POS-terminal vasitəsilə ödənilən məbləğin NKA-ya vurulmamasına görə bizi hansı cərimələr gözləyir?

posted in: Vergi, Xəbər | 0

Sual: ƏDV ödəyicisi olan fiziki şəxs ticarətlə məşğuldur. Obyektində POS-terminal və nəzarət kassa aparatı quraşdırılıb. Hər ikisindən istifadə edilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan respublikasinin qanununa əsasən pos-terminala ödəniş edən müştəriyə çek də təqdim olunur. Qeyd etmək istərdim ki, ay ərzində həm nəzarət kassa aparatına, həm də POS-terminala mədaxil olan vəsaiti dövriyyə kimi hesabatlarda qeyd olunur, və yaranan 18% vergi öhdəliyi də büdcəyə ödənilir. Bilmək istərdim ki: pos-terminala mədaxil olan nağd şəkildə ödənişi əlavə olaraq nəzarət kassa aparatının yaddaşına da salmaq lazımdırmı ya yox? Nəyə əsasən? Və bunun nə kimi cəriməsi var?

Cavab: Bildiririk ki, malların alıcısına NKA çekinin verilməsi istehlakçının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu ilə bəyan edilən 14 gün ərzində qüsurlu malın geri qaytarılmasının və ya dəyişdirilməsinin təmin edilməsinə xidmət edir.

Belə ki, həmin Qanuna əsasən istehlakçının tələbinə qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Məhz bu səbəbə görə pos-terminalla ödəniş edən şəxsə NKA çekinin verilməsi tələb olunur.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) satılan malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) NKA-nın çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

ƏDV tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir ki, buraya da nağd və ya nağdsız şəkildə edilmiş ödənişlər, avanslar və s. daxildir. Vergitutma məqsədləri üçün eyni məbləğin həm POS-terminala, həm də nəzarət-kassa aparatına daxil edilməsi halı nəzərə alınaraq bu əməliyyatlara bir əməliyyat kimi baxılmalı və bəyannamə tərtib edilərkən əməliyyatların biri nəzərə alınmalıdır.

Təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri nağdsız qaydada POS-terminal vasitəsilə ödənilərkən həmin məbləğin NKA-ya mədaxil edilməməsinə görə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.7-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq edilir.

Bax: Vergi Məcəlləsinin 16.1.9-cu16.1.11-1-ci58.7-ci və 173.2-ci maddələri, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının 1995-ci il 19 sentyabr tarixli 1113 nömrəli Qanununun 7-ci və 17-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4-cü bəndi.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

700 manat məvaciblə Maliyyəçi tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

MaliyyəçiVəzifə: Maliyyəçi

İşəgötürən: AGA Group of Companies

İş barədə məlumat

– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Bank, kassa əməliyyatlarının uçotu
– Borcların ödənilməsinə dair hesabatların hazırlanması
– Maliyyə təhlilinin aparılması
– Qısa və Uzun müddətli borclara nəzarət
– Konvertasiyaların vaxtında düzgün təhlili
– Banklarla mütəmadi danışıqlar aparmaq
– Müdiriyyət tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi
– AR-nın Əmək Məcəlləsinə uyğun sənədləşmə
– İş vaxtı: Bazar ertəsi-Cümə (09:00-dan 18:00-dək), Şənbə günləri (09:00-dan 13:00-dək)

Namizədə tələblər

– Yaş: 25-35 (xanım namizədlər)
– Ali təhsil (maliyyə, iqtisadi)
– Azərbaycan dilində mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilmək
– Microsoft Office proqramlarını, əsasən də Excell proqramını yaxşı səviyyədə bilmək (1C 8,3 proqramını bilənlərə üstünlük verilir)
– Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Namizədin kollektivlə işləmək bacarığı və nizam-intizam qaydalarına hörmətlə yanaşmağı və ünsiyyət qura bilmə bacarığı

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu ölkə kriptovalyutaların satışından 18%-lik ƏDV tutulmasını planlaşdırır

posted in: Vergi, Xəbər | 0

kriptovalyutaHindistan kriptovalyutaların satışından 18%-lik ƏDV tutulmasını planlaşdırır


Hindistanda bitkoin və digər kriptovalyutalar ilə aparılan ticarət əməliyyatları üçün 18% dərəcəsi ilə əlavə dəyər vergisinin turulması ətrafında müzakirələr aparılır. Nəzərdə tutulan yanaşmaya əsasən, rəqəmsal valyutaların hamısı proqram təminatına uyğun olaraq qeyri-maddi aktiv kimi qiymətləndirilməlidir. İndiki halda daha çox mübahisə doğuran  məqam kriptovalyutalar ilə bağlı müvafiq hüquqi əsaslandırmanın olmamasıdır. Hazırda ölkənin Mərkəzi Bankı banklara kriptovalyutalar ilə əməliyyat aparmağı qadağan etmişdir və bu qərar məhkəmə təhqiqatının aparılmasına səbəb olmuşdur. Hələlik qüvvədə olan tələblərə görə, banklar kriptovalyutalar ilə əməliyyatları iyunun sonuna qədər dayandırmalıdır.

Bundan əlavə, Hindistan hökümətində rəqəmsal valyutaya fərqli münasibətlər var. Hökümətin iqtisadi qanadı kriptovalyutaların dövriyyəsinin tənzimlənməsinə tərəfdar olduğu halda, istintaq orqanları bunun ümumiyyətlə qadağan edilməsinə üstünlük verirlər. Hökümətin nümayiş etdirdiyi əsas mövqe isə bundan ibarətdir ki, keçən ilin iyulun 1-dən qüvvəyə minmiş ƏDV haqqında qanunun keçmiş tarixlə kriptovalyutalara tətbiqinin mümkünlüyü məsələsi ciddi araşdırılmalıdır. Kriptovalyuta əməliyyatları ilə yanaşı, mayninqin də vergitutma obyekti kimi qəbul ediməsi müzakirə obyektidir. Mayninq öz mahiyyətinə görə gəlir yaradan və tranzaksiyalar üçün yığımları əhatə edən xidmət kimi götürülür. Hindistanda irimiqyaslı mayninqlə məşğul olan fiziki şəxslərin ƏDV ödəyicisi kimi qeydiyyata alınacaqları gözlənilir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Peşəkar mühasiblərin reyestrini bu dövlət orqanı hazırlayacaq

posted in: Xəbər | 0

mühasiblərin reyestriMühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü maddəsinə əsasən , peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

Fərmanın 2.3-cü maddəsinin tam məzmunu aşağıdakı kimidir:

Maddə 2.3. Həmin Qanunun 1.2-ci, 2.1.22-ci maddələrində, 3.2-ci maddəsinin ikinci cümləsində, 4.2-ci, 4.3-cü maddələrində, 4.3-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 4.3-2-ci, 4.4-cü, 5.2-ci (büdcə təşkilatlarına münasibətdə), 8.1-1-ci, 9.1.1-ci maddələrində, 10.1.1-ci maddəsinin ikinci cümləsində, 12.2-ci, 12.6-cı (ikinci halda), 12-1.8-ci, 14.1-ci, 14.1-1-ci, 14.4-1-ci və 14-1.1-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

Fərmanda qeyd edilən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun 14-1.1-ci maddəsi aşağıdakı məzmundadır:

14-1.1. Peşəkar mühasib sertifikatının verilməsi məqsədi ilə imtahanların keçirilməsi və sertifikatların verilməsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Həmçinin oxuyun:

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.