Büdcə barədə maraqlı lətifələr

posted in: Məqalə, Xəbər | 0

büdcəRusiya prezidentini indi niyə  6 il müddətinə seçirlər?!

– Sadəcə Rusiya büdcəsi dörd ildən bir Putinin andiçməsinə dözmək iqtidarında deyil… O səbəbdən.


Toydan sonra bəy gəlinə etiraf edir:

– Əzizim, bağışla, mən iki uşağa görə aliment ödəyirəm…

Qorxulu heç nə yoxdur əzizim, bundan büdcəmiz ziyan çəkməyəcək:

– Mən də iki uşağa görə keçmiş ərimdən aliment alıram!

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nizamnamə kapitalı 200.000 manat olan MMC yaradıldı

posted in: Vergi, Xəbər | 0
mmcVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 200.000 manat olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “Smart Retail Sistem” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 1504009831

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ1008, Bakı şəh., Nərimanov r., Əliəşrəf Əlizadə ev 120, m 1.

Nizamnamə kapitalı: 200.000 manat

Maliyyə ili: 01 Yanvar- 31 Dekabr

Qanuni təmsilçi: Abdullayev Seymur Azad oğlu

Dövlət qeydiyyatına alındığı tarix: 17 aoprel 2018-ci il

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Naxçıvanın vergi ödəyicilərində qanunvericiliyin pozulması faktları aşkarlanıb

posted in: Vergi, Xəbər | 0

vergiBu ilin 4 ayı ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair bu kimi operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 31 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.

Həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı 3 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 2 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.

Operativ vergi nəzarəti tədbirləri zamanı 12 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 2 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı, 1 şəxsdə isə malların Vergi Məcəlləsi ilə tənzimlənən qaimə-faktura və ya elektron qaimə-faktura əsasında alınmaması müəyyən edilib. Əlavə olaraq keçirilən nəzarət tədbirləri zamanı 11 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Aparılan operativ vergi nəzarəti işləri zamanı tərtib edilmiş 2150 manat inzibati cərimə və maliyyə sanksiyası məbləğlərinin büdcəyə ödənilməsi təmin edilib. 2018-ci ilin qeyd olunan dövrlərində vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 7 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb və müşahidələr zamanı müşahidəyədək olan dövriyyələr ilə müqayisədə 9 min 837 manat dövriyyə artımına nail olunub. Bu da hər bir obyekt üzrə orta hesabla ay ərzində 28 manata yaxın vergi məbləğinin əlavə olaraq büdcəyə ödənilməsi deməkdir.

Operativ vergi nəzarəti tədbirləri mütəmadi olaraq cari ilin qarşıdakı dövrlərində də davam etdiriləcək. Qeyd olunan dövr ərzində Vergilər Nazirliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədbirlər planına əsasən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməsi, əməkhaqlarının real göstərilməsi ilə bağlı tikinti, ticarət, iaşə və digər xidmət obyektlərində araşdırmaların aparılması mütəmadi olaraq davam etdirilib. Belə ki, 2018-ci ilin 4 ayı ərzində 44 işəgötürəndə aparılmış araşdırmalar zamanı 36 yeni əmək müqaviləsinin bağlanması və 219 əmək müqaviləsində isə əməkhaqlarının real əməkhaqları səviyyəsində göstərilməsinə nail olunub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gələn aydan dövriyyəyə 200 manatlıq əskinas buraxılacaq

posted in: Xəbər | 0

manatMərkəzi Bankda ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, milli valyuta dövlət müstəqilliyinin əsas atributlarından biridir: “Bu baxımdan, 1992-ci ildə Azərbaycan manatının dövriyyəyə buraxılması mühüm hadisə idi. Lakin dövriyyəyə buraxıldığı ilk illərdə manat ölkədə yeganə ödəniş vasitəsi deyildi. Məhz ümummilli lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli müvafiq fərmanı ilə manatın respublika ərazisində yeganə ödəniş vasitəsi olması təsbit edildi və ölkə rubl zonasından tamamilə çıxdı. Manatın yeganə ödəniş vasitəsi olması 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə bir daha öz təsdiqini tapdı”.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən manatın denominasiyası həyata keçirilib və tədavülə yeni nəsil pul nişanları buraxılıb. “Vahid ailə” konsepsiyası əsasında hazırlanmış yeni nəsil kağız və metal pul nişanları Azərbaycanın bütün sahələrdə müstəqilliyini, ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini, müstəqillik illərində dinamik inkişafını özündə əks etdirib. 12 il müddət keçməsinə baxmayaraq, milli pul nişanları estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə görə öz aktuallığını qoruyur. Azərbaycan Mərkəzi Bankı nağd pul sferasında müasir çağırışları nəzərə alaraq pul nişanlarımızın mühafizə sistemlərinin müasirləşməsini daim diqqət mərkəzində saxlayır. Son dekadada ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib. Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ-ın “Crane Currency” şirkəti tərəfindən təqdim olunan dizayn qalib seçilib. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub.

E.Rüstəmov bildirib ki, bu gün Mərkəzi Bank mövzusu müstəqil Azərbaycanın memarı ümummilli liderin xatirəsinə inşa edilmiş “Heydər Əliyev Mərkəzi” olan 200 manatlıq kağız pul nişanını tədavülə tədqim edir: “Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elemetləri, digər milli ornamentlər əks olunub”.

Sonra E.Rüstəmov ümummilli lider Heydər Əliyevin 95 illikyubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib. Vurğulayıb ki, Heydər Əliyevin və Azərbaycanın Xalq Cümhuriyyətinin yubileyləri arasında rəmzi əlaqə var: “Azərbaycanın son 100 illik inkişafının uzun bir dövrü məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli lider Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi birinci dövrdən başlayaraq onun iqtisadi müstəqilliyinin güclü təməlləri yaradılıb. 90-cı illərin əvvəlində Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükələrin yarandığı şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn ümummilli lider qısa müddətdə milli həmrəyliyi bərpa edib, dövlətçiliyin möhkəmləndirilməsi və bazar iqtisadiyyatı istiqamətində radikal islahatlara başlayıb. İqtisadi sahədə əsas prioritet olan makroiqtisadi sabitlik bərpa edilib. Ölkədə iqtisadi idarəetmə mexanizmi yenidən qurulub, yeni institutlar formalaşıb. Görülən irimiqyaslı tədbirlər nəticəsində ölkədə qısa müddətdə iqtisadi artım bərpa olunub və əhalinin həyat səviyyəsi yüksəlməyə başlayıb. Bu dövrdə radikal islahatlardan əlavə ölkənin uzunmüddətli inkişafı üçün həm də güclü bir maliyyə təkanı lazım idi. Mürəkkəb tarixi şəraitdə ulu öndərin atdığı ən böyük addımlardan biri neft strategiyası çərçivəsində “Əsrin müqaviləsi”nin imzalanması olub. Neft strategiyası ölkənin gələcək inkişafında həlledici amilə çevrilib. Ümummilli liderin hakimiyyətə qayıdışı maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi olub. Qəbul olunmuş proqramlar əsasında bank sistemi sağlamlaşdırılıb, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlanıb, özəl bankların sayı optimallaşdırılıb”.

E.Rüstəmov qeyd edib ki, ulu öndərin titanik zəhməti ilə yaradılmış iqtisadi potensial əsasında onun layiqli davamçısı İlham Əliyev “qızıl inkişaf dekadası”na nail oldu. 2003-ci ildən başlayaraq həyata keçirilən “təqibedici” artım doktrinası sayəsində milli iqtisadiyyatın həcmi 3.3 dəfə artıb. Sürətli artım sayəsində əhalinin həyat səviyyəsi əhəmiyyətli yüksəlib, yoxsulluq cəmi bir dekadada 9 dəfə azalıb. Strateji valyuta ehtiyatları 27 dəfə artaraq 44 mlrd. dollara çatıb. Təsadüfi deyil ki, Qlobal rəqabətlik hesabatına görə Azərbaycan MDB-nin ən rəqabətli ölkəsidir.

E.Rüstəmov bildirib ki, müstəqil siyasətə və əsaslı islahatlar kursuna son prezident seçkilərində “HƏ” deyən xalq İlham Əliyevə növbəti etimad mandatı verib: “Heç şübhəsiz, öz taleyinin sahibi olan xalq Liderin rəhbərliyi altında bütün hədəflərə çatacaq”.

O diqqətə çatdırıb ki, Heydər Əliyevin 95 illik yubileyi ölkə miqyasında layiqincə keçirilməkdədir: “Mərkəzi Bank da ümummilli liderin adının əbədiləşdirilməsini daim diqqətdə saxlayır. Ümummilli liderə həsr olunmuş xatirə pul nişanlarının buraxılması artıq xoş ənənə halını alıb. Ulu öndərin anadan olmasının 80, 85 və 90 illik yubileyləri münasibətilə Mərkəzi Bank tərəfindən müxtəlif qiymətli metallardan hazırlanmış silsilə yubiley pul nişanları tədavülə buraxılıb. Bu pul nişanları ölkə ictimaiyyəti, yerli və xarici numizmatlar tərəfindən yüksək maraqla qarşılanıb. Bu gün də Mərkəzi Bank bir daha qürur hissi ilə Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə pul nişanının tədavülə buraxılmasını elan edir. Xatirə pul nişanları çəkisi 1 troy unsiyası (31.1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir. Yubiley pul nişanının üzərində Azərbaycanın dövlət rəmzlərindən, eləcə də memarlıq, şəbəkə sənətində geniş yayılmış ornamentlərdən istifadə olunub. Pul nişanının ön hissəsində xüsusi relyefdə əks olunmuş dövlət bayrağının fonunda ulu öndərin qızıl və platindən hazırlanmış portreti əks etdirilib. Arxa hissəsində isə dövlət gerbi təsvir olunub”.

E.Rüstəmov eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib: “Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin layiqincə keçirilməsi və cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması haqqında müvafiq sərəncamlar imzalanıb. Bunlar dövlət səviyyəsində tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümüdür. Azərbaycan Mərkəzi Bankı da bu əlamətdar tarixin əbədiləşdirilməsi məqsədilə Cümhuriyyətin yaradılmasının 100 ilik yübileyinə hər olunmuş xatirə pul nişanlarını tədavülə buraxır. Xatirə pul nişanları çəkisi 1 , ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir. Yubiley pul nişanının ön hissəsində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və onun üzərində dövlət himnimizdən bir parça, dövlət bayrağının qrafiki dizaynı təsvir etdirilib. Cümhuriyyətin yarandığı tarix, istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər təsvir olunub. Yubiley pul nişanının arxa hissəsində dövlət gerbi, aypara ilə səkkizguşəli ulduz və şəbəkə sənətində geniş yayılmış ornamentlər əks olunub. Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib”.

E.Rüstəmov pul nişanlarının dünya numizmatlarının kollek­siya­larında xüsusi yer tutacağına əminliyini ifadə edib. O, çıxışının sonunda bir daha qeyd edib ki,bHeydər Əliyev dövlətçilik məktəbi bundan sonra da müstəqil Azərbaycanın onilliklər boyu tərəqqi etməsində ideoloji nüvə olaraq qalacaq. Bu irsin layiqli davamçısı Prezident İlham Əliyev öz modernist baxışı ilə Azərbaycanı bundan sonra da parlaq gələcəyə doğru uğurla aparacaq.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.