Uğurlu Baş mühasib olmaq üçün 14 prinsip

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Uğurlu Baş mühasib olmaq

uğurlu baş mühasib, vakansiya, mühasib köməkçisi, Mal-material mühasibiHər bir kəs peşəkar sahədə ən yüksək zirvəyə nail olmaq üçün böyük bir şövq ilə öz məqsədi uğrunda mübarizə aparır. Onun hansı peşəni seçməsi mühüm deyil, başlıcası peşəkarlıqdır. Demək olar ki, hər bir hesabdar başlanğıcda mühasib, ardınca da baş mühasib olmaq istəyir. Lap əsgər deyimində olduğu kimi: “O əsgər pisdir ki, general olmağı arzu etmir”.

Necə uğurlu Baş mühasib olmaq olar? Beləliklə, siz mühasib kurslarını bitirmisiniz və ya artıq sıravi mühasib işləyirsiniz. Amma baş mühasib olmağı arzu edirsiniz, çünki həmin vəzifə həm maraqlıdır, həm də orada müvafiq olaraq maaşlar yüksəkdir.
  1. Birincisi, müəssisənin uçot siyasətini, tam olaraq nə etdiyini və hansı pul və əmtəə hərəkətlərinin baş verdiyini öyrənməlisiniz.
  2. Baş mühasib müəssisədə ştatda olan bütün mühasiblərin funksiyasını həyata keçirir, ona görə də o, hər şeyi bacarmalı və mütləq şəkildə hər şeyi bilməlidir. Dövlət qanunlarını, yerli qanunları bilməli, gündəlik olaraq qanunvericlikdə baş verən dəyişiklikləri izləməlidir, çünki həmin dəyişikliklər az qala “işıq sürəti ilə” baş verir. Digər tərəfdən, qanunları bilməməsi onu məsuliyyətdən kənar etmir.
  3. Baş mühasibin polad əsəbləri olmalıdır, çünki o, gün ərzində böyük sayda məlumat alır ki, onları qısa vaxt ərzində emal etməli və nəticə ortaya qoymalıdır.
  4. Baş mühasib müəssisələrdə bütün maliyyə işlərinə görə məsuliyyət daşıyır, buna görə həmin şəxs məsuliyyətli bir insan olmalıdır.
  5. Oturaq işə meyilli biri olmalıdır, belə ki, əksər vaxtlarda o, vəzifəsinə görə hesablaşmalarda yol verilən səhvləri aşkar etməyə xeyli vaxt sərf etməli, aylıq və rüblük, eləcə də illik hesabatları hazırlamalıdır.
  6. Üzərinizə öhdəliyinizdə olan məsuliyyətdən əlavə bir şey almayın. Çox vaxt kiçik müəssisələrdə baş mühasib, iqtisadçı və kadrlar şöbəsinin müdiri vəzifələrinə eyni şəxs təyin edilir. Üzərinizə eyni vaxtda bu qədər vəzifəni almayın, yoxsa yoxlama gələndə çətin vəziyyətdə qala bilərsiniz. Ümumiyyətlə götürdükdə, bir neçə vəzifədənsə üzərinizə bir vəzifənin məsuliyyətini götürüb, onu daha keyfiyyətlə yerinə yetirmək daha məqbuldur.
  7. Baş mühasib işinə başlamazdan öncə, öz vəzifə təlimatlarınızı diqqətlə öyrənin, öhdəliklərinizlə bağlı bütün bölmələri əvvəlcədən direktorla müzakirə edin. Yəni, nəyi edəcəyinizi, nələrisə etməyəcəyinizi lap başlanğıcdan öyrənin. Bunu elə edin ki, direktor da sonradan sizə əlavə suallarla müraciət etməsin.
  8. Əgər tabeliyinizdə daha bir mühasib varsa, dərhal öhdəlikləri bölüşdürün ki, sonradan hər hansı bir məsələ ilə bağlı sual yaranmasın. Bununla bağlı vəzifə təlimatlarını özünüz də hazırlaya bilərsiniz.
  9. İşə başayan kimi, tədarükçülər və alıcılarla bağlanılmış bütün müqavilələri gözdən keçirin, hər bir ödəniş və onların müddəti ilə əlaqəli məqamlara diqqət yetirin. Əgər, müqavilələrin vaxtı başa çatmışsa, onların müddətini uzadın, müqavilədə sizi nələrsə qane etmirsə, müəssisənin direktoru və ya hüquqşünasla məsləhətləşib, onları dəyişdirin.
  10. Əgər sizdən əvvəlki baş mühasib bütün işləri və sənədləri sizə siyahı üzrə təqdim etməyibsə, dərhal işə başlamamaq məsləhətdir, belə olan halda siz özünüzü sığortalamış olacaqsınız. Özünüzdən əvvəlki baş mühasibin səhvlərinə görə məsuliyyət daşımayacaqsınız. Əgər siz bunlara baxmayıb işə başlamısınızsa, onda ilk növbədə sənədlərin təftişini həyata keçirin və anbarlarda (əgər, anbarlar mövcuddursa) yoxlama keçirin. Təftişdən sonra direktora nəticələr barədə sənədi imzalatdırın, bunu etsəniz, siz yenə də özünüzü əvvəlki işçilərin səhvlərindən sığortalamış olacaqsınız.
  11. Müəssisənin dövriyyədə olan vəsaitlərinə xüsusi diqqət yetirin (nə silinib, nə hələ də balansda qalıb). Bunları müəyyən edin. İstismar müddətinin düzgün yazıldığına, amortizasiya nəticəsində düzgün silinib-silinmədiyinə fikir verin.
  12. Sonra debitor və kreditor borclara keçid edin, nə zaman və kim tərəfindən ödəniş olunması ilə bağlı müqavilələrə baxın, bu borclara görə məsuliyyət daşıyan adamlarla məsləhətləşin. Borcların müəssisənin kassasına qaytarılması üçün qərar qəbul edin.
  13. Müəssisənin məsrəflər hesabına diqqət yetirin, keçmiş baş mühasibin hansı hesablara yazdığına baxın. Siz burada da öz dəyişikliklərinizi edə bilərsiniz, xərcləri bir çox müxtəlif hesablara yazmaq məcburi deyil, bundan ötrü bir neçə hesabı ayıra bilərsiniz, bu daha rahatdır.
  14. Nəhayət, maaşlar ilə məşğul olun, həmçinin onların necə hesablandığına, kimlərə və necə verildiyinə diqqət yetirin. Sizdən öncəki mühasib tərəfindən vergilərin düzgün hesablanıb-hesablanmadığını yoxlayın.

Əvvəlki mühasiblərin səhvlərini düzəltmək üçün işə başlayanda hər şeyi iki dəfə yoxlamaqdan çəkinməyin. Ən başlanğıcda hər şeyi bilən biri kimi ağıllı bir görünüş yaratmağa ehtiyac yoxdur. Yaxşı olar ki, siz müəssisədə çoxdan çalışanlardan müəyyən qədər faydalı məsləhətlər alasınız.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda ötən il 20 auditor bazardan kənarlaşdırılıb

posted in: Audit, Xəbər | 0

Auditorun peşəkar fəaliyyəti, Auditor olmaq vakansiya2020-ci ilin sonuna Azərbaycanda 55 sərbəst auditor və 116 auditor təşkilatının (o cümlədən, 2 xarici auditor təşkilatının filial və nümayəndəliyi və 15 xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatı) auditor fəaliyyətini həyata keçirmək hüququ olub.

Ötən il 20 auditor bazardan kənarlaşdırılıb.

Bunlardan 13 auditor təşkilatı və 3 sərbəst auditorun öz ərizələrinə, 4 auditor təşkilatının isə Auditorlar Palatasının Şurasının qərarına əsasən icazələri müvəqqəti dayandırılıb.

Mənbə: report.az

 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisində artım olub

posted in: Xəbər | 0

Vergilər üzrə mühasib, vakansiya, orijinal vergilər, vergi daxilolmaları,Cari ilin birinci rübündə Vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən verilən məlumata əsasən, qeyri-neft-qaz sektorunda ƏDV, aksiz, torpaq, mədən və mənfəət vergisinin artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 faiz üstələyib.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 35,2 faizə, mənfəət vergisi üzrə 29,1 faizə, gəlir vergisi üzrə 18,1 faizə, aksizlər üzrə isə 6,2 faizə qalxıb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkar olan fiziki şəxs ezamiyyə xərci ala bilərmi?

posted in: Xəbər | 0

uzunmüddətli borc, Ümidsiz borcların gəlirdən çıxılması, Ümidsiz borclar, Sərbəst vəsaitlərin xərclənməsi, vakansiya, mühasib, Amortizasiya normaları, Mənfəət vergisi,İşçilərin ezamiyyə məsələləri ilə bağlı təcrübədə bir çox maraqlı hallar üzə çıxır. Sərbəst auditor Altay Cəfərov həmin hallarla bağlı yaranan suallara aydınlıq gətirir. Maraqlı suallardan biri budur ki, ezamiyyə ilə bağlı məsələlər ancaq hüquqi şəxslərəmi aid edilir. Sahibkar kimi fəaliyyət göstərən fiziki şəxs ezamiyyə qaydalarından istifadə edə bilərmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il 14 nömrəli qərarının və 18 yanvar 2012-ci il tarixli “İşçilərin Ezamiyyə Qaydaları”nın tələbinə görə, dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.

Hər iki normativ akta baxdıqda yaranan ilkin təəssürat budur ki, ezamiyyə qaydalarından ancaq idarə, müəssisə, təşkilat, daha doğrusu, hüquqi şəxslər istifadə edə bilər. Əslində isə normalar və tələblər istisnasız olaraq ezamiyyəyə gedən işçilər üçün nəzərdə tutulub. Yəni ezamiyyəyə gedən işçilərin hansı sənədləri təqdim etməsi, həmçinin hansı normalarla ödənişlər aparılması ilə bağlı tələblər normativ aktlarda qeyd edilib. Deməli, istənilən bir subyektdə işçi vardırsa və o, ezamiyyəyə göndərilsə, bu qaydalar ona şamil olunmalıdır. Fiziki şəxs sahibkarlarda da hüquqi şəxslərdə olan fəaliyyət sahələri ola bilər, hüquqi şəxslərdə olduğu kimi fiziki şəxsin də çoxlu işçiləri ola bilər və hüquqi şəxslər kimi fiziki şəxslər də işçilərini ezam edə bilərlər.

Odur ki, Nazirlər Kabinetinin qərarında və ya qaydalarda birbaşa fiziki şəxs sahibkar anlayışı olmasa da, işçilərini ezamiyyəyə göndərən fiziki şəxslərin mühasibi bu normativ aktları tətbiq etməlidir.
Bəs fiziki şəxs sahibkarın özü ezamiyyəyə gedə, yaxud özünə ezamiyyə xərcləri hesablayıb götürə bilərmi?

Həm yuxarıda adı çəkilən qaydalara, həm də digər normativ aktlara əsasən, təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir.

Bundan əlavə, Əmək Məcəlləsinin 3-cü maddəsində qeyd edilib ki, işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.

İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

Göründüyü kimi, fiziki şəxs sahibkar özü işəgötürəndir: o özü ilə əmək müqaviləsi bağlaya, işçi sayıla bilməz. O, fəaliyyəti ilə bağlı əsas iş yerindən digər yerlərə getdikdə işçi kimi yox, fəaliyyətini formalaşdıran, quran və bununla bağlı olaraq gəlir əldə edən sahibkar kimi çıxış edir. Belə səfərlərə görə ona ezamiyyə normaları ilə deyil, təqdim etdiyi təsdiqedici sənədlər əsasında vəsaitlər ödənilə bilər və həmin xərclər də gəlirdən çıxılır. Sahibkar işçi sayılmadığına görə ona ezamiyyə qaydaları tətbiq oluna bilməz. Ezamiyyə qaydaları və normaları isə ancaq işçilərin ezamiyyəsi ilə bağlıdır.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 965 966 967 968 969 970 971 2. 683