Vergi ödəyicisi xaricə çıxış məhdudiyyətini necə yoxlaya bilər?

posted in: Xəbər | 0

Ölkə xaricinə getməklə bağlı məhdudiyyətimin olub-olmamasını necə yoxlaya bilərəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, ölkədən çıxışa qadağanın olub-olmaması haqda məlumatı əldə etmək üçün İnternet Vergi İdarəsi saytında yaradılan ayrıca bölməyə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və yaxud şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır.

Aşağıda qeyd olunan link vasitəsilə qeyd olunan elektron xidmətdən istifadə edə bilərsiniz:

https://new.e-taxes.gov.az/etaxes/services/temporary-banned

Mənbə: vergiler.az

İxtisar zamanı ödənilən müavinət vergiyə cəlb olunurmu?

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinin ləğvi qaydası

Əmək müqaviləsinə xitam verilməsi

İşçi və işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsasları Azərbaycan Respublikasının  Əmək Məcəlləsinin onuncu fəslinin 68-ci maddəsində şərh edilir. Bu maddənin d) bəndinə görə tərəflərin iradəsindən asılı olmayan hallar belə əsaslardan biridir.

İstənilən halda əmək müqaviləsinin ləğvi işəgötürənin əmri ilə rəsmiləşdirilməlidir. İşəgötürən tərəfindən imzalanmış və möhürlənmiş əmrin sürəti işçinin tələbi ilə ona təqdim edilir. İşçinin son iş günü əmək müqaviləsinə xitam verildiyi gün hesab olunur və həmin gün ona aşağıdakı sənədlər təqdim edilir:

  • işdən çıxma barədə əmrin surəti;
  • əmək kitabçası;
  • hesablanmış son haqq-hesab.

Əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsi səbəbi haqqında qeydlər aparılır. Müəyyən səbəblərdən kitabçanı işçiyə təqdim etmək mümkün olmadıqda, onun götürülməsi barədə işçiyə məlumat verilir, yaxud poçtla göndərmək üçün razılıq alınır.

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinin ləğvi halları

Belə hallar müxtəlifdir, onları şərti olaraq iki qrupa ayırmaq olar:

  • əmək münasibətlərinin dayandırılmasına səbəb olan üçüncü şəxslərin hərəkətlərinin nəticələri;
  • fövqəladə halların nəticələri (işçinin ölümü, fəlakətlər, hərbi əməliyyatlar və s.).

Belə hallarda əmək müqaviləsinin ləğvi Əmək Məcəlləsində 74-cü maddəsində şərh olunub. Bu maddədə sadalanan əsaslar üzrə əmək müqaviləsinin xitamı işəgötürənin və işçinin təşəbbüsü olmadan həyata keçirilir.

Hərbi yaxud alternativ xidmətə çağırılma

Bu halda işçiyə təqdim edilmiş çağırış sənədləri əmək müqaviləsinin ləğvi və işəgötürən tərəfindən müvafiq əmrin verilməsi üçün əsas hesab olunur. İşçi göstərilən sənədləri təqdim etmədikdə, işəgötürən müstəqil olaraq müvafiq orqanlara və ya vəzifəli şəxslərə sorğu vermək hüququna malikdir. İşəgötürən çağırış vərəqəsində göstərilən müddətə işçi ilə əmək müqaviləsinə xitam verməli və onun göstərilən vaxtda hərbi komissarlıqda olmasına köməklik göstərməlidir. Müqaviləsi ləğv olunan işçiyə orta aylıq əməkhaqqının  azı üç misli qədər müavinət verilir.

İşçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə, onun müəssisədə iş yeri və vəzifəsi saxlanılır (müəssisənin ləğvi istisna olmaqla). Bu mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrə aiddir.

Hərbi xidmətdən buraxılan işçinin ən geci 60 təqvim günü ərzində həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququ var.

Məhkəmənin işə bərpa qətnaməsi olduqda

Qanunsuz və əsassız olaraq işdən azad edilən işçi öz işinə bərpa olunmaq üçün məhkəməyə müraciət edə bilər. Əgər məhkəmə tərəfindən işçinin öz işinə (vəzifəsinə) bərpa edilməsi barədə qətnamə qəbul edilərsə, işəgötürən həmin qərarın icrasını təmin etməyə borcludur. Bu zaman işçi öz işinə (vəzifəsinə) yaxud razılığı ilə başqa işə (vəzifəyə) bərpa edilir.

İşçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmalıdır.

Tam əmək qabiliyyətsizliyinin tanınması

Aşağıdakılar da işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi üçün əsas ola bilər:

  • əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi;
  • fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi mümkün olmaması.

Əmək müqaviləsinin ləğvi zamanı işəgötürən əlilliyi müəyyən edilmiş işçinin fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılmasının və ya yüngül işə keçirilməsinin mümkün olmamasını əsaslandırmalıdır.

Əlillik müəyyən edilmədən orqanizmin funksiyaları qismən pozulmuş işçilərin əmək funksiyasını davam etdirməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır.

Ümumi əmək qabiliyyətini itirmiş işçinin işdən çıxarılması üçün müvafiq tibbi-sosial ekspertiza komitəsinin verdiyi əlillik haqqında arayış əsas kimi qəbul edilir.

Əmək qabiliyyətinin tam itirilməsi səlahiyyətli orqanın rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi səlahiyyətli orqanın qərarı ilə işçiyə müvafiq dərəcə əlillik qrupu (yaxud 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu) müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi hesab olunur.

Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinin ləğvi üçün əsas deyil. Bu halda işçiyə iş yeri və vəzifəsi saxlanılmaqla məcburi dövlət sosial sığorta haqları hesabına  əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir.

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda

İşçinin əvvəlki işini davam etdirməsinə mane olan cəzalara aşağıdakılar daxildir:

  • müəyyən vəzifə tutmaq və ya müəyyən peşə və ya digər fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə (AR Cinayət Məcəlləsinin 46-cı maddəsi);
  • işçini nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə (AR CM 45-ci maddə);
  • müəyyən müddətə azadlıqdan məhrum etmə (AR Cinayət Məcəlləsinin 55-cı maddəsi);
  • ömürlük həbs (AR Cinayət Məcəlləsinin 57-ci maddəsi).

Əmək müqaviləsinə xitam verilməsi işçinin yuxarıda sadalanan cəzalara məhkum edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü əsasında həyata keçirilir. Müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə haqqında məhkəmə qərarının işəgötürən tərəfindən icrası məcburidir.

Qeyd edək ki, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə halı o demək deyil ki, heç də bütün bu hüququndan məhrum edilmiş işçilərin əmək müqaviləsinə xitam verilməlidir. Bu hal bir qayda olaraq nəqliyyat vasitəsini idarə etmə ilə əlaqədar əmək funksiyasını icra edən işçi barəsində tətbiq edilə bilər.

İşçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə

Ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətlərini idarə edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyinin təsdiqi əmək müqaviləsinin ləğvi üçün əsas sayılır. Beləliklə, bu halda eyni zamanda 2 şərtin olması zəruridir:

  • işçinin fəaliyyət qabiliyyətsizliyinin məhkəmə tərəfindən təsdiqi;
  • məhkəmə qərarının qanuni qüvvəyə minməsi.

Əks halda əmək müqaviləsinin ləğvi yolverilməzdir.

Ölüm yaxud itkin düşmə halları

İşçinin və ya işəgötürənin – fiziki şəxsin ölümü, habelə məhkəmə tərəfindən işçinin və ya işəgötürənin – fiziki şəxsin ölmüş, ya da itkin düşmüş hesab edilməsi halları əmək müqaviləsinə xitam verilməsi üçün əsas olar bilər.

Əmək müqaviləsinə xitam verilməsi ölüm haqqında şəhadətnamə və ya vətəndaşın ölmüş, ya da itkin düşmüş elan edilməsi haqqında məhkəmənin qərarı əsasında həyata keçirilir. Bu müvafiq əmrlə rəsmiləşdirilir. İşçinin vəfatı ilə müqaviləyə xitam verildikdə onun vərəsələrinə orta aylıq əməkhaqqının ən azı 3 misli qədər müavinət verilməlidir.

Əmək müqaviləsinin ləğvi üçün digər əsaslar

Aşağıdakılar da əmək müqaviləsinə xitam verilməsi üçün əsas sayılan tərəflərin iradəsindən asılı olmayan digər hallara aiddir:

  • əvvəllər həmin müəssisədə çalışan işçi müddətli hərbi xidmətdən buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququna malikdir. Bu zaman onun əvəzinə götürülmüş işçi ilə əmək müqaviləsinin ləğvi üçün müvafiq tədbirlər görülür. Qeyd edək ki, yeni işçi ilə bağlanmış müqavilədə bu haqda qeyd etmiş olması mühüm haldır;
  • pedaqoji fəaliyyəti qanunla qadağan olunmuş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün müqavilə bağlanması halı müəyyən edildikdə.

Bu zaman əmək müqaviləsinə xitam verilməsi işçinin yazılı razılığı ilə başqa işə keçirilməsi mümkün olmadıqda həyata keçirilə bilər. İşəgötürən işçiyə müəyyən edilmiş tələblərə cavab verən ərazidə mövcud olan bütün vakansiyaları təklif etməyə borcludur.

Fiziki şəxs olan işəgötürənlə əmək müqaviləsinə xitam verilməsi

Fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilməsi Məcəllənin 74-cü maddəsinin 1-1 hissəsi ilə nizamlanır. Bu zaman nəzərə almaq lazımdır ki, tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin tərəflərini, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir. Əmək müqaviləsinin ləğvi zamanı vərəsələr öhdəliklərin icrasına öz miras payları həddində cavabdehlik daşıyırlar.

İxtisar zamanı ödənilən müavinət vergiyə cəlb olunurmu?

posted in: Xəbər | 0

Ştat ixtisarı ilə əlaqədar işçiyə ödənilən müavinətdən vergi və icbari tibbi sığorta haqqı tutulurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Əmək Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən bağlanılmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq, müəyyən edilmiş əmək stajından asılı olaraq, aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

* işçinin əmək stajı bir ilədək olduqda – azı iki təqvim həftəsi;

* bir ildən beş ilədək olduqda – azı dörd təqvim həftəsi;

* beş ildən on ilədək olduqda – azı altı təqvim həftəsi;

* on ildən çox olduqda – azı doqquz təqvim həftəsi.

Əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq, müəyyən edilmiş əmək stajından asılı olaraq, aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

* bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

* bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1.4 misli miqdarında;

* beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

* on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Əlavə olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq qaydada ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Həmçinin, ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə, işçilərə Əmək Məcəlləsinə müvafiq olaraq ödənilən təminatlar məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına cəlb edilmir.

Mənbə: vergiler.az

Qeyri-rəsmi məşğulluğun fəsadları: işçi və işəgötürən nələr itirir?

Müddətli əmək müqaviləsinin ləğv edilməsi qaydası

posted in: Xəbər | 0

Əmək müqaviləsinin ləğvi səbəbləri

İşçi və işəgötürən arasında əmək münasibətlərini tənzimləyən  əmək müqaviləsi müddətli yaxud müddətsiz olaraq bağlanılır (AR Əmək Məcəlləsi, maddə 45). Təbii ki, müəyyən şərtlər daxilində müddətsiz yaxud müddətli əmək müqaviləsinə xitam verilə bilər.

Əmək müqaviləsinin ləğvi üçün əsas verən səbəblər Məcəllənin 68-ci maddəsində sadlanıb. Onları aşağıdakılardır:

  • işçi yaxud işəgötürən tərəfindən;
  • əmək müqaviləsinin müddətinin bitməsi;
  • mülkiyyətçi dəyişdikdə;
  • əmək şəraiti üzrə şərtlərdə dəyişiklik;
  • tərəflərdən asılı olmayan hallar;
  • əmək müqaviləsində nəzərdə tutulmuş başqa hallar.

Müddətin bitməsi ilə bağlı müddətli əmək müqaviləsinə xitam verilə bilər.

Muhasibat.Az-ın “Əmək müqaviləsinə xitam” bölməsində qeyd edilən səbəblər haqqında ətraflı məlumat verilib.

Müddətli əmək müqaviləsi

Müddətli əmək müqaviləsi işçi və işəgötürən tərəfindən dəqiq müəyyən edilmiş müddətə bağlanmış rəsmi razılaşmadır.

Müddətli əmək müqaviləsi o zaman bağlanır ki, görüləcək işin xarakteri və ya onun yerinə yetirilməsi şərtləri nəzərə alınmaqla əmək münasibətləri qeyri-müəyyən müddətə yaradıla bilməz. Buna görə də, müddətli əmək müqaviləsi tərtib edilərkən, əmək münasibətlərinə xitam verildiyi tarix göstərilməlidir.

Adətən işəgötürənin təşəbbüsü ilə bağlanan müddətli əmək müqaviləsi 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Onun bağlanması üçün əsas şərt işin daimi xarakterə malik olmamasıdır.

Müddətli əmək müqaviləsi bağlanan hallar haqqında Mühasibat.Az-ın eyni adlı məqaləsindən ətraflı məlumat almaq olar.

Müddətli əmək müqaviləsinin ləğvi

Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilməsi qaydalarını müəyyən edir. Həmin maddəyə görə belə müqaviləyə müddət bitdikdə xitam verilir. Müddətin başa çatmasına azı 1 həftə qalmış tərəflərdən biri müqaviləyə  xitam verilməsini tələb etmirsə və işçi işləməyə davam edərsə, müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Əmək müqaviləsinin ləğvi haqqında tərəflər biri digərini kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə məlumatlandırırlar.

Əgər işçi üzürlü səbəbdən işdə olmadıqda əmək müqaviləsinin müddəti bitərsə və həmin müqavilə üzrə 73-cü maddənin 1-ci hissəsində nəzərdə tutlmuş qaydada xəbərdar edilibsə, müddətli əmək müqaviləsinə xitam işçi işə çıxdığı gündən verilə bilər. Üzürlü səbəblər dedikdə aşağıdakılar başa düşülür:

  • işçinin xəstələnməsi;
  • ezamiyyətdə yuxud məzuniyyətdə olmaq;
  • Məcəllənin 179-cu maddəsi üzrə iş yeri və orta əməkhaqqı saxlandığı hallar.

Müddətli müqavilənin ləğvi zamanı  ƏM-sinin 71-ci maddəsində nəzərdə tutulan əlavə təminatlar və qaydalar tətbiq edilmir.

Müddətli əmək müqaviləsinə xitam verilməsi üçün digər səbəbləri

İşçi və işgötürən arasında bağlanmış müddətli əmək müqaviləsinin ləğvi işçinin yaxud işəgötürənin təşəbbüsü ilə də baş tuta bilər. İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi Məcəllənin 69-cu maddəsinə uyğun aparılır.

İşəgötürənin təşəbbüsü ilə müqavilənin ləğvi müddətsiz əmək müqaviləsinin ləğvi kimidir, yəni işəgötürən əmək müqaviləsini öz istəyinə görə ləğv edə bilməz. Bu zaman Məcəllənin 70-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.

Məsələn, müəyyən şərtlər daxilində (işdə sərxoş vəziyyətdə görünmə, işə gəlməmə və s.) işəgötürən tərəfindən müddətli əmək müqaviləsinin vaxtından əvvəl ləğvi qanuni olacaqdır.

Müqaviləyə xitam verilməsinin qanuniliyini sübut etmək üçün menecer işçi tərəfindən yol verilən hər bir pozuntunu qeyd etməli, intizam tənbehi verilməsi üçün müddətlərə və tələblərə əməl etməlidir.

İşçilərin işdən çıxarılmasını qadağan edildiyi hallara xüsusi diqqət yetirilməlidir. Kadr uçotu üzrə sənədlərin qanunauyğun aparılması üçün vaxtınız yoxdursa, bəzi sənədləşmə işlərini və ya gündəlik işləri autsorsinq mütəxəssislərinə həvalə edin.

Accounting.Az konsaltinq şirkətinin əməkdaşları sizin sənədləşmə işləri ilə məşğul olacaqlar: onlar müqavilələrin tərtib edilməsi, maaşların hesablanması, işçilərin işdən çıxarılması və kadr uçotu üzrə digər işlərin aparılmasında sizə yardımçı olacaqlar.

Müqavilənin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

AR ƏM-in 80-ci maddəsində işəgötürənin istər müddətsiz, istərsə də müddətli əmək müqaviləsinin ləğvi zamanı əldə etməli olduğu razılaşmalar təsbit olunub.

Belə ki, aşağıdakı hallarda işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir:

  • 70-ci maddənin b) bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə);
  • 70-ci maddənin ç) bəndi ((işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə);
  • 72-ci maddədə sadalanan hallarda (əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndlərində göstərilən əsaslarla əmək müqaviləsinin ləğvi.

Bunun üçün işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına müvafiq əsaslandırma sənədləri əlavə etməklə yazılı təqdimatla müraciət edir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində əmək müqaviləsinə xitam verilməsi haqqında özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

Digər hallarda işəgötürənin təşəbbüsü ilə həm müddətsiz, həm də müddətli əmək müqaviləsinin ləğvi zamanı həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınmasına ehtiyac yoxdur.

1 13 14 15 16 17 18 19 2. 699