Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasında dəyişiklik edildi

posted in: Xəbər | 0

əmək haqqı, Peşəkar mühasib sertifikatı, iş günlərinə dəyişiklik, Ailə kəndli təsərrüfatı, əmək haqqının normativləri, Elektron qaimə-fakturanın forması, maliyyə dəstəyi, 190 manat, icbari tibbi sığorta, Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiAzərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliyə görə sadələşdirilmiş verginin ödəyiciləri mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən bütün şəxslər deyil, yalnız fiziki şəxslər hesab edilmişdir.

Bununla bağlı “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsinə zərurət yaranmışdır.

Mənbə: vergiler.az

 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun məqsədi nədir?

posted in: Məqalə, Xəbər | 0

Mühasibat uçotunun məqsədi nədir?

Mühasibat uçotu, Mühasibat uçotunun məqsədi, mühasibatlıq, Gələcəyin mühasibatlığı, mühasibatlıq, Gələcəyin mühasibatlığı, Vakansiya Aparıcı MühasibMühasibat uçotunun məqsədi – mülkiyyətçilər, menecerlər, kreditorlar, dövlət orqanları üçün şirkətin cari vəziyyəti haqqında etibarlı məlumat verən uçot sisteminin qurulmasıdır. Gördüyümüz kimi, mühasibat uçotunun vergi ödənişlərinə heç bir aidiyyatı yoxdur. Bundan ötrü vergi uçotu da mövcuddur.

Vergi uçotu üzrə normativ akt Vergi məcəlləsidir. Vergi məcəlləsində hüquqi şəxslərin müxtəlif səviyyələrdən olan vergiləri sərbəst şəkildə hesablamalı və ödəməli olduqları ümumdövlət və yerli vergilər haqqında yazılıb. Necə hesablamaq, nələri hesablamaq və nələri hesablamamaq barədə hər şey həmin sənəddə öz əksini tapıb. Beləliklə, vergi uçotunun məqsədi vergi bazasının və verginin düzgün hesablanmasına gətirib çıxaran uçot sisteminin qurulmasıdır.

Göründüyü kimi, mühasibat və vergi uçotunun hüquqi cəhətdən bir-biri ilə heç bir əlaqəsi yoxdur. Bunlar müəyyən məqsəd və tapşırıqlara uyğun olan iki tamamilə fərqli uçot sistemidir. Bu, çox mühüm bir fikirdir.

Müəssisədə mühasibat və vergi uçotu ilə yanaşı, idarəetmə uçotu də mövcuddur. Onun məqsədi təşkilatı operativ şəkildə idarə etməyə imkan verən uçot sisteminin qurulmasıdır. İdarəetmə uçotu şirkətin daxili sənədləri ilə tənzimlənir.

Yekun vursaq – əgər biznesin strukturu ayda bir neçə əməliyyat aparan fərdi sahibkarlıqdan bir qədər mürəkkəbdirsə, onda bir neçə uçot sistemi yaratmaq lazım gələcək. Bəs, onları kim yaradacaq? Bax, bunun fərqi yoxdur. Lakin təşkilatın uçotuna görə direktor məsuliyyət daşıyır. Ağıllı rəhbər, müəssisədəki mühasibat sisteminin təşkilini həvalə etdiyi və işin mənfəətini artırmaq üçün rəhbərliklə ünsiyyət qurmaq bacarığına sahib olan bir mütəxəssisi işə götürür.

Ancaq, mühasibat uçotuna elə də müsbət olmayan münasibət sərgiləməyin əsas səbəbi ondadır ki, mühasibat uçotunu təşkil etmək və qurmaq funksiyası həvalə edilmiş şəxs çox vaxt özünü digərlərindən ayırır və belə bəyan edir: “Mənim vəzifəm – mühasibat və vergi hesabatını verməkdir, yerdə qalanlar mühasibatlığın yerinə yetirməli olmadığı, mənim funksiyama daxil olmayan işlərdir”. Nəticədə, direktor mühasibatlığı biznesin uğuru üçün deyil, nəsə başqa bir şeydən ötrü zəruri olan bir bölmə kimi qəbul etməyə başlayır.

Bu, mühasibatlığın biznes üçün dəyərinin nə olduğunu başa düşməyin başlanğıcıdır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ezamiyyə xərclərinin rəsmiləşdirilməsində nələr nəzərə alınmalıdır?

posted in: Xəbər | 0

Ezamiyyə xərclərinin rəsmiləşdirilməsi

gəlir vergisi, vərəsə, məzuniyyət haqqı. vakansiya Vergi uçotu üzrə mütəxəssis Kreditin hesablanmasıNazirlər Kabineti tərəfindən “Ezamiyyə xərclərinin normaları haqqında” Qaydalarda bu ilin yanvar ayında edilmiş dəyişikliklərə görə, ölkədaxili ezamiyyə zamanı mehmanxana üçün təsdiqedici sənədlər lazım olmur. Bununla belə, təcrübədə bəzi suallar ortaya çıxır. Mövzunu sərbəst auditor Altay Cəfərov misallarla izah edir.

Ən çox sual doğuran məsələ ölkədaxili ezamiyyələrdə gündəlik xərclərin ümumi normanın 20 faiz və mehmanxana xərclərinin də 80 faiz olmasıdır: təsdiqedici sənədlər tələb olunmursa, onda bu faizlərə bölünmə nəyi ifadə edir?

Misal: Tutaq ki, “AA” MMC-nin işçisi aprelin 1-dən 5-dək Bakı şəhərinə ezam edilib.

Sual: Bu halda işçinin ezamiyyə müddəti neçə gün olacaq? Ezamiyyənin başlama və bitmə tarixləri hansılardır?

Bunun üçün işçinin ezamiyyəyə göndərilməsi haqqında əmrə diqqət yetirilməlidir. Yəni əmri düzgün tərtib etmək lazımdır, orada ezamiyyənin başlama, bitmə tarixləri, eləcə də işçinin ezamiyyədə neçə gün olacağı, həmçinin işçinin işə çıxma tarixləri əks olunmalıdır.

Misalımızdan göründüyü kimi, normal halda 1-5 aprel tarixləri arasında 5 təqvim günü vardır. Amma işçinin ezamiyyəyə gedib-qayıtmasını nəzərə alsaq, bu müddət 5 tam olmayan və 4 tam olan təqvim günü hesab edilə bilər. Bundan əlavə, ezamiyyənin 1-5 aprel tarixlərində olmasına baxmayaraq, əmrdə işçinin aprelin 5-də, yoxsa 6-da işə çıxacağı göstərilməlidir ki, bu da ezamiyyə xərclərinin düzgün hesablanması üçün zəruridir.

Sualımızın davamı kimi bir məsələni də nəzərdən keçirək. Tutaq ki, əmrdə ezamiyyənin 1-5 aprel tarixlərində, 5 gün müddətində olduğu, işçinin işə 6 aprel 2021-ci ildə çıxmalı olduğu yazılıb.

Birinci varianta görə, işçi ezamiyyədən qayıdanda nəqliyyat xərcini təsdiq edən sənədi təqdim edib və nəqliyyat biletinə görə avtobus Bakı şəhərindən aprelin 6-da saat 01.00-da çıxıb.

İkinci variantda isə işçinin nəqliyyat xərcinin təsdiq edən sənədi “AA” MMC-yə təqdim edilməyib.

Sual: Bu hallarda ezamiyyə necə hesablanacaqdır?

Birinci halda faktiki olaraq işçinin 5 gün ezamiyyədə olduğu həm əmrlə, həm də nəqliyyat bileti ilə təsdiq edilir. Yəni işçi aprelin 5-də Bakıda olub və faktiki olaraq Bakıdan 24.00-dan sonra çıxıb.

Qaydalarda yazılıb:

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 20 faizini gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir.

Gündəlik xərc – işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir.

Mehmanxana xərcləri işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən olunmuş hissəsi miqdarında ödənilir.

Birinci halda işçiyə ezamiyyə normalarına görə ödənişlər tam olacaqdır. Yəni Bakı şəhərinə gündəlik ezamiyyə məbləği 90 manatdır. Bunun 90 manat * 20% = 18 manat gündəlik xərclər və 90 manat * 80% = 72 manat mehmanxana xərcləridir.

Deməli, beş günlük gündəlik xərclər 18 manat * 5 gün = 90 manat olacaqdır. Mehmanxana xərcləri də aprel ayının 5-ni tam əhatə etdiyinə görə 5 gün üçün ödəniləcıkdir: 72 manat * 5 gün = 360 manat olacaqdır.

İkinci halda isə işçinin faktiki olaraq geri qayıtmasını sübüt edən nəqliyyat sənədi yoxdur. Bu zaman artıq işçinin ezamiyyə vərəqəsində aparılmış qeydlərə baxmaq lazımdır. Qeydlərdə geri qayıtma kimi imza, möhür atmış təsərrüfat subyekti ayın 5-ni qeyd edib. Ona görə ki, işçi faktiki ezamiyyədən ayın 5-i buraxılıb.

Belə olan halda gündəlik xərclərin ödənilməsi üçün müddət yenə də 5 gün sayılacaqdır. Amma mehmanxana xərclərinin ödənilməsi üçün müddət 5 gün yox, 4 gün hesablanacaqdır. Ona görə ki, faktiki sənədlər işçinin 4 gün gecələdiyini sübut edir.

5 gün * 18 manat = 90 manat gündəlik xərclər;
4 gün * 72 manat = 288 manat mehmanxana xərcləri.

Deməli, yuxarıda qeyd etdiyimiz ezamiyyə xərclərinin faizlərlə bölünməsi hesablamaların və faktiki ezamiyyənin dəyərləndirilməsi üçün nəzərdə tutulub.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Varislərin pensiya almaq hüququ

posted in: Xəbər | 0

Azərbaycan Respublikasında əhalinin sosial təminatını nəzərdə tutan sistemlərdən biri də pensiya yığımlarıdır. Pensiyaların təyin edilmə məqsədlərindən biri də müəyyən yaş həddinə (nəzərdə tutulan yaş ölkə üzrə 65 yaş kişilər, qadınlarda hər il 6 ay artırılmaqla, yekunda 65 yaş) çatmış şəxslərin zəruri ehtiyaclarının təmin edilməsindən ibarətdir. Ölkədə 3 növ – yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin edilir. Bu yazımızda ailə başçısını itirməyə görə təqdim edilən pensiya hüququndan bəhs etməyə çalışacağıq.

Qeyd edək ki, bu növ pensiya bir qayda olaraq yalnız sığorta hissəsindən ibarətdir. Onu da bildirək ki, ölkə üzrə əmək pensiyasının minimum məbləği 1 oktyabr 2019-cu ildən 200 manat məbləğində müəyyən edilmişdir.

Ailə başçısını itirməyə görə pensiya bu şəxslərə verilir:

1) şəxsin övladları

– 18 yaşına çatmayıbsa,

– 18 yaşadək sağlamlıq imkanları məhdudluğu müəyyən edilib və 18 yaşdan sonra əlilliyi olubsa,

– ən çoxu 23 yaşınadək əyani qaydada təhsil müəssisəsində təhsil alırsa

2) Şəxsin valideynləri və həyat yoldaşı yaşa görə əmək pensiyası yaşına çatıbsa və ya 1 yaxud 2-ci dərəcə əlilliyi varsa,

3) şəxsin işləməyən valideyni, həyat yoldaşı, nənə-babası, qardaş-bacısından hər hansı biri vəfat etmiş şəxsin 8 yaşınadək olan övladına, qardaş-bacısına və ya nəvəsinə baxırsa

4) Ögey ata-ana vəfat etmiş şəxsi azı 5 il saxlayıb və tərbiyə edibsə, doğma valideynlərlə bərabər hüquqlu olur.

5) Ögey övlad doğma övladlarla bərabər hüquqlu olur.

6) Övladlığa götürənlər doğma valideynlərlə, övladlığa götürülənlər isə doğma övladlarla bərabər hüquqlu olur.

Ailə başçısını itirməyə görə pensiya azı 5 il və əmək qabiliyyətli yaş dövrünün (15 yaş) hər tam ili üzrə 4 ay sığorta stajı (sosial sığorta haqqı ödəmişdirsə) olduqda, təyin edilir. Daha aydın desək şəxs 50 yaşında vəfat edibsə, onun:

(50-15)×4 ay=35×4ay= 140 ay = 11 il 8 ay sığorta stajı olmalıdır.

Hərbi qulluqçular və müharibə ilə bağlı 1-ci dərəcə əlilliyi olan şəxslər (rütbədən məhrum olan və ya digər müddətli hərbi qulluqçular istisna) hərbi xidmət dövründə və ya hərbi xidmətdən buraxıldıqdan sonra hərbi xidmət dövründə alınmış xəsarət (kontuziya, travma, yaralanma) və xəstəlik nəticəsində vəfat edibsə, ailə başçısını itirməyə görə pensiya onların xidmət müddətindən asılı olmayaraq təyin edilir.

Hərbi əməliyyatlar zamanı itkin düşənlər cəbhədə həlak olanlarla eyni statuslu sayılır.

Yekunda onu da qeyd edək ki, ailə başçısının fərdi hesabının yığım hissəsində toplanmış vəsaitləri onun varisləri almaq hüququna malikdir. Vəfat etmiş şəxsin varisi olmadıqda, bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcəsinə daxil olur.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 971 972 973 974 975 976 977 2. 683