Bakı şəhər statistika idarəsinə yeni rəis təyin edilib

posted in: Xəbər | 0

statistikaBakı şəhər statistika idarəsinə yeni rəis təyin edilib.


Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi dəyişib.

İndiyə qədər idarənin rəis olan Heydər Qafarov rəis müavini vəzifəsinə keçirilib, onun yerinə Komitənin aparat rəhbərinin müavini Xosrov Əbdürrəhmanov gətirilib.

Aparat rəhbərinin müavini vəzifəsi isə Zaur Əliyevə həvalə edilib. O, bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini olub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mikro və kiçik biznes üçün vergi yükü azaldılacaq

posted in: Vergi, Xəbər | 0
vergi yüküAzərbaycanda mikro və kiçik sahibkarlıq nümayəndələri üçün vergi yükü azaldılacaq.

Bunu Sahibkarlar gününə həsr olunmuş konfrans zamanı Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri şərh edən vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu istiqamətdə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə geniş miqyaslı iş aparılır.

Mənbə: trend.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gömrük rüsumunun məbləği əvvəlcədən SMS-lə bildiriləcək

posted in: Xəbər | 0

rüsumGömrük rüsumunun məbləği əvvəlcədən SMS-lə bildiriləcək


“Dövlət Gömrük Komitəsində (DGK) vahid SMS-məlumatlandırma sistemi yaradılacaq. Sahibkarın məhsulu sərhəd-keçid məntəqəsinə çatarkən, ona ödəyəcəyi gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək”.

Bunu DGK-nın sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu, idxalla məşğul olan sahibkarların işini asanlaşdıracaq.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Çeklər üzrə hesablaşma barədə bilmədiklərimiz

posted in: Məqalə, Xəbər | 0

çekEtibarnamə üzrə imzalanmış çeklər praktik istifadə üçün ən maraqlı olanlardır.

Təşkilat öz işçisini başqa şəhərə göndərə və lazım olan malların alınması üçün ona yerində qərar qəbul etməkdən ötrü hüquq verə bilər. Həmin əməkdaşın operativ şəkildə  alınan mallara görə ödəmə etməsi üçün təşkilat ona müəyyən limitdə bir çek dəftəri və çekləri imzalamaq üçün etibarnamə verir.  Amma, satıcının təşkilatı üçün aldığı çeklər müəyyən risk də daşıya bilər: həmin çeklərin saxta olması da istisna deyil.

Satan təşkilat üçün daha bir risk də vardır, misal üçün, ola bilər ki, malı alan  təşkilatın verdiyi çek kitabçasında limit artıq başa çatıb. Əgər çek kitabçasında artıq cırılmış çeklərin kötükləri  varsa, bu da istisna olunmur. Limitin həcmi kitabçanın özündə, indiyədək ödənilmiş çekər üzrə məbləğlər isə çeklərin kötüyündə göstərilir, hansılar ki, artıq istifadə olunub. Çeki qəbul edən satıcı, bu zaman çek kitabçasındakı limitin qalığı ilə bağlı məlumatı yoxlaya bilər və bunu hökmən etməlidir.

Çek kitabçasında istifadə olunmuş çeklərin kötüyünü bundan əvvəl mal satan satıcılar da yoxlamalıdırlar.

Onu da deməliyik ki, onlar bunu hələ mal satılan zaman etməliydilər, çünki çek kitabçasında yazılan ümumi məbləğlə çekin özündə yazılmış məbləğin həcmi ilə bağlı məlumatın dəqiqliyini yoxlamaq bir növ onların borcudur. Bu, saxtakarlıqların qarşısını vaxtında önləməyə imkan yaradır.

Lakin, çek saxlayanların bəzisi nəinki bunu yoxlamırlar, hətta heç bu haqda düşünmürlər də.  Bəziləri isə heç kötüyün doldurulmasını gözləmədən çeki almaqla işlərini bitmiş hesab edirlər.

O səbəbdən yeni işgüzar partnyordan çeklərin qəbulu zamanı satıcı təşkilat əlavə təhlükəsizlik tədbirləri görməyə borcludur. Bununla əlaqəli potensial çek saxlayan öz bankı ilə məsləhətləşə və həmin çekin həqiqiliyinin yoxlanılmasını belə xahiş edə bilər.

Çeklər vasitəsilə hesablaşma, xüsusilə iri məbləğdə alış-satış zamanı çox rahat bir ödəniş növüdür. Bunun ən yaxın alternativi isə na]d hesablaşmadır. Belədə işçini başqa şəhərə çemodan dolu pul ilə göndərmək lazımdır ki, bu da həm təşkilatın özü, həm də həmin işçinin özü üçün böyük riskdir. Limitli çek kitabçasının yolda itirilməsi də bəzi xoşagəlməzliklərlə müşaiyət olunacaq və istənilən digər bir ciddi hesababtlılıq kimi, bu da arzuolunmaz bir itkidir. Lakin, çek kitabçasının itirilməsi zamanı limitli çek kitabçası verən təşkilat öz pullarını qoruyub saxlaya bilir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.