5 milyon manatlıq oğurluq

posted in: muhasibat, Xəbər | 0

oğurluqMoskvanın Presnenskiy rayon məhkəməsi, 200 milyon rublluq oğurluqdan bəhs edən cinayət işi ilə əlaqəli “Sedmoy studiya”nın keçmiş mühasibi Nina Maslyayevanın həbsi barədə qərar çıxarıb. Qeyd edək ki, sözügedən cinayət işində studiyanın rejissoru Kiril Serebrennikov şahid kimi keçir.

“Sedmaya studiya” Srebrennikov tərəfindən 2012-ci ildə yaradılmış teatr truppasıdır. İstintaq versiyasına görə, 2011-2014-cü illərdə mühasib Maslyayeva və truppanın bir sıra rəhbər işçiləri, dövlət tərəfindən incəsənətin inkişafı və pupulyarlaşdırılması üçün ayrılan 200 milyon rublu oğurlayıblar. Maslyayeva və onun təxmin edilən tərəfdaşı Yuriy İtin 1 milyon 286 min rublun mənimsənilməsində ittiham olunurlar.

Maslyayeva bundan əvvəl öz təqsirini etiraf etmişdi. O, Moskvada “Qoqol mərkəzində” və Serebrennikovun evində eyni zamanda aparılan yoxlamadan dərhal sonra saxlanlmışdı.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat uçotu üzrə “Yay təcrübə proqramı”

posted in: İş elanı, muhasibat, Xəbər | 0

təcrübəAzecolab 2018-ci il üzrə “Yay Təcrübə Proqramı” nı açıq elan edir!

Ali məktəbi bu il bitirən, hal-hazırda magistratura mərhələsində təhsil alan və yaxud məzun olmuş şəxslər təcrübə proqramına qoşula bilərlər. Təcrübə proqramının sonunda uğurlu təcrübəçilər işlə təmin ediləcəklər.

Təcrübə proqramı Maliyyə, mühasibat uçotu və həmçinin avadanlıqların kalibrlənməsi üzrə sahələri əhatə edir. Maraqlanan şəxslər CV-lərini ünvanına göndərə bilərlər.

Həmçinin bax: Bank Respublikada “Yay təcrübə proqramı”

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi Məcəlləsinin 98-ci maddəsinin misallarla izahı

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsi

Sual: 1. Vergi Məcəlləsinin 98.2-ci maddəsində göstərilən-işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc-sinfinə daxil olan xərclərə misal göstərə bilərsiniz?

2. Vergi Məcəlləsinin 98.2.3-ci maddəsinə görə, məsələn, işçilərə verilən danşıq haqqı, kirayə haqqı, benzin bunların hamısı, işçinin vergi tutulan gəlirinə aid olurmu?

3. Vergi Məcəlləsinin 98.2.5-ci maddəsində işəgötürən tərəfindən ödənilən sığorta haqlarına işçilərin icbari həyat sığortası və KASKO sığorta daxildirmi?

4. Vergi Məcəlləsinin 98.4-cü maddəsinin izahının verilməsini və misal çəkilməsini xahiş edirəm.

Cavab 1: Bildiririk ki, sözügedən maddədə işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc nəzərdə tutulur. Belə ki, işəgötürənin istehsal etdiyi və bazar qiyməti (pərakəndə satış qiyməti) 600 manat olan malı aylıq vəzifə maaşı 400 manat olan işçisinə 450 manata təqdim etdikdə, 150 manat (600-450) işçinin müzdlu işdən gəlirinə əlavə edilməklə vergiyə cəlb edilməli olan aylıq gəliri 550 (400+(600-450) manat təşkil edəcəkdir. Maddədə sözügedən xərc isə 450 manatdır (400 manat ə/h + 50 manat işçi tərəfindən ödənilən məbləğ).

Həmçinin bax: Vergi Məcəlləsinin 133.4-cü maddəsinin misallarla izahı

Bax: Vergi Məcəlləsinin 98.2-ci maddəsi.

Cavab 2: Bildiririk ki, sözügedən maddə işəgötürən tərəfindən işçinin fərdi xərcləri kimi qiymətləndirilən xərclərinin əvəzinin ödənilməsinin muzdlu işdən gəlirlərə aid edilməsini müəyyən edir.

Bax: Vergi Məcəlləsinin 98.2.3-cü maddəsi.

Cavab 3: Bildiririk ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığorta haqqı dedikdə risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği başa düşülür. Sığorta müqaviləsi isə sığortanın istənilən növünü əhatə edən bir məfhum olduğundan sorğunuzda qeyd olunan hər iki hal sözügedən maddənin əhatə dairəsinə daxildir.

Bax: Vergi Məcəlləsinin 98.2.5-ci maddəsi.

Cavab 4: Bildiririk ki, sözügedən maddəyə uyğun olaraq fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəliri müəyyən edilərkən, muzdlu işə aid olan gəlirlərin məbləğlərinə və nəzərə alınan xərclərinə işəgötürənin ödəməli olduğu aksizlər, əlavə dəyər vergisi və hər hansı digər vergilər daxil edilir. Məsələn, ƏDV ödəyicisi olan işəgötürən öz işçisinə malı hədiyyə etdiyi halda ƏDV tətbiq etməklə onun dəyərinə əlavə etməli və satış qiyməti ilə işçinin gəlirlərinə aid etməlidir. Müddəanın daha aydın başa düşülməsi üçün belə bir misalı nəzərinizə çatdırırıq: işəgötürən öz istehsalı olan bazar qiyməti (ƏDV-siz) 500 manat dəyərində olan mebel dəstini aprel ayında öz işçisinə hədiyyə vermişdir. Bu halda mebel dəstinin dəyərinə 18% dərəcə ilə 90 manat (500*18%=90) ƏDV tətbiq edilməlidir. Gəlir vergisi hesablanarkən ƏDV daxil olmaqla 590 manat (500+90=590) işçinin vergi tutulan aylıq gəlirinə əlavə olunur.

Bax: Vergi Məcələsinin 98.4-cü maddəsi.

Həmçinin bax: Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin misallarla izahı

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Böyük Britaniyada vergi islahatları

posted in: Vergi, Xəbər | 0

vergi islahatlarıHökumət ştatdankənar işlərə aid qaydaların (IR35) təkmilləşdirilməsi ilə bağlı ictimaiyyətlə məsləhətləşməyə başlamışdır. Bu addımın atılmasında əsas məqsəd öz şirkətləri vasitəsilə işləyən podratçıların vergiləri düzgün ödəməsinə təminat yaratmaqdır.

Payızda təsdiqlənmiş büdcədə bildirilmişdi ki, ictimai məsləhətləşmənin gedişində uçotu aparılmayan zəhmət haqqı ilə bağlı mövcud qaydalara riayətetmə səviyyəsinin yüksəldilməsi nəzərə alınacaq. Bu qaydalara əsasən, informasiya texnologiyaları və idarəetmə üzrə məsləhətçilər kimi öz şirkətlərində işləyən podratçıları faktiki olaraq üçüncü tərəf işə cəlb edir və onlar əməkdaş qismində vergi ödəyirlər.

Əldə olan məlumatlara əsasən, özünüməşğul vergi ödəyiciləri vergi ödənilməsi qaydalarının düzgün istifafə olunmaması ucbatından, 2003-cü ilə qədər 21,2 milyard funt sterlinqə qədər vəsait itirə bilərlər. Komissiya qaydaları təkmilləşdirmək imkanlarına baxacaq.

Xəzinədarlığın maliyyə katibi Mel Strayd demişdir: “İnkişaf edən iqtisadiyyatımıza öz töhfələrini verən podratçıların bütün sektorlarda böyük iş gördüklərini etiraf etmək çox mühümdür. Bizim ədalətli vergi sistemimiz var, bu sistem vergi ödəyiciləri üçün vergilərin ödənilməsində bərabər səmərəliliyi və sadəliyi təmin edir, eləcə də bizim üçün həyati əhəmiyyət daşıyan ictimai xidmətləri dəstəkləyir. Buna görə də biz ictimaiyyətlə məsləhətləşmələr aparır və geniş spektrli fikirlərin irəli sürülməsini alqışlayırıq. Bu, vergi qanunvericiliyin pozulmasına qarşı mübarizənin necə aparldığını təsdiqləyir”

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.