Elektron qaydada ödənilən vəsaitdən ƏDV-nin tutulması

posted in: Vergi, Xəbər | 0
ƏDVXaricdə təhsil alan tələbənin yataqxana xərcləri ilə bağlı elektron qaydada ödənilən vəsaitdən bank tərəfindən ƏDV tutulmalıdırmı?

«Elektron ticarət haqqında» Azərbaycan Respublikasının 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən, informasiya sistemlərindən istifadə edilməklə malların alğı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən internet vasitəsilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət hesab olunur.

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində həmin Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), XI fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Qeyd olunanlara əsasən:

Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən tələbə yataqxanasının xərclərinin elektron şəkildə ödənilməsi elektron ticarət qaydasında həyata keçirilən iş və xidmətlər hesab edilmir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Mənbə: vegiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Big Four” şirkətlərindən birində audit üzrə təcrübə proqramı

posted in: Audit, İş elanı, Xəbər | 1

auditVəzifə: Audit üzrə təcrübəçi

Şəhər: Bakı

İş qrafiki: Tam iş günü

Müqavilə forması: Daimi

KPMG Azərbaycan 2018-2019 maliyyə ili üçün Audit üzrə təcrübə proqramı elan edir.

Ümumi olaraq sizin rolunuz aşağıdakılardan ibarət olacaq:
  • Proaktiv olaraq, audit komandasının tərkib hissəsi olmaq, müştəri maliyyə qrupları və geniş bizneslə yaxşı əlaqə yaratmaq və münasibətləri inkişaf etdirmək;
  • Qeyri-əhəmiyyətli audit sahələrində maddi və nəzarət prosedurlarının miksturasını həyata keçirməkdə komandanın daha yüksək səviyyəli üzvlərinə yardım etmək;
  • Müştərilərin əlaqələri ilə görüşlər üçün hazırlıqda komandanın daha üst səviyyəli üzvlərinə kömək etmək;
  • Müştərilərə və digər tərəflərə çatdırılacaq hesabatların hazırlanmasında komandanın daha üst səviyyəli üzvlərinə kömək etmək;
  • Audit prosesində texnologiya və məlumat analitiklərini yerləşdirmək.
Tələb olunan əsas bacarıqlar:
  • Kooperativ şəkildə işləmək və pozitiv, konstruktiv biznes münasibətləri yaratmağı bacarmaq;
  • Yüksək keyfiyyətli və dəqiq iş görmək üçün məsuliyyət daşıyır;
  • Motivasiyalı olmaq və müqavilələrin / layihələrin effektiv çatdırılmasını təmin etmək üçün öz iş yükünü təşkil edir;
  • Davamlı inkişaf üçün çalışır;
  • Məlumatların istifadəsini əhatə edən biznes marağının olması;
  • Necə düşündüyünüz, problemi həll etmə və vəzifələrə yanaşmada dəyişiklik və texnoloji inkişafa hazır olmaq.
Ümumi qayda olaraq, aşağıdakı tələblərə cavab verməyiniz gözlənilir:
  • Xüsusi olaraq Mühasibat, İqtisadiyyat, Maliyyə sahəsindən məzun olmuş və ya sonuncu kurs tələbələri;
  • Mühasibat və audit sahəsinə marağın və baza biliyin olması;
  • Yazılı və şifahı olaraq yaxşı səviyyədə Azərbaycan və İngilis dili biliklərinin olması (İngilis dili səviyyəsi – upper-intermediate)
  • Yaxşı təhlil etmək bacarığı;
  • Detallara diqqətlə yanaşma;
  • Çox vəzifələrlə uzun müddətli işləmək qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı;
  • Audit sahəsində peşəkar olaraq öyrənmək və inkişaf etdirmək istəyi;
  • Kompüter biliklərinin olması (MS Word, MS Excel, MS PowerPoint)
  • Full-time işləmək imkanı.
Biz nə təklif edirik?
  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Çox növlü təlim və inkişaf proqramları;
  • Qabaqcıl Azərbaycan və çoxmillətli şirkətlər üçün kompleks audit layihələri üzrə təcrübəli qrupun bir hissəsi kimi işləmək;
  • Əla peşəkar komanda və dostluq mühiti;
  • Bakı şəhərində yüksək səviyyəli rahat ofis;
  • Sağlamlıq və həyat sığortası

Başlama tarixi: 1 oktyabr 2018-ci il

Müraciət üçün bu linkə daxil olaraq “Audit Intern” bölməsini seçin.

Qeyd: Yazı ingilis dilindən tərcümə olunmuşdur.

Mənbə: kpmg.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İllik əmək haqqı üzrə ölkələrin reytinqi

posted in: Məqalə, Xəbər | 0

İllik əməkhaqqı üzrə ölkələrin reytinqi

Ən yüksək maaşlar

İqtisadi əməkdaşlıq və inkişaf  təşkilatına (İƏİT) üzv ölkələr arasında orta illik əmək haqqına görə top-onluq belədir. (Məlumatlar ABŞ dolları ilə təqdim olunur):

Ölkə Orta illik əmək haqqı (ABŞ dolları ilə)
İsveçrə 91574
Norveç 81685
Lüksemburq 73153
Аvstraliya 73035
Danimarka 71944
İrlandiya 61863
Kanada 58263
İsveç 56691
Belçika 55968
ABŞ 55708

Siz bu siyahıda ən varlı ölkələr sırasından olan ölkələr arasında ən zəhmətsevər dövlətlərə rast gəldinizmi? Biz də tapa bilmədik!

1 iş saatına görə ən çox ödəniş edən ölkələrin reytinqi.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

400 manat əmək haqqı ilə mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0
Smart Report MMC mühasib üzrə vakansiya elan edir.mühasib
İş barədə məlumat

– Hüquqi və fiziki şəxslərin rüblük hesabatlarının tərtib edilməsi
– Cari mühasibatlıqla bağlı vətəndaşların müraciətlərinə baxılması, yerində xidmətin təşkili
– Zəruri sənədlərin toplanması, fayllaşdırılması
– Rəhbərliyə gündəlik hesabatların təqdim edilməsi
– İş günləri: həftənin 6 günü
– İş saatları: 10:00-dan 19:00-dək

Namizədə tələblər

– Hüquqi və fiziki şəxslərin vergi və digər hesabatlarının tərtib edilməsi üzrə təcrübəsi olmalı
– Elektron hesabat sistemlərindən tam məlumatlı olmalı
– Azərbaycan dilini mükəmməl bilməli
– Kompüter proqramlarında sərbəst işləməyi bacarmalı (Excel xüsusilə )
– Sənədlərlə işləyəməyi bacarmalı, diqqətli, məsuliyyətli, çevik və gülərüz olmalı

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.