Almaniya vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Almaniya vergi sistemi

Fiziki şəxslərdən tutulan gəlir vergisi. Bu vergi dövlət gəlirlərinin başlıca mənbəyidir – o, bütün vergi daxilolmalarının 40%-ə qədərini verir. Bu vergiyə müxtəlif mənbələrdən olan fiziki şəxslər (o cümələdən, digər ölkələrdə də qazanılan gəlirlərdən, əgər orada vergiyə cəlb olunmayıblarsa) cəlb olunur.

Gəlir vergisinə bunlar daxildir:

a) əmək haqqından vergi

b) kapitaldan tutulan vergi

Bütün sənaye və kənd təsərrüfatı fəaliyyəti, sərbəst və ya qeyri-sərbəst şəkildə fəaliiyyətdən, eləcə də kapital sahibliyindən, mənzil və ya digər tikililərin icarəsindən, hətta alver sövdələşmələrindən əldə edilən gəlirlər belə vergiyə cəlb olunur.

Bu proqressiv vergidir. Onun minimal stavkası 19%, ən yüksək stavkası isə 53% təşkil edir.

Həmçinin bax: Kanada vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Tənha şəxslər üçün vergiyə cəlb olunmayan ən aşağı illik gəlir 5616 avro, ailə cütlüyü üçün isə 11232 avro təşkil edir.

Tənha şəxslər üçün illik gəlir 8153 avronu, ailəli cütlüklər üçün isə 16307 avronu ötmürsə, ondan vergi 22,9% təşkil edir. Bundan sonra gəlirlərin həcminə uyğun olaraq proqressiv vergi şkalası işə düşür. Tənha şəxslər üçün 120041 avro, cütlüklər üçün isə 240083 təşkil edirsə, onda bütün gəlirlərdən 51% vergi tutulur.

Həm uşaqlarüçün, həm də yaşla bağlı, eləcə də fövqəladə vəziyyətlərdə (xəstəlik, bədbəxt hadisə) və s. vergi güzəştləri tətbiq olunur.

ƏDV. Prinsipcə bütün xidmətlər ƏDV-yə cəlb olunur, hansı ki, sahibkar öz sahibkarlıq fəaliyyəti zamanı müəyyən haqq müqabilində icra edir. Şəxsi istehlak üçün nəzərdə tutulmayan, eləcə də Avropa Birliyinə üzv olmayan dövlətlərin vətəndaşlarının ölkədən çıxardığı əşyalar istisna olmaqla istənilən xidmət ƏDV-yə cəlb olunur.

ƏDV haqda Qanuna əsasən Almaniyada iki vergi stavkası mövcuddur: 19% təşkil edən ümumi vergi stavkası və 7%-lik aşağı stavka. Aşağı vergi stavkası başlıca olaraq, şəxsi istifadə və ərzaq malları (içkilər istisna olmaqla) və ictimai iaşə müəssisələri ilə bağlı fəaliyyət sahəsi üçün nəzərdə tutulub. Kiçik müəssisələr üçün də müəyyən güzəştlər nəzərdə tutulub. Məs, ixrac təchizatı və AB-nə ixrac üçün nəzərdə tutulan əşyaların emalı zamanı, kreditlərin ayrılması, icarəyə verilən torpaqlar, tibb və sosial sahədə dövriyyələrdən ƏDV tutulması nəzərdə tutulmayıb.

Həmçinin bax: Avstraliya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Şirkətlərdən tutulan vergi. Bu vergini hüquqi şəxslər (səhmdar cəmiyyətlər, müxtəlif şərikli cəmiyyətlər, eləcə də şəxsi təsərrüfat fəaliyyəti ilə məşğul olan dövlət orqanları) ödəyirlər. Onların illik gəlirləri vergiyə cəlb olunur. Əgər şirkətin bir neçə sahibi varsa, onda vergi stavkası 30% təşkil edir. Yox, əgər bir sahibi varsa, onda stavka gəlirin 45%-ə bərabər olur.

Almaniyada mühasiblərin maaaşına gəldikdə, bu sahədə çalışanların əmək haqqı ərazi vahidlərindən asılı olaraq dəyişir. Yüksək inkişaf etmiş ərazilərdə çalışan mühasiblər ayda 3565 avro,  mühasib-kalkulyatorlar isə 4241 avro məvacib alırlar. Nisbətən zəif inkişaf etmiş regionlarda isə bu məbləğ bir qədər aşağıdır. Müvafiq olaraq 2500 və 3200 avro təşkil edir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.      

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Tikinti obyektlərində müşahidə kameraları quraşdırılıb

posted in: Xəbər | 0

müşahidə kameralarıVergilər Nazirliyi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir.

“ASAN xidmət”lə birgə əməkdaşlığa əsasən, həmin qurumun nəzdində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi əmək müqaviləsi olmadan vətəndaşları iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edən şəxslər barədə məlumatları Vergilər Nazirliyinə təqdim edir.

Tikinti sahəsində işçilərin uçotunun aparılması məqsədilə tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılıb. Kameralar vasitəsilə tikinti meydançalarında çalışan insanların əmək müqaviləsi, statistikası və digər zəruri məlumatlar müəyyən ediləcək. Həmin informasiyalar “ASAN xidmət”in Monitorinq Mərkəzinə inteqrasiya olunub.

2018-ci ilin yanvar-may aylarında əmək müqaviləsi bildirişləri üzrə Elektron İnformasiya Sistemində əlavə olaraq 43 min 434 əmək müqaviləsi qeydə alınıb. Bu, 2017-ci ilin eyni dövrünə nisbətən iki dəfədən çox (ötən il 21 min 506 müqavilə) təşkil edib.

2018-ci il iyunun 1-nə qədər 1 milyon 354 mindən çox müqavilə bağlanıb. Ötən ilin analoji dövründə həmin rəqəm 1 milyon 287 minə bərabər olub. Əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də, tikinti sahələrində qeydə alınıb.

Həmçinin Vergilər Nazirliyi 2018-ci ildə vergi ödəyiciləri və sahibkarlarla birlikdə rəsmi məşğulluğun təmin edilməsi sahəsində faydalı müzakirələr apararaq qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlərin hazırlanması və tətbiqini planlaşdırır.

Əmək müqaviləsi olmadan çalışan fiziki şəxslər min manatdan üç min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək miqdarda cərimə edilir.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

600 manat məvaciblə, 1 ildən aşağı təcrübəsi olan 1C operator axtarılır

posted in: İş elanı, Xəbər, Xəzinədar | 0

 

 

1C operator

  • İşəgötürən: ASF MMC
  • Şəhər: Bakı
  • Yaş: 22 – 32 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: HR Menecer

Həmçinin bax: 800 manat məvaciblə Mühasib axtarılır

İş barədə məlumat

  • İş barədə bütün məlumatlar öncədən öyrədiləcək
  • İş saatı: 10:00-dan 20:00-dək
  • Həftədə bir gün istirahət
  • Karyera yüksəlişi var

Həmçinin bax: 700 manat məvaciblə Mühasib tələb olunur

Namizədə tələblər

  • 1c proqramında işləmə bacarığı

Əmək haqqı: 500-600 AZN

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Banklar və pullar barədə 6 maraqlı fakt

posted in: bank, Məqalə, Xəbər | 0

Banklar– “Bank” sözü hərfi olaraq stol kimi tərcümə olunur. İtalyan dilindən tərcümədə banco – skamya və ya stol sözünü əks etdirir ki, onların üzərinə dəyişdiriləcək pulları qoyarmışlar.

– 1179-cu ildə Roma papası III Aleksandr bank işçilərinin priçastiye (xristian dini ayinlərindən biri) və normal şəkildə xristian adət-ənənəsi üzrə dəfn olunmaqdan məhrum edilməsini elan edib.

– Ginnesin rekordlar Kitabındakı qeydlərə əsasən dünyada ən böyük bank “qarətinə” Almaniyanın Reyxsbankı məruz qalıb. Belə ki, 1945-ci ildə müharibədə məğlubiyyətindən sonra orada saxlanılan Almaniyanın qızıl ehtiyatının böyük hissəsi və digər qarət olunmuş mallar saxlanılırdı. Həmin sərvətin ümumi dəyəri 1984-cü il qiymətləri ilə 3,34 milyard dollar təşkil edib.

– Nominalına görə ən dəyərli metal pul 1 milyonluq Kanada dolları hesab olunur. Həmin metal pul 2007-ci ildə Kanadada buraxılıb. Cəmi üç belə metal pul buraxılıb, çünki elə alıcısı da üç nəfər olub.

– Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda qadınlar üçün xüsusi bank fəaliyyət göstərir. Burada bütün əməkdaşlar və müştərilər qadınlardır. Bu bank müsəlman ölkəsində zərif cinsin nümayəndələrinə islam qaydalarını pozmadan ölkənin iqtisadi həyatında iştirak etməyə imkan verir.

– Bu gün üçün dünyada 2 milyondan çox bankomat fəaliyyət göstərir. İlk bankomat 1967-ci ildə Böyük Britaniyada qoyulub.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.