Şəxsi büdcəni necə nəzarətdə saxlamalı??

posted in: Excel, Xəbər | 0

Hər maaş aldıqdan sonra 1 həftəlik zaman dilimi bir çoxumuz üçün maaşı bitirmək üçün yetərli olur. Ayın bitməsinə 3 həftə qalmasına baxmayaraq maaş hesabımızda heç nə qalmadığını görürük. Tanış gəlirmi? O zaman az sonra yazacaqlarımı həyata keçirməyə çalışın, hər şeyin necə nəzarətdə qalacağına təəccüb edəcəksiniz. Bunun üçün ilk addım olaraq aşağıdakı linkdəki faylı endirin.

Faylı yükləyin: Şəxsi büdcə

Faylın necə hazırlanmış olduğundan daha çox, faylın nəyə xidmət etdiyi və işləyiş mexanizmi üzərində fikirləri cəmləmək istəyirəm.

Gördüyünüz kimi faylda 3 sheet var: DashboardInput və Calculations. Qəribə səslənə bilər, amma tək dəyişiklik edəcəyiniz sheet Input sheet-i olacaqdır. Digər sheet-lər ancaq hesablama və hesabatlıq üçündür.

Personal budget - 1

Input sheet-inin strukturuna nəzər yetirək. Əvvəla, əsas məsələ sağdakı cədvəli doldurmaqdır.

Personal budget - 2

Kateqoriya olaraq adlandırdığımız – bizim normal həyatımızda çəkəcəyimiz xərc kateqoriyalarıdır. Məsələn, gün ərzində etmiş olduğunuz bütün xərc kateqoriyalarını düşünün. Hər kəsdə bu, fərqli-fərqlidir. Bu sütuna məhz o kateqoriyalar əlavə edilməlidir. Mən bura şərti olaraq, kitab və jurnallar, avtoservis, kommunal xərclər kimi maddələr əlavə etmişəm, lakin siz, bunu özünüzə uyğun dəyişin. Və unutmayın, yalnız və yalnız K sütununu dəyişdirmək lazımdır, digər sütunlarda formullar var, onlar avtomatik qaydada yenilənəcək.

Ümumi xərc kateqoriyaları müəyyən edildikdən sonra, sıra gündəlik xərclərin qeydiyyatına gəlir. Bəli, əfsuslar olsun ki, gündəlik olaraq çəkdiyiniz xərclərin həm kateqoriyasını, həm də məbləğini yadınızda saxlamağınız gərəkəcək. Məsələn, hansısa kafedə 5 AZN ödəmisiniz, 12 AZN-lik sinema bileti almısınız, və s. və i.a.

Bütün bunların aşağıdakı formada qeydiyyatını aparmalısınız.

Personal budget - 3

Date – Əvvəla, xərciniz hansı tarixdə olub onu bilməlisiniz, çünki az sonra görəcəyimiz üzrə, aylar üzrə hesabat avtomatik formalaşanda, sizin girmiş olduğunuz tarixlər əvəzsiz rol oynayacaq.

Category – Bu, xərc maddələridir. Az öncə müəyyən etdiyimiz, cədvələ daxil etdiyimiz xərc maddələri. Gördüyünüz kimi, asanlıq olsun deyə, burda drop-down list olaraq bütün xərc siyahısı gəlir.

Amount – Çəkdiyiniz xərcin məbləği

Description – Əlavə məlumat olaraq istədiyiniz açıqlama xarakterli mətn daxil edə bilərsiniz.

Not envisaged – Bu sütunda gördüyünüz kimi, “x” işarələri var. “x” işarəsi qoyduğunuz hər bir xərc maddəsi heç gözləmədiyiniz, normalda nadir rastlaşacağınız xərclərə qoyulur. Bunun nə işə yaradığına az sonra toxunacağam.

Bütün bu məlumatlar (əsasən, tarix, kateqoriya və məbləğ) düzgün daxil edildikdən sonra, az öncə dediyim kimi aylıq hesabat avtomatik formalaşdırılmış olur. Bunun üçün Dashboard sheet-inə getməyiniz kifayətdir.

Personal budget - 4

Hesabatımız artıq hazırdır. Ən sağda üstdə ayları dəyişərək, hər ay üçün olan rəqəmləri görə biləcəksiniz. Gəlin bu dashboard-ın nələrdən ibarət olduğuna qısaca baxaq.

  1. Əvvəla, solda üstdə o ay üçün indiyə qədər xərclədiyiniz ümumi məbləğ yer alır. (1,841 AZN)
  2. Daha sonra, o ay üçün nəzərdə tutulmayan xərclərin cəmi var. “x” işarələrini xatırlayın. (893 AZN)
  3. Bu iki məbləğin sağında o ay üçün ən yüksək 5 xərc kateqoriyası və onların o ayın xərclərinə nisbəti göstərilir. Beləcə, ən çox nəyə xərcləmiş olduğunuzu anında öyrənmiş olursunuz.
  4. Monthly trend hissəsi, bu hesabata başladığınız tarixdən bu günə qədərki ayların cəmlərini qrafik şəklində göstərir.
  5. Və ən sonda seçmiş olduğunuz ay üzrə ən yüksək 10 kateqoriya haqqında məlumat.

Bu qədər. Ümid edirəm ki, bu və ya buna bənzər sistemlərdən istifadə edərək, öz şəxsi maliyyənizi səhmana salacaq, nələrə çox xərclədiyinizi analiz etmə imkanına sahib olacaqsınız.

Uğurlar!

Müəllif: Elçin Xəlilov

İstehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş şəxsə sığorta ödənişinin təyini necə həyata keçirilir?

posted in: Xəbər | 0

Sual: İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunana sığorta ödənişinin təyin edilməsi hansı qaydada həyata keçirilir.

Cavab: Sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müəyyən edildiyi, habelə sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin ona təqdim edildiyi tarixdən 10 iş günündən gec olmayaraq aşağıdakı müddətlərdə ödənilməlidir:

  • aylıq sığorta ödənişləri – sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta ödənişinin verildiyi hər təqvim ayının 25-dən gec olmayaraq. Sığorta ödənişi verilməyə başlandığı ilk aydan əvvəlki hər hansı ayın müvafiq tarixindən hesablanmalı olduğu halda, sığorta ödənişinin verildiyi ilk ay üçün nəzərdə tutulan ödəniş məbləğində əvvəlki aya (aylara) aid olan ödəniş məbləğləri də əlavə olunur;
  • birdəfəlik sığorta ödənişi – sığorta ödənişinin təyin edildiyi tarixdən 3 iş günü müddətində;
  • əlavə sığorta ödənişi – TSEK-in müvafiq qərarı ilə təyin edildiyi tarixdən həmin qərarla müəyyən edilmiş müddətdə.

Sığorta müqaviləsi əsasında sığorta olunanın istehsalatda baş verən bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirməsi hallarında ona sığorta ödənişinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsinə görə müvafiq sığortaçı öhdəlik daşıyır.

Mənbə: nhmt-az.org

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Hansı halda torpaqlar vergidən azaddır?

posted in: Xəbər | 0

Sual: Vergi Məcəlləsinin 207.1.3-ci maddəsinə əsasən istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar torpaq vergisindən azaddır. Göstərilən maddəyə əsasən izahat verməyinizi sizdən xahiş edirəm.

Cavab: Bildiririk ki, sözügedən maddə istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqlarının, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqların tamamailə torpaq vergisindən azad edildiyini müəyyən edir.

İstehsal fəaliyyətinə cəlb edilməmiş dövlət torpaqları dedikdə bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqları, yəni Torpaq Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan dövlət ehtiyat fonduna daxil olan torpaqlar nəzərdə tutulur.

Meşə fondunun torpaqlarına Torpaq Məcəlləsinin 31-ci maddəsinin müddəalarına uyğun olaraq meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilən meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları aid edilir.

Su fondu torpaqları isə Torpaq Məcəlləsinin 32-ci maddəsinin müddəalarına uyğun olaraq əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir və özündə aşağıdakı torpaq sahələrini cəmləşdirir:

  • Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar;
  • su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar;
  • hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar.

Dövlət mülkiyyətinə daxil olan torpaqların bitmiş siyahısı Torpaq Məcəlləsinin 46-cı maddəsi ilə müəyyən edilir və meşə və su fondu torpaqları da (o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar da) bu siyahıya daxil edilir.

Bu maddədə sadalanan torpaq sahələri yalnız o halda torpaq vergisinə cəlb edilmir ki, onlar istehsal fəaliyyətinə cəlb edilməmiş olsunlar.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Yaponiya haqqında bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Heç bir şişirtməyə yol vermədən demək olar ki, Yaponiya çox unikal bir ölkədir. Bu ölkədə nanotexnologiyalar qədim ənənələrlə olduqca heyrətamiz bir şəkildə bir-birilə uyuşur, hətta bəzi qədim ənənələr qanunlarla paralel şəkildə fəaliyyət göstərir. İndi isə bu haqda ətraflı məlumat verək:

  • Yapon polisləri dünyada ən təmiz işləyən hüquq-mühafizə orqanı işçiləridir, onlar heç zaman rüşvət almırlar. Yalnız bəzi hallarda elə də ciddi olmayan yol qaydası pozuntusuna görə sadəcə tənbeh edirlər.
  • Əgər sizi ciddi bir şeyə görə saxlamışlarsa, onda 30 gün təcridxanaya salına bilərsiniz ki, bu zaman yanınıza vəkil də buraxılmaya bilər.
  • Tokio – ən təhlükəsiz meqapolis hesab olunur. Tokio o qədər təhlükəsiz şəhərdir ki, orada ictimai nəqliyyatdan hətta altı yaşlı uşaqlar da istifadə edə bilirlər.
  • Yaponlar və alkoqol – anlayışı bir araya gəlməsi mümkün ola bilməyən anlayışdır. Yaponların əksəriyyəti yüz qram spirtli içki qəbul etdikdən sonra kəskin qızarırlar. İstisnalar da yox deyil, bəzi yaponlar ruslardan da çox içə bilirlər.
  • Yaponlar çox utancaqdılar, öz hisslərini ifadə etməyə adət etməyiblər. “Mən səni sevirəm” kəlməsini dilə gətirmək onlarda böyük cəsarət hesab olunur.
  • Yaponlar işə çox can yandırırlar. Gün ərzində nahar və istirahət etmədən 15-18 saat çalışa bilərlər.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.