Vergi borcunu öyrənməyin 4 üsulu

posted in: Vergi, Xəbər | 0

vergi borcunu öyrənməkVergi borcunu öyrənməyin 4 sadə üsulu

1-ci üsul: Birbaşa internet saytdan

http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler&file=out&pid=79 ünvanından, VÖEN-nizi daxil edib vergi borcunuzu öyrənin.

2-ci üsul: Çağrı Mərkəzinə zəng etməklə

195 Çağrı Mərkəzinə zəng etdikdən sonra “1” düyməsini seçməklə Vergilər Nazirliyinə qoşulursunuz, sonra öz VÖEN nömrənizi yığaraq “#” düyməsini seçirsiz. Bundan sonra siz həmin tarixə olan vergi borcunuz barədə məlumat alacaqsınız.

3-cü üsul: İnternet vergi idarəsinə daxil olmaqla

Vergi ödəyicisi ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə  İnternet vergi idarəsinin (https://login.e-taxes.gov.az/login/) «E-bəyannamə, ƏDV-DH və ŞHV» bölməsinə daxil olur. Burada «Şəxsi Hesab Vərəqəsi» bölməsinə daxil olaraq «Məlumat axtar» alt-bölməsi vasitəsilə öz öhdəlikləri və borcları barədə məlumat ala bilər.

4-cü üsul: SMS vasitəsilə

Vergilər Nazirliyinin təqdim etdiyi «İkitərəfli SMS xidməti» xidmətinə qoşulmaqla  (http://www.taxes.gov.az/195sms) vergi öhdəlikləri barədə 21 istiqamətdə, SMS sorğusu göndərməklə isə 5 istiqamətdə məlumat almaq mümkündür. Xidmətdən istifadə etmək üçün mobil telefondan *195*istifadəçi kodu*şifrə#yes (məsələn: *195*00000541*121756#yes) yığaraq qeydiyyatdan keçmək lazımdır.

Əgər abunəçisizsə: Qeydiyyatdan keçmiş nömrədən START yazıb 8195 nömrəsinə SMS göndərməklə vergi ödəyicisi SMS vasitəsilə 21 istiqamətdə vergi öhdəliyi barədə məlumat ala bilər.

Əgər abunəçi deyilsinizsə: Qeydiyyatdan keçmiş nömrədən 8195 nömrəsinə müvafiq rəqəmi göndərməklə aşağıdakılar barədə məlumat almaq olar: «1» – dövlət büdcəsinə vergi borcu barədə; «2» – təqdim olunmalı bəyannamələr barədə; «3» – fəaliyyətin aktivliyi və ya dayandırılması barədə; «4» – e-qutudakı yeni və ya oxunmuş məktublar barədə və «5» – qeydiyyata alınmış təsərrüfat subyektləri barədə.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qaraçay Holding’də 2000 manatlıq vakansiya!

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

2000 manatlıq vakansiya“Qara Çay” Holdinq inşaat, kənd təsərrüfatı, otelçilik, atçılıq idmanı kimi sahələri, kənd təsərrüfatı və inşaat texnikalarının satış və icarəsini öz fəaliyyət dairəsində cəmləşdirən iri bir şirkətdir. Bir çox nazirlik və hökumət orqanları ilə əməkdaşlıq edən şirkət həm Bakıda, həm regionlarda, həm də bir sıra xarici ölkələrdə müxtəlif layihələrin müəllifidir.

Vəzifə:  Hesabatlıq və maliyyə analitikası üzrə mütəxəssis / Maliyyə nəzarəti departamenti

Vəzifə öhdəlikləri:

1) Hesabatlıq
2) Büdcə planlama
3) Analitika

Namizədə qoyulan tələblər:

1) Ali iqtisadi təhsil
2) Yüksək analiz qabiliyyəti və məntiqi
3) Yüksək Excell biliyi
4) İngilis və rus dili bilikləri
5) Tikinti sahəsində minimum 3 il iş təcrübəsi
6) 1C proqramı – arzuolunandır
7) ACCA (F1, F3, F7, F8, F9)- arzuolunandır

Əmək haqqı: 1500- 2000 AZN

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində “Hesabatlıq və maliyyə analitikası üzrə mütəxəssis” qeyd edərək  elektron ünvanına göndərməsi xahiş olunur.

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatları

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatlarıAnar Əliyev və Vüsal Nəsirli Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müşavirləri təyin edilib.

Bundan əvvəl nazirin yalnız bir müşaviri var idi – Yalçın Müslümov. Yeni təyinatlardan sonra müşavirlərin sayı 3-ə çatıb.

A.Əliyev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edir. Bundan əvvəl Aparata Əjdər Cəbiyev rəhbərlik edirdi, müavini isə Ədalət Əliyev idi. Hazırda hər iki vəzifə vakantdır.

Xatırladaq ki, ötən ay Sahil Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Mənbə: trend.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bəzi audit yoxlamaları elektronlaşdırılacaq

posted in: Audit, Xəbər | 0

Audit yoxlamalarıHesablama Palatası bəzi audit tədbirlərini elektron formada həyata keçirəcək.

Bunu palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Zamanla digər audit növləri də yaranır. Bunlardan biri də məsafədən auditdir. “Hesablama Palatası haqqında” yeni qanun qüvvəyə mindikdən sonra palatanın elektron informasiyaya çıxışı genişlənəcək və bu imkandan maksimum yararlanacaq. Palata bəzi audit tədbirlərini məsafədən həyata keçiricək”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.