404 saylı “Uzunmüddətli borclar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Uzunmüddətli öhdəliklər

Borc alınmış kapital yaxud müəssisənin öhdəlikləri “Maliyyə vəziyyəti haqqında hesabat”-da (müəssisəsinin balansı) ödəmə müddətindən asılı olaraq iki bölmədə təqdim edilir.

Qısamüddətli öhdəliklərə təşkilatın təchizatçılara (təchiz edilmiş mallara, görülən işlərə və təşkilat üçün göstərilən xidmətlərə görə), alıcılara (onlardan alınan avanslara görə), təsisçilərə və əməkdaşlara, büdcəyə və büdcədənkənar fondlara, borcverənlərə və digər kreditorlara müddəti 12 aydan çox olmayan olan borclar aiddir.

Uzunmüddətli öhdəliklər ödəmə müddəti bir ildən çox olan maliyyə öhdəlikləridir. Qısamüddətli öhdəliklərdən fərqli olaraq, onlar dərhal ödəniş tələb etmir və bir neçə il ərzində həyata keçirilə bilər. Uzunmüddətli öhdəliklər şirkətlərə böyük layihələri maliyyələşdirməyə, strateji planları həyata keçirməyə və ya bizneslərini genişləndirməyə imkan verir. Belə bir məsuliyyəti öz üzərinə götürməklə şirkətlər puldan “burada və indi” istifadə edə və onu tədricən ödəyə bilirlər.

Mühasibat uçotunun hesablar planında 4-cü “Uzunmüddətli öhdəliklər” bölməsinə aşağıdakı maddələr aiddir:

Mühasibat xidmətləri
  • 40-cı maddə: “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”;
  • 41-ci maddə: “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”;
  • 42-ci maddə: “Təxirə salınmış vergi öhdəlikləri”;
  • 43-cü maddə: “Uzunmüddətli kreditor borcları”;
  • 44-cü maddə: “Sair uzunmüddətli öhdəliklər”.

404 saylı “Uzunmüddətli borclar” hesabı 40-ci “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsi üzrə açılan mühasibat uçotu hesablarından biridir.

404 saylı “Uzunmüddətli borclar” hesabı

Mühasibat uçotu subyektlərində subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Qaydaların 40.1 maddəsinə əsasən 40-cı maddə üzrə 404 saylı hesabdan başqa aşağıdakı hesablar da açıla bilər:

404 №-li “Uzunmüddətli borclar” mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

404 saylı hesab üzrə müxabirləşmələrin tənzimlənməsi

Hesab üzrə mühasibat yazılışları yuxarıda qeyd edilən qaydaların uyğun bəndləri əsasında tənzimlənir.

Uzunmüddətli borclar yaranması, habelə onların qısamüddətli borc kimi təsnifat edilmişi zaman baş verə biləcək mümkün  hallar sözü gedən qaydaların 34.18-ci bəndi əsasında nizamlanır.

Belə borclar üzrə məzənnə fərqi yarandıqda mühasibat yazılışları qaydaların 34.19-cu bəndinin tələbləri nəzərə almaqla tənzimlənir.

Uzunmüddətli borclar qısamüddətli borclar kimi təsnifləşdirilmədən birbaşa ödənilərsə qaydaların 34.20-ci bəndi, üçüncü şəxs tərəfindən ödənilməsi zamanı isə 34.21-cü bəndi tətbiq edilir.

Qısamüddətli borcların bağışlanılması və ya iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi zamanı yaranan hallar sözügedən qaydaların 34.22-cü bəndə əsasən tənzimlənir.

Mühasibat yazılışlarına nümunə

“ABC” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün maliyyə resurslarının yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün əməkdaşlıq etdiyi “BCA” MMC-dən ilin əvvəlində 36000 manat məbləğində borc pul almışdır. Tərəflər arasındakı müqaviləyə əsasən alınan  borc 36 ay ərzində ödənilməli və illik borcun 5 faizi məbləğində faiz ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Müəssisənin götürdüyü uzunmüddətli borc uçota alınır 223: “Bank hesablaşma hesabları” 404: “Uzunmüddətli borclar” 36000.00
2 Əsas məbləğlə bağlı 1-ci il üçün faiz xərcləri hesablanır 751: “Gələcək hesabat dövrünün xərcləri” 537: “Faizlər üzrə qısamüddətli kreditor borcları” 1800.00
3 1-ci il üçün hesablanmış  faiz borcu ödəndikdə 537: “ Faizlər üzrə qısamüddətli kreditor borclar” 223: “ Bank hesablaşma hesabları” 1800.00
5 1-ci il üçün faiz xərci ümumi mənfəət(zərər) hesabına silinir 801: “ Ümumi mənfəət (Zərər) 751: “ Maliyyə xərcləri 1800.00
6 Əsas məbləğlə bağlı 2-ci il üçün faiz xərcləri hesablanır 751: “Gələcək hesabat dövrünün xərcləri” 537: “Faizlər üzrə qısamüddətli kreditor borcları” 1800.00
7 2-ci il üçün hesablanmış  faiz borcu ödəndikdə 537: “ Faizlər üzrə qısamüddətli kreditor borclar” 223: “ Bank hesablaşma hesabları” 1800.00
2-ci il üçün faiz xərci ümumi mənfəət(zərər) hesabına silinir 801: “ Ümumi mənfəət (Zərər) 751: “ Maliyyə xərcləri 1800.00

 

3-cü ilin əvvəlində (ödənişə 12 aydan çox olmayan müddət qalıb) borc qısamüddətli kimi təsnifləşdirilir. 404: “Uzunmüddətli borclar” 504: “Qısamüddətli borclar” 3600.00
Sonrakı müxabirləşmələr 504 saylı “Qısamüddətli borclar” adlı məqalədə verilən nümunələrə uyğun qaydada aparılır.