İstehsalat üzrə mühasib tələb olunur
İşəgötürən: Avrora
İstehsalat üzrə mühasib
Vəzifə və öhdəliklər:
• Sistemə yeni reseptlərin daxil edilməsi;
• Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
• Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
• Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması;
• Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
• Ay sonu istehsal sahəsində çalışan işçilərin əmək haqqlarının və Kommunal xərclərinin müəyyənləşdirilməsi və sistemə daxil edilməsi;
• Aylıq istehsal edilmiş məhsulların tam maya dəyərinin formalaşdırılması;
• İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin etməli;
• Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
• Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
• Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir.
Namizədə olan tələblər:
• İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;
• Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 3 illik iş təcrübəsi olmalı;
• Mühasibat uçotu və vergi qanunvericiliyi, İFRS üzrə mükəmməl biliklərə sahib olmalı;
• Müvafiq sahə üzrə sertifikatları olmalı;
• ERP sistemləri üzrə bilik və təcrübələri olmalı, eyni zamanda LOGO Enterprise, MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;
• Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmalı;
• Azərbaycan və rus dillərində səlis danışa bilməli, İngilis dili biliyi üstünlküdür.
Şərtlər:
• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Sağlamlıq sığortası;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsalat üzrə Mühasib” yazaraq ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Mənbə: jobsearch.az
Okean sahilində bayram
İki mindən artıq həkim Almaniyanın Kansleri Angela Merkelə, onun rəhbərlik etdiyi hökumətin nazirlərinə və ölkədəki aparıcı partiya liderlərinə açıq məktub ünvanlamışdır. Məktubda bütün ölkə ərazisi üzrə şəkərdən izafi istifadənin federal səviyyədə qarşısının alınması üçün mübarizə tədbirlərinin görülməsi xahiş edilmişdir. Buna oxşar olaraq, həkimlər tütün məhsullarından həddindən artıq istifadənin məhdudlaşdırılması üçün kompleks qanunvericilik aktlarının qəbul olunmasını təklif etmişlər. Təklifdə tütün məhsulları ilə yanaşı, şəkər də daxil olmaqla, bir sıra məhsullara (ilk növbədə, şirin içkilərə) vergilərin və aksizlərin tətbiqinin zəruriliyi, eləcə də uşaqlara ünvanlanmış reklamların qadağan olunması qeyd edilmişdir. Məktub müəllifləri hesab edirlər ki, Almaniyada piylənmənin və diabet xəstəliyinin yayılmasının qarşısını başqa yollarla almaq mümkün deyil.
2003-2014-cü illər üzrə yığılıb qalmış 13 milyard avro məbləğində vergi borclarının qaytarılması ilə bağlı İrlandiya hökuməti ilə «Apple» şirkəti arasında konkret müddətlər müəyyənləşdirilmişdir. İrlandiyanın maliyyə naziri Paskal Donaxyunun sözlərinə görə, şirkətin ödəyəcəyi pul vəsaitləri 2018-ci ilin ikinci rübündən ayrı-ayrı tranşlar halında daxil olacaq. Rusiyanın «Kommersant» qəzetinin yazdığına əsasən, şirkətin İrlandiyaya olan borclarının hamısını sentyabr ayına qədər ödəyəcəyi gözlənilir.