Bu il e-qaimə fakturalar üzrə 14,1 milyon manatlıq əməliyyat aparılıb

posted in: Vergi, Xəbər | 0
e qaiməVergilər Nazirliyi: “Bu il e-qaimə-fakturalar üzrə 14,1 mln. manatlıq əməliyyat aparılıb”

“2018-ci ilin may ayına olan məlumata əsasən, cari ilin ötən dövrü ərzində e-qaimə-fakturaların sayı ümumilikdə 2 milyon 651 min 795 ədəd olub”.

Bunu Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin əməkdaşı Emil Əzizli deyib.

E.Əzizlinin sözlərinə görə, e-qaimə-fakturaların əksəriyyəti Bakı şəhəri ərazisinin payına düşür:

“Bu e-qaimə-fakturalardan 2 milyon 421 min 745 ədədi (91,32%) Bakı şəhəri, 230 min 050-si (8,68%) isə ərazilərin payına düşür. Təqdim olunan e-qaimə-fakturalar üzrə əməliyyatların məbləği 14,1 mln. manat olub”.

Bu hər e-qaimə-faktura üzrə ortalama 5,32 manatlıq əməliyyat aparılması deməkdir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

4 xarici şirkət Azərbaycandan getdi

posted in: Xəbər | 0

 şirkətin filialı

4 xarici şirkətin Azərbaycan Respublikasındakı filialı ləğv olundu.
  • “BİT CASPİAN SERVİCES LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1303474161) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 117 ünvanına bildirə bilərlər.
  • “MTU Motor Turbin Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1701695631) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.
  • “ABB AS” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 9900070471)  ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A, Landmark Ofis Plaza, 12-ci mərtəbə ünvanına bildirə bilərlər.
  • “VVİPSON CAPİTAL MANAGEMENT UK LİMİTED ŞİRKƏTİ”nin şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1402534591) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 51, mənzil 2 ünvanına bildirə bilərlər.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nizamnamə kapitalı 3 milyon manat olan MMC yaradılıb

posted in: Vergi, Xəbər | 0
mmcVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 3 milyon manat olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “ATENA EKSPORT” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 1504003451

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ1052, Bakı ş., Nərimanov rayonu, Əhməd Rəcəbli ev 25D.

Nizamnamə kapitalı: 3000000 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: Qasımova Nailə Əsgər qızı

Dövlət qeydiyyatına alındığı tarix: 12 aprel 2018

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edildi

posted in: Xəbər | 0

Dövlət qulluğu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513, № 11, maddə 1974, № 12 (I kitab), maddə 2192; Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 967-VQD və 968-VQD nömrəli, 2018-ci il 6 mart tarixli 1025-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 29.2-ci maddənin üçüncü hissəsinə “dövlət orqanında” sözlərindən sonra “(bu maddənin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçusu isə digər müvafiq icra hakimiyyəti orqanında)” sözləri əlavə edilsin.

2. 29.3-cü maddənin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.