Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasibMühasib tələb olunur.


Vəzifə: Mühasib 
İşəgötürən: AAC MMC

AAC MMC Qafqazda Məsaməli Beton Blokları istehsal edən ilk və yeganə müəssisədir. Bundan əlavə müəssisə yüksək keyfiyyətli əhəng istehsalı ilə də məşğuldur.

Vəzifənin təfərrüatı

Şöbə: Maliyyə departamentinin mühasibatlıq şöbəsi

İş vaxtı: Tam iş vaxtı

Əsas öhdəlik və vəzifələr

• Bank köçürmələrinin və digər bank əməliyyatlarının qoyulmuş vaxt çərçivəsində düzgün hazırlanmasını yoxlamaq;
• ƏDV hesabatının hazırlanmasına köməklik etmək;
• Təchizatçı hesabatlarının üzləşdirilməsini aparmaq;
• Artım və ödənişlərin hesabatlarını hazırlamaq; Normativ və Beynəlxalq standartlara uyğun şəkildə tanınmasını təmin etmək;
• Ödəmə Mənbəyindən Vergi hesabatının hazırlanması;
• Mühasibat işçilərinə gündəlik işlərində kömək etmək
• Özünü və ətrafdakı insanları təhlükəsiz bir iş mühiti ilə təmin etmək üçün şirkətin təhlükəsizlik qaydaları və nizamnamələri ilə tam xəbərdar olmaq və onlara ciddi əməl etmək.
• Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək

Tələblər olunan keyfiyyətlər

• Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi;
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik
• Mühasibatlıq üzrə 2 il iş təcrübəsi;
• Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 və 7.7 konfiqurasiyalarında işləmə bacarığı
• Yaxşı Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
• Əla ünsiyyət, planlaşdırma və təşkilatçılıq, problemlərin həlli bacarıqları;
• Təşəbbüskarlıq, komanda yönümlülük, şirkətə sadiqlik;
• Maliyyə təhlili və mühasibat uçotu anlayışları;
• Bank qanunu və satınalma prosesi üzrə qabaqcıl biliklər;
• Vergi qanunu ilə tanışlıq; vergi prosedurları; illik audit və hesabat prosedurları bilikləri.
• İstehsalat sahəsi üzrə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dək
• Şirkət hesabına nahar.

Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 160 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin naharla təmin edir.

• Əmək haqqı müsahibə əsasında razılaşdırılır

CV-lərin son qəbul tarixi 15 İyun 2018-ci il

E-mail: 

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq

posted in: Xəbər | 0

biznesAzərbaycanda kiçik və orta biznes evləri yaradılacaq.


Bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu biznes evləri dövlət orqanları ilə sahibkarlar arasında körpü rolunu oynayacaq. Yeni yaradılan biznes evləri biznes mühitində “ASAN xidmət” modeli kimi olacaq, sahibkarlar və dövlət orqanları üçün “bir pəncərə” sistemi kimi fəaliyyət göstərəcək.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi yükünün azaldılacağı ilə bağlı ekspert rəyi

posted in: Vergi, Xəbər | 0

vergiVergilər Naziri əmək haqqlarına tətbiq edilən vergi yükünün azaldılacağını anons edib. Bildirib ki, “İndi müzakirə olunan vahid vergi yükünün həcmləri hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, aşağıdır. İnanırıq ki, belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əmək haqların real şəkildə əks etdirilməsinə xidmət etməli, bu işə öz töhfəsini verməlidir”.

Dəyişkliklərin hansı müstəvidə aparılacağı yenədə qeyri-müəyyəndir. Vahid vergi dedikdə nə başa düşülür? Məcəlləyə görə vergi onsuzda vahiddir, yəni ancaq gəlir vergisidir (gəlirin həcmindən asılı olaraq vergi yükü dəyişir). Bəlkə burda vahid dərəcə tətbiq etmək istəyirlər? Digər tərəfdən sahibkarları narahat edən gəlir vergisi yox, daha çox sosial sığorta ayırmalarının həcmidir. Bütün neqativ halların səbəbi məhz onun hüksək olması ilə əlaqəlidir. Bu hazırda vergi yox (mahiyyətcə eynidir) məcburi ayırmalar sayılır. Gəlir vergisi və sosial sığorta ayırmaları birlikdə mahiyyətcə elə “vahid vergi yükü” yaradırlar. Yəni məsələyə bu müstəvidə yanaşacaqlar?

Müəllif: Rəşad Əliyev

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi qanunvericiliyində ediləcək dəyişikliklər açıqlanıb

posted in: Vergi, Xəbər | 0

vergi

Bu il vergi qanunvericiliyində dəyişikliklərlə bağlı bir sıra təkliflər təqdim olunacaq.

Bunu mayın 25-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr edilmiş konfransda vergilər naziri Mikayıl Cabbarov bildirib.

Konfransda çıxış edən nazir vergi sistemində aparılan islahatlar və vergi qanunvericiliyində gözlənilən dəyişikliklərlə bağlı bir sıra açıqlamalar verib. M.Cabbarov qeyd edib ki, mikro və kiçik sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması nəzərdə tutulur. Vergi dəyişiklikləri paketində digər mühüm məsələ isə dövlət başçısının tapşırığı ilə vergi yükünün azaldılmasına və işçilərin əməkhaqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən islahatdır. Müzakirə olunan vahid vergi yükünün həcmi hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, yəni aşağıdır. Belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əməkhaqlarının uçotda real şəkildə əks etdirilməsinə, işçilərin hüquqlarının müdafiə olunmasına xidmət edəcək, bu işə öz töhfəsini verəcək.

Vergi qanunvericiliyinə ediləcək digər dəyişikliklər vergi uçotunun bərpası və şəffaflaşdırılması, həmçinin vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi ilə bağlıdır. Nazir vurğulayıb ki, vicdanlı vergiödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Vicdanlı vergiödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, bütün vasitələrlə onun qarşısını almaqdır. Vergi güzəştləri və azadolmalarla bağlı hər konkret hal üçün fərdi yanaşma metodu tətbiq edilməlidir. Vergi güzəştləri xüsusi əhəmiyyət kəsb edən sahələr üçün lazımdır. Məsələn, kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələr pozitiv dəyərləndirilir. Lakin şüurlu sürətdə vergidən yayınan sahibkara vergidə güzəşt edilməsi məqbul sayıla bilməz.

Vergilər naziri 2018-ci ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə səyyar vergi yoxlamalarının sayının 40 faiz azaldığını da qeyd edib.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.