ACCA F3 təlimlərinə start verilir

posted in: Xəbər | 0

ACCA F3Sektorunda ən çox tələb olunan təlimçi olan Həmidzadə Daşqının növbəti ACCA F3 təlimlərinə start verilir.

ACCA F3 təlimi 15,000 uğurlu müraciət içərisindən seçilmiş 273 nəfərdən biri olaraq Harvard Business School’un HBX proqramı üzrə Maliyyə təhsilini almış Daşqın Həmidzadə tərəfindən aparılır.

Təlimçi haqqında daha ətraflı linkdən tanış ola bilərsiniz.
http://honours.academy/our-tutors/6/

ACCA F3 üzrə təlimin qiyməti Mayın 20-dək qeydiyyatdan keçsəniz, Cumhuriyyətimizin 100 illiyinə həsr edilmiş “1 Əsrin 100 Fürsəti” kampaniyası çərçivəsində birdəfəyə olmaqla bütöv ödəniş halında 290 AZN, hissə-hissə ödəniş halında isə 165AZN+165 AZN olmaqla cəmi 330 AZN təşkil edəcəkdir.

Təlim qiymətinə daxildir:
1. ACCA F3 təlimi
2. Rəsmi tədris kitabları və Honours academy-yə məxsus xüsusi tədris vəsaitləri
3. 6 Sınaq imtahanı
4. Ayda 2 dəfə olmaqla əlavə təkmilləşdirmə dərsləri (Əsas dərslərdən əlavə)
5. Dərslər üzrə “Vocabulary”-lər (Honours Academy-ə məxsus)
6. Hər bir dərs üzrə əlavə təkmilləşdirmə materialları (Honours Academy-ə məxsus)
7. “HDN Honours Scholarships” təqaüd proqramı üzrə razılaşma müqaviləsi
8. Zəmanət məktubu

Təlimə online qeydiyyat üçün link:
https://goo.gl/forms/LP3JErNiEqZyl8q32

Ünvan: SAT PLAZA 13 mərtəbə, Bəşir Səfəroğlu küç 133
  +99450 228 2320
‪ 📞 +99412 408 2320

Email:

Mənbə: www.honours.academy

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Uşağının doğumunu gözləyənlərin bilməli olduqları

posted in: Xəbər | 0

Uşağının doğumunu gözləyənlər

İlk olaraq uşağın doğumunun qeydiyyata alınması qaydasını izah edək.

Uşağın doğumunu gözləyən şəxslərə məsləhət olunur ki, uşağın tibb müəssisəsində doğumu üçün indidən hazırlaşsınlar. Ona görə ki, qanunvericilikdə sərt normalar vardır və əməl olunması mütləqdir.

– Qanunvericiliyə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır.- Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi rayon-şəhər qeydiyyat şöbələrinə, ya da Asan Xidmət Mərkəzlərinə, ya da ki rayon-şəhər icra hakimiyyəti nümayəndəliklərinə müraciət etməlidir.- Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində verilməlidir. Əks təqdirdə ya xəbərdarlıq edilir, ya da 10 AZN cərimə edilir.- Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyi tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür.- Mövzu ilə əlaqədar qeyd edək ki, doğumun qeydə alınması üçün valideynlərdən biri valideynlərin şəxsiyyət vəsiqələri, doğum şəhadətnamələri və nikah şəhadətnamələri, həmçinin doğum faktını (vaxtı, yeri) təsdiq edən tibb müəssisəsinin sənədi qeyd edilən qurumlardan birinə təqdim edir və dövlət rüsumu ödəmədən uşağın doğum haqqında şəhadətnaməsini alır.

Uşağın doğum haqqında şəhadətnaməsini aldıq. Cərimə də ödəmədiksə, qalır növbəti proses, yəni uşağın anadan olmasına görə müavinəti almaq.

Bu barədə proseduru yazmazdan öncə xatırladaq ki, ölkə başçısının 23.02.2018-ci il tarixli 3711 saylı sərəncamına əsasən 01.03.2018-ci il tarixdən bu növ müavinətlərin məbləği (2013-cü ildən etibarən 90 AZN idi) 10% artırılmış və 99 AZN olmuşdur.

Bu uşağın Azərbaycan Respublikası dövləti tərəfindən verilən ilk ruzisini almaq üçün yuxarıda adı qeyd edilən ya Ədliyyə Nazirliyi rayon-şəhər qeydiyyat şöbələrinə, ya da ki rayon-şəhər icra hakimiyyəti nümayəndəliklərinə müraciət edərək müavinətin alınması barədə arayışı almalıdır.

Uşağın anadan olmasına görə müavinəti valideynlərdən birinin yaşayış yeri üzrə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müvafiq ərazi idarəsi verir və müavinət nağdsız qaydada bank hesabına köçürülmə yolu ilə ödənir.

Xatırlatmaq mütləqdir ki, bu müavinəti almaq hüququ əmək müqaviləsi əsasında çalışan və ya DSMF-nə məcburi dövlət sosial sığorta haqqı ödəyən valideynlərə verilir.

Müavinətin alınması barədə müraciət edildikdən 10 gün ərzində verilmiş qərara əsasən müavinətin ödənişi həyata keçirilməlidir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat exceldə – 4 faydalı üsul (4-cü hissə)

posted in: Excel, muhasibat, Xəbər | 0

Excel-in işlək klavişlər dəsti, hansı ki, onlarsız keçinmək mümkün deyil

Bu, Excel-də uzlaşan klavişlərin tətbiqi işlərini sürətləndirir və məlumatların təhlilinə, qrafiklərin qurulmasına və cədvəlin formatlaşdırılmasına kömək edir.

  • F4 – formulu daxil edərkən, dəlil növlərini tənzimləyir (nisbi və qeydə alınmış). Son hərəkəti təkrarlamaq üçün istifadə olunur.
  • Shift+F2 – qeydləri redaktə etmək
  • Ctrl+; – cari tarixin daxil edilməsi (bəzi kompüterlər üçün Ctrl+Shift+4)
  • Ctrl+ʼ – cari dəyər üzərində olan özəyin əhəmiyyətinin kopyalanması (bəzi kompüterlər üçün Ctrl+Shift+2 kombinasiyası işləyir)
  • Alt+F8 – makros redaktorunun açılması
  • Alt+= – cari özəkdən yuxarıda və ya solda olan özəklərin diapozonlarının yekunu
  • Ctrl+Shift+4 – özəklərin pul formatını təyin edir
  • Ctrl+ Shift+7 – təyin edilmiş özəklərin diapozonlarının daxili sərhədinin qurulması
  • Ctrl+Shift+0 – özəklərin ümumi formatının təyin edilməsi
  • Ctrl+Shift+F – bu kombinasiya özəklərin formatlaşdırılmasından ötrü dialoq pəncərəsini açır
  • Ctrl+Shift+L – filtrin açılması/bağlanması
  • Ctrl+S – faylın yaddaşda saxlanılması (qiymətli məlumatların itirilməməsindən ötrü onu tez-tez yaddaşa vermək lazımdır)

3-cü üsulu bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qeyri-sahibkarlıq fəaliyyəti göstərdikdə, nağd qaydada pul çıxarışında bankın 1% sadələşdirilmiş vergi tutması qanunauyğundurmu?

posted in: Vergi, Xəbər | 0

sadələşdirilmiş vergiSual: VÖEN olan fiziki şəxs VM-nin 99.3.3-cü maddəsində göstərilən fəaliyyətlə məşğuldur, qeyri-sahibkarlıq fəaliyyəti göstərir. VM-nin 218.5.4-cü maddəsinə əsasən gəlir vergisi ödəyicisidir. Obyekt qanunauyğun olaraq icarəyə verilib. İcarəyə götürən VM-nin 124-cü maddəsinə əsasən icarə haqqından 14 faiz vergi tutaraq, qalan məbləği icarəyə verənin bank hesabına ödəyir. Bank VM-nin 220.12-ci maddəsini əsas gətirərək, pul vəsaitinin nağd çıxarılmasına görə 1 faiz sadələşdirilmiş vergi tutur. Sual. fiziki şəxs gəlir vergisi ödəyicisi olmaqla, qeyri-sahibkarlıq fəaliyyəti göstərirsə, nağd qaydada pul çıxarışında bankın 1 faiz sadələşdirilmiş vergi tutması qanunauyğundurmu?

Cavab: Bildiririk ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Əmlakın icarəyə verilməsindən gəlirlər isə Vergi Məcəlləsinin 99.3.3-cü maddəsi ilə fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirinə aiddir.

Bunlara əsasən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlərin fiziki şəxs tərəfindən nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Bax: Vergi Məcəlləsinin 99.3.3-cü və 220.12-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.