Qeyri-rezident bəyannaməni necə verməlidir?

posted in: Xəbər | 0

Sual: VM-nin 149.6-cı maddəsinə görə qeyri-rezident bəyannaməni necə verməlidir? Xahiş ediəm bu proseduru ardıcıllıqla izah edəsiniz.

Cavab: Bildiririk ki, qeyd olunan maddə ilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin bəyannamə verməklə, ödəmə mənbəyində artıq tutulmuş verginin qaytarılması tələbini irəli sürə bilməsi hüququ aşağıdakılarla şərtləndirilmişdir: – bəyannamə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir; – vergi ödəyicisinin gəlirindən qeyri-rezidentin Azərbaycan Respublikasında daimi nümayəndəliyinin gəliri kimi 20%-lə vergi tutulur; – vergi ödəyicisinin gəlir əldə edilməsi ilə bağlı olan xərci daimi nümayəndəliyin xərcində olduğu kimi, yəni Vergi Məcəlləsinin X fəslinin müddəalarına uyğun olaraq gəlirdən çıxılır; – hesablanan verginin məbləği Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində tutulan verginin məbləğindən artıq olmamalıdır. Qeyd olunan şərtlərə əməl olunmaqla, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident gəlir haqqında bəyannamə verməklə, ödəmə mənbəyində artıq tutulmuş verginin qaytarılması tələbini irəli sürmək hüququndan istifadə edə bilər. Bəyannamənin təqdim olunması üçün isə qeyri-rezident şəxs ilkin olaraq Azərbaycan Respublikasında vergi orqanında vergi uçotuna durmalıdır.

Bax: Vergi Məcəlləsinin 149.6-cı maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Coca-Cola” spirtli içki istehsalına başlayacaq

posted in: Xəbər | 0

“Coca-Cola” dərəcəni artırır. Şirkət öz tarixi ərzində ilk dəfə spirtli içki buraxmaq niyyətindədir. Düzdür, həmin içki yalnız Yaponiyada satılacaq.

İçkinin tərkibində zəif alkoqol olacaq. Gündoğar ölkədə müxtəlif aromatizatorlar və Setyü adlandırılan milli tünd spirt qatılmış qazlaşdırılmış sərinləşdirici içkilər çox dəbdədir. Belə içkilərin orta tündlüyü 3 – 8 dərəcə arasında tərərddüd edir. Həmin içkilər daha çox gənclər və qadınlar arasında məşhurdur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasiblər haqqında maraqlı lətifələr (12-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Sovet dövründə zavodlardan birinin direktoru baş mühasibi yanına çağırır və deyir:

– Mariya İvanovna, mənə stollar, stullar, bir sözlə, yeni keyfiyyətli mebel almaq lazımdır.

Mariya İvanovna öz kabinetinə keçir, xərclər smetasına diqqət yetirir. Geri qayıdır və mütəəssircəsinə deyir:

– İvan Petroviç, mən mebel ala bilmərəm, saldo buna imkan vermir.

 İvan Petroviç əsəbi şəkildə:

– Siz mənə söyləyin, burada direktor kimdir: mən, yoxsa Saldo?!

Məqalənin 11-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyinin büdcə daxilolmaları artıb

posted in: Vergi, Xəbər | 0
Bu ilin I rübündə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1 mlrd. 436,5 mln. manat vəsait daxil olub. Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 mln. manat və ya 1,1% çoxdur. Həmin vəsaitin 67,5%-i və yaxud 969,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.