1300 manat məvaciblə Maliyyə Meneceri tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0
maliyyə meneceriİşəgötürən: Arsenal Group
Vəzifə: Maliyyə Meneceri
İş barədə məlumat

– Müəssisənin maliyyə strateji planın həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak edilməsi, həmçinin büdcənin icrasına nəzarət edilməsi
– Həvalə edilmiş departamentin məqsədlərinin planlaşdırmasının təşkili, nəzarət və müşahidə altında saxlanılması
– Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi
– Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi
– Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsi
– Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələşdirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsi
– Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi
– Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlayır (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)
– Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil edilməsi
– Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmayan maddi-texniki vəsaitlərin yaranmasının qarşısının alınmasına və ləğv edilməsinə, mənfəətin çoxaldılmasına, xərclərin azaldılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilməsi
– Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulması
– Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunması
– Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının həyata keçirilməsi, onların optimal strukturunun müəyyən edilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması,qiymətli kağız portfelinin idarə olunması
– Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi
– Müəssisə və maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsi
– Tədarükçülərin və podradçıların hesablarının ödənilməsininin təmin edilməsi
– Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi
– Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılması
– Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi
– Şirkətin digər daxili təlimat və qaydaları ilə müəyyən olunan vəzifələr
– Tam iş günü, iş qrafiki I-VI günlər, bazar günü istirahət
– Şirkət hesabına nahar

Namizədə tələblər

– Maliyyə resurslarının paylanma qaydalarını, maliyyə qoyuluşlarının effektivliyinin müəyyən edilməsini bilməli
– Maliyyə nəzarətin prinsiplərini bilməli
– Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli
– Vergi qoymanın prinsip və metodlarını bilməli
– Vergi və rüsumların ödəmə üsullarını bilməli
– Vergi sistemini bilməli
– Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi
– Müvafiq sahədə ən azı 3 il təcrübə
– Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti
– Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti
– Təhsili: Ali təhsil, (iqtisadi, maliyyə, marketinq və oxşar fakultə)
– Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili, (İngilis və Rus dillərində İşgüzar yazışma təcrübəsi mütləqdir)
– Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq
– Kompüter bilikləri: MS Ofice, Outlook, 1C

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu işçilərin əməyinin saathesabı ödənilməsi məbləğlərində dəyişiklik edildi

posted in: Xəbər | 0

işçilərin əməyiAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 256
Bakı şəhəri, 8 iyun 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişikliklər edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 826; 2002, № 10, maddə 637; 2003, № 9, maddə 523; 2005, № 8, maddə 780; 2006, № 6, maddə 563, №11, maddə 998; 2007, № 9, maddə 924; 2008, № 4, maddə 303, № 10, maddə 939; 2011, № 4, maddə 362; 2015, № 12, maddə 1578; 2016, № 4, maddə 828; 2017, № 5, maddə 970, № 8, maddə 1605; 2018, № 3, maddə 605) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nin cədvəli və “Qeydlər”i aşağıdakı redaksiyada verilsin:

“(manatla)

 

 

Təhsil alan kontingent

Pedaqoji işçilər
 

professor və ya elmlər doktoru

 

dosent və ya fəlsəfə doktoru

elmi dərəcəsi, elmi adı olmayan

şəxslər

1 2 3 4
Bütün tipdən olan ümumtəhsil və peşə

məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin

ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr

5,35

3,55

2,75

Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin

tələbələri, kursantları və dinləyiciləri

6,35

4,60

3,10

Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin

ixtisasartırma kurslarının dinləyiciləri

7,65

5,35

3,55

 

Qeydlər:

  1. Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir.
  2. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 6,35 manat, dosent və ya fəlsəfə doktoru üçün 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,10 manat məbləğində müəyyənləşdirilir
  3. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 4,05 manat, çılpaq naturada isə 6,70 manat məbləğində müəyyən olunur.
  4. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.”.

Azərbaycan Respublikasının

Baş naziri             Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.