Azərbaycanda maliyyəçilərin orta aylıq əmək haqqı artıb

posted in: Maliyyə, Xəbər | 0

orta aylıq əmək haqqıAzərbaycanda maliyyə sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı artıb.

Bu göstərici 2018-ci ilin yanvar-aprel ayları ərzində 1 551,8 manat təşkil edib. Beləliklə, bu sektorda çalışanların əmək haqlarında aylıq müqayisədə 135,4 manat və ya 9,6% artım qeydə alınıb.

Rəsmi statistikaya əsasən, dövlət sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı 1 389,4 manat olub, özəl sektorda isə bu göstərici 1 589,4 manat təşkil edib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5% artaraq 538,8 manata yüksəlib. Əmək haqqı neft sektorunda 3 226,8 manat, qeyri-neft sektorunda 477,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 416,7 manat, özəl müəssisələrdə isə 706,1 manat olub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu ölkədə sosial şəbəkələrdən istifadə üçün vergi tutulur

posted in: Vergi, Xəbər | 0

sosial şəbəkələrdən istifadəUqandada sosial şəbəkələrdən istifadə üçün vergi tutulur


Parlamentin sədri bəyan etmişdir ki, bu günlərdə qəbul olunmuş qanuna əsasən, Uqanda vətəndaşları sosial şəbəkələrdən istifadə üçün vergi ödəməli olacaqlar. Qanun mayın 30-da qəbul edilmişdir və gələn maliyyə ilində, daha doğrusu, iyul ayında qüvvəyə minəcək. Bundan sonra «Facebook» və «Twitter» şəbəkələrindən, eləcə də «WhatsApp» messencerindən istifadə edən hər kəs gündə 200 şillinq (0,05 dollar) vergi ödəyəcək. Maliyyə Nazirliyinin məlumatına görə, ödəniş mobil operatorlar tərəfindən tutulacaq. Sosial şəbəkələrdən istifadə üçün «sim» kartları vasitəsilə qeydiyyatdan keçmək lazım gələcək.

Həmçinin oxu: Facebook-a ödənişlər zamanı hansı vergi öhdəliyimiz yaranır?

«Reuters» agentliyinin xəbərində qeyd edilmişdir ki, bu verginin tətbiqi ilə bağlı qərar Uqandanın Prezidenti Yoveri Museveninin təşəbbüsü ilə olmuşdur, onun qənaətinə əsasən, sosial şəbəkələr vasitəsilə şayiələr yayılır. Maliyyə naziri Devid Bahati isə bildirmişdir ki, ölkədə vergi dərəcələrinin qaldırılması və yeni vergilərin tətbiqi artmaqda olan dövlət borclarının qarşılanması məqsədini daşıyır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Avstraliyada yeni vergi islahatı paketi

posted in: Vergi, Xəbər | 0
vergi islahatıAvstraliya yeni vergi islahatı paketinin qəbul edilməsində israrlıdır

Avstraliya hökuməti senat qarşısında iyun ayında vergi islahatları ilə bağlı məsələyə baxılmasını qaldırmışdır. Məqsəd təklifin iyunun 28-də səsə qoyulmasına nail olmaqdır. Maliyyə naziri Matias Kormann jurnalistlərlə söhbətində bildirmişdir ki, hökumət iqtisadi maraqların təmin olunmasına tərəfdardır və islahatlara tamamilə sadiqdir. O, mülahizələrini belə izah etmişdir ki, hökumət iyun ayının sonunda həm irəli sürülmüş ümumi vergi islahatlarına, həm də qarşıdakı seçkilərin tələbindən irəli gələn gəlir vergisi islahatına baxılması niyyətindədir.

Hökumət kiçik biznes üçün aşağı vergi dərəcələrinin tətbiqinə şərait yaradan dövriyyə hüdudunu 2023-2024-cü maliyyə ilinə qədər hər il  artırmaq və 2026-cı ilə qədər bütün müəssisələr üçün maksimal vergi dərəcəsini 25 faizə qədər azaltmaq istəyir. Bu təklifin keçməsi üçün hökumət parlamentdə 30 səsə malikdir, lakin təklifin qəbul edilməsinə 39 səs tələb olunur.

Senatda danışıqlara rəhbərlik edən Matias Kormann bildirmişdir ki, «hökumət bütün senatorlarla işini davam etdirəcək, hökumətə daxil olmayan bütün senatorlar, o cümlədən leyboristlər və yaşıllar partiyalarından olan senatorlar üçün qapılar açıqdır. Dünyanın hər yerində işləyən ailələrin maraqlarını qoruyan ölkələr inanırlar ki, vətəndaşların biznesi əlverişsiz rəqabət şəraitində olmamalıdır. Avstraliya da bunu etməlidir. Biz Avstraliya müəssisələrini özümüz bilə-bilə uyğunsuz vəziyyətə sala bilmərik».

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibləri harada daha çox qiymətləndirirlər?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

MühasibMühasibləri harada daha çox qiymətləndirirlər?


Başqa ölkələrdə mühasiblər necə yaşayır? Ən başlıcası, uçot işi ilə məşğul olan mütəxəssislərin məvacibləri nə qədərdir?

Mühasiblərin ən yüksək aylıq əməkhaqqı aldığı ölkələrin siyahısı:

  • ABŞ – 4687 dollar
  • İsveçrə – 4256 dollar
  • Norveç – 2911 dollar
  • İngiltərə – 2371 dollar
  • Almaniya – 2274 dollar
  • Kanada – 2170 dollar
  • Sinqapur – 2170 dollar
  • Yaponiya – 2083 dollar
  • Avstraliya – 2080 dollar
  • Yeni Zelandiya – 1770 dollar.

Yeri gəlmişkən, yuxarıda siyahıda göstərilən ölkələrdəki əmakhaqları bütün vergi və digər tutulmalardan sonra işçinin bilavasitə özünə çatan puldur. Digər bir məsələni də diqqətdən qaçırmaq olmaz. Belə ki, işinin peşəkarı olan mühasiblərin məvacibi burada göstərilən əməkhaqqından xeyli çoxdur. Məsələn, ABŞ-da elə peşəkar mühasiblər var ki, onların illik qazancı 250 min dollar təşkil edir ki, bunu da aya böləndə 20833 dollar edir. Yəni, hər peşədə olduğu kimi, mühasiblikdə də gərək öz işinin mahir ustası olasan.

Bəs mühasiblərə ən az əməkhaqqı verən ölkə hansıdır? Bu sırada Hindistan birinci yerdə durur. Bu ölkədə mühasiblərin əməkhaqqı cəmi 260 ABŞ dolları təşkil edir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.