Gilan Holding Mühasib axtarır
Vəzifə: Mühasib (Gilan Tekstil Parkı)
Kateqoriya: Yüngül Sənaye
İş növü: Tam iş günü (Full-time)
Tələb olunan iş təcrübəsi: 1 ildən 3 ilə qədər
İş yeri: Azərbaycan / Sumqayıt
Təhsil: Bakalavr
Tələb olunan ixtisas: Maliyyə
Öhdəliklər:
- “Gilan Tekstil Park” MMC-nin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət etmək;
- Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanması təmin etmək;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
- Hesabat-uçot işlərini müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparmaq;
- Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək;
- Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirmək.
Namizəddə tələblər:
- Ali iqtisadi təhsil;
- Mühasib kimi ən az 3 il iş təcrübəsi;
- Beynəlxalq mühasibatlıq bilikləri;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
- Vergi məktublarının cavablandırlması;
- MS Office proqramlarını (xüsusəndə Excel) yüksək səviyyədə bilmək;
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmaq;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Mal-materialların uçotunun aparılması və balansın çıxarılması bacarıqları.
Dillər:
Azərbaycan: Ana dili
İngilis: Orta səviyyədən yuxarı
Rus: Orta
İT bilikləri: MC office,ERP
Müraciət üçün bu linkə daxil olun.
Mənbə: gilanholding.com
2017-ci ildə Azərbaycanda korrupsiya ilə mübarizə çərçivəsində 10 gömrük orqanı əməkdaşı barədə sənədlər prokurorluq orqanlarına göndərilib.
Keçmiş mühasib 33 milyon rubl (908.000 manat) oğurluğuna görə mühakimə edilib.
Təhsil və Vergilər nazirlikləri arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilən görüşün məqsədi SABAH qrupu tələbələrinin Vergilər Nazirliyi və onun tabeliyində olan struktur bölmələrində işə qəbul qaydaları və prosedurları haqda məlumatlandırılmasıdır.