İşçi dəyəri ilə bağlı dünya reytinqi

posted in: Məqalə, Vergi, Xəbər | 0

İşçi dəyəri

Dünya ölkələrində işçi dəyəri ilə bağlı maraqlı tədqiqat aparılıb. Rusiyanın blogs.klerk.ru saytı sözügedən tədqiqatla bağlı yazı yerləşdirib. Həmin məqalənin maraqlı olacağını nəzərə alıb, onu oxucuların diqqətinə çatdırırıq.

PWC-nin 189 ölkədə işçi dəyəri ilə bağlı tədqiqat həyata keçirib. Həmin tədqiqata əsasən, Rusiya işəgötürənləri hər bir işçiyə görə dövlətə onun maaşının 47 faizini ödəyir. Ümumilikdə təşkilatlar bir əməkdaşa görə yeddi ödəniş həyata keçirirlər. Bütün sənədlərin hazırlanması və üç əsas verginin (şirkətin gəlirlərinə görə vergi, əməyə görə vergi və istehlaka görə ödənilən məcburi üzvlük haqları) ödənilməsinə Rusiya işəgötürənləri il ərzində orta hesabla 168 saat vaxt sərf edirlər.

ABŞ-dan olan işəgötürənlər isə əməkdaşın məvacibinin 43,9 faizini dövlətə ödəməli olurlar ki, bu zaman 11 ödəniş həyata keçirilir. Əsas prosedurlara 175 saat vaxt sərf edilir.

Ən sadə vergi ödənişlərinə görə BƏƏ və Qətər dövlətləri reytinqdə ilk sıralarda yerləşiblər. BƏƏ-də işəgötürən dövlətə əməkdaşın maaşının 15,9 faizini ödəyir və cəmi dörd ödəniş həyata keçirir. Əsas vergi ödənişlərinə orta hesabla 12 saat zaman gedir. Qətərdə isə vergi ödənişləri bir qədər aşağıdır – 11,3% – lakin əsas prosedurları tamamlamaq üçün 41 saat vaxt gedir. Reytinqdə üçüncü yerdə 15 faizlik vergi ödənişləri və 64 saat çəkən, üç prosedurdan ibarət ödənişlərlə və buna 64 saat vaxt sərf  edən Səudiyyə Ərəbistanı qərarlaşıb.

Rusiya reytinqdə 47-ci yeri tutub. Belarus 63-cü yerə layiq görülüb. Bu ölkədə bir işçiyə görə şirkət rəhbərliyi əməkhaqqı həcminin 51,8 faizini dövlətə ödəyir və yeddi müxtəlif ödəniş həyata keçirir. Prosedurlara 176 saat vaxt sərf edilir. Ukrayna – 107-ci yerdədir (burada bir əməkdaşa görə məvacibin 52,2 faizi dövlətə verilir, işəgötürən beş ödəniş həyata keçirir, əsas prosedurlar 350 saat vaxt aparır).

Boliviya reytinqdə sonuncu yeri tutub. Burada işəgötürən hər əməkdaşın maaşının 83,7% dövlətə ödəyir və bu zaman 42 prosedur həyata keçirilir ki, buna da 1045 saat zaman sərf edilir.

Hamıdan çox ödəmələri isə Komor Adaları İttifaqından olan şirkətlər həyata keçirir – hər bir əməkdaşa görə əməkhaqqının 216,5% həcmində. Ən yüksək ödəmələrə gəldikdə, burada birincilik Venesuelaya (inflyasiyaya görə) aiddir. Bu ölkədə işəgötürənlər hər əməkdaşa görə dövlətə 70 əməkhaqqı həcmində ödəmə həyata keçirirlər.

Təəssüflər olsun ki, yazıda Azərbaycanla bağlı rəqəmlər öz əksini tapmayıb. Amma dünya üzrə reytinqdə 40-50-ci yerlər arasında qərarlaşıb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ticarət mərkəzinə Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisi tələb olunurŞirkətə  mühasib  köməkçisi  tələb  olunur.

İşəgötürən: “SAMİRAMİS” firması

Namizədə  tələblər:

– Ali  iqtisad  təhsilli ;
– Microsoft Excell ;
– “Microsoft  office”  proqramlarını ,  İngilis, Rus  dillərini  bilənlərə   üstünlük  verilir.
– Mühasibatlıq    üzrə  iş  təcrübəsi – 2   ildən artıq.

Həmçinin bax: 500 manat məvaciblə mühasib köməkçisi tələb olunur

– Yaş: 20 – 40.
– Məsuliyyətli.
– Bank  və  kassa  əməliyyatlarını  bilməli.

İş  qrafiki:

– Həftədə   5  gün.
– Saat  10.00 – 19.00
–  İş  yeri  şəhərin  mərkəzindədir.
– Əmək  məcəlləsinə  uyğun  sənədləşmə.

Yuxarıda qeyd  olunan  tələblərə  uyğun  gələn  namizədlərdən  mövzu yerində  “ Mühasib köməkçisi ” qeyd  edərək  öz  CV-lərini   mükəmməl   şəkildə     email  ünvanına  göndərməyiniz  xahiş  olunur.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sınaq müddəti hansı hallarda tətbiq edilir?

posted in: Xəbər | 0

Sınaq müddəti

Sual: Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir və bu müddət işçinin faktik olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

Məcəllənin 52-ci maddəsinə əsasən yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə sınaq müddəti bağlanılmır. Həmçinin təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülənlərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə, iki ay müddətinədək əmək müqaviləsi bağlanmış şəxslərə, tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda sınaq müddəti müəyyən edilmir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 53-cü maddəsinə əsasən Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəldən yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Bu müddət qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

Mənbə: mlspp.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İdxal zamanı tətbiq edilən vergi güzəştinin həcmi azaldılır

posted in: Vergi, Xəbər | 0

vergi güzəştinin həcmiAzərbaycana spirtli içki və siqaret idxalı zamanı tətbiq edilən vergi güzəştinin həcmi azaldılır.

Azərbaycanda idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkinin həcmi 2 dəfə, siqaretin həcmi isə 3 dəfə azaldılır.

Bu, “Vergi Məcəlləsi”nə edilməsi təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Məlumata görə, Vergilər Məcəlləsinin 188.1.1-ci maddəsinə dəyişiklik edib. Bununla da fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər.

Qeyd edək ki, bundan əvvəl 3 litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad idi.

Bundan əlavə, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə 0,08 manat, tütün məmulatlarına aksiz markasının verilməsinə görə isə 0,05 manat dövlət rüsumu müəyyənləşib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.