1500 manat əmək haqqı ilə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasib1500 manat əmək haqqı ilə Mühasib axtarılır


İş barədə məlumat
  • Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
  • Vergi orqanları ilə yazışmalar
  • Vergi və mühasibat uçotunun aparılması
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
  • Əməliyyatların 1C proqramına işlənməsi
  • Vergi hesab fakturaların yazılması
  • Bank və kassa əməliyyatları
  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
Namizədə tələblər
  • Xanım mühasiblər
  • Məsuliyyətli, dəqiq və peşakar
  • Vergi və Əmək Məcəlləsi üzrə biliklər
  • 1C, BTP, B3, MS Office proqramlarını bilmək
  • Azərbaycan, İngilis və Rus dillərini bilmək

Əmək haqqı: 1200-1500 AZN

Mənbə: boss.az

Mühasibat sahəsində ən son vakansiyaları bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1200 manat əmək haqqı ilə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasib1200 manat əmək haqqı ilə Mühasib tələb olunur


İşəgötürən: “World Holding” MMC
Vəzifə: Mühasib
İş barədə məlumat

– “WORLD HOLDING” MMC-yə mühasib tələb olunur
– Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük hesabatların hazırlanması
– Gömrük İdarəsinə gələn malların idxalına nəzarət edib, malları qəbul etmək
– Problemli müştərilərlə əlaqə saxlamaq
– Rəhbərliyin verdiyi bütün tapşırıqların vaxtında həll etmək
– Ödənişləri nəzarətdə saxlamaq
– İş qrafiki: 6 gün, saat 09:00-dan 18:00-dək
– İstirahət günü: Bazar günü (6-ci gün qısa iş günü ola bilər)

Namizədə tələblər

– Word, Excel proqramları ilə çalışmağı bacarmalı, Mühasib olaraq ən azı 3-4 il iş tərübəsi olması mütləqdir
– Əlavə dil bilikləri (İngilis, Rus) olan şəxlərə üstünlük veriləcək

Yalnız qeyd olunmuş koordinatlara uygun olan şəxslər müraciət edə bilərlər. İş təcrübəsi olmayan, şəkilsiz və ya fərqli sahə üzrə təcrübəli olan şəxslərin CV-lərinə baxılmayacaq. CV göndərərkən mövzu bölməsinə “Mühasib” vəzifəsini qeyd etməniz xahiş olunur.

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2017-ci ildə dövlət mülkiyyətində olan bəzi vergi ödəyiciləri büdcə ödənişlərini azaldıb

posted in: Xəbər | 0

büdcə2017-ci ildə dövlət mülkiyyətində olan vergi ödəyicilərinin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişlərinin azalması əsasən üç mənbə hesabına baş verib.

Bu barədə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd olunub.

Sənəddə bildirilib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə daxilolmaların həcmi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sisteminə daxil olan müəssisələr üzrə 38 mln. 984,9 min manat təşkil etməklə 23,4% (11 mln. 916,2 min manat), “Azərenerji” ASC üzrə 61 mln. 940,2 min manat təşkil etməklə 74,2% (178 mln. 511,7 min manat), “Xəzər Dəniz Gəmiçiliyi” QSC üzrə 46 mln. 819,3 min manat təşkil etməklə 30,2% (20 mln. 234,3 min manat) azalıb.

Qeyd edək ki, “Azərenerji” ASC-nin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişlərinin azalması 2015-ci illə müqayisədə 2016-cı ildə də müşahidə olunub. Belə ki, “Azərenerji”nin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişləri 240 mln. 451,9 min manat təşkil etməklə 31%  və ya 108 mln. 213,1 min manat azalıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi aksiz markasız məhsulların satışı hallarının qarşısını alır

posted in: Vergi, Xəbər | 0
aksizAksiz markasız məhsulların satışı hallarının qarşısı alınır.

Vergilər Nazirliyi ölkə ərazisində alkoqollu içkilərin və tütün məmulatlarının aksiz markası olmadan satışının həyata keçirilməsinin qarşısının alınması məqsədilə aparılan nəzarət tədbirlərini davam etdirir.

Son həftə ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən 27 təsərrüfat subyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı 4.605 qutu aksiz markasız tütün məmulatları və 163 ədəd aksiz markası olmayan alkoqollu içkilər aşkar olunaraq götürülüb.

Müəyyən edilmiş faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işi başlanıb.

Bununla yanaşı, aparılan maarifləndirmə və təbliğat işlərinin nəticəsi olaraq, bir sıra vergi ödəyiciləri tərəfindən satış üçün əldə edilmiş aksizsiz tütün məmulatlarının könüllü təhvil verilməsinə başlanıb. Belə ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində fəaliyyət göstərən vergi ödəyiciləri 12.086 qutu aksizsiz tütün məmulatını könüllü olaraq dövlət vergi orqanı əməkdaşlarına təhvil veriblər.

Vergilər Nazirliyi bir daha xatırladır ki, aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcəkdir.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.