İşçilərə natural şəkildə nə qədər əmək haqqı verilə bilər?

posted in: Xəbər | 0

Sual: İşçilərə natural şəkildə (məsələn, buğda) əmək haqqı verilə bilərmi?

Cavab: Bildiririk ki, Əmək Məcəlləsinin müddəalarına əsasən əmək haqqı dedikdə müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu başa düşülür.

İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Caspian Audit” Baş mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasib

İş barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Vergi və mühasibat uçotunun aparılması
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Debitor və kreditor hesablaşmaların aparılması
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
– Mal-materialların uçotunun aparılması
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– AR əmək məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: bazar ertəsi – cümə; Şənbə qısaldılmış iş günü; bazar – istirahət

Namizədə tələblər

– Yaş həddi: 25-45
– Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi.
– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
– Azərbaycan (əla) Rus və İngilis dilləri arzuolunandır.
– 1C (8.3) proqramında işləmək bacarığı

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bitkoin daşınan əmlakla bərabər tutulacaq

posted in: Xəbər | 0

BitkoinFransada bitkoin və digər kriptovalyutaları yenidən təsnif etmək və treyderlərin kriptovalyutalardan əldə etdikləri vəsaiti «daşınan əmlakdan» kapital artımı kimi vergiyə cəlb etmək üçün  hazırlıq gedir. Bundan əlavə, verginin dərəcəsində də əhəmiyyətli dəyişiklik ediləcək, 45 faizdən 19 faizə endiriləcək.

Bu ilin əvvəllərində bir neçə vergi ödəyicisi Fransanın inzibati məhkəməsinə iddia ərizəsi vermişdilər. Onların iddiası 2014-cü ilin noyabrından qüvvəyə minmiş bitkoinlərdən və rəqəmsal valyutalar ilə əlaqəli digər tranzaksiyalardan vergi tutulması ilə bağlı idi.

Qanunvericiliyə əsasən, valyutalarla edilmiş əməliyyatdan gələn gəlirlər davamlı fəaliyyət zamanı kommersiya gəlirləri, birdəfəlik tranzaksiyalar zamanı isə qeyri-kommersiya gəliri hesab edilirdi. Bu cür təsnifat əsasında vergi ödəyiciləri 45 faizə qədər vergi ödəməyə məcbur edilə bilərdilər.

Fransa kütləvi informasiya vasitələrinin məlumatında bildirilir ki, Dövlət Şurası yuxarıda göstərilmiş iş üzrə iddiaçıların qismən xeyrinə olan qərar qəbul etmişdir. Qərara əsasən, tranzaksiyalardan gələn gəlirin necə tənzimlənməsinə yenidən baxılacaq, bundan sonra həmin gəlir «daşınan əmlakdan» əldə edilmiş gəlir kimi qiymətləndiriləcək.

Bu isə o deməkdir ki, həmin gəlirlər bundan sonra 19 faizlik sabit dərəcə ilə vergiyə cəlb olunmalıdır. Bu, əvvəlki ilə müqayisədə əsaslı şəkildə azdır.

Keçən ilin sonunda Fransanın fond bazarının tənzimləyici orqanı bitkoin və digər rəqəmsal valyutalar ilə əlaqədar müsbət münasibət bildirərək bəyan etmişdi ki, bu valyutalar biznesin qanuni tələblərini yerinə yetirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Pullarını offşorlarda gizlədən Rusiya vətəndaşlarının adları açıqlanacaq

posted in: Vergi, Xəbər | 0

«The Times» qəzetinin məlumatına əsasən, öz pul vəsaitlərini Böyük Britaniyaya aid offşor zonalarda – Virciniya və Kayman adalarında gizlədən Rusiya sahibkarlarının adları Böyük Britaniya parlamentində müzakirəsi keçiriləcək yeni qanun layihəsi qüvvəyə mindikdən sonra açıqlana bilər.

İndiyə qədər qüvvədə olan qanunvericilikdə Britaniyaya aid ada ərazilərində aktivləri olan sahibkarların adlarının açıqlanması tələb olunmurdu. Qəzetin yazdığına görə, mühafizəkarların və leyboristlərin koalisiyası, eləcə də Şotlandiya milli partiyasının təmsilçiləri bu qanun layihəsini dəstəkləyəcəklər. «Xanım Mey indiyə qədər dünyanı Rusiyanın beynəlxalq normaları pozmasına reaksiya verməyə çağırırdı. Əgər o öz vədini yerinə yetirmək istəyirsə, təsdiq etməlidir ki, dünyanın harasında olur-olsun pis məqsədlər üçün gələn çirkli pullar Britaniya bayrağı altında gizlədilə bilməz», – mühafizəkarların nümayəndəsi Endrü Mitçell «The Times» qəzetinə müsahibəsində demişdir.

Qeyd edək ki, 2014-cü ilin göstəricilərinə əsasən, dünyadakı on ən böyük offşor zonadan altısı Böyük Britaniyaya aiddir.

«The Sunday Times» qəzetinin son araşdırmasına əsasən, Rusiya vətəndaşlarının Britaniyanın offşor zonalarında saxladıqları vəsaitlərin məbləği 34 milyard funt sterlinq (47 milyard dollar) təşkil edir və həmin vəsaitin 30 milyard funt sterlinqi (41,5 milyard dollar) Virciniya adalarının payına düşür. Rusiya vətəndaşlarının offşor hesablarda saxladıqları ümumi məbləğ Böyük Britaniyanın özündəki banklarda saxladıqları vəsaitin  məbləğindən beş dəfə çoxdur.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.