400 manat məvaciblə mühasib köməkçisi axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasib400 manat məvaciblə mühasib köməkçisi axtarılır


İşəgötürən: “SAMİRAMİS” firması.

Əmək  haqqı: 250-400  AZN

Namizədə tələblər:

– Ali iqtisad təhsilli ;
– Microsoft Excel ;
– “Microsoft  office”  proqramlarını, İngilis, Rus dillərini bilənlərə üstünlük verilir.
– Mühasibatlıq üzrə iş təcrübəsi –  2 ildən artıq.

– Yaş: 20 – 40.
– Məsuliyyətli.
– Bank  və  kassa  əməliyyatlarını  bilməli.

İş qrafiki:

– Həftədə 5 gün.
– Saat: 10.00 – 19.00
– İş yeri şəhərin  mərkəzindədir.
– Əmək məcəlləsinə uyğun sənədləşmə.

Yuxarıda qeyd  olunan  tələblərə  uyğun  gələn  namizədlərdən  mövzu yerində  “ mühasib köməkçisi ” qeyd  edərək  öz  CV-lərini   mükəmməl   şəkildə     email  ünvanına  göndərməyiniz  xahiş  olunur.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Son 15 ildə Azərbaycanda sahibkar sayı 5 dəfə artıb

posted in: Xəbər | 0

sahibkarSon 15 ildə Azərbaycanda sahibkarlar sayı 5 dəfə artıb


“Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Bu müddət ərzində sahibkar sayında da artım müşahidə edilib.”.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

“Sahibkarlıqla məşğul olan hüquqi şəxslərin sayı iki dəfə, fiziki şəxslərin sayı isə 5 dəfə artıb. Bu dövrdə 90 mindən çox müəssisə yaradılıb. Qeyri-neft sektorunda 2017-ci ildə 2,7 dəfə, 2018-ci ildə isə 2,8% artım olub. Aqrar sektorda 2017-2018-ci ildə artım 4% olub. Bu il Sahibkarlara Kömək Milli Fondu tərəfindən 170 milyon manat kredit verilməsi nəzərdə tutulur. Artıq bu kreditin 70 milyon manatı verilib”,- deyə Ş.Mustafayev vurğulayıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək haqqı üzrə vergilər azaldılacaq

posted in: Vergi, Xəbər | 0

əmək haqqıƏmək haqqı üzrə vergilər azaldılacaq


“Vergilər Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə işçilərin əmək haqqı üzrə vergilərin azaldılması ilə bağlı müzakirələr aparır”.

Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

“Əmək haqları üzrə vahid vergi yükünün müəyyənləşdirilməsi təklif edilir. Bu, hazırda maaşlardan tutulan vergilərin əhəmiyyətli dərəcədə azalması deməkdir”, – o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, Azərbaycanda kiçik və orta sahibkarların da vergi yükünün nəzərəçarpacaq dərəcədə azaldılması nəzərdə tutulub: “Bununla bağlı dövlət büdcəsi paketinə bir sıra dəyişikliklər edilə bilər. Vergi uçotunun bərpası da təklif edilən dəyişikliklərdən biridir”.

Nazir həmçinin vurğulayıb ki, vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi də təklif edilir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Səhiyyə Nazirliyinin bölməsi Vergilər Nazirliyinin departamentini məhkəməyə verib

posted in: Vergi, Xəbər | 0
məhkəməAzərbaycan Səhiyyə Nazirliyinin “Bakı şəhər Dezinfeksiya stansiyasının Səbail rayonlararası bölməsi” MMC Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC vergi borclarının və faizlərin ümidsiz borc kimi silinməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan Vergilər Nazirliyi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə qərarı dəyişdirmədən saxlayıb.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.