda kartoçka sistemi ləğv edilir və ərzaq və sənaye mallarına vahid pərakəndə satış qiymətləri tətbiq olunurdu. Özü də bu zaman bir çox ərzaqların qiymətləri endirilirdi.

SSRİ-nin mərkəzi hissəsinin sakinləri üçün pulların mübadiləsinə cəmi bir həftə vaxt verilmişdi, uzaq və çətin keçilən yerlərdə yaşayan sakinlər üçün isə bu müddət dekabrın 29-a kimi uzadılmışdı.

İkinci dünya müharibəsi dövründə SSRİ-də dövriyyəyə çoxlu pul kütləsi buraxılmışdı. Baxmayaraq ki, xalq istehlakı mallarının istehsalı kəskin azalmışdı. Hərbi xərclər pul kütləsinin daimi artımını tələb edirdi. 1946-cı il yanvarın 1-də ölkədə pul kütləsi 73,9 milyard rubl təşkil edirdi: bu normal mal dövriyyəsi üçün lazım olduğundan dörd dəfə çox idi. Xeyli pul kütləsi isə müharibə illərində sərvət toplaya bilən alverçilərin əlinə keçmişdi. Lakin 1946-cı ildə pul islahatını həyata keçirmək və kartoçka sistemini ləğv etmək mümkün olmadı. Çünki əlverişsiz hava şəraiti məhsul yığımının aşağı düşməsinə gətirib çıxarmışdı. O səbəbdən pul islahatı növbəti ilə saxlanıldı.

Pul dəyişdirilməsinə bir neçə gün qalanda DİN-nin bütün şəhər və rayon şöbələrinə bağlı zərflər daxil oldu, həmin zərflərin dekabrın 14-də saat 15:00-da milisin yüksək rütbəli rəhbər işçiləri və əmanət kassalarının rəhbərlərinin müşaiyəti ilə açılması tapşırılmışdı. Zərflərdə mübadilənin keçirilməsi ilə bağlı təlimat yer almışdı. Bir sıra dələduzluqların və şirniklənmələrin qarşısının alınması məqsədilə məxfi zərflərin əmanət kassalarının işləmədiyi zamanda, bazar günü açılması əmr olunmuşdu.

Lakin bu tədbirlərin heç də hamısı kömək etmədi: yerlərdə islahatın keçirilməsinə cavabdeh olan bir çox vəzifəli şəxslər çox vaxt əmanətlərlə bağlı dələduzluqlara qarışmış olurdular. Məsələn, vilayət partiya komitəsinin rəhbəri vilayət əmanət kassasının rəisinin köməyilə əmanət kassasına özünün, oğlunun və qardaşının pullarını təqdim etmişdi. Bu “dəcəlliyinə” görə vilayətin birinci şəxsi partiya biletindən olmuş və işləmək üçün kiçik tikiş fabrikinə göndərilmişdi.

Sovet ticarəti və ictimai iaşə işçiləri də qərarsızlığa düşmüşdülər. Onlar malları öz köhnə pulları ilə sonradan yeni pullar ilə daha yüksək qiymətə satmaq üçün almağa başladılar. Maliyyə işçiləri isə vergi daxilolmaları adı altında köhnə pulları qəbul etməyə başladılar ki, sonradan onları yeni pullar ilə geri ala bilsinlər. Pul islahatı ilə bağlı müxtəlif cinayətlər üzrə 20 minə yaxın insan cinayət məsuliyyətinə cəlb olunmuşdu.

Uzaq Şimalda və SSRİ-nin uzaq rayonlarında yaşayanlar üçün də pul islahatı xeyli narahatlıqlar yaratdı. Çünki əmanət kassalarının yerləşdiyi əraziyə gedib çatmaq müşkül bir işə çevrilmişdi. Kənd yerlərində yaşayanlar da xeyli əziyyətlər çəkməli oldular.
1947-ci ilin superşopinqi

Gözlənilən pul islahatını sovet xalqı görünməmiş istehlak aktivliyi ilə qarşıladı. Moskva, Leninqrad və SSRİ-nin digər iri şəhərlərinin sənaye malları mağazaları alıcıların kütləvi hücumlarına məruz qaldı. Mərkəzi univermağın gündəlik dövriyyəsi 4 milyon rubl təşkil etdiyi halda, noyabrın son günlərində demək olar ki, 11 milyona çatdı. 50-100 min rubl arası satılan mebel qarniturları bir anın içində satılıb qurtarırdı. Halbuki sovet adamının orta aylıq əməkhaqqı o dövrdə heç min manat belə etmirdi.

DİN-nin əməkdaşlarının müşahidələrinə əsasən qiymətli malları alan adamlar əsasən ticarət işçiləri, təchizatçılar və kənd yerlərindən olan alıcılardan ibarət idi. İnsanlar xəz gödəkçələri, qızıl-zinət əşyalarını və pianoları sanki isti projki təki göydə qapırdılar. Hətta başqa vaxtlarda yaxın durmadıqları məktəbli inventarlarını belə kütləvi şəkildə satın alırdılar. Apteklərdəki bütün bintlər və dərmanlar da satın alınmışdı. Özbəkistandakı sənaye malları mağazalarında uzun müddət satılmadığına görə toz basaraq qalmış araqçınlar da işə yaramışdı. Həmin məhsullar bir anın içində satılıb qurtarmışdı.

Sənaye malları mağazalarını boşaldan alıcılar, ardınca ərzaq mağazalarına hücum çəkdilər. Saxlama müddəti daha çox olan məhsullara üstünlük verilirdi: hisə verilmiş balıq, konservlər, araq, balıq, çay, qənd və s… Bu mallara tələbatla bağlı böyük ajiotaj yarandığına görə həmin məhsullar müvəqqəti olaraq satışdan çıxarıldı. Axşamlar isə kütlə kommersiya restoranlarına hücum çəkirdi. Stolların üzərinə şişkin pul dəstələri qoyub belə deyirdilər: “Bax, nə qədər kağız var!”

Olanlara baxmayaraq, hətta ən ağıllı vətəndaşlar belə, öz pullarını tam şəkildə xərcləyib, qurtara bilmədilər. Dövlət bankının hesablamalarına görə, əhalinin əlində pul islahatından sonra 4 milyard köhnə rubla yaxın pul məbləği qalmışdı.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib seçimi zamanı yol verilən 8 tipik səhv (III hissə)

posted in: Xəbər | 0

Mühasib seçimi zamanı yol verilən 8 tipik səhv (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

4-cü səhv. Əvvəlki işəgötürənlərdən tövsiyələri tələb etmək

Mühasibin seçilməsi zamanı bəzi şirkətlər əvvəlki işəgötürənlərdən və ya həmkarlarından tövsiyələr təqdim etməyi tələb edirlər. Çox güman ki, bu yolla onlar yalnız iddiaçı haqqında əlavə məlumat almaq yox, həm də namizədin nə dərəcədə güclü və ya hansı problemlərlə üzləşə biləcəyi barədə məlumat almaq istəyirlər.

Belə də deyə bilərlər axı:

  • Sizin əvvəlki iş yerinizdən tövsiyələriniz varmı?
  • Bəli, mənə orada yeni bir iş yeri axtarmağı tövsiyə etmişdilər…

Lakin keçmiş rəhbər və ya həmkarları onun qiymətləndirməsində, xüsusilə də onların baxışları uyğun gəlmədikdə, qeyri-obyektiv ola bilərlər.

5-ci səhv. Müstəsna olaraq təhsil əsasında seçim
Şübhəsiz ki, mühasib təhsilli insan olmalıdır. Ancaq təhsilin səviyyəsi və xarakteri bu vəzifəyə irəli sürülən namizədlə bağlı digər tələblərlə yanaşı nəzərə alınmalıdır.

Birincisi, unutmaq olmaz ki, təhsilin səviyyəsi heç də həmişə yüksək ixtisası nəzərdə tutmur. Axı, hətta ən nüfuzlu universitetdə oxumaq belə, heç bir halda mühasibin iş zamanı üzləşdiyi praktik bacarıqları ona verə bilməz.

İkincisi, iddiaçının təhsili mühasib vakansiyasına uyğun gəlməyə də bilər. Nə olsun ki, o, Taras Şevçenko adına Kiyev milli universitetinin coğrafiya fakultəsini və ya mühasibat uçotu ilə bağlı olmayan Avropa ali təhsil müəssisələrindən birini bitirib? Mühasib məsul vəzifədir və namizədin xüsusi təhsili olmalıdır! Amma bu, belə bir mütəxəssis seçərkən ən əsas meyar olmamalıdır.


IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 948 949 950 951 952 953 954 2. 684