Sual: ƏDV bəyannaməsinin 307-ci kodlu sətrinin C1 xanasında təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə hesabat ayında ƏDV məqsədləri üçün vergi tutulan əməliyyata görə daxil olunmuş məbləğ yoxsa alınmış avanslar əks etdirilir?
Cavab: Bildiririk ki, ƏDV bəyannaməsinin 307-ci kodlu sətrinin C1 xanasında təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə hesabat ayında hansı formada daxil olmasından asılı olmayaraq ƏDV məqsədləri üçün vergi tutulan əməliyyata görə daxil olunmuş məbləğ və alınmış avanslar əks etdirilməlidir.
– Tələb olunan yaş həddi: 28-45;
– Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rus dili – orta;
– Ali təhsil – Mühasibat uçotu sahəsində təhsil mütləqdir;
– Analoji sahədə ən azı 5 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
– Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Mühasibat uçotunun Milli və Beynəlxalq standartları haqqında bilgilərə sahib olmaq;
– MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
– İFRS, ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
– ERP Proqramları uzrə təcrübəsi olan əməkdaşlara (Logo Tiger Enterprice,1C) üstünlük verilir;
– Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı.
– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Vergi və mühasibat uçotunun aparılması
– Vergi bəyannamələrini, e-qaimə, VHF tərtib etmək,aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, daxili və beynəlxalq ödəmə sənədlərinin hazırlanması və banka təqdim edilməsi
– Əmək haqqı və məzuniyyətlərin hesablanması
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
– Mal-material ehtiyatlarının , əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
– Debitor və kreditorlarla bağlı hesablaşmaların aparılması və üzləşmə aktlarının tərtib edilməsi
– Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkili və nəzarətin təmini;
– İstehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkili və nəzarətin təmini
– Əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarətin təmini
– Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans, Mənfəət/Zərər, Kapitalda dəyişiklik, Pul Vəsaitlərinin Hərəkəti haqqında hesabat).
• Əmək haqqı: Yüksəkdir. Razılaşma əsasında
• Şirkət tərəfindən naharla, korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 08:00 – 17:00
CV-lərinizi ünvanına “Baş Mühasib” başlığı ilə göndərə bilərsiniz.
Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan «Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında» qanun layihəsinin parlamentdə qəbul edilməsindən sonra 2015-ci il noyabrın 1-dən sahibkarlıq subyektlərində yoxlamalar iki il müddətinə dayandırıldı. Qanunun müvafiq müddəalarına əsasən, iki il ərzində yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparılmalı idi. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla həyata keçirilir.
Ötən ilin sonunda ölkə başçısı «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb. Həmin sənədə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması 2021-ci il yanvarın 1-dək uzadılıb.
Qanunun müddəaları vergi yoxlamalarına şamil olunmasa da, kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi müvəqqəti olaraq azaldıldı və bu tendensiya davam etdirilir. Məsələn, 2018-ci ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə səyyar vergi yoxlamalarının sayında 40 faiz azalma olub.
Vergilər Nazirliyinin bu məsələdə mövqeyi belədir ki, vicdanlı vergi ödəyicisi ilə qanunun tələblərinə məhəl qoymayan ödəyici arasında fərq qoyulmalıdır. Vergi orqanının vəzifəsi isə səhvin başvermə anını gözləmək deyil, bütün vasitələrlə onun qarşısını almaqdır. Vergi siyasətinin əsas məqsədi vergi ödəyiciləri ilə münasibətlərin partnyorluq səviyyəsində qurulması, kiçik və orta bizneslə məşğul olan vergi ödəyicilərinin inkişafı, nəzarət etməkdən çox onlarla əməkdaşlıq münasibətlərinin yaradılmasıdır.
Avropada müəssisələrin vergidən yayınmaq imkanları daraldılır
Avropa İttifaqı Şurası vergilər sahəsində çalışan məsləhətçilərin, hüquqşünasların və mühasiblərin üzərinə müştərilərin istifadə etdikləri aqressiv vergi sxemləri ilə bağlı yerli vergi orqanlarına məlumat vermək öhdəliyi qoymuşdur. Yerli orqanlar isə onlardan aldıqları informasiyaları hər rüb Aİ-yə üzv olan başqa ölkələrdəki həmkarları ilə bölüşəcəklər. «Yeni qaydalar vergi ödəməkdən yayınmaya qarşı mübarizə strategiyamızın əsas hissəsidir», – Aİ Şurasının açıqlamasında bildirilmişdir.
Vergi məsləhətçiləri çirkli pulların yuyulmasına qarşı qanunvericilik bazasının zəif olduğu vergi tutulmayan və ya vergi dərəcələri aşağı olan yurisdiksiya və dövlətlərə ödənişləri əhatə edən aqressiv sxemlər haqqında məlumatları vergi orqanlarına ötürəcəklər. Vergi orqanlarını daha çox maraqlandıran məsələlərdən biri də vergi güzəştləri naminə həyata keçirilən sövdələşmələrdir. Bu sövdələşmələr zamanı eyni aktivlər üçün müxtəlif ölkələrdə güzəştlər əldə edilməklə transfert qiymətləndirmə qaydaları ciddi şəkildə pozulur.
Yeni direktivə əsasən, yalnız vəkillik sirrinə aid məlumatların açıqlanmasına icazə verilməyəcək. Aİ ekspertlərinin açıqlamasında o da göstərilmişdir ki, aqressiv vergi sxemləri haqqında məlumatın verilməsi heç də hər hansı əməliyyatın qanunsuz olması demək deyildir, lakin bu, vergi orqanlarının əməkdaşları üçün qanunsuzluqları aşkara çıxarmağa kömək edə bilər.
Yeniliklə bağlı Aİ-yə üzv ölkələr öz milli qanunvericilik aktlarında 31 dekabr 2019-cu ilə qədər müvafiq dəyişiklik aparmalıdırlar. Vergi ödəməkdən yayınmaya qarşı mübarizə məqsədi daşıyan məlumat mübadiləsi ilə bağlı yeni qaydalar isə 2020-ci ilin iyul ayının 1-dən qüvvəyə minəcək.