Artıq ödəmədən müəssisənin digər vergi öhdəliklərinin əvəzləşdirilməsi hansı ardıcıllıqla aparılmalıdır?
Sual: Müəssisə gömrük vasitəsi ilə mal idxal edir və elektron qaydada əvəzləşmə aparılır, həmçinin satış həyata keçirilir. Müəssisənin şəxsi vərəqəsində idxal əməliyyatı nəticəsində artıq ödəmə yaranır. Yaranmış artıq ödəmədən müəssisənin digər vergi öhdəliklərinin əvəzləşdirilməsi hansı ardıcıllıqla aparılmalıdır? Bunun qanunvericilikdə necə tənzimlənməsinin izahını xahiş edirəm göstərəsiniz.
Cavab: Bildiririk ki, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan ƏDV ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır.
Digər ƏDV ödəyiciləri üçün isə əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçirilir və bu ayların ödəmələrinə aid edilməklə, vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan qaydada artıq ödəmələrin dürüstlüyü araşdırılır. Həmin 3 ay müddət bitdikdən sonra dürüstləşmənin başa çatdırılmasından asılı olmayaraq, vergi tutulan əməliyyatlardan yaranan artıq ödəmənin hər hansı qalığı vergi ödəyicisinin ərizəsinə əsasən 20 gün ərzində büdcədən qaytarılır. Sözügedən ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir.
Tərəfinizdən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb edilə bilər.
Vergilərin, faizlərin və maliyyə sanksiyaları üzrə artıq ödəməniz olduqda qeyd edilənləri nəzərə alaraq İnternet vergi idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Yeni müraciət” bölməsindən uçotda olduğunuz vergi orqanına “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılmasi barədə Ərizə” forması ilə (http://vn.taxes.gov.az/beyanname/48erize.pdf) elektron qaydada, poçt və ya uçotda olduğunuz vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzləri vasitəsi ilə kağız daşıyıcısında müraciət edə bilərsiniz.
Əlavə məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bax: Vergi Məcəlləsinin 85.5-ci, 87-ci və 179-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”.
Mənbə: taxes.gov.az
“Aztelekom” tələbələr üçün “2018 Yay Təcrübə Proqramı”na start verir.
Sual: Ticarət təşkilatları malları satarkən, bir buraxılışda müxtəlif sayda (10, 50, 100 və s.) mal satır. Fərz edək ki, ticarət təşkilatının ixtisaslaşmış proqram təminatı yoxdur, var olsa da, mövcud e-qaimə sistemi ilə online inteqrasiya edilməsinə icazə verilmir. Paketləyib e-qaimə sisteminə transfer edilməsinə də istifadəçinin icazəsi yoxdur. Nəticədə e-qaiməni əllə doldurmağa məcburdur. E-qaiməni sətir məlumatlarını dolduranda mal qrupunu daxil edib, malın adı sahəsində bir qələmlə “Müxtəlif mallar” daxil edərək qaimənin yekun məbləğini “Yekun sahəsinə yazıb keçmək olarmı?
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununa dəyişiklikləri ehtiva edən yeni 01.06.2018-ci il tarixli qanunla işi heç də asan olmayan mühasiblərin indi də peşəkar mühasib adı qazanmaq üçün mübarizə aparmaları lazım olacaq.